Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə11/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   7   8   9   10   11   12   13   14   ...   490

 

13 


dır. Hüquq sistemi və qanunvericilik sistemi elə anlayışlardır ki, onlar bir-biri ilə üst-üstə düşmür. Fəlsəfi plan-

da hüququn sistemi ilə qanunvericilik sistemi arasındakı münasibət məzmunla forma arasındakı münasibət ki-

midir. Qanunvericilik sahəsi hüquq sisteminin xariúən ifadəsidir, onun obyektivləşmiş formasıdır. Onların sayı 

hüquq sahələrindən xeyli çoxdur. Məsələn, RF-də 48 qanunvericilik sahəsi var. Hərbi qanunvericiliyin olması o 

demək deyildir ki, hüququn hərbi hüquq adlı sahəsi də müvcuddur. Və yaxud ticarət haqqında qanunvericiliyin 

ayrılması onu ifadə etmir ki, ticarət hüququ adlı müstəqil hüquq sahəsi əmələ gəlmişdir. Vergi qanunvericiliyi-

nin ayrıca olaraq nəzərdə tutulması ona dəlalət etmir ki, hüquq sistemində vergi hüququ adlı müstəqil sahə ya-

ranmışdır. Bununla belə, hüquq sahəsini məcəllə ilə də eyniləşdirmək olmaz. Məsələn, Vergi Məcəlləsinin ol-

ması ona dəlalət etmir ki, hüququn vergi hüququ adlı müstəqil sahəsi ayrılmalıdır. Və nəhayət, sahibkarlıq (tə-

sərrüfat)  fəaliyyəti  haqqında  qanunvericiliyin  olması  sahibkarlıq  (təsərrüfat)  hüququ  kimi  müstəqil  və  ayrıca 

hüquq sahəsinin fərqləndirilməsinə əsas vermir. Beləliklə, hüquq sisteminin obyektivliyi imkan vermir ki, sa-

hibkarlıq (təsərrüfat) hüququ kimi müstəqil hüquq sahəsi ayrılsın və fərqləndirilsin. Sahibkarlıq haqqında qa-

nunvericilik isə subyektiv xarakter daşıyır. 

Bununla bərabər, sahibkarlıq (təsərrüfat) hüququnu iki baxımdan ayırmaq və fərqləndirmək olar. Özü də dər-

hal qeyd etməliyik ki, hüquq sisteminə daxil olan müstəqil hüquq sahəsi kimi yox. Birincisi, qanunvericilik sa-

həsi (massivi) kimi sahibkarlıq (təsərrüfat) hüququnun fərqləndirilməsi və ayrılması mümkündür. Belə 

ki, sahibkarlıq (təsərrüfat) fəaliyyəti hüquqi tənzimetmənin obyektidir. Bu cür fəaliyyət hüququn müxtəlif sahə-

ləri — mülki, inzibati, maliyyə, əmək və digər sahələri tərəfindən hüquqi cəhətdən nizama salınır və tənzimlə-

nir.  Belə  təsəvvür  yaranır  ki,  sahibkarlıq  fəaliyyətinin  hüquqi  tənzimlənməsi  və  nizama  salınması  qarışıq  və 

kompleks xarakterə malikdir. Bu cür qarışıq məsələyə yaxından bələd olmaq üçün sahibkarlıq fəaliyyəti barədə 

mülki hüquq aktları, inzibati hüquq aktları, maliyyə hüquq aktları və s. sahibkarlıq (təsərrüfat) qanunvericiliyi 

adı altında birləşdirilə bilər. Belə halda burada həm xüsusi hüququn (mülki hüququn və s.), həm də ümumi hü-

ququn (maliyyə, inzibati və s. hüquq sahələrinin) elementləri və institutları əhatə olunur. 

Ikincisi, tədris fənni kimi sahibkarlıq (təsərrüfat) hüququ ayrıla bilər. Bu cür ayrılmanın əsas məqsədi 

sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini dərindən mənimsəmək və əhatəli öyrənməkdən ibarətdir. Mə-

sələn, magistratura pilləsində oxuyan tələbələr «Sahibkarlıq hüququ» adlı tədris fənni öyrənirlər. Son zamanlar 

biz «Sahibkarlıq (təsərrüfat) hüququ» adlı dərsliklərin və mühazirə kursunun nəşr edilməsinin şahidi oluruq. 

Beləliklə, hüquq sistemində sahibkarlıq (təsərrüfat) hüququ adlı müstəqil xüsusi hüquq sahəsinin yaradılması 

üçün  hər  hansı  bir  nəzəri-praktiki  əsas  yoxdur.  Sahibkarlıq  fəaliyyəti  əsasən  mülki  hüquqla  tənzimlənir

Mülki hüquqda elə xüsusi normalar vardır ki, bu normalar yalnız sahibkarların iştirak etdiyi münasibətlərə tət-

biq olunmaq üçün nəzərdə tutulmuşdur. Həmin normalara aiddir: 

 sahibkarlıq fəaliyyəti haqqında norma (MM-in 13-cü maddəsi); 



 kommersiya təşkilatları haqqında normalar (MM-in 64-114-cü maddələri); 

 kommersiya təmsilziliyi (nümayəndəliyi) haqqında norma (MM-in 361-ci maddəsi); 



 ümumi müqavilə haqqında normalar (MM-in 400-cü maddəsi); 

 sahibkarlıq fəaliyyəti ilə baülı öhdəliyin icrasından birtərəfli imtina və ya bu öhdəliyin şərtlərinin birtərəfli 



dəyişdirilməsi haqqında norma (MM-in 430-cu maddəsinin 2-ci bəndi) və s. 

Bundan əlavə, mülki hüququn əqdlər, hüquqi şəxslər, müddətlər, əşya hüququ, öhdəlik və digər  məsələlər 

barədə müddəaları sahibkarların iştirak et-dikləri münasibətlərə tətbiq edilə bilər. Ona görə ki, həmin müddəa-

lar ümumi xarakterə malik olub, bütün dövriyyə iştirakzılarının hamısının — həm sahibkarların, həm də qeyri-

sahibkarların iştirak etdikləri münasibətlərə eyni dərəcədə və bərabər qaydada şamil olunur. Mülki hüquqda sa-

hibkarlıq fəaliyyətini tənzimləyən və qaydaya salan kifayət qədər  yetərli normalar vardır. Bu, o deməkdir ki, 

həmin fəaliyyəti qaydaya salmaq və rəsmiləşdirmək üçün hüquq sistemində sahibkarlıq (təsərrüfat) hüququ adlı 

xüsusi olaraq müstəqil hüquq sahəsinin ayrılmasına ehtiyaú yoxdur. Sahibkarlıq (təsərrüfat) fəaliyyətini nizama 

salmaq üçün mülki hüquq normaları kifayətdir. Ona görə də üzümüzü sahibkarlıq (təsərrüfat) hüququ konsepsi-

yasının və ideyasının tərəfdarlarına tutub, I.O. Ioffenin təbirincə, demək istəyirik ki, qondarma, uydurma və sü-

ni məsələlərlə məşüul olmayın (O.S.Ioffe bu cür məsləhəti təsərrüfat hüququ ideyasının tərəfdarlarına görmüş-

dü). 


7. Xüsusi hüququn əsas cəhətləri və prinsipləri 

Qeyd etdiyimiz kimi, xüsusi hüquq bazar iqtisadiyyatının fundamentini və əsasını təşkil edir. Bu hüquq iqti-

sadiyyatın təşkilinin bazar iqtisadiyyatı adlı forması ilə sıx surətdə bağlıdır. Komanda (sovet) iqtisadiyyatından 

fərqli olaraq, iqtisadiyyatın təşkilinin bu forması, yəni bazar iqtisadiyyatı dövlət təsiri və müdaxiləsi olmayan 

azad bazar iqtisadiyyatıdır. Bu iqtisadiyyat hər hansı xüsusi işə — istehsal və istehlak haqqında əsas qərarları 

qəbul edən ayrı-ayrı şəxslərin və xüsusi müəssisələrin fəaliyyətinə dövlətin özbaşına qarışmasını istisna edir. 

Xüsusi hüquq da xüsusi işlərə özbaşına müdaxilə olunmasını qəbul etmir. Xüsusi hüquq olmadan bazar iqtisa-



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə