Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə15/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   11   12   13   14   15   16   17   18   ...   490

 

18 


Normativ  hüquqi  akt  dedikdə,  səlahiyyətli  dövlət  orqanı  tərəfindən  qəbul  edilmiş,  göstərişləri  ümumi 

məcburi xarakter daşıyan, hüquq normaları müəyyən edən, dəyişdirən və ya xitam edən, dəfələrlə tətbiq olun-

maq üçün nəzərdə tutulmuş rəsmi yazılı sənəd başa düşülür. Bu aktlarda hüquqi qayda (norma) formulə edilir 

ki, onlar hüququn əsas mənbəyi kimi çıxış edir. Mülki hüquq sahəsində normativ hüquqi aktlar ənənəvi olaraq 



mülki qanunvericilik kateqoriyası ilə əhatə edilir. Belə ki, özündə mülki hüquq normaları ifadə edən norma-

tiv hüquqi aktlar məcmu halında birləşərək mülki qanunvericiliyi yaradır.  

Mülki qanunvericilik həm məhdud, həm də geniş mənada işlədilir. Məhdud mənada mülki qanunvericilik 

dedikdə, yalnız qanunlar başa düşülür. Geniş mənada mülki qanunvericilik aktları isə odur ki, onlar özlərin-

də bütün normativ hüquqi aktları – həm qanunları, həm də qanun qüvvəli aktları məcmu halında birləşdirir. Bu 

fəsildə biz «mülki qanunvericilik» kateqoriyasından geniş mənada istifadə edəcəyik. 

Azərbaycan Respublikasının mülki hüququnun mənbə növlərindən biri beynəlxalq hüququn hamılıqla qə-



bul edilmiş (ümumtanınmış) prinsipləri və normalarıdır. Yaşadığımız məmləkətin əsas məqsədlərindən biri 

dünya dövlətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamaqdan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək-

dən ibarətdir. O, digər dövlətlərlə siyasi-iqtisadi, mədəni və s. münasibətləri beynəlxalq hüququnun hamılıqla 

qəbul edilmiş prinsipləri əsasında qurur. Bu prinsiplər ölkəmizin milli qanunvericiliyində nəzərə alınır. Xüsusən 

dövlətlərin suveren bərabərliyi, dövlətlərin əməkdaşlıüı, qarşılıqlı fayda və s. prinsiplər mühüm əhəmiyyət kəsb 

edir. Beynəlxalq hüququn bu və ya digər prinsipi BMT-nin Nizamnaməsində və nisbətən geniş surətdə Beynəl-

xalq hüququn prinsipləri haqqında Deklarasiyada (1970) formulə edilmişdir. BMT Beynəlxalq Məhkəmə Statu-

tunun 38-ci maddəsində göstərilir ki, məhkəmələr «sivil millətlər tərəfindən tanınan hüququn ümumi prinsiplə-

ri»ni  hüququn  mənbəyi  kimi  tətbiq  edə  bilərlər.  Almaniya  hüquqşünası Q.Fişer  göstərir  ki,  başqa  dövlətlərin 

hüquq  subyektləri  ilə  dövlətin  bağladığı  müqavilədə  onlar  arasında  mübahisə  yaranacaüı  təqdirdə  beynəlxalq 

hüququn prinsiplərinin tətbiq edilməsi nəzərdə tutula bilər.  

Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  (dövlətlərarası)  müqavilələr  mülki  hüququn 

mənbə növlərindən biri kimi qəbul edilir və tanınır. Müasir dünya təsərrüfatının obyektiv surətdə beynəlmiləl-

ləşdirilməsi prosesi gedir. Bu, dövlətlərarası çoxtərəfli iqtisadi münasibətlərin yeni səviyyədə qurulmasını tələb 

edir. Bundan əlavə, Azərbaycan Respublikasında iqtisadiyyat bazar münasibətləri əsasında inkişaf edir, təsərrü-

fat münasibətləri bazar prinsipləri və qaydaları özərində qurulur. Bunlar ölkəmizin dünya təsərrüfat sistemi ilə 

inteqrasiya proseslərinin güclənməsini tələb edir. Bu cür şəraitdə isə dövlətlərarası münasibətlərin hüquqi rəs-

miləşdirmə vasitəsi kimi beynəlxalq müqavilələrin rolu artır. Həmin sənədlərin beynəlxalq iqtisadi münasibətlər 

reæimi müəyyən etməkdə əhəmiyyəti böyükdür. 

Azərbaycan Respublikası xarici dövlətlərlə müxtəlif xarakterli və məzmunlu müqavilələr bağlayır. Bu müqa-

vilələr ölkəmizin qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Onlar mülki hüququn mənbəyi rolun-

da çıxış edir. Həmin sənədlər mənbə növü kimi nəzərə alınır. 

Müasir əmlak (mülki) dövriyyəsində hüququn mənbəyi kimi adətlərin rolu artır. Adətlər sosial normaların 

ə

n  qədim  növlərindən  biridir.  Dövlətəqədərki  cəmiyyətdə,  yəni  icma  quruluşu  şəraitində  münasibətlər  əsasən 



onların vasitəsi ilə tənzimlənirdi. 

Sosialist dövlətlərində hüququn mənbəyi kimi adətlərdən bəzi hallarda istifadə edilirdi. Sovet mülki hüququ 

onları hüququn mənbəyi kimi qəbul etmirdi və tanımırdı. Onlar hüququn mənbəyi kimi, demək olar ki, hər han-

sı rola malik deyildi. Lakin adətlər öz rolunu bütünlüklə itirməmişdi. Sovet mülki qanunvericiliyi bəzi məqam-

larda adətlərə əhəmiyyət verir və onları nəzərə alırdı. Məsələn, Azərbaycan Respublikasının köhnə 1964-cü il 

MM-in 160-cı maddəsində göstərilirdi ki, qanunda, plan aktında, yaxud müqavilədə sair hal nəzərdə tutulmaz-

sa, öhdəlik adi tələblərə uyüun olaraq icra edilməlidir. «Adi tələblər» mahiyyətcə, hüquqi adətləri ifadə edirdi.  

Müasir  dövrdə  komanda  (sovet)  iqtisadiyyatından  bazar  iqtisadiyyatına  keçilməsi  və  əmlak  dövriyyəsinin 

canlanması adətlərin rolunu yenidən artırmışdır. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının mülki hüququ 

adətlərə hüququn mənbə növlərindən biri kimi əhəmiyyət verir. Mülki qanunvericilik bir çox hallarda münasi-

bətlərin adətlərlə tənzimlənməsi və nizama salınması barədə göstəriş ifadə edir.  

Beləliklə, əmlak dövriyyəsində tətbiq edilən adətlər mülki hüququn mənbə növlərindən biridir. Bu, həm ro-

man-german,  həm  də  ingilis-amerikan  hüquq  ailəsi  ənənələrinə  uyüundur.  Belə  ki,  həmin  ailələr  (sistemlər) 

adətləri hüququn mənbəyi hesab edir. 

Hüquqi presedent (latınca praecedentis - əvvəlki, qabaqcadan gələn) müasir dünyada hüququn nisbətən geniş 

yayılmış mənbə növlərindən biridir. Hüquqi presedent dedikdə, dövlətin ümumi məcburi qüvvə və əhəmiyyət 

verdiyi dövlət orqanlarının elə qərarları başa düşülür ki, bu qərarlar sonrakı konkret analoci işlərə baxılması za-

manı nümunə (qayda) kimi tətbiq olunur. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, konkret iş özrə dövlət orqa-

nının  əvvəllər  çıxardığı  qərar  sonradan  analoci  (oxşar)  işlər  həll  edilərkən  hüquq  norması  qüvvəsinə  (ümumi 

məcburi qüvvəyə) malik olur. Hüquqi presedentin köməyi ilə hər hansı bir analoci (oxşar) fakt və ya hal təsdiq 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə