Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə8/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   4   5   6   7   8   9   10   11   ...   490

 

digər əqdlər xüsusi hüquq elementləri hesab olunur. Bu cür münasibətlər xüsusi (mülki) hüquqla tənzimlənir. 



Söylədiklərimizdən belə nəticə zıxara bilərik ki, bu və ya digər hüquq sahəsini mütləq qaydada və təmiz şəkildə 

ümumi və yaxud xüsusi hüquqa daxil etmək mümkün deyil. Ümumi hüququn elementləri ilə xüsusi hüququn 

elementləri  arasındakı  münasibət  təsərrüfat  şəraitindən  və  həmin  şəraitin  (dövrün)  psixologiyasından  asılıdır. 

Xüsusi hüquqla ümumi hüquq arasında sərhədlər tarixən dəyişkən və dinamikdir. Məsələn, RF-də sovet döv-

ründə torpaq hüququ ümumi hüquq sferasına daxil idi. Həmin dövrdə torpaq üzərində dövlətin müstəsna mül-

kiyyət hüququ vardı. Buna görə də torpaq dövriyyədən zıxarılmışdı və müxtəlif əqdlərin (alqı-satqının, baüışla-

manın, vəsiyyətin, girovun, icarənin və s.) predmeti ola bilməzdi. RF-də kezən əsrin 90-cı illərinin əvvəllərin-

dən başlayaraq yaranan bazar iqtisadiyyatı şəraitində, habelə həyata kezirilən torpaq islahatı nəticəsində dövlə-

tin torpaq üzərində müstəsna mülkiyyət hüququ ləüv edilmişdir. Indi RF-in qanunvericiliyinə görə torpaq həm 

də vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətində ola bilər. Onlar öz mülahizələri üzrə torpaq üzərində 

qanunla  qadaüan  edilməyən  istənilən  mülki-hüquqi  əqdlər  baülaya  bilərlər.  Beləliklə,  RF-də  torpaq  üzərində 

xüsusi mülkiyyət hüququnun təsbit olunması torpaq hüququnun xarakterinə prinsipial təsir göstərmişdir. Belə 

ki, RF-in torpaq hüququ özünün ümumi hüquq elementlərini saxlamasına baxmayaraq, müasir dövrdə xüsusi 

hüquqa şamil edilir. 

Tarixi  inkişafın  gedişində  bəzi  sahələrdə  ümumi  hüquqla  xüsusi  hüquq  arasında  sərhədlər  silinib  aradan 

çıxır. Bunun nəticəsində qarışıq ümumi hüquq münasibətləri (və ya institutları) və ya xüsusi hüquq münasibət-

ləri (və ya institutları) yaranır. Bundan əlavə, ümumi hüququn və xüsusi hüququn sistemi dövlətin hüquqyarat-

ma fəaliyyəti kimi subyektiv faktordan da müəyyən dərəcədə asılıdır. Bu faktor ümumi və xüsusi hüquq arasın-

dakı münasibətə əhəmiyyətli dərəcədə təsir göstərir. Ona görə də həm ümumi hüquqa, həm də xüsusi hüquqa 

daxil olan hüquq sahələrinin qəti formada təsnifini vermək qeyri-mümkündür.  

Beləliklə, yuxarıda söylədiyimiz fikirləri nəzərə alaraq Azərbaycan Respublikasının xüsusi hüququnun siste-

mini müəyyənləşdirə bilərik. Söhbət xüsusi hüquqa daxil olan müstəqil hüquq sahələrindən gedir. Xüsusi hü-



ququn sisteminə aid olunan başlıca və əsas hüquq sahəsi mülki hüquqdur. Mülki hüquq xüsusi hüququn 

özəyini, təməlini, bünövrəsini, necə deyərlər, úövhərini təşkil edir. O, xüsusi hüququn aparıcı, baza sahəsi he-

sab olunur. Sivil və qabaqcıl hüquq sistemlərində (məsələn, Almaniya, Italiya, Fransa, Hollandiya və s. dövlət-

lərin hüquq sistemlərində) də mülki hüquq xüsusi hüquq sferasının əsasını təşkil edir. Qədim Romada «xüsusi 

hüquq» və «mülki hüquq» identik (eyni) anlayışlar hesab olunurdu. Qeyd etdiyimiz kimi, Romada mülki hüquq 

(müasir mənada) xüsusi hüquq anlayışı ilə əhatə olunmuşdu. 

Müstəqil hüquq sahəsi olan əmək hüququna gəldikdə, qeyd etmək lazımdır ki, bu sahə xüsusi hüquqa şamil 

olunur. Bu, kontinental Avropa hüququ ənənələrinə uyğun gəlir. Belə ki, kontinental Avropa hüququnda, hər 

ş

eydən əvvəl, bu hüququn alman qolunda (hissəsində) əmək hüququ xüsusi-hüquqi təbiətə malikdir. ßmək hü-



ququnun  əmək  müqaviləsi,  əmək  haqqı,  iş  vaxtı,  istirahət  vaxtı,  əmək  intizamı  kimi  institutları xüsusi  hüquq 

institutlarıdır. Bununla belə, əmək hüququ ümumi hüquq münasibətlərindən və elementlərindən məhrum deyil. 

Məsələn, əmək hüququnun sosial təminat münasibətləri ümumi-hüquqi təbiətə malikdir.  

Beynəlxalq xüsusi hüquq xüsusi hüquq sisteminin bir hissəsini təşkil edir. O, daxili milli hüququn spesifik 

sahəsidir.  Beynəlxalq  xüsusi  hüquq  beynəlxalq  xarakterli  mülki  (əmlak),  ailə-nikah  və  əmək  münasibətlərini 

tənzimləyən hüquq normalarının məcmusudur. Üstünlük təşkil edən müvcud konsepsiyaya görə, bu sahə hər bir 

dövlətin daxili hüquq sisteminin tərkib hissəsidir. Beynəlxalq xüsusi hüququn nizamasalma predmetini beynəl-

xalq həyatda yaranan mülki xarakterli münasibətlər təşkil edir. Bunu bəzən beynəlxalq mülki münasibətlər də 

adlandırırlar. Sovet dövründə «xarici elementli» xüsusi münasibətləri tənzimləmək məqsədi ilə beynəlxalq xüsu-

si hüququn ayrılmasına təşəbbüs göstərilmişdir. O, sovet sivilistikasının «ailəsinə» daxil idi. Bundan əlavə, nəzə-

riyyədə bəzi vaxtlarda beynəlxalq xüsusi hüquq mülki hüququn tərkib hissəsi (yarımsahəsi) kimi nəzərdən keziri-

lirdi. Kontinental Avropa hüququnda beynəlxalq xüsusi hüquq mülki hüququn tərkib hissəsi (yarımsahəsi) sayılır.  

Beynəlxalq  xüsusi  hüquq  adının  (private  international  law)  işlədilməsini  ilk  dəfə  olaraq  1834-cü  ildə  Con 

Stori təklif etmişdir. XX əsrdə ingilis-amerikan doktrinasında bu terminlə bərabər, həm də «münaqişə hüququ» 

(conflict  of  law)  terminindən  istifadə  olunur.  Avropa  dövlətlərində  XIX  əsrin  40-cı  illərindən  başlayaraq  hər 

yerdə  «beynəlxalq  xüsusi  hüquq»  termini  (fransızca  droit  international  prive,  almanca  internationales 

privatrecht və s.) tətbiq edilir.  

ßvvəllər sovet hüququ ədəbiyyatında «beynəlxalq xüsusi hüquq» terminindən istifadə olunması əleyhinə fi-

kirlər söylənilirdi. Bu fikrin doüru və inandırıcı olmaması hüququn ümumi və xüsusi hüquqa bölünməməsi ilə 

izah olunur və əsaslandırılırdı. 

Beynəlxalq xüsusi hüquq özünün əsas hüquqi parametrlərinə görə həmişə xüsusi hüquq xarakterinə və təbiə-

tinə malik olmuşdur. Qabaqcıl və sivil hüquq sistemlərində də hez bir vaxt beynəlxalq xüsusi hüquq özünün xü-

susi  hüquq  xarakterini  itirməmişdir.  Biz  beynəlxalq  xüsusi  hüququ  mülki  hüququn  yarımsahəsi  hesab  edirik. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə