Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə19/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   15   16   17   18   19   20   21   22   ...   490

 

22 


olan davranış variantlarından birini seçmək, aralarındakı münasibətləri qanuni vasitələr çərçivəsində öz istədik-

ləri kimi tənzimləmək şansı verir. Bu normalar mülki hüquq subyektlərinə imkan verir ki, onlar hüquq norma-

sında nəzərdə tutulmuş davranış alternativini özləri seçsinlər, aralarındakı qarşılıqlı hüquq və vəzifələr haqqın-

da özləri razılıüa gəlsinlər. Əgər bunu etməsələr, onda onlar müəyyənləşdirilmiş məcburi davranış qaydasına 

ə

məl etməyə borcludurlar. Dispozitiv normalar müqavilə münasibətlərinin tənzimlənməsində üstünlüyə malik-



dir. Beləliklə, dispozitiv normaların vasitəsi ilə subyekt onun üçün sərfəli olan davranış variantını seçmək imka-

nı əldə edir.  

Imperativ normalar qəti formada məcburi göstəriş ifadə edir. Mülki hüquq subyektinin bu göstərişindən kə-

nara çıxmaüa ixtiyarı çatmır. Hər hansı kənara çıxma halı yolverilməzdir. Imperativ normalar subyektin davra-

nışını konkret və dəqiq olaraq müəyyən edir.  

Hər  bir  mülki-hüquqi  hadisə  kimi  mülki  qanunvericilik  də  müəyyən  bir  funksiya  (vəzifə)  yerinə  yetirir. 

Onun iki cür əsas funksiyası fərqləndirilir: tənzimləyici funksiya; qoruyucu funksiya. Mülki qanunvericiliyin 

tənzimləmək funksiyasının mahiyyəti ondan ibarətdir ki, o, subyektlərin hüquqi vəziyyətini, mülki hüquqların 

ə

mələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, əmlak münasibətlərini və şəxsi qeyri-



ə

mlak münasibətlərini tənzimləyir. Mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini, fiziki şəxs-

lərin şərəfini, ləyaqətini, işgözar nüfuzunu və s. müdafiə etmək isə onun qoruyucu funksiyasının əsas mahiy-

yətini təşkil edir.  



§ 2. Mülki qanunvericiliyin tərkibi 

1. Mülki qanunvericiliyin sistemi anlayışı  

Qeyd etdik ki, ənənəvi olaraq mülki qanunvericilik kateqoriyası özündə mülki hüquq normaları nəzərdə tu-

tan bütün normativ hüquqi aktların məcmusunu ifadə edir. Bu aktlar bir-biri ilə qarma-qarışıq, xaotik, nizamsız 

və qaydasız halda birləşməmişdir. Nəzərdən keçirdikdə görürük ki, onlar müəyyən bir sistem halında yerləşir və 

dözülür. Söhbət normativ hüquqi aktların müəyyən ardıcıllıqla birləşməsindən gedir. Ardıcıllıq normativ aktın 

hüquqi qüvvəsi ilə müəyyən edilir: əvvəlcə hüquqi qüvvəsi nisbətən yüksək olan normativ akt yerləşir. Sonra 

isə bunun ardınca hüquqi qüvvəsi nisbətən aşaüı olan normativ aktlar dözlənir. Özü də bu aktlar daxili vəhdətdə 

olub, bir-biri ilə sıx surətdə bağlıdır. Dediklərimizdən belə təsəvvür yaranır ki, müəyyən ardıcıllıqla dözlənən nor-

mativ hüquqi aktlardan mülki qanunvericilik sistemi formalaşır və yaranır.  

Mülki qanunvericiliyin sistemi dedikdə, özündə mülki hüquq normaları əks etdirən normativ hüquqi 

aktların onların malik olduüu hüquqi qüvvəsindən asılı olaraq müəyyən ardıcıllıqla yerləşməsi və döz-

lənməsi başa düşülür. Bu sistemin tərkibinə müxtəlif cür normativ aktlar daxildir. Onları əsasən iki yerə böl-

mək olar: qanunlar; qanun qüvvəli aktlar. Buraya həm qanunverici (nümayəndəli), həm də icra hakimiyyəti or-

qanlarının hüquqi aktları daxildir. Mülki hüququn adətlər və beynəlxalq müqavilə kimi mənbə növləri mül-

ki qanunvericilik sisteminə daxil edilmir

Mülki qanunvericilik sistemi və ona daxil olan normativ hüquqi aktlar Konstitusiyanın normaları ilə müəy-

yən edilir (148-ci maddə). Bu normalar Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktla-

rın  dairəsini  nəzərdə  tutur.  Buna  uyüun  olaraq  ölkə  qanunvericilik  sisteminin  bir  hissəsi  olan  mülki 

qanunvericilik sisteminin tərkibini müəyyənləşdirə bilərik. Söhbət mülki qanunvericilik sisteminə şamil edilən 

normativ aktlardan gedir.  

 Konstitusiya; 



 referendumla qəbul edilmiş aktlar; 

 qanunlar; 



 fərmanlar; 

 Nazirlər Kabinetinin qərarları; 



 mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. 

Belə təsəvvür yaranır ki, Azərbaycan Respublikasının mülki qanunvericilik sistemi yalnız normativ hüquqi 

aktlardan  —  qanunlardan  və  qanunqüvvəli  aktlardan  ibarətdir.  Bu,  o  deməkdir  ki,  qeyri-normativ  aktlar 

qanunvericilik sisteminə aid oluna bilməz. Normativ xarakterli aktlar isə (Konstitusiya Məhkəməsinin müvafiq 

qərarları, yerli icra hakimiyyəti orqanlarının, Milli Bankın qərarları) mülki qanunvericilik sisteminə daxil edilir. 

Ona görə ki, bu cür aktlar normativ təbiətə malik olub, mülki hüquq norması müəyyən edir, dəfələrlə tətbiq olun-

maq üçün nəzərdə tutulur. Onların göstərişləri ümumməcburi xarakter daşıyır.  

Göründüyü kimi, Milli Məclisin qərarları da mülki qanunvericilik sisteminə aid edilmir. Lakin qanunun gös-

tərişini  hərfi  mənada  təfsir  etmək  olmaz.  Belə  ki,  Milli  Məclisin  müvafiq  qərarları  normativ  hüquqi  aktın  üç 

ə

sas əlamətinə uyüun gəldikdə və cavab verdikdə, mülki qanunvericilik sisteminə daxil ola bilər. Bu əlamətlərə 



aiddir: hüquq norması müəyyən etməsi, dəyişdirilməsi və ya xitam etməsi; onun göstərişlərinin ümumi xarakte-

rə malik olması; dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulması. Biz, elə hesab edirik ki, Milli Məclisin bu üç 




 

23 


ə

lamətə cavab verən qərarları mülki qanunvericilik sisteminə şamil oluna və bununla mülki hüququn mənbəyi 

kimi çıxış edə bilər. 

Mülki  qanunvericiliyin  sistemi  müəyyən  xüsusiyyətlərə  malikdir.  Ən  birinci  xüsusiyyət  odur  ki,  mülki 



qanunvericilik sistemi subordinasiya və iyerarxiya prinsipi əsasında qurulur. Bu prinsipin mahiyyəti on-

dan ibarətdir ki, mülki qanunvericilik sistemində əvvəlcə daha yüksək hüquqi qüvvəsi olan normativ hüquqi akt 

yerləşir, sonra isə bunun ardınca həmin akta nisbətən daha aşaüı hüquqi qüvvəsi olan digər normativ hüquqi akt 

gəlir və yer tutur. Belə ki, əvvəlcə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiya yerləşir, sonra Konstitu-

siyaya  nisbətən  daha  aşaüı  hüquqi  qüvvəyə  malik  olan  referendumla  qəbul  edilmiş  aktlar  gəlir,  daha  sonra 

ardıcıllıqla aşaüı hüquqi qüvvəyə malik olan digər normativ hüquqi aktlar (qanunlar, fərmanlar və s.) dözlənir. 

Bu, onu ifadə edir ki, mülki qanunvericilik sistemində normativ hüquqi aktlar özlərinin hüquqi qüvvəsin-

dən asılı olaraq yer tuturlar. Normativ aktın hüquqi qüvvəsi nə qədər yüksəkdirsə, onun bu sistemdə tutduüu 

yer də bir o qədər yuxarı olacaqdır. 



kinci xüsusiyyət ondan ibarətdir ki, mülki qanunvericilik sistemində aşaüı yer tutan normativ hüquqi 

akt özündən yuxarı yer tutan normativ hüquqi akta uyüun gəlməlidir. Belə ki, qanunlar Konstitusiyaya, 

fərmanlar Konstitusiyaya və qanunlara, Nazirlər Kabinetinin qərarları Konstitusiyaya, qanunlara və fərmanlara 

və s. zidd olmamalıdır. Normativ hüquqi aktlar tətbiq edilərkən əgər, müxtəlif hüquqi qüvvəyə malik olan aktlar 

bir-birinə zidd gələrsə və uyüun olmazsa, onda daha yüksək hüquqi qüvvəyə malik olan akt tətbiq olunur. 



Üçüncü xüsusiyyət ondan ibarətdir ki, mülki qanunvericiliyin sistemi obyektiv yox, subyektiv xarakterə 

malikdir.  O,  qanunvericinin  (hüquqyaratma  orqanının)  iradəsindən  asılıdır.  Mülki  qanunvericilik  sistemi  qa-

nunvericinin (hüquqyaratma orqanının) «məhsuludur», «bəhrəsidir», necə deyərlər, «yetişdirməsidir». Bu xüsu-

siyyəti ilə mülki qanunvericilik sistemi hüquq sahəsi kimi mülki hüququn sistemindən fərqlənir. Bildiyimiz ki-

mi, mülki hüququn sistemi ictimai həyatın ümumi qanunauyüunluqları əsasında formalaşaraq obyektiv xarakter 

daşıyır. O, qanunvericinin iradəsi və mülahizələri əsasında deyil, obyektiv gerçəklik əsasında qurulur. Hüquq-

yaratma orqanının (qanunvericinin) iradəsindən asılı olmayaraq mülki hüquq normaları obyektiv surətdə müəy-

yən normalar qrupunda birləşir və dözlənir. Lakin bu, o demək deyildir ki, burada qanunverici mütləq dərəcədə 

tamamilə iradəsizdir. Hüquq normaları onların subyektiv, şüurlu və iradəvi fəaliyyətinin məhsuludur. Lakin bu-

na baxmayaraq prinsip etibarilə mülki hüququn sistemi qanunvericinin (hüquqyaratma orqanlarının) iradəsin-

dən asılı deyil. Bu sistem qanunvericinin özbaşına hərəkəti nəticəsində qurula bilməz. Mülki hüququn sistemi 

cəmiyyətin iqtisadi bazisi ilə şərtlənir. 

Fəlsəfi  planda  mülki  hüququn  sistemi  ilə  mülki  qanunvericilik  arasında  nisbət  forma  və  məzmun  kimidir. 

Mülki hüquq sistemi əgər mülki hüquq sahəsinin məzmununu ifadə edirsə, mülki qanunvericilik sistemi onun 

formasını əks etdirir. Mülki hüququn sistemi mülki hüququn bu sahə ilə tənzimlənən ictimai münasibətlərin xa-

rakterinə uyüun gələn daxili strukturudur. Mülki qanunvericilik sistemi isə mülki hüququn xarici ifadə for-

ması,  özü  də  onu  dərk  etməyə  imkan  verən  obyektiv  (maddi  obyekt)  formasıdır.  O,  obyektiv  olaraq 

müvcud olan mülki hüququn strukturunun xarici ifadə formasıdır. 

Mülki hüquq sisteminin ilkin elementi mülki hüquq normasıdır. Mülki qanunvericilik sisteminin ilkin elementi 

isə normativ hüquqi aktdır. Bu akt isə maddələrdən təşkil edilmişdir. Əgər hüquq norması mülki hüququn məz-

mununa aid edilirsə, normativ aktın maddəsi mülki hüququn xarici ifadə forması hesab olunur. Hüquq norması isə 

bəzi hallarda normativ aktın maddəsi ilə uyüun gəlmir. 

Mülki qanunvericilik sistemi öz şaquli strukturuna görə mülki hüququn şaquli strukturundan fərqlənir. Belə 

ki, mülki qanunvericilik  sisteminin şaquli strukturu normativ hüquqi aktların hüquqi qüvvəsinə uyüun olaraq 

qurulur. Mülki hüququn sisteminin şaquli strukturu isə belədir: mülki hüquq normaları, hüquq institutları və ya-

rımsahələr. 

Mülki hüququn sistemi ilə mülki qanunvericilik sistemi müstəqil kateqoriyalar olsa da, onlar bir-biri ilə sıx 

surətdə bağlıdır. Onlar mülki hüquq adlı eyni bir hadisənin (mülki hüquq sahəsinin) iki tərəfi və aspektidir: biri 

onun məzmunu, digəri isə formasıdır. Fəlsəfə elmi öyrədir ki, dünyada müxtəlif formalarda təzahür etməyən, 

ifadə olunmayan məzmun yoxdur. Dünyada həm də elə forma da müvcud deyil ki, o, özündə məzmun haqqında 

bu və ya digər məlumat verməsin. Formasız məzmun yoxdur. Forma məzmunun dərk olunması üçün zəruridir. 

Buna  görə  də  deyə  bilərik  ki,  mülki  hüquq  mülki  qanunvericilik  olmadan  müvcud  ola  bilməz.  Mülki 

qanunvericilik isə sözün geniş mənasında mülki hüquq deməkdir.  

Bununla belə, mülki qanunvericilik sistemi  «mülki hüquq elminin (sivilistika elminin) sistemi» və  «mülki 

hüquq tədris kursunun (tədris fənninin) sistemi» ilə üst-üstə düşmür. Mülki hüquq elminin sistemi, habelə mül-

ki  hüquq  tədris  kursu  (tədris  fənni)  elə  bölmələr  tanıyır  ki,  mülki  qanunvericilik  sistemində  bu  cür  bölmələr 

yoxdur və ola da bilməz. Məsələn, mülki hüququn anlayışı, mülki hüququn mənbələri, mülki hüquq münasibət-

ləri və digər bölmələr mülki qanunvericilik sistemində nəzərdə tutulmur.  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə