Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə481/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   477   478   479   480   481   482   483   484   ...   490

 

551


habelə sığorta əməliyyatlarının aparılmasında iştirak edən vasitəçilər kateqoriyasını əhatə edir. 

Brokerlik üzrə fəaliyyətin mülki-hüquqi tənzimlənməsində broker müqaviləsi hüquqi vasitə kimi çıxış edir. 

Broker müqaviləsi anlayışı Azərbaycan Respublikası mülki qanunvericiliyi üçün yeni müqavilə növüdür. Köh-

nə qanunvericilik broker müqaviləsi adlı mülki-hüquqi müqavilə növü nəzərdə tutmamışdı və tanımırdı. Bro-

kerlik fəaliyyəti bir qayda olaraq, ya tapşırıq, ya da komissiya müqaviləsi əsasında tənzimlənir və həyata keçi-

rilmişdi. Məsələn, qiymətli kağızlar bazarında broker fəaliyyəti tapşırıq və ya komissiya müqaviləsi kimi hüqu-

qi konstruksiyaların vasitəsi ilə nizama salınır («Qiymətli kağızlar haqqında» AR Qanununun 19-cu maddəsi). 

Ə

mtəə birjasında broker birja əqdlərini müştərinin adından və onun hesabına və ya öz adından və müştərinin 



hesabına bağlanmasını həyata keçirir («Əmtəə birjası haqqında» AR Qanununun 1-ci maddəsi). Broker müqavi-

ləsini qüvvədə olan MM-in nəzərə alması və tanıması ilə bundan sonra brokerlik fəaliyyəti broker müqaviləsi 

ilə qaydaya salınmalıdır. 

Broker müqaviləsinin anlayışı mülki qanunvericilikdə nəzərdə tutulmuşdur (MM-in 787.1-ci maddəsi). Bu 



müqaviləyə əsasən brokerə haqq müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı veri-

lir. Anlayışdan görünür ki, broker müqaviləsi öz hüquqi təbiəti və xarakteri ilə konsensual, əvəzli və ikitərəfli 

(qarşılıqlı) müqavilədir. Ona görə konsensual müqavilədir ki, broker müqaviləsinin bağlanmış hesab edilməsi 

üçün tərəflərin razılığa gəlmələri kifayətdir; razılığa gəldikləri andan müqavilə bağlanmış sayılır, tərəflər üçün 

hüquq və vəzifələr əmələ gətirir. Ona görə əvəzlidir ki, broker vasitəçilik xidmətini haqq müqabilində görür. 

Müqavilənin  ikitərəfli  olması  onunla  bağlıdır  ki,  tərəflər  hüquqlara  malik  olub,  vəzifələr  daşıyırlar  (məsələn, 

tapşırığı icra etmək vəzifəsi; haqq ödəmək vəzifəsi və s.)      

Broker  müqaviləsi  tapşırıq  müqaviləsi  haqqında  normalar  ilə  qaydaya  salınır  və  tənzimlənir.  Bu  müqavilə 

tapşırıq müqaviləsindən, hər şeydən əvvəl, spesifik subyekt tərkibinə görə, habelə həmin müqavilə əsasında 

həyata  keçirilən  əməliyyatların  (brokerlik  fəaliyyətinin)  xüsusiyyəti  ilə  fərqlənir.  Bununla  bərabər,  bütün 

hallarda broker müqaviləsi əvəzli müqavilə hesab edilir. Qanun xüsusi olaraq göstərir ki, broker sifarişçiyə va-

sitəçilik xidmətlərini haqq müqabilində göstərir. Bundan fərqli olaraq tapşırıq müqaviləsi bəzi hallarda əvəzsiz 

xarakterə də malik ola bilər. 

Broker müqaviləsi nümayəndəlik münasibəti yaratmır. Belə ki, broker kommersiya vasitəçisi olub, əqdlə-

ri  özü  bağlamır,  yalnız əqdlərin  bağlanmasına  köməklik  göstərir,  tərəfdaşlar  axtarır,  müqavilənin  bağlanması 

barədə danışıqlar aparır və onun imzalanması üçün hazırlıq işləri görür. O, sifarişçi üçün hüquq və vəzifə yara-



dan hüquqi hərəkətlər yerinə yetirmir

Broker müqaviləsi sahibkarlıq müqaviləsidir. Bu onunla izah olunur ki, broker fəaliyyətinin əsas məqsədi 

vasitəçilik xidmətindən ibarətdir. Özü də brokerin həyata keçirdiyi broker fəaliyyəti xüsusi razılıq (lisenziya) 

tələb edən sahibkarlıq fəaliyyətinə aiddir. Elə buradaca, dərhal qeyd etməliyik ki, brokerlik fəaliyyətinin bü-

tün növləri yox, yalnız bəzi növləri xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinə aiddir: sığorta bro-

keri fəaliyyəti; qiymətli kağızlar bazarında broker fəaliyyəti; gömrük brokeri. Brokerlik fəaliyyəti dedikdə, qiy-

mətli kağızlar bazarında sığorta sahəsində, əmtəə, fond və valyuta birjasında və digər sferalarda brokerin müx-

təlif kommersiya sazişlərinin bağlanmasında vasitəçiliyi başa düşülür. 

Broker müqaviləsi beynəlxalq ticarət dövriyyəsində də tətbiq edilir. Qeyd etməliyik ki, brokerlik beynəl-



xalq ticarət vasitəçiliyinin formalarından (növlərindən) biridir. Lakin bu forma beynəlxalq ticarət dövriyyə-

sində digər formalara nisbətən bir o qədər də geniş yayılmamış və tanınmamışdır. Göstərilən forma «təmiz va-



sitəçilik» adlanmaqla kontinental Avropa ölkələrinin hüquq sistemlərində «maklerlik», ingilis-amerikan hüquq 

sistemində  isə  «brokerlik»  anlayışı  ilə  əhatə  olunur.  Almaniya  qanunvericiliyində  makler  müqaviləsi  nəzərdə 

tutulmuşdur.  Almaniya  MQ-nin  7-ci  bölməsinin  8-ci  fəsli  (§  652-656)  bu  müqavilənin  tənzimlənməsinə  həsr 

edilmişdir.  



2. Broker müqaviləsinin mülki-hüquqi tənzimlənməsi 

Broker müqaviləsi ilə əlaqədar münasibətlər əsasən Mülki Məcəllə normaları ilə nizama salınır. MM-in 41-

ci fəslinə daxil olan normalar (787-788-ci maddələr) bu müqavilənin mülki-hüquqi tənzimlənməsinə həsr edil-

mişdir. Bununla bərabər, broker müqaviləsi ilə bağlı əmələ gələn münasibətlər tapşırıq müqaviləsi haqqında 



qaydalarla (MM-in 40-cı fəslinə daxil olan 777-786-cı maddələr) da nizama salına bilər (MM-in 787.2-ci mad-

dəsi). Bunun üçün belə bir şərtin mövcudluğu zəruri və vacibdir ki, MM-in broker müqaviləsi barədə müəyyən 

etdiyi müddəalar həmin məcəllənin tapşırıq müqaviləsi haqqında müəyyən etdiyi qaydalara zidd olmasın. 

Broker müqaviləsi ilə bağlı münasibətlərin qaydaya salınmasında Azərbaycan Respublikasının qanunları 

vacib rol oynayır. «Əmtəə birjası haqqında» AR Qanununun (25.05.1994-cü il) 17-ci maddəsinin 9-cu bən-

dində ifadə edilən belə bir göstərişin xüsusi əhəmiyyəti vardır ki, birja vasitəçiləri ilə onların müştəriləri arasın-

da münasibətlər müvafiq müqavilə əsasında müəyyənləşdirilir. Qanun birja ticarətində vasitəçi kimi iştirak edən 

brokerlərin əsas hüquq və vəzifələrini müəyyən edir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   477   478   479   480   481   482   483   484   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə