Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə24/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   20   21   22   23   24   25   26   27   ...   490

 

28 


münasibətlərin  dairəsi,  mülki  hüququn  prinsipləri,  mülki  qanunvericiliyin  zamana,  məkana  və  şəxslərə  görə 

qüvvəsi, mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsasları, mülki hüquqların müdafiəsi barədə hüquqi göstə-

rişlər ifadə olunur. Burada mülki hüququn iki kateqoriya subyekti — fiziki şəxslər və hüquqi şəxslərin hüquqi 

statusunu müəyyən edən normalara rast gəlirik. Ümumi hissə normaları mülki hüquq subyekti haqqında vacib 

göstərişlər formulə edir. O, əqdlər, müddətlər və s. barədə müddəalar ifadə edir.  

Ümumi hissə özündə əşya hüququna və öhdəlik hüququnun ümumi hissəsinə daxil olan normaları birləşdirir. 

Qanunvericinin (hüquqyaratma orqanının) bu cür mövqeyini qüsurlu hesab etmək olar. Belə mövqe bizdə təəccüb 

və anlaşılmazlıq doüurur. Ona görə ki, hüquq doktrinasına görə MM-in strukturu mülki hüquq sahəsinin ob-



yektiv olaraq müvcud olan sisteminə əsaslanır

Ə

vvəllər də qeyd etdiyimiz kimi, fəlsəfi planda əgər mülki hüququn sistemi mülki hüquq adlı hüquqi hadisə-



nin məzmunudursa, onda mülki qanunvericilik sistemi, o cümlədən MM-in sistemi bu hadisənin təzahür, ifadə 

formasıdır. 

Fəlsəfi kateqoriyalar olan məzmun və forma bir-biri ilə vəhdətdədir. Lakin onların vəhdətində məzmun əsas 

və aparıcı yer tutur. Bu, onu ifadə edir ki, mülki qanunvericilik sistemi, o cümlədən MM-in sistemi (strukturu) 

mülki hüququn sistemi ilə şərtlənir və ona əsaslanır. Əgər MM-in strukturu mülki hüququn sistemi özrə qurul-

malıdırsa, onda nə üçün əşya hüququ və öhdəlik hüququ MM-in ümumi hissəsinə daxil edilməlidir? Axı, əşya 

hüququ və və öhdəlik hüququ mülki hüququn ümumi hissəsinə yox, onun xüsusi hissəsinə aiddir. Dözdür, mül-

ki hüququn xüsusi hissəsi anlayışını işlətmək dəb deyil. Xüsusi hissə əvəzinə, mülki hüququn yarımsahələri ka-

teqoriyasından istifadə olunur. Ona görə də təklif edirik ki, qanunverici əşya hüququnu və öhdəlik hüququnun 

ümumi hissəsini MM-in xüsusi hissəsində yerləşdirsin.  



MM-in xüsusi hissəsində ayrı-ayrı xüsusi xarakterli münasibətləri tənzimləyən maddələr birləşdirilmişdir. 

Buraya müqavilə öhdəliklərinin ayrı-ayrı növlərini (alqı-satqı, kirayə, icarə, bağışlama, dəyişmə, podrat, tapşı-

rıq, komissiya, sığorta, kredit, borc, əvəzsiz istifadə, bank əmanəti, bank hesabı və s. müqavilələrdən əmələ gə-

lən öhdəlikləri), birtərəfli hərəkətlərdən (əqdlərdən) əmələ gələn öhdəlikləri (xüsusi mükafatlandırma, tapşırıq-

sız fəaliyyət, müsabiqə, oyunların və mərclərin keçirilməsi ilə bağlı öhdəlikləri), habelə müqavilədənkənar (hü-

quqqoruyucu) öhdəlikləri (delikt və ya zərər vurmaq nəticəsində əmələ gələn öhdəlikləri və əsassız varlanma 

öhdəliyini) nizama salan maddələr daxildir.  

Mülki Məcəllənin xüsusi hissəsi özündə vərəsəlik münasibətlərini qaydaya salan maddələri də birləşdirmiş-

dir. Bu maddələrdə mülki hüququn əsas anlayışlarından biri olan vərəsəlik hüququna aid qaydalar ifadə olun-

muşdur.  

Qiymətli kaüızlar haqqında müddəaları əks etdirən maddələr də xüsusi hissəyə daxil edilmişdir. Bu, qanun-

vericinin qüsurlarından biridir. Ona görə ki, mülki hüququn obyektləri ümumi xarakterli məsələdir və bu ob-

yektlər  barədə  normalar  mülki  hüququn  ümumi  hissəsinə  şamil  olunur.  Qiymətli  kaüızlar  isə  mülki  hüququn 

obyekt növlərindən biridir. Ona görə də təklif edirik ki, qiymətli kaüızlar barədə müddəaları əks etdirən maddə-

lər MM-in ümumi hissəsində yerləşdirilsin.  

MM-in sistemini (strukturunu) nəzərdən keçirdikdə görürük ki, o, mülki hüququn bütün institutları haqqında 

müddəaları özündə əks etdirməmişdir. Məsələn, mülki hüququn əsas institutlarından biri olan müəlliflik hüququ 

və əlaqəli hüquqlar institutu, fərdiləşdirmə vasitələri institutu və s. MM-də ifadə olunmamışdır. Deməli, mülki 

hüququn sistemi ilə MM-in sistemi arasında uyüunsuzluq, döz gəlməmə, üst-üstə düşməmə halı yaranmışdır. 

Bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Həmin hal müasir sivilistikanın problemlərindən biri-

dir. Bütün mülki hüquq institutları və  ya bu institutların əksəriyyəti barədə müddəaları əks etdirən maddələri 

MM-in sisteminə daxil etməklə qanunverici bu problemi həll etməlidir. Bu, müasir məcəllələşdirmənin qarşı-

sında duran məsələlərdən biridir. 

Beləliklə, Mülki Məcəllə dedikdə elə bir sahəvi məcəllələşdirilmiş qanunvericilik aktı başa düşülür ki, 



o, özündə mülki dövriyyə üçün normativ bazanın əsası rolunu oynayan, əmlak münasibətlərini və şəxsi 

qeyri-əmlak münasibətlərini tənzimləyən hüquq normalarının əks olunduüu maddələri birləşdirir. O, 10 

bölmə, 74 fəsil, 1325 maddədən ibarətdir.  

Azərbaycan Respublikasının yeni Mülki Məcəlləsi ölkəmizin mülki qanunvericiliyini sivil və mütərəqqi öl-

kələrin qanunvericiliyinə xeyli dərəcədə yaxınlaşdırır. O, qabaqcıl xarici ölkələrin qanunvericilik ənənələrini və 

vərdişlərini ifadə edir. MM-ə ictimai münasibətləri sivil qaydada tənzimləyən hüquq normalarının əks olunduüu 

maddələr daxildir.  



MM  ölkənin  ikinci  —  «iqtisadi  Konstitusiyası»  rolunu  oynayır.  O,  vətəndaş  cəmiyyəti  ideyasını  ifadə 

edir. Burada bu cəmiyyətin əsasını təşkil edən xüsusi mülkiyyət, bazar münasibətləri, iqtisadi azadlıq, sahibkar-

lıq və digər atributlar öz əksini tapmışdır. Bunlar vətəndaş cəmiyyətinin elə ayrılmaz atributlarıdır ki, onları bü-

tün sivil dünya qəbul edir və tanıyır.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə