Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə5/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   2   3   4   5   6   7   8   9   ...   490

 

hüquq bərabərliyinə malikdirlər. Ticarət hüququ da xüsusi hüquq münasibətlərini qaydaya salır. Bu münasibət-



lər də subyektlərin hüquq bərabərliyi prinsipi üzərində qurulur. Eyni növlü (cinsli) elə xüsusi hüquq münasibət-

ləri vardır ki, həmin münasibətləri tənzimləyən normalar qrupu həm Mülki Məcəllədə, həm də Ticarət Məcəllə-

sində  vardır.  Məsələn,  alqı-satqı,  saxlama  və  s.  haqqında  normalara  həm  Almaniya  Mülki  Qanunnaməsində, 

həm də Ticarət Qanunnaməsində rast gəlmək olar. ßqd, nümayəndəlik, borc müqaviləsi, icarə müqaviləsi və s. 

institutları həm mülki hüquq, həm də ticarət hüququ tanıyır. Bu cür klassik mülki hüquq institutları ticarət hü-

ququnun əsas institutları rolunda çıxış edir. Müxtəlif qrup normalar eynicinsli (növlü) xüsusi münasibətləri tən-

zimləyir ki, bu münasibətlər həm mülki hüququn, həm də ticarət hüququnun nizamasalma predmetinə daxildir. 

Bax, bu normaların sistem aidiyyəti və tabeziliyi xüsusi hüququn dualizminin müəyyən edilməsində mühüm və 

ə

sas rol oynayır.  



Xüsusi hüququn dualizminin əmələ gəlməsi, yəni kommersiya (ticarət) fəaliyyətini tənzimləyən normaların 

mülki hüquqdan ayrılması müəyyən səbəblə əlaqədar idi. Hər şeydən əvvəl, bunun əsas və başlıca səbəbi tacir 

silkinin  həyata  kezirdiyi  professional  fəaliyyətlə  baülı  idi.  Ticarət  dövriyyəsinin  inkişafı  və  güclənməsi, 

ticarətin canlanması tacir silkinin həyata kezirdiyi fəaliyyətin ayrıca və xüsusi olaraq tənzimlənməsini zərurətə 

zevirdi. Orta əsrlərdə Italiya, Fransa, Ingiltərə, Almaniya və digər dövlətlərin hər bir şəhərində bütün tacirlər, 

bir qayda olaraq, korporasiyalarda (ticarət gildiyalarında, yeni tacirlər ittifaqında) birləşirdilər. Bu cür birləşmə 

olmadan tacirlərin fəaliyyət göstərməsi və onların hüquqlarının müdafiə edilməsi mümkün deyildi. Tacirlər ara-

sında mübahisə ticarət gildiyasında baxılırdı. Hər bir ticarət gildiyası üçün adət hüququ yaranmışdı. Bu hüquq 

oxşar  işlərə  baxılarkən  tətbiq  edilirdi.  Həmin  hüquq  yazılmaüa  başladı.  Yazılmış  adətlər  ticarət  hüququnun 

mənbəyi  rolunu  oynayırdı.  Beləliklə,  tacir  silkinin  ayrıca  hüququ  yarandı.  Bu  hüququn  yaranmasına  belə  bir 

fakt da təsir göstərmişdi ki, o dövrdə mülki hüquq ticarət fəaliyyətini və dövriyyəsini lazımınca tənzimləmək və 

rəsmiləşdirmək iqtidarında deyildi. Tacirlərin həyata kezirdikləri professional ticarət fəaliyyəti prosesində mey-

dana gələn adətlər ticarət hüququnun formalaşmasına güclü təsir göstərdi. 

Nə qədim Romada, nə də erkən feodalizm dövründə Avropada ümumi mülki dövriyyə subyektləri ilə ticarət 

dövriyyə subyektlərinə fərq və təfavüt qoyulurdu. Roma hüququ dövriyyə subyektlərinin həyata kezirdikləri fə-

aliyyətin əlamətinə görə onları ayrı-ayrı kateqoriyalara (tacirlərə, qeyri-tacirlərə, sənətkarlara) bölmürdü. Ümu-

mi mülki təsərrüfat və ticarət dövriyyəsi subyektlərinin hamısı eyni statusa malik idilər. Bu, onunla izah olunur-

du ki, qədim Romada ticarət fəaliyyəti ilə məşüul olan subyektlərə çox da hörmətlə yanışılmırdı. Ticarət fəaliy-

yəti hörmətə malik deyildi. Ona görə də qədim Romada tacir silki yaranmadı. Tacir silkinin yaranmaması isə öz 

növbəsində ticarət hüququnun, şübhəsiz ki, əmələ gəlməsinə səbəb ola bilməzdi. 

Bir çox Avropa dövlətləri, o cümlədən ticarət hüquqununun yarandıüı və qüvvədə olduüu Hollandiya və Ita-

liya kimi ölkələr xüsusi hüququn dualizmindən imtina etmişdir. Bu, onunla izah olunur ki, cəmiyyətdə silki ay-

rı-sezkilik halları silinib aradan zıxmışdır. Ticarət hüququnun bir çox norma və prinsipləri mülki hüquq tərəfin-

dən qəbul edilmişdir. Ticarət hüququnun və mülki hüququn çoxsaylı normaları bir-biri ilə tamamilə qovuşmuş-

dur. 1865-ci ildə Kvebek əyalətinin (Kanada) Mülki Məcəlləsində ticarət hüququnun bir çox məsələlərini tən-

zimləyən normalar birləşdirildi. Bu əyalət Ticarət Məcəlləsi qəbul etməkdən imtina etdi. 1881-ci ildə Isvezrə 

özünün konstitusiya qaydasına görə Mülki Məcəllə yox, Öhdəlik Məcəlləsi qəbul etdi. Bu Məcəllədə həm mül-

ki hüquq, həm də ticarət hüquq öhdəlikləri birləşdirildi. 1907-ci ildə Isvezrədə Mülki Məcəllə qəbul edildi. Bu 

sənəd mülki hüququn qalan bütün digər məsələlərini federal səviyyədə tənzimlədi. Beləliklə, Isvezrə də xüsusi 

hüququn dualizmindən imtina etdi. 

Söylədiklərimizdən belə nəticəyə gələ bilərik ki, müxtəlif ölkələrin xüsusi hüquq sahəsi daxili sistem və tər-

kib baxımından yekcins olmayıb, bir-birindən fərqlənir. Bütün ölkələrin xüsusi hüququ daxili sistem və tərkib 

etibarilə üst-üstə düşmür. Bu həmin ölkələrin tarixi-ictimai və sosial-iqtisadi inkişafı ilə bağlıdır. Müasir qanun-

vericiliyin inkişaf tendensiyası xüsusi hüququn dualizm məsələsindən imtina etmək və monizm - vahid xü-



susi hüquq yolu ilə irəliləmək prinsipindən ibarətdir. 90-cı illərin əvvəllərindən başlayaraq öz mülki qanun-

vericiliyini dəyişən və təzələyən ölkələrdən hez biri Ticarət Məcəlləsi qəbul etməmiş və ticarət hüququnu ayır-

mamışdır. Indiki qanunvericilik vahid xüsusi hüquq yolu ilə inkişaf edir. Bununla belə, indiki dövrdə mülki hü-

quqda ticarət (kommersiya) dövriyyəsini və sahibkarlıq fəaliyyətini tənzimləyən normalar meydana gəlir. Mülki 

hüquq  həmin  bu  normaların  təsiri  altında  inkişaf  edir.  Bu  cür  tendensiya  (meyl)  və  təmayül  mülki  hüququn 

«kommersiyalaşdırılması»  adlanır.  Mülki  hüququn  «kommersiyalaşdırılması»  dedikdə,  mülki  hüquqda 

ticarət (kommersiya) dövriyyəsini və sahibkarlıq fəaliyyətini tənzimləyən normaların əmələ gəlməsi və nəzərdə 

tutulması başa düşülür. 

Ümumi hüquq (ingilis-amerikan) hüquq sisteminə (ailəsinə) gəldikdə isə qeyd etmək lazımdır ki, bu sistem, 

bir az əvvəldə göstərdiyimiz kimi, kontinental (roman-german) hüquq sistemində (ailəsində) müvcud olan qay-

dada formal cəhətdən hüququn xüsusi və ümumi hüquqa bölünməsini tanımır. Bildiyimiz kimi, müasir dövrdə 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə