Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə482/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   478   479   480   481   482   483   484   485   ...   490

 

552


«Qiymətli kağızlar haqqında» AR Qanununun 19-cu maddəsinin 1-ci bəndi tapşırıq müqaviləsini broker 

fəaliyyətinin  hüquqi  əsaslarından  biri  kimi  müəyyən  edir,  bu  fəaliyyəti  qiymətli  kağızlar  bazarında  peşəkar 

fəaliyyətin növü kimi nəzərdə tutur. Qanun qiymətli kağızlar bazarında həyata keçirilən brokerlik fəaliyyətinin 

ə

sas cəhətlərini müəyyənləşdirir, brokerlərin hüquqi statusuna toxunur. 



«Sığorta fəaliyyəti haqqında» AR Qanununun (25.12.2007) 11-ci fəsli sığorta brokerinin hüquqi vəziyyə-

tini müəyyən edir, onların yerinə yetirdikləri broker fəaliyyətinin əsas qaydalarını nəzərdə tutur. Qanunda sığor-

ta brokerinə anlayış verilir. 

Broker  fəaliyyəti  ilə  bağlı  məsələlərin  hüquqi  tənzimlənməsi  qanunqüvvəli  normativ  aktlarla  da  həyata 

keçirilə bilər. Məsələn, Prezidentin «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı». 

§ 2. Broker müqaviləsinin elementləri 

1. Tərəflə

Broker müqaviləsinin bağlanmasında iki tərəf iştirak edir: 

 broker; 



 sifarişçi. 



Broker  brokerlik  fəaliyyətini  yerinə  yetirən,  vasitəçilik  funksiyasını  həyata  keçirən  şəxsdir.  Brokerlərin 

müxtəlif kateqoriyaları mövcuddur: birja brokeri; sığorta brokeri; qiymətli kağızlar bazarının brokeri və s. Kon-

tinental Avropa ölkələrinin qanunvericiliyi brokeri makler adlandırır. Məsələn, Almaniya Ticarət Qanunnamə-

sinə görə makler dedikdə malların və qiymətli kağızların alqı-satqı müqaviləsi, habelə sığorta, daşıma, gəmilə-

rin və ticarət dövriyyəsinin digər predmetlərinin kirayəsi müqaviləsi bağlamaqda professional əsaslarla müqavi-

lə vasitəsi ilə başqa şəxslərin mənafeyinə vasitəçilik xidməti göstərən şəxs başa düşülür.  taliya  MM-nə görə 

makler (ital. «mediatore») iki və daha çox şəxs arasında müqavilə bağlamaq məqsədi ilə onlar arasında əlaqə 

yaradan və həmin şəxslərlə hər hansı münasibətdə olmayan şəxsdir.  ngiltərə və ABŞ hüququnda broker anlayı-

ş

ından  ticarət  agentini müəyyən  etmək  üçün  istifadə  edilir.  Brokerin  əsas  funksiyası  haqq  əsasında  iki  tərəf 



arasında müqavilə bağlamaq üçün vasitəçilik xidməti göstərməkdən ibarətdir. Adətən broker müqavilə bağla-

maqda  öz  prinsipalına  (tapşırana)  köməklik  göstərir.  O,  prinsipal  tərəfindən  satış  üçün  təklif  olunan  malları 

müştərilərə göstərir, müqavilə bağlamaq üçün daşışıqlar aparır. 

Ə

mtəə birjası sahəsində broker dedikdə birja əqdlərinin müəyyənləşdirilmiş qaydada müştərinin tapşırığı 

ə

sasında bağlanmasını yerinə yetirən birja vasitəçisi başa düşülür. Broker rolunda – həm broker firması (kon-



toru), həm də müstəqil brokerlər çıxış edə bilərlər. 

Broker firması (kontoru) «Əmtəə birjası haqqında» AR Qanununa əsasən yaradılan, mənfəət alması məq-

sədi ilə xidmət və fəaliyyət göstərən hüquqi şəxs statuslu təsərrüfat subyekti olan müəssisədir. O, birja ticarətini 

həyata keçirir. Birja ticarəti diler fəaliyyəti vasitəsilə də həyata keçirilə bilər. Diler fəaliyyəti də nümayəndəlik 

münasibətləri yaratmır. Birja vasitəçiliyi birja vasitəçiləri tərəfindən də həyata keçirilir ki, broker firması (kon-

toru) bunların arasında mühüm rol oynayır. 

Broker kontoru (firması) əmtəə birjasında minimum zəruri yeri olan və birja ticarəti üzrə müştərilər arasında 

vasitəçilik  funksiyalarını  həyata  keçirən  təşkilatdır.  Müasir  şəraitdə  vasitəçilik  əməliyyatlarının  əsas  hissəsi 

banklarla sıx əlaqə saxlayan, geniş filiallar şəbəkəsinə malik olan iri broker firmaları tərəfindən həyata keçirilir. 

Broker müqaviləsinin bağlanmasında iştirak edən tərəflərdən biri müstəqil brokerlərdir. Müstəqil brokerlər 

birja ticarətini həyata keçirən, birja vasitəçiliyini yerinə yetirən birja vasitəçisidir. Müstəqil brokerlər dedikdə 

hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər başa düşülür. 

Ə

mtəə birjasında birja vasitəçilərinin sayı qeyri-məhdud deyil. Birja ticarətini həyata keçirən brokerlərin sa-



yı birja komitəsi (şurası) tərəfindən müəyyən edilir. 

Birja brokerlərinin brokerlik fəaliyyəti ilə məşğul olmaları üçün onların xüsusi razılıq (lisenziya) almaları 



tələb  olunmur.  Belə  ki,  brokerlik  fəaliyyətinin  bu  növü  xüsusi  razılıq  (lisenziya)  tələb  edən  sahibkarlıq 

fəaliyyəti növlərinə şamil edilmir.  

Brokerlərin kateqoriyalarından biri olan sığorta brokerinin hüquqi statusu «Sığorta fəaliyyəti haqqında» AR 

Qanununun XI fəsli (82-ci, 83-cü və digər maddələr) müəyyən edilir. Sığorta brokeri rolunda həm hüquqi şəxs-

lər (broker təşkilatı), həm də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış 

edə bilərlər. 

Sığorta brokeri sığorta müqaviləsində sığortalını təmsil edən, müqavilənin imzalanması üçün hazırlıq işləri 

görən və lazım olarsa, bu müqavilənin həyata keçirilməsinə köməklik göstərən şəxsdir. O, sığorta məsələləri, o 

cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləş-

dirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərir, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə da-

ir məsləhətlər verir.  

Sığorta brokerləri yalnız qanunvericilikdə nəzərdə tutulmuş qaydada xüsusi razılıq (lisenziya) aldıqdan sonra 




 

553


fəaliyyət göstərə bilərlər. Axı, sığorta fəaliyyəti də xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinə da-

xildir.  Lisenziya  Dövlət  Sığorta  Nəzarəti  orqanı  tərəfindən  verilir  («Sığorta  fəaliyyəti  haqqında»  AR 

Qanununun  83-cü  maddəsi).  Lisenziyanın  verilməsi  ilə  bağlı  münasibətlər  «Sığorta  fəaliyyəti  haqqında»  AR 

Qanununun 11-ci fəsli ilə tənzimlənir.  

Qiymətli  kağızlar  bazarında  brokerlər  vasitəçilik  münasibətlərində  iştirak  edirlər.  Broker  dedikdə  qiymətli 

kağızlar bazarının broker fəaliyyəti ilə məşğul olan peşəkar iştirakçısı başa düşülür. Broker fəaliyyəti qiymətli 

kağızlarla mülki-hüquqi əqdlərin bağlanmasına yönələn fəaliyyətdir. 

Qiymətli kağızlar bazarının peşəkar iştirakçısı olan brokerlər əsasən tapşırıq müqaviləsi əsasında  fəaliyyət 

göstərirlər («Qiymətli kağızlar haqqında» AR Qanununun 19-cu maddəsinin 1-ci bəndi). Broker rolunda həm 

hüquqi, həm də fiziki şəxslər çıxış edə bilərlər. Onlar müştərilərin mənafeyini təmsil edərək ştərinin hesa-



bına qiymətli kağızlarla mülki-hüquqi əqdlər bağlayırlar.  Brokerlər qiymətli kağızlar bazarının digər peşəkar 

iştirakçısı olan dilerdən (ingiliscə «dealer» -ticarətçi) bu xüsusiyyəti ilə fərqlənir. Diler öz adından və öz hesabı-

na qiymətli kağızlarla alqı-satqı əqdlərini bağlayan hüquqi şəxsdir. 

Brokerlər qiymətli kağızlar bazarında yalnız xüsusi razılıq (lisenziya) aldıqdan sonra fəaliyyət göstərə bilər-

lər. «Qiymətli kağızlar haqqında» AR Qanununun 31-ci maddəsinin 8-ci bəndinə görə qiymətli kağızlar baza-

rında xüsusi razılıq olmayan brokerlik fəaliyyəti qeyri-qanuni hesab edilir. Brokerlərin fəaliyyət  göstərmələri 

üçün xüsusi icazəni (lisenziyanı) Qiymətli kağızlar üzrə Dövlət Komitəsi verir. 

Brokerlər valyuta birjasında da vasitəçi kimi çıxış edirlər. Valyuta birjası dedikdə müntəzəm fəaliyyət gös-

tərən xarici valyutalar bazarı başa düşülür. Bu bazarda tələb və təklifin faktiki nisbətlərindən asılı olaraq valyu-

taların  məzənnəsi  (kotirovka)  formalaşır.  Valyuta  bazarı  müxtəlif  ölkələrin  valyutalarının  satıcı  və  alıcıları 

arasında iqtisadi münasibətlərin məcmusunu ifadə edir. 

Valyuta birjasında valyuta ticarəti həyata keçirilir ki, brokerlər bu münasibətlərdə vasitəçi rolunda çıxış edir-

lər. 

Broker müqaviləsinin digər iştirakçısı sifarişçi və ya müştəri adlanır. Həm hüquqi şəxslər, həm də fiziki 



şə

xslər sifarişçi rolunda bu müqaviləni bağlaya bilərlər. 

2. Müqavilənin predmeti və digər elementləri 

Broker müqaviləsinin predmetini qeyri-maddi xarakterli vasitəçilik xidməti təşkil edir. Müqavilənin pred-



meti yalnız faktiki hərəkətlərdən ibarətdir. Vasitəçilik xidməti əqdlərin bağlanmasında göstərilən köməklikdə ifa-

də edilir. Çox vaxt vasitəçilik xidməti alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar olur. Əmtəə birjası bro-



keri ilə bağlanan müqavilənin predmetini birja əqdlərinin (forvard, fyuçers, opsion və s.) bağlanmasında göstə-

rilən vasitəçilik xidməti çıxış edir. ğorta brokeri müqaviləsində isə müqavilənin predmetini sığorta müqavi-

ləsinin bağlanmasında göstərilən vasitəçilik xidməti təşkil edir. Qiymətli kağızlar üzrə broker müqaviləsinin 

predmetini  qiymətli  kağızlarla  həyata  keçirilən  mülki-hüquqi  əqdlərin  bağlanmasında  göstərilən  xidmət  təşkil 

edir. 


Valyuta birjasında bağlanan broker müqaviləsinin predmeti isə xarici valyutaların alqı-satqı müqaviləsi-

ni bağlamaqda müştəriyə göstərilən vasitəçilik xidmətindən ibarətdir. 

 

Müqavilənin forması haqqında MM hər hansı xüsusi qayda müəyyən etmir.  «Tapşırıq müqaviləsinin for-

ması haqqında» AR Qanununun (MM-in 777.2-ci maddəsi) müəyyən etdiyi qaydaları broker müqaviləsinin for-

masına tətbiq etmək olar. Belə ki, tapşırıq müqaviləsi kimi broker müqaviləsi də həşifahi, həm də yazılı for-

mada bağlana bilər. Lakin broker müqaviləsi sahibkarlıq müqaviləsi olduğuna görə yazılı formada bağlanma-

lıdır. 


Broker müqaviləsinin müddəti qanunla tənzimlənmir. Ona görə də broker müqaviləsində müddət ilə bağlı 

münasibətlərə öhdəliyin icrası barədə qanunun nəzərdə tutduğu qaydalar tətbiq edilir (MM-in 427.2-ci maddə-

si). 

Broker müqaviləsinin qiyməti onun müddətindən fərqli olaraq xüsusi qaydada nizama salınır. MM-in 788-

ci maddəsi broker müqaviləsinin qiyməti ilə bağlı məsələlərin tənzimlənməsinə həsr edilmişdir. 

Brokerin ixtiyarı vardır ki, yalnız o, vasitəçilik xidmətini gerçəkləşdirdikdən sonra haqqın verilməsini tələb 

etsin. Haqqın ödənilməsi tərəflərin müəyyən etdikləri və nəzərdə tutduqları arzu olunan nəticəyə nail olunması 

ilə  şərtlənir.  Deməli,  müqavilə  icra  olunduqdan  sonra  brokerə  haqq  ödənilir.  Müqavilə  təxirəsalıcı  şərtlə 

bağlana bilər. Təxirəsalıcı şərtlə bağlanan bu cür broker müqaviləsində isə haqqın ödənilməsi gələcəkdə gözlə-

nilən və ya naməlum hadisədən (şərtdən) asılı olaraq müəyyən edilir. Məsələn, tapşıran brokerə milli valyutanın 

kursu dəyişdiyi halda hərəkət etmək barədə göstəriş verə bilər. Yalnız gözlənilən həmin hadisə (şərt) baş ver-

dikdə, brokerə haqq ödənilir. Gözlənilən hadisə baş vermədikdə isə brokerə haqq verilmir. 

3. Müqavilənin məzmunu 

Broker müqaviləsinin bağlanmasında iştirak edən tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   478   479   480   481   482   483   484   485   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə