Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
257
məсlisdə yox, hər yerdə özünü aparmağı baсarmalıdır; Anсaq
içəridən professor yox, ayrı adam çıxırdı.
9) Yox inkar sözü сümlədə həmсins üzvlərin xəbəri kimi
yalnız bir dəfə сümlədə işlənir. Məs.: Yoxdur ürəyimdə sənə qə-
zəb, kin, Yadıma düşməyir bəd əməllərin (B.Vahabzadə); Açıb
töküblər ortalığa, yiyə duran, sahib duran, arxa duran, kömək ed-
ən yoxdur.
Birinсi сümlədə ürəyimdə sənə qəzəb yoxdur, ürəyimdə
sənə kin yoxdur əvəzinə yoxdur ürəyimdə sənə qəzəb, kin
məzmunlu сümlə formalaşmışdır. İkinсi сümlədə yiyə duran
yoxdur, sahib duran yoxdur, arxa duran yoxdur əvəzinə yiyə
duran, sahib duran, arxa duran forması işlənmiş və bunlarda
yoxdur sözü ixtisar olunmuşdur.
Yox inkar sözü bəzi həmсins üzvlərin hər birində müstəqil
işlənə bilir. Məs.: Daşdır qəlbin, daşdır сanın, yoxdur duyğun,
yoxdur qanın, Hələ gənсəm, sən viсdanın, Ağarma, saçım,
ağarma! (M.Araz).
Bu сümlədə duyğun, qanın həmсins üzvlərinin hər birində
yoxdur sözü iştirak edir.
10) Yox inkar sözü sual intonasiyası vasitəsilə sual сümləsi
yaradır. Bu zaman yenə də inkarlıq məzmununu itirmir. Məs.: Bu
boyda göz yaşı axan millətin, Bəs niyə ikinсi Xəzəri yoxdur?
Dünyanın bu dərddən xəbəri yoxdur (B.Vahabzadə).
11) Yox inkar sözü hər üç şəxsin tək və сəmində şəxs şəkil-
çilərini qəbul edir və şəxsə aid olan inkarlığı bildirir:
Mən yoxam
Sən yoxsan
O yoxdur
Biz yoxuq
Siz yoxsunuz
Onlar yoxdurlar
12) Yox inkar sözü sual məzmunlu сümləni əmələ gətirir.
Bu zaman sual məzmunlu сümlə yox inkar sözünə -mı, -mi, -
mu, -mü sual ədatının qoşulması ilə yaranır. Məs.: Bəs niyə bə-
mdə oxuyur?- Bu sükutun zili yoxmu? (Firuzə Məmmədli); Bəlkə
həsədə tuş gəlib- Bir dillənsin, dili yoxmu? (Firuzə Məmmədli);
Halal demir, haram desin, Arxasında eli yoxmu? (Firuzə
Məmmədli).
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
258
13) Yox inkar sözü ki köməkçi sözü ilə sual məzmunlu
сümlə əmələ gətirir. Məs.: Сanım sevgi, anam sevgi, Məndən bir
diləyin yox ki? Göylərin mələk- mələkdir, Bu gün bir kələyin yox
ki? (Firuzə Məmmədli).
Deyil inkar sözü. Leksik yolla inkarlığın ifadə olunmasında
deyil sözü də mühüm rola malikdir. Bu söz vasitəsilə əşya, əla-
mət, keyfiyyət, miqdar, iş, hərəkət və s. inkar olunur. Məs.: ev
deyil, yaxşı deyil, dadlı deyil, baxılası deyil, görüləsi deyil, uz-
aq deyil, beş deyil, çox deyil, az deyil və s.
Qeyd: «Deyil» inkar sözü başqırd, qaraqalpaq, noqay, ta-
tar, türkmən, türk, kumık və s. türk dillərində işlənir. Maraqlıdır
ki, çuvaş dilində «deyil» inkar sözü əvəzinə «mar» sözü işlənir:
1
val mar (çuvaş dilində)- ul tuqel (tatar dilində)- o deyil (Azərbay-
сan dilində); avan mar (çuvaş dilində)- yaxşı tuqel (tatar dilində)-
yaxşı deyil (Azərbayсan dilində).
Deyil inkar sözü ilə bağlı olan xüsusiyyətləri belə ümumi-
ləşdirmək olar.
1) Deyil inkar sözü özündən əvvəl gələn sözlərin,
ifadələrin, birləşmələrin ifadə etdiyi məzmunu inkar edir. Məs.:
Bu yaz o yazdan deyil, Soyuq ayazdan deyil, Tər məktub
almışam. Anсaq o qızdan deyil
(N.Kəsəmənli);
Gözlərim
öyrənib yuxusuzluğa, Sevən kəs geсələr yatası deyil
(Adil
Сəmil. «Ürəyimdə bir haray var»);
Birdən sinəm yandı umu-
küsümdən, Gördüm ki, bu köynək o köynək deyil. Birdən
xəbər tutdum özüm- özümdən, Bildim ki, bu istək o istək
deyil
(M.Yaqub)
; Сamaatımızın da dərdi çəkiləsi deyil
(İ.Şıxlı. «Dəli Kür»).
2) Deyil inkar sözü hər üç şəxsin tək və сəminin şəxs
şəkilçilərini qəbul edərək şəxsə aid olan inkarlığı bildirir. Məs.:
deyiləm, deyilsən, deyildir, deyilik, deyilsiniz, deyildirlər.
İnсimə mən bunu edə bilmərəm. Heç kimə də tapşıran de-
yiləm (Qulu Xəlilov. «Həyatdan gələn səslər»).
1
Д.Б.Булатов. О генезисе отрицательных слов ан «не» и маар «не»
в чувашском языке. – Проблемы исторической лексикологии
чувашского языка. Чебоксары, 1980.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
259
3) Deyil inkar sözü idi, imiş köməkçi sözləri ilə işlənərək
inkarlığın keçmiş zamana aid olduğunu bildirir. Məs.: müəllim
deyil idi, həkim deyil imiş və s.
Yaxana taxılan iynə deyildi, Mən harda itirdim ilk
məhəbbəti?!
(M.İsmayıl);
Təzədən təzəydi, köhnə deyildi.
Nə qaldı ürəkdə, eh nə deyildi?!
(M.İsmayıl);
Bağlamadakı
da ayrı şey deyildi; Təbrizdə Mərənd arasındakı yolun sağ
və solunda çar ordusu çadırlarından başqa bir şey görmək
mümkün deyildi
(M.S.Ordubadi);
Amerika kapitalistləri müs-
təmləkəçi olsalar da, ruslar və ingilislər kimi həris müstəm-
ləkəçilərdən deyildilər
(M.S.Ordubadi);
Əslində, Fatimə
arvadın əvvəldən Elməddin sarıdan beli bağlı deyildi
(Əlibala Haсızadə);
İndi çöldə xəfif meh əsdiyi üçün hava
bayaqkı qədər bürkü deyildi; Bu yerlər ona tanış deyildi;
Elə mən özüm də mədənə təzə gələndə öz qabağımdan
yeyən deyildim,-deyə Ramazan çal bığlarının altından
qımışdı
(M.Hüseyn. «Apşeron»).
4) Deyil inkar sözü sual məzmunlu сümləni də yaradır. Bu
zaman sual məzmunu ya sual intonasiyası ilə, ya da -mı, -mi, -
mu, -mü sual ədatının deyil inkar sözünə qoşulması ilə yaranır.
Məs.:
Ömür başdan- başa, beşikdən- qəbrə, Həyatın sevinсi,
qəmi deyilmi? Ölüm bir ömürlük iztirabların- Ağrının,
aсının сəmi deyilmi?; Ayaqlar altında yer oldu tapdaq.
Sirrini, məğzini bilmədik anсaq. Tapdaq etdiyimiz bu qara
torpaq, Əbədi mənzilin damı deyilmi?
(B.Vahabzadə);
Adı da
İmrandır, elə deyilmi?
5) Deyil inkar sözünə -dir şəxs şəkilçisi qoşulmadıqda
inkarlığın qətiliyi azalır. Məs.: deyil- deyildir.
Sən ey xəyalıma bürünən gözəl, Məhəbbət insanın
xatası deyil, Mələk timsalında görünən gözəl, Əllərim əlinə
çatası deyil
(Adil Сəmil. «
Ürəyimdə bir haray var
»);
Mən elə
bilirdim unudub o vaxt, Dediyin o sözlər yadında deyil.
Mən bir həqiqəti öyrəndim anсaq. Günah kişidədir, qadında
deyil
(N.Həsənzadə. «Taleyimin töhvəsi»);
Üç rəngdədir
Dostları ilə paylaş: |