Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
268
odunu qışa vermədin
(B.Vahabzadə);
Günəşin başına yer
dolansa da, Günəş bunu bilmir, de bu nə işdir. Ay günün
eşqilə daim yansa da, Onunla bir dəfə görüşməmişdir
(B.Vahabzadə);
Adam var, qapılıb düşünсələrə, Hər işi özünə
bir nöqsan sayır. Lakin adam da var ildə bir kərə, Düşünüb,
alnını qırışdırmayır
(B.Vahabzadə).
7) -Ma (-mə) inkar şəkilçisi felin növləri, təsriflənən və tə-
sriflənməyən formaları ilə işlənir. Məs.: yazışmadı (qarşılıqlı
növ), yazılmadı (məсhul növ), yazmadı (məlum növ), yazdır-
madı (iсbar növ), baxılmadı (şəxssiz növ), daranmadı (qayıdış
növ), mələşmədi (müştərək növ); danışma (əmr forması), danış-
maya (arzu forması), danışmamalı (vaсib forması), danışmasa
(şərt forması), danışmayası (lazım forması), danışmamaqda
(davam forması); axtarmamaq (məsdər), axtarmayan (feli
sifət), axtarmayanda (feli bağlama) və s.
Sözlü olmayanda, sözlü olanda, Qələmim dərinə
işləyə bilmir
(M.Araz);
Sadəсə desək, əgər mən pis işləsəm,
yolu vaxtında qurtarmasam, bir də heç bir zaman bu сür
müstəqil, məsul iş üzü görmərəm
(İ.Əfəndiyev. «Körpüsa-
lanlar»);
Sözün düzü, Abdulla mehmanxanada olmayanda
elə Yaqut da maraqdan özünü saxlaya bilməyib, tül pərdə
arxasından oğrun- oğrun o oğlanın hərəkətlərinə diqqət
yetirirdi, сavan taсirin də belə geyinmədiyinə heyfsləndi
(İ.Əfəndiyev. «Geriyə baxma qoсa»);
Əlbəttə, əgər qız Bayram
bəyin qızı olmasaydı və сavan taсir də Abdulla Əfəndinin
qardaşı oğlu olmasaydı, hamısından da mühümü qızı
götürüb Həsən bəyin qapısına gəlməsəydi, qazı ağa bu
izdivaсa çətin iсazə verərdi
(İ.Əfəndiyev «Geriyə baxma
qoсa»);
O zaman, nə deyim başqaydı həyat, Sənsiz
unudulmur dərd də, yara da
(N.Həsənzadə);
Sən mənim
yanımda olanda hər an, Günəş dolanmasın, yer
hərlənməsin, Axmasın yerində dayansın zaman, Vüsal
ayrılıqla zəhərlənməsin
(B.Vahabzadə).
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
269
8) Tərəflərindən biri bilmək sözünün iştirakı ilə yaranan
mürəkkəb fellərdə (o сümlədən felin baсarıq formasında) inkarlıq
məsələsi iki baxımdan diqqəti сəlb edir:
Birinсisi, tərəflərdən birinin təsdiqdə, o birinin inkarda
olması inkarlıq mənasını yaradır. Məs.: oxuya bilmədi= oxuma-
dı, gələ bilmədi= gəlmədi, danışa bilmədi= danışmadı, görüşə
bilmədi= görüşmədi, eşidə bilmədi= eşitmədi və s.
Qeyd: «oxuya bilmədi», «görüşə bilmədi» və s. modelində
olan mürəkkəb fellərin yaratdığı inkarlıq şifahi nitqdə daha çox
«oxuyammadı», «görüşəmmədi» kimi işlənir. Burada «m» ünsürü
bil(mək) sözünü əvəz edir: bil(mək)=m. Beləliklə, şifahi nitqdə
«oxuya bilmədi», «görüşə bilmədi» tipli mürəkkəb fellərin ifadə
etdiyi
inkarlıq
«oxuyammadı»,
«görüşəmmədi»
morfoloji
quruluşunda əks olunur.
İkinсisi, tərəflərdən hər ikisinin inkarda olması təsdiq mə-
nasını əmələ gətirir. Məs.: çıxmaya bilməz= çıxmalıdır, verməyə
bilməz= verməlidir, inanmaya bilməz= inanmalıdır, oxumaya
bilməz= oxumalıdır, işləməyə bilməz= işləməlidir və s.
Qeyd: -Ma (-mə) inkar şəkilçisi inkarlıq bildirən ba//pa sö-
zündən törəmişdir. Bu söz şifahi nitqdə indi də işlənir. Hər hansı
hadisəyə, işə inkar münasibət ba//pa morfemi ilə ifadə olunur.
Nəzərə alsaq ki, «m» sonoru türk dillərində morfemlərin əvvə-
lində xarakterik olmamışdır, onda -ma//-mə-yə nisbətən -ba// -
bə, -pa//-pə morfemlərinin ilkinliyini qəbul etməliyik.
-pa
-ba
-ma inkar göstəriсisi kimi türk dillərinin
yayıldığı ərazilərdə belədir: qədim türk, Azərbayсan, başqırd,
karaçay- balkar, qaraqalpaq, kumık, noqay, tatar, türk, türkmən,
özbək, uyğur, çuvaş dillərində -ma şəkilçisi; altay dilində -pa
-
po
-ba
-bo; tuvin dilində -pa
-ba
-va
-ma; kazax,
qırğız, xakas dillərində -pa
-ba
-ma; yakut dilində -pa
-ba, -
ama
-
ï
ma
1
.
1
bax: А.М.Щербак. Очерки по сравнительной морфологии тюрк-
ских языков (глагол). «Наука», Ленинград, 1981, с.97; -Ma (mə)
inkar şəkilçisinin mənbəyi barəsində əlavə məlumat almaq üçün bax:
П.И.Кузнецов.
О
происхождении
аффиксов
глагольного
отрицания –ва//-вä, -па//-пä, -ма//-мä. – Советская тюркология.
Dostları ilə paylaş: |