Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə17/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   13   14   15   16   17   18   19   20   ...   490

 

20 


rın, müddəaların və nəticələrin – biliklərin sistemidir. Bu cür biliklər hüquq normalarının (mülki qanunvericili-

yin) doktrinal (elmi) təfsiri (izahı) nəticəsində yaranır. Doktrinal (elmi) təfsir qeyri-rəsmi təfsirin mühüm nö-

vüdür. Bu cür təfsir sivilist alimlər, praktiki işçilər (hüquqşünaslar), xüsusi elmi tədqiqat müəssisələri tərəfindən 

mülki qanunvericiliyə verilən şərhlərdə, elmi əsərlərdə, monoqrafiyalarda, dərsliklərdə, dərs vəsaitlərində, mü-

hazirə kurslarında, məqalələrdə, mühazirə və çıxışlarda əmələ gəlir.  

Qədim Romada hüquqşünaslarının fəaliyyəti hüququn mənbəyi hesab olunurdu. Qanunları şərh etməklə Ro-

ma hüquqşünasları ayrı-ayrı normalara müəyyən məna verirdilər. Bu cür fəaliyyətlə onlar həqiqətən faktiki ola-

raq məcburi qüvvəyə malik olan hüquq norması yaradırdılar. Qədim Roma hüquqşünaslarının fəaliyyətinin əsl 

məqsədi qüvvədə olan hüquq normalarının tətbiqinə kömək etməkdən ibarət idi. Həmin fəaliyyət əslində hüquq 

yaradıcılıüının müstəqil forması sayılırdı. Roma hüquqşünaslarının hüquq norması yaratmaq özrə fəaliyyəti for-

mal cəhətdən də etiraf edildi. Beləliklə, qədim Romada mahir hüquq bilicilərinin yaradıcı fəaliyyəti (responsa 

prudentium) normativ, hüquqyaradıcı xarakterə malik olub, məcburi davranış qaydası müəyyən edirdi və bu-

nunla hüququn mənbə növü rolunu oynayırdı.  

Roman-german hüquq ailəsində doktrina hüququn mənbə növlərindən biri hesab edilir. Presedent kimi dokt-

rina da hüququn formal mənbəyi kimi tanınmır. O, faktiki və real olaraq müvcud olan hüquq mənbəyi kimi qə-

bul edilir. Ingilis-amerikan hüquq ailəsində də hüquq doktrinası hüququn mənbəyi kimi mühüm rol oynayır. 

Beləliklə, sivilistika doktrinası bizim ölkədə mülki hüququn mənbəyi hesab edilmir. Onun məcburi qüv-

vəsi  yoxdur.  O,  ümumməcburi  davranış  qaydası  müəyyən  etmir.  Lakin  onun  verdiyi  biliklər  qanunun,  digər 

normativ aktların mənasının dərin və hərtərəfli başa düşülməsinə kömək edir. Hüquq normalarının təcrübədə 

dəqiq və dözgün tətbiq edilməsində mülki hüquq doktrinasının müəyyən etdiyi hüquqi konsepsiyalar və müddə-

alar böyük əhəmiyyətə malik olur. Sivilist fikir çox vaxt müşkül, çətin və qəliz işlərin dözgün həll edilməsində 

təcrübi işçilərin və hüquqtətbiqetmə orqanlarının köməyinə gəlir. 

Ə

qdlərin  bir  növü  olan  mülki-hüquqi  müqavilələri  (məsələn,  müxtəlif  cür  təsis  müqavilələrini  və  s.) 

Azərbaycan Respublikasının hüquq doktrinası mənbə növü kimi qəbul etmir və tanımır. Ona görə ki, hə-

min müqavilələr ümumməcburi davranış qaydaları (hüquq norması) müəyyən  etməyərək, fərdi-birdəfəlik və 



lokal xarakterə malikdir. Mülki-hüquqi müqavilələr dedikdə, iki və ya daha çox tərəfin mülki hüquq və vəzi-

fələrinin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş sazişi başa düşülür. Onlar iqtisadi mü-

badilə münasibətlərinin hüquqi formasıdır. Bazar təsərrüfatı şəraitində müqavilə hüquqi konstruksiyası iqtisadi 

ə

laqələri nizama salmaüın ən əsas üsullarından biridir. O, təsərrüfat fəaliyyətini təşkil etməyin nisbətən daha sə-



mərəli vasitəsidir. Müqavilə, onu bağlayan tərəflər üçün hüquq və vəzifələr müəyyən edir, həmin tərəflər ara-

sındakı qarşılıqlı münasibətləri tənzimləyir. O, hər iki tərəf üçün ümumi məcburi hüquqi qüvvəyə malikdir. Tə-

sadüfi deyildir ki, Fransa Mülki Məcəlləsinin 1134-cü maddəsinin 1-ci hissəsi qanuni əsaslarla bağlanmış mü-

qaviləni (sazişi) onu bağlayanlar üçün qanun hesab edir. Beləliklə, müqavilələr mülki hüququn mənbəyi olmasa 

da, o, tərəflərin qarşılıqlı münasibətlərini təşkil etməyin ən effektli üsulu kimi çıxış edir.  

Ə

qdlərin növü kimi müqavilələrdən fərqli olaraq, normativ məzmunlu (normativ) müqavilələr hüququn 



mənbə növlərindən biri hesab edilir. Bu cür müqavilələr ümumi xarakterli məcburi davranış qaydası (hüquq 

norması) müəyyən edir. Normativ müqavilələr konstitusiya, əmək, mülki və beynəlxalq hüquq sahələrində get-

dikcə daha geniş surətdə yayılmaqdadır. Onlara misal olaraq RF-in subyektləri ilə federal hakimiyyət arasında 

bağlanan Federativ müqaviləni (o, konstitusiya hüququnun mənbəyidir), müəssisələrdə bağlanan kollektiv mü-

qaviləni (o, əmək hüququnun mənbəyidir), beynəlxalq müqaviləni (o, mülki hüququn, beynəlxalq ümumi və ya 

beynəlxalq xüsusi hüququn mənbəyi ola bilər) göstərmək olar.  



Fərdi  aktlar  mülki  hüququn  mənbə  növü  kimi  qəbul  edilmir.  Bu  aktlar  nisbətən  tipik,  kütləvi,  sosial 

cəhətdən əhəmiyyətli münasibətləri yox, yalnız konkret münasibətləri tənzimləyir. Onlar ümumməcburi davra-

nış  qaydaları  (hüquq  normaları)  müəyyən  etmir.  Həmin  aktlar  yalnız  onu  bağlayan  tərəflər  üçün  məcburidir. 

Fərdi aktlara lokal aktlar da deyilir. Bu cür aktlara müxtəlif cür hüquqi şəxslərin (məsələn, səhmdar cəmiyyətlə-

rinin,  istehsal  kooperativlərinin,  məhdud  məsuliyyətli  müəssisələrin  və  s.)  nizamnamələrini  misal  göstərmək 

olar. Onlar konkret qarşılıqlı münasibətləri tənzimləsə də, mülki hüququn mənbə növü kimi çıxış etmir. Fərdi 

hüquqi aktlar konkret hüquq subyektlərinə aid olur. Onlar birdəfəlik tətbiq olunmaq üçün nəzərdə tutulur, mü-

ə

yyən şəxslərə şamil olunur. Bu cür aktlar konkret hüquq və ya vəzifənin realizə edilməsi ilə öz qüvvəsini itirir. 



Hüquq normalarından fərqli olaraq fərdi aktlar konkret şəxslərə və konkret həyati hallara aid olur. Məsələn, və-

təndaş öz qonşusuna borc müqaviləsi əsasında borc pul verir. Müddət başa çatdıqda qonşu borcu qaytarmır. Və-

təndaş məhkəməyə müraciət edir. Məhkəmə borcun məcburi surətdə qaytarılması barədə qərar qəbul edir. Bu 

fərdi akt olub, hüququn mənbəyi sayılmır.  

Beləliklə,  apardığımız  araşdırmalar,  gəldiyimiz  nəticələr  Azərbaycan  Respublikasının  mülki  hüququnun 

mənbə növlərini dəqiq olaraq müəyyən etməyə imkan verir. Onlara aiddir:  




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə