Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə490/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   482   483   484   485   486   487   488   489   490

 

561


qaviləyə xasdır. Bu müqavilənin ləğv edilməsini şərtləndirən xüsusi əsas  və qayda renta ödəyicisinin daimi 

rentanı satın almasından ibarətdir. Belə ki, qanuna görə daimi renta ödəyicisinin daimi rentanı satın almaq ix-

tiyarı vardır (MM-in 873-cü maddəsinin 1-ci bəndi). Daimi renta müqaviləsinin daimi renta ödəyicisinin rentanı 

satın almaq hüququndan imtina etməsini nəzərdə tutun hər hansı bir şərti puç olmaqla hüquqi əhəmiyyətə malik 

deyil. Müqavilə iştirakçıları müqavilədə rentanın satın alınmasını məhdudlaşdıran  yalnız bir halı nəzərdə tuta 

bilərlər. Bu hal daimi rentanı satın almaq hüququnun renta alanın sağğında və ya başqa müddəərzində ye-

rinə yetirilməsinin qeyri-mümkünlüyündən ibarətdir

Daimi renta həm renta ödəyicisinin, həm də renta alanın təşəbbüsü ilə satın alına bilər. Lakin satın alınma 

yolu ilə daimi renta müqaviləsinin ləğv edilməsi üçün qanun bir şərt müəyyən edir. Bu şərt ondan ibarətdir ki, 

renta ödəyicisi bütün satınalınma məbləğini tam ödədikdən sonra daimi renta müqaviləsi xitam edilə bi-



lər. Müqavilədə satınalmanın başqa qaydası da nəzərdə tutula bilər. 

Qeyd etdik ki, daimi renta renta alanın təşəbbüsü (tələbi) ilə də satın alına bilər. Renta alanın tələbi ilə 

daimi  rentanın  satın  alınmasını  şərtləndirən  əsasların  siyahısı  qanunda  nəzərdə  tutulmuşdur  (MM-in  874-cü 

maddəsi). Bu siyahı qeyri-qəti və təxmini xarakterə malikdir. Odur ki, daimi renta müqaviləsində bu siyahıda 

göstərilməyən digər əsaslar da nəzərdə tutula bilər. 

Renta alanın tələbi ilə daimi rentanın satın alınmasını şərtləndirən əsaslardan biri renta ödəyicisinin renta 



ödənilməsini bir ildən çox gecikdirməsidir. Müqavilədə gecikdirmənin ayrı müddəti də nəzərdə tutula bilər. 

Bu halda ödənişin yubadılmasının səbəblərini müəyyən etmək zəruri və vacibdir. Renta ödənişinin gecikdiril-

məsi renta ödəyicisinin lazımi qayğı göstərməməsinin, diqqətsizliyinin, vəzifə borcuna laqeyd münasibətin və 

digər halların nəticəsi ilə bağlı ola bilər. 



Renta ödəyicisinin renta ödənişini təmin etmək öhdəliyini pozması renta alana ixtiyar verir ki, o, daimi 

rentanın satın alınmasını renta ödəyicisindən tələb etsin. Renta ödəyicisi renta ödənilməsinin icrasına təminat 

verməyə borcludur (MM-in 869-cu maddəsi). Başqa sözlə desək, renta ödəyicisi behlə, zaminliklə, dəbbə pulu, 

girovla və s. öz öhdəliyinin icrasına təminat verməli, ya da bu öhdəliklərin icra olunmaması, ya da lazımınca 

icra olunmaması üçün məsuliyyət riskini renta alanın xeyrinə sığorta etdirməlidir. Bu vəzifənin yerinə yetiril-

məməsi renta alanın tələbi ilə daimi rentanın satın alınmasını şərtləndirir. 



Renta ödəyicisinin rentanı müqavilə ilə müəyyənləşdirilmiş miqdarda və müddətlərdə ödəməyəjəyinə 

açıq-aşkar dəlalət edən halların yaranması renta alana ixtiyar verir ki, o, daimi rentanın satın alınmasını qarşı 

tərəfdən tələb etsin. Bu cür hallarda renta ödənişinin həyata keçirilməsi üçün ciddi təhlükə yaranır və onun ya-

xın vaxtlarda yerinə yetirilməsinə şübhə əmələ gəlir. Renta ödənişinin həyata keçirilməməsinin ehtimal olunan 

proqnozu  rentanın  ödənilməyəjəyini  açıq-aşkar  sübut  edən  elə  hallara  əsaslanır  ki,  bununla  yaxın  vaxtlarda 

(perspektivdə) renta alana renta ödənilməməsi ehtimalı müəyyən edilir. Məsələn, renta ödəyicisinin ödəniş qa-

biliyyətinin olmamasını bu cür hallardan biri hesab etmək olar. Lakin bu hal müflis elan edilmək demək deyil-

dir. Belə ki, şəxs bir qayda olaraq, məhkəmə qərarı ilə müflis elan edilə bilər. 

Renta  alanın  tələbi  ilə  daimi  rentanın  satın  alınmasının  əsaslarından  biri  renta  ödənilməsi  üçün  verilmiş 



daşınmaz əmlakın ümumi mülkiyyətə daxil olması və ya bir neçə şəxs arasında bölüşdürülməsidir. Belə 

halda mülkiyyətçilərin sayı çoxalır. Bu isə daimi renta alanın mənafeyinə cavab vermir. Ona görə də paylı və ya 

birgə ümumi mülkiyyətdən hər hansı birinin olmasının əhəmiyyəti yoxdur. Beləliklə, bununla daimi renta alan 

üçün bir neçə renta ödəyicisi əmələ gəlir. Bu isə renta alanın mənafeyini pozur. Belə halda renta alan öz məna-

feyini müdafiə etmək üçün vicdanlı renta ödəyicisindən rentanı satın almağı tələb edir. 

Daimi rentanın satınılma qiyməti daimi renta müqaviləsi ilə müəyyənləşdirilir. Müqavilədə daimi rentanın 

satınalma qiyməti nəzərdə tutulmaya da bilər. Belə halda satınalma qiyməti iki qaydada həyata keçirilir: 

 birincisi, satınalma ödəniləsi rentanın illik məbləğinə uyğun qiymətlə həyata keçirilir; 



 ikincisi, satınalma qiyməti renta ödənişlərinin illik məbləği ilə verilmiş əşyanın qiymətinin cəmi kimi 

müəyyən edilir, yəni satınalma qiyməti bərabərdir renta ödənişlərinin illik məbləği + verilmiş əşyanın qiyməti. 

Daimi  renta  ödənilməsindən  ötrü  əmlakın  haqq müqabilində  verilməsi  üçün  əsas  götürülən  daimi  renta 

müqaviləsində satınalma qiyməti haqqında şərt olmadıqda qiymətin müəyyən edilməsi üçün birinci qayda, dai-

mi renta ödənilməsindən ötrü əşyanın pulsuz verilməsi üçün əsas götürülən daimi renta müqaviləsində satınal-

ma qiyməti haqqında şərt olmadıqda isə ikinci qayda tətbiq edilir (MM-in 875-ci maddəsi). 

§ 5. Ömürlük renta müqaviləsi 

1. Ömürlük renta müqaviləsinin əsas xüsusiyyətləri 

Ömürlük renta müqaviləsi renta müqaviləsinin ikinci növü hesab edilir. MM-in 48-ci fəslinin 3-cü paraqrafı-

na  daxil  olan  normalar  (877-880-ci  maddələr)  bu  hüquqi  konstruksiyanın  tənzimlənməsinə  həsr  edilmişdir. 

Ömürlük renta müqaviləsi renta alanın ömrü və həyatı boyu qüvvədə olan müqavilədir. Daimi renta müqa-

viləsindən fərqli olaraq ömürlük renta müqaviləsinin qüvvədə olma  müddəti renta alanın yaşadığı həyatla 



 

562


məhdudlaşır. Bu onu ifadə edir ki, renta alanın ölümü ömürlük renta ödənişi üzrə öhdəliyin xitam olunmasına 

səbəb  olur.  Deməli,  ömürlük  renta  müqaviləsi  renta  ödənilməsi  üzrə  müddətli  öhdəlik  yaradır.  Bu,  ömürlük 

renta müqaviləsinin birinci xüsusiyyətidir. Özü də bu xüsusiyyəti həmin müqavilənin əsas və başlığa əlaməti 

hesab etmək olar. 

Ömürlük renta müqaviləsinin bağlanmasında iştirak edən renta alanın hüquqları tələbin güzəşti yolu ilə ve-

rilə bilməz və yaxud vərəsəlik üzrə keçə bilməz. Ona görə ki, bu hüquqlar renta alanın şəxsiyyəti ilə sıx surət-

də bağlıdır. Deməli, bu müqavilədən əmələ gələn öhdəlik şəxsi öhdəlikdir. Ona görə də renta alanın hüquqları-

nın başqa şəxslərə keçməsi istisna edilir. Dediklərimizdən belə çıxır ki, müqavilənin şəxsi öhdəlik yaratması 

və renta alanın hüquqlarının başqalarına keçə bilməməsi ömürlük renta müqaviləsinin ikinci xüsusiyyətini 

təşkil edir. 

Beləliklə, ömürlük renta əşyanı renta ödənilməsi üçün verən fiziki şəxsin sağlığı dövrü üçün və ya onun gös-

tərdiyi başqa fiziki şəxsin sağlığı dövrü üçün müəyyənləşdirilə bilər (MM-in 877.1-ci maddəsi). Ömürlük renta 

müqaviləsindən əmələ gələn öhdəlik şəxsi xarakterə malik olduğuna görə renta alanın (kreditorun) ölümü 

öhdəliyin xitamına səbəb olur (MM-in 558.2-ci maddəsi). 

2. Müqavilənin elementləri 

Ömürlük renta müqaviləsinin bağlanmasında renta alan rolunda yalnız fiziki şəxsləçıxış edə bilər. Hüquqi 

şə

xslərin renta alan rolunda müqavilə iştirakçısı olması istisna edilir. Belə ki, bu müqavilə renta alanın ömrü 



(həyatı) boyu qüvvədə olur. Yalnız fiziki şəxs yaşamaq hüququndan istifadə etməklə ömür sürə bilər . 

Renta alan  rolunda təkjə bir  nəfər fiziki şəxs  yox, bir neçə fiziki şəxs (məsələn, ər-arvad, ailəyə  yaxın olan 

şə

xslər) də iştirak edə bilər. Belə ki, qanuna görə ömürlük rentanın bir neçə fiziki şəxsin xeyrinə müəyyənləşdi-



rilməsinə yol verilir (MM-in 877.2-ci maddəsi). Hər bir fiziki şəxsə ödəniləjək renta payı ömürlük renta müqavi-

ləsi ilə müəyyənləşdirilir. Əgər bu, müqavilədə nəzərdə tutulmayıbsa, renta almaq hüququnda onların payları 



bərabər sayılır

Renta alan fiziki şəxslərdən biri öldükdə onun payının hüquqi taleyi müəyyən xüsusiyyətlərə malikdir. Belə 

ki, renta alanlardan birinin ölməsi payın ondan çox yaşayan renta alanlara keçməsinə səbəb olur (MM-in 877.3-

cü  maddəsi).  Məsələn,  ər  və  arvad  onların  ümumi  birgə  mülkiyyətində olan  yaşayış  mənzilini  ömürlük  renta 

müqaviləsi əsasında renta ödənilməsi üçün renta ödəyicisi olan hər hansı vətəndaşa verirlər. Ər ölür. Belə halda 

renta almaq hüququnda ərin payı ondan çox yaşayan arvadına keçir. 

Ölmüş renta alan fiziki şəxsin renta payını əldə edən sonuncu renta alan fiziki şəxsin həyatı da, şübhəsiz ki, 

ə

bədi  və  daimi  deyildir.  Sonuncu  renta  alan  şəxs  öldükdə  rentanı  ödəmək  öhdəliyinə  xitam  verilir  (MM-in 



877.3-cü maddəsi). Məsələn, bundan əvvəldə çəkdiyimiz yuxarıdakı misalda ölmüş ərin renta payını əldə edən 

arvad da öldükdə rentanı ödəmək öhdəliyi ləğv edilir. Ona görə ki, ömürlük renta şəxsi öhdəlikdir və renta ala-

nın ölümü ilə həmin öhdəlik xitam olunur. 

Renta alanlardan birinin ölməsi ilə renta almaq hüququnda payın ondan çox yaşayan renta alanlara keçməsi 

barədə qanunun göstərişi (MM-in 877.3-cü maddəsi) imperativ yox, dispozitiv xarakterə malikdir. Belə ki, bu 

məsələ barəsində ayrı qayda da nəzərdə tutula bilər. 

Bəzi hallarda bağlanan ömürlük renta müqaviləsi hər hansı bir hüquqi nəticə yaratmır. Bu cür müqavilə puç 

(əhəmiyyətsiz) hesab edildiyinə  görə onun etibarsızlığına səbəb olur. Həmin müqavilə puç  (mütləq etibarsız) 

ə

qd sayılır. Məsələn, müqavilənin bağlandığı məqamda sağ olmayan fiziki şəxsin xeyrinə ömürlük renta müəy-



yənləşdirən müqavilə hüquqi əhəmiyyətə malik deyil (MM-in 877-ci maddəsinin 4-cü bəndi). 

Müqavilənin ikinci tərəfi olan renta ödəyicisinə gəldikdə isə onu demək lazımdır ki, qanun onun subyekt 

tərkibi  barədə  hər  hansı  bir  məhdudiyyət  müəyyən  etmir.  Ona  görə  də  elə  hesab  edirik  ki,  ömürlük  renta 

ödəyicisi  kimi  müqavilənin  bağlanmasında  mülki  hüququn  bütün  subyektləri,  yəni  vətəndaşlar,  hüquqi 

şə

xslər, bələdiyyələr və dövlət çıxış edə bilər

Ömürlük  renta  müqaviləsinin  predmeti  kimi  dövriyyə  qabiliyyətli  istənilən  daşınmaz  və  daşınar  əmlak 

növü çıxış edə bilər. Mülki dövriyyədə istifadəsi qadağan edilən əmlak bu müqavilənin predmeti ola bilməz. 

Həm də predmet müqavilənin mühüm şərti sayılır. 

Ömürlük  renta  müqaviləsinin  müddəti  onun  qüvvədə  olma  müddətini  ifadə  edir.  Bu  müddət  onu  ifadə 

edir  ki,  renta  alanın  ömrü  boyu  renta  ödəyicisi  renta  ödənişini  həyata  keçirməyə  borcludur.  Özü  də  qanun 

ömürlük rentanın hər təqvim ayının sonunda ödənilməsini nəzərdə tutur (MM-in 878-ci maddəsi). Müqavilə-

də ömürlük rentanın ödənilməsinin başqa müddətləri də nəzərdə tutula bilər. 



Ömürlük renta müqaviləsinin məzmunu renta alanın malik olduğu hüquqdan, renta ödəyicisinin daşıdığı 

vəzifədən ibarətdir. Borclu şəxs kimi renta ödəyicisi çıxış edir. Onun əsas vəzifəsi nəzərdə tutulmuş müddətdə 



ömürlük renta ödənişini həyata keçirməkdən ibarətdir. Renta ödəyicisinin daşıdığı bu vəzifə ömürlük renta 

ödənilməsi üçün verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi halında da onun tərə-




 

563


findən icra olunmalıdır. Bu onunla izah edilir ki, ömürlük renta ödənilməsi üçün verilmiş əşyanın mülkiyyətçisi 

renta  ödəyicisidir  və  o,  mülkiyyətçi  kimi  əmlakın  təsadüfən  məhv  olması  və  ya  təsadüfən  zədələnməsi  riski 

üçün məsuliyyət daşıyır (MM-in 152.10-cu maddəsi). Renta ödəyicisi əmlakın haqq müqabilində və ya pulsuz 

renta ödənilməsi üçün verilməsindən asılı olmayaraq əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələn-

məsi riski üçün cavabdehdir. 

3. Ömürlük renta müqaviləsinin ləğv edilməsi 

Ömürlük renta müqaviləsinin əsas xüsusiyyətlərindən biri onun müddətli əqd olmasıdır. Müddətli əqdin be-

lə  bir  cəhəti  var  ki,  müddətin  başa  çatması  əqdin  xitam  edilməsini  şərtləndirir.  Ömürlük  renta  müqaviləsinin 

qüvvədə olma müddəti isə renta alanın ölümü ilə bitir və sona çatır. Deməli, renta alanın ölümü ilə ömürlük 



renta müqaviləsi xitam edilir. Bu, müqavilənin ləğv edilməsinin təbii əsasıdır

Bununla bərabər, ömürlük renta müqaviləsi renta alanın sağlığında onun təşəbbüsü ilə birtərəfli qaydada 



ləğv edilə bilər ki, bu, müqavilənin xitam edilməsinin xüsusi əsası və qaydası hesab edilir. Qanun renta alanın 

tələbi ilə ömürlük renta müqaviləsinin ləğv edilməsinin xüsusi qaydasını və əsasını nəzərdə tutur (MM-in 879-

cu maddəsi). 

Renta  ödəyicisinin  ömürlük  renta  müqaviləsini  mühüm  dərəjədə  pozması  renta  alanın  təşəbbüsü  ilə 

müqavilənin vaxtından qabaq birtərəfli qaydada ləğv edilməsinin xüsusi əsasıdır. Qanun müqavilənin mühüm 

dərəjədə pozulması anlayışının mənasını açıqlayır (MM-in 421.2-ci maddəsi). Belə ki, müqavilənin mühüm 

dərəjədə  pozulması  dedikdə  bir  tərəfin  digər  tərəfə  vurduğu  zərər  nəticəsində  zərər  çəkən  tərəfin  müqavilə 

bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəjədə məhrum olması başa düşülür. Müqavilənin mühüm 

dərəjədə  pozulmasını  şərtləndirən  hallara  qanunun  (MM-in  874-cü  maddəsi)  analogiyası  əsasında  aid  etmək 

olar: renta ödəyicisinin renta ödənişini müntəzəm olaraq gecikdirməsi; məsuliyyət riskinin renta ödəyicisi tə-

rəfindən renta alanın xeyrinə sığorta etdirilməməsi; renta ödənilməsi üzrə öhdəliyin icrasına zaminliklə, gi-

rovla, behlə, dəbbə pulu ilə və s. təminat verilməməsi və s. 

Müqavilənin mühüm dərəjədə pozulması renta ödəyicisi üçün arzuolunmaz və xoşagəlməz nəticələrə səbəb 

olur.  Bu  cür  halda  renta  alan  müqaviləni  ləğv  etməyi  və  zərərin  əvəzini  ödəməyi  (MM-in  21-ci  və  443-cü 

maddələri) tələb edə bilər. Renta alan başqa alternativ də seçə bilər. Belə ki, o, renta ödəyicisindən rentanı sa-

tın almağı tələb edə bilər. Bununla da müqavilə xitam edilir. Ömürlük rentanın satın alınması daimi rentanın 

satın alınması kimi eyni şərtlərlə həyata keçirilir (MM-in 875-ci maddəsi). Beləliklə, daimi renta müqaviləsin-

dən fərqli olaraq ömürlük renta müqaviləsi renta satın alınmadan da ləğv edilə bilər. 

Renta  ödəyicisinin  müqaviləni  mühüm  dərəjədə  pozması  ömürlük  renta  müqaviləsinin  başqa  üsulla  ləğv 

edilməsinə səbəb ola bilər. Belə ki, ömürlük renta ödənilməsi üçün mənzilin, yaşayış evinin və s. əmlakın pul-

suz verildiyi halda, renta ödəyicisi müqaviləni mühüm dərəjədə pozarsa, onda renta alan həmin əmlakın qay-



tarılmasını tələb edə bilər. Əmlakın qaytarılması ilə müqavilə ləğv edilir. Bu halda əmlakın dəyəri rentanın sa-

tınalma qiyməti ilə əvəzləşdirilir (MM-in 879.2-ci maddəsi) 



TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Em V.S. Doqovor rentı // Zakonodatelğstvo. 1999. N 5. 

offe O.S. Obəzatelğstvennoe pravo. M., 1975. 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 /Pod red. A.P.Serqeeva. Ö.K.Tolstoqo. M., 1997 (qlava 32). 

Qracdanskoe pravo Rossii. Uçebnik. Çastğ 2 / Pod red. A.Q.Kalpina. M., 1999 (qlava 4). 

Qracdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 1 / Pod red. E.A.Suxanova. M., 1999 (qlava 33, § 3). 

Qracdanskoe pravo Rossii. Kurs leküiy. Obəzatelğstvennoe pravo / Pod red. O.N.Sadikova. M., 1997 (qlava 

11). 


Qracdanskoe pravo. Uçebnik / Pod red. S.P.Qrişaeva. M., 1999 (qlava 16). 

Qracdanskiy  kodeks  RF.  Çastğ  vtoraə,  Tekst  kommentariy,  alfavitno-predmetnıy  ukazatelğ  /Pod  red. 



O.M.Kozırə, A.P.Makovskoqo, S.A.Xoxlova. M., 1996 (qlava 33). 

Kommentariy k Qracdanskomu kodeksu Rossiyskoy Federaüii, çasti vtoroy / Pod red. O.N.Sadikova. M., 

1999 (qlava 33). 

Kommentariy çasti vtoroy QK RF dlə predprinimateley / Pod red. Braqinskoqo M. ., Suxanova E.A. i dr. 



M., 1996 (qlava 33) 

Üıbulenko Z. Renta i pociznennoe sodercanie s icdiveniem // Rossiyskaə östiüiə. 1997. N 6,7. 

Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   482   483   484   485   486   487   488   489   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə