Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə2/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   2   3   4   5   6   7   8   9   ...   490

 

zevirdi. Belə bir şəraitdə xalqlar hüququ (ius gentium) adlı hüquq sistemi yarandı.  



Xalqlar  hüququ  özündə  müxtəlif  normaları  birləşdirmişdi.  Onun  tərkibinə  həm  qədim  Roma  hüququndan, 

həm də başqa xalqların hüququndan, xüsusən də yunan hüququndan götürülmüş normalar daxil idi. Beləliklə, 

qədim Roma hüququ olan sivil hüququ ilə xalqlar hüququnun dualizmi (ikiliyi) yarandı. Bizim eranın birinci əs-

rində xalqlar hüququ milli Roma hüququ olan sivil hüququ üzərində, necə deyərlər, «qələbə zaldı». Ona görə ki, 

o, universal hüquq sistemi sayılırdı. Bu hüquq vətəndaşlıüından asılı olmayaraq ticarət dövriyyəsinin bütün işti-

rakzılarına şamil edilirdi. Xalqlar hüququnun təsir dairəsi pereqrin adlandırılanlar da daxil olmaqla bütün Roma 

ə

halisini  əhatə  edirdi.  Belə  ki,  bu  hüquq  sistemi  həm  Roma  vətəndaşları  arasında,  həm  pereqrinlər  arasında, 



həm  də  onların  özlərinin  arasında  əmələ  gələn  əmlak  münasibətlərini  tənzimləyirdi.  Xalqlar  hüququna  daxil 

olan normalar Roma pretorları tərəfindən Romada tətbiq olunurdu. Ona görə də həmin hüquq Roma hüququnun 

ayrıca bir sistemi hesab edilirdi.  

Roma hüququna daxil olan üçüncü hüquq sistemi pretor hüququ adlanırdı. Xüsusi xarakterli bu hüquq sis-

temi tədricən yaranmışdı. Pretor hüququnun əmələ gəlməsi iqtisadiyyatın inkişafı, qul sahiblərinin artması, iri 

torpaq sahələrinin və ticarət (və ya sələm) kapitalının quldarlar sinfinin yuxarı təbəqəsinin əlində cəmləşməsi 

ilə baülı idi. Yeni sosial-iqtisadi şərait yaranmışdı. Sivil hüququnun normaları bu yeni şəraitə uyğun gəlmirdi. 

Yeni sosial-iqtisadi şəraiti qaydaya salmaq üçün sivil hüququ kifayət etmirdi. Zəruri idi ki, sivil hüququ tamam-

lansın və ona əlavələr edilsin. Bu iş məhkəmə magistratları, xüsusən pretorlar tərəfindən yerinə yetirilirdi. Pre-

torların verdiyi ediktlər böyük əhəmiyyətə malik idi. Bunun nəticəsində pretorlar tərəfindən işlənib hazırlanan 

bir sıra institutlar yarandı. Bu institutlar müdafiənin yeni vasitələri ilə təmin olundu. Beləliklə, sivil hüququna 

paralel olaraq pretor hüququ yarandı. Pretor ediktləri bu hüququn əmələ gəlməsinin əsasını təşkil edirdi. 

Söylədiklərimizdən belə bir nəticəyə  gəlmək mümkündür ki, Roma hüququ müasir mənada və geniş məz-

munda sivil hüququna uyğun gəlmirdi. Bax, yuxarıda göstərdiyimiz üz sistemin — sivil hüququnun, xalqlar hü-

ququnun və pretor hüququnun məcmusu müasir və geniş mənada Roma mülki hüququ ilə müəyyən dərəcədə 

üst-üstə düşürdü. Göstərilən üz hüquq sistemini vahid anlayışla əhatə və ifadə etmək lazım idi. Bu məqsədlə 



xüsusi hüquq (ius privatum) kateqoriyasından istifadə olundu. Göstərilən üz sistemi cəm halında ifadə etmək 

üçün «ius privatum» ən münasib, ən əlverişli və ən uüurlu termin və anlayış idi. Ona görə ki, xüsusi hüquq ayrı-

ayrı şəxslərin maraq və mənafelərini qoruyan hüquq normalarından təşkil olunmuşdu. Həmin üz hüquq sistemi-

nə daxil olan normalar da ayrı-ayrı şəxslər arasında — Roma vətəndaşları arasında, pereqrinlər (qeyri-Roma və-

təndaşları) arasında, həmzinin onların öz aralarında yaranan əmlak münasibətlərini nizama salırdı. Deməli, mü-

asir və geniş mənada Roma mülki hüququ xüsusi hüquq anlayışı ilə əhatə olunmuşdu. Məhz bu səbəbdən «Ro-

ma xüsusi hüququ» və «Roma mülki hüququ» kimi iki anlayışın fərqləndirilməsi qeyri-prinsipial xarakter daşıyır. 

Belə ki, hər iki halda söhbət mahiyyətcə Roma hüququnun institusiyalarından gedir. 

Beləliklə, mülki hüquq (sivilistika) termini öz başlanüıcını Roma sivil hüququndan götürsə də, «Roma mülki 

hüququ»,  «Roma  sivil  hüququ»  anlayışının  sinonimi  deyil.  Roma  mülki  hüququna,  mahiyyətcə  müəyyən 

dərəcədə, qeyd etdiyimiz kimi, Roma xüsusi hüququ uyğun gəlir.  

2. Ümumi və xüsusi hüquq  

Dünya təcrübəsinin təhlili göstərir ki, xüsusi hüquq cəmiyyətdə ictimai mənafelərin münasib balansının sax-

lanılmasında, insan hüquq və azadlıqlarının müdafiə edilməsində və həyata kezirilməsində həmişə müsbət rol 

oynamışdır. Xüsusi hüquq bazar iqtisadiyyatının, sahibkarlıüın əsasıdır.  

Tarixən bütün hüquq sistemləri şərti olaraq özündə ümumi və xüsusi adlı iki hissəsini birləşdirmişdir. Hü-

ququn ümumi və xüsusi hüquqa bölünməsini dünya hüquq elmi və praktikası zəruri hesab edir. Bu, böyük və 

prinsipial əhəmiyyətə malikdir. Bu cür bölgünü hələ lap köhnə əyyamlarda Roma hüquqşünasları da aparmışlar. 

Qədim Romada hüququn ümumi hüquq (ius publicum) və xüsusi hüquq (ius privatum) adlı iki sahəsi fərqləndi-

rilirdi. Qədim Roma hüquqşünası Ulpian (b.e. 170-228) belə hesab edirdi ki, ümumi hüquq Roma dövlətinin 

vəziyyətinə aid olan hüquq, xüsusi hüquq isə ayrı-ayrı şəxslərin mənafeyinə aid olan hüquqdur. Ümumi hüquq 

dövlət işləri sahəsinə, xüsusi hüquq xüsusi işlər sahəsinə aiddir. Bizim eranın birinci əsrində Tit Liviy göstərirdi 

ki, XII cədvəl qanunu ümumi və xüsusi hüququn mənbəyidir. Roma xüsusi hüququ qanunvericiliyin və hüquqi 

təlimlərin sonrakı inkişafına güclü təsir göstərmişdir. Bu hüquq ən vacib tarixi hüquqi hadisələrdən biridir. Hü-

ququn  bu  cür  «iki  yerə»  bölünməsini  fransız  sosioloqu  Şarl  Lui  Monteskye  (1689-1755)  «Qanunların  ruhu» 

(1748) adlı məşhur əsərində nəzəri cəhətdən əsaslandırmaüa zalışmışdır. Daha sonra bir çox mütəfəkkirlər (He-

gel, Hobs), habelə rus hüquqşünasları (D.D.Qrim, P.I.Novqorodtsev, N.M.Korkunov, L.I.Petraæitski, G.F.Şer-

ş

eneviz) öz əsərlərində bu fikrin əsaslı olmasını sübut etməyə cəhd göstərmişlər. 



Müasir dövrdə bütün inkişaf etmiş və sivil hüquq sistemlərində hüququn ümumi və xüsusi hüquqa bölünmə-

si bu və ya digər formada müvcuddur. Lakin bəzi ölkələrdə hüququn bölgüsü başqa formada ifadə edilir. Məsə-

lən, ingilis hüququnda ümumi və ədalət hüququ kimi hissələr fərqləndirilir. ABŞ hüquq elmində hüququn böl-



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə