Microsoft Word mulki huquq doc


 Mülki hüquq xüsusi hüququn



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə13/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   9   10   11   12   13   14   15   16   ...   490

 

15 


8. Mülki hüquq xüsusi hüququn əsası kimi 

Cəmiyyətin inkişaf tarixinə məlum olan ictimai təsərrüfat formalarından biri bazar iqtisadiyyatıdır. Bazar iqti-

sadiyyatı ideologiya olmayıb, zamanın təcrübəsindən zıxmış iqtisadi münasibətlərin məcmusudur. Bu iqtisadiyya-

ta əsaslanan hüquq sisteminin əsasını xüsusi hüquq təşkil edir. Xüsusi hüquq bəşər sivilizasiyasının ən mühüm na-

iliyyətlərindən biri olan bazarla sıx surətdə bağlıdır.  

Almaniya hüquq doktrinasında güstərilir ki, mülki hüquq xüsusi hüququn bir hissəsidir. Professor Karl La-

rens yazır ki, xüsusi hüququn daxilində biz ümumi xüsusi hüquq kimi mülki hüququ və bir nezə xüsusi sahəni 

fərqləndiririk. 



Xüsusi hüququn özünün əsasını və bazasını mülki hüquq təşkil edir. O, xüsusi hüququn aparıcı — baza 

sahəsidir. Dünyanın bütün milli hüquq sistemlərində mülki hüquq əsasən, bir qayda olaraq, əmlak münasibətlə-

rini tənzimləyir. Bu cür münasibətlər əmlakın subyektə məxsusluüu ilə baülı və ya əmlakdan istifadə ilə əlaqə-

dar yarana bilər. Həmin münasibətlər iqtisadi (əmlak) dövriyyə subyektləri arasında əmələ gəlir. Mülki (xüsusi) 

hüquq iqtisadi (əmlak) dövriyyəni tənzimləyərək, ona mülki hüquqi forma verir. Daha doürusu, o, əmtəə-pul 

mübadiləsini hüquqi cəhətdən rəsmiləşdirir. 



Mülki (xüsusi) hüquq bazarı, bazar əmtəə dövriyyəsini qaydaya salır. Bu dövriyyə əmtəənin bir şəxsdən 

digər  şəxsə  kezməsi  prosesində  əmələ  gəlir.  Iqtisadi  dövriyyə  mülki  hüququn  materiyasını  təşkil  edir.  ßmlak 

münasibətlərindən  başqa,  mülki  (xüsusi)  hüququn  hüquqi  nizamasalma  predmetinə  bəzi  qeyri-əmlak  münasi-

bətləri də daxildir. Beləliklə, mülki hüquq dedikdə, iqtisadi (əmlak) dövriyyə subyektləri — ayrı-ayrı şəxs-



lər (fiziki və ya hüquqi şəxslər) arasında yaranan xüsusi münasibətləri (əmlak münasibətlərini və qeyri-

ə

mlak münasibətlərini) tənzimləyən müstəqil hüquq sahəsi başa düşülür

Almaniya hüquq doktrinasında xüsusi hüquq baxımından mülki hüquqa belə anlayış verilir: mülki hüquq xü-

susi hüququn bir hissəsi olub bütün vətəndaşların hamısına şamil edilən xüsusi-hüquqi qaydaları əhatə edir.  

Bir çox dövlətlərin (məsələn, Almaniyanın, Fransanın, Isvezrənin, Avstriyanın və s.), o cümlədən Azərbay-

can Respublikasının mülki (xüsusi) hüququnun əsasını, bünövrəsini və təməlini Roma mülki (xüsusi) hüququ 

təşkil edir. Roma dühası və zəkası dünyada presedenti (oxşarı və tayı-bərabəri) olmayan hüquqi sistem yarat-

mışdı. Roma mülki (xüsusi) hüququ sözün əsl mənasında hüquqi mücüzə idi. Bu hüquq əmtəə sahibləri, mül-

kiyyətzilər və mal istehsalzıları arasında (satıcı - alıcı, borc verən - borc alan, saxlanca verən - saxlamaya qəbul 

edən və s.) yaranan bütün mühüm münasibətləri misilsiz dəqiqliklə rəsmiləşdirirdi. Formulların dəqiqliyi, səlis-

liyi və aydınlıüı ilə sezilən Roma hüququ bir çox hüquqi konstruksiyalar və anlayışlar müəyyən etmişdi ki, on-

lar dünyanın, demək olar, bütün sivil və qabaqcıl mülki (xüsusi) hüquq sistemləri tərəfindən qəbul edilmişdir. 

F.Engels yazırdı ki, Roma hüququ xüsusi mülkiyyətin hökmran olduüu cəmiyyətin ziddiyyətlərini və həyat şə-

raitini hüquqi cəhətdən klassik formada ifadə etmişdi və buna görə ondan sonrakı qanunvericiliklər bu hüquqa 

elə bir mühüm dəyişiklik edə bilmədi. Ona görə də dünyanın, o cümlədən Azərbaycan Respublikasının mülki 

(xüsusi) hüququ bəşəriyyətdə hüquqi inkişafı əsasən müəyyənləşdirdiyinə görə  «hüquqi incəsənətin və mədə-

niyyətin şah əsəri olan Roma mülki (xüsusi) hüququna», necə deyərlər, minnətdar olmalıdır. 

TÖVSIYƏ OLUNAN ƏLAVƏ ƏDƏBIYYAT 

Rimskoe zastnoe pravo. Uzebnik / Pod red. I.B. Noviükoqo, I.S. Pereterskoqo. M., 1999. 



Doædev D.V. Rimskoe zastnoe pravo. Uzebnik. M., 1999. 

Novitski I.B. Roma hüququ. Dərslik / Rus dilindən M.P. ßsgərovanın tərcüməsi. Bakı. 1999. 

Osnovnıe institutı qraædanskoqo pravo zarubeænıx stran / Pod red. V.V. Zalesskoqo. M., 1999. 

Qraædanskoe pravo. Uzebnik. Tom 1 / Pod red. E.A. Suxanova. M., 1999. 

Kaminka A.I. Ozerki torqovoqo prava. SPb., 1912. 

Qraædanskoe i torqovoe pravo kapitalistizeskix qosudarstv. Uzebnik / Pod red. E.A.Vasilüeva. M., 1993. 



Æamen S., Lakur L. Torqovoe pravo. M., 1993. 

Qraædanskoe i torqovoe pravo kapitalistizeskix qosudarstv. Uzebnik / Pod red. K.K. ßizkova. M., 1966. 

Qraædanskoe i torqovoe pravo kapitalistizeskix stran. Uzebnik / Pod red. V.P. Mozolina, M.I. Kulaqina. 

M., 1980. 



S.M.Salimov.  Sozdanie  qracdanskoqo  zakonodatelüstva  Azerbaydcanskoy  SSR  (1920-1923).  Avtoreferat 

dissertaüii na soiskanie uzennoy stepeni k. ü. n. Baku. 1970. 



Palandt. Bürgerliches Gesetzbuch. Kommentar. München.1999. 

Klünzinger E. Einführung in das bürgerliche Recht. München.1993. 

Larenz K. Allgemeiner Teil des deutschen Bürgerlichen Rechts. München.1989. 

 Kaiser. Bürgerliches. Recht. Heidelberg: C.F. Müller. 1997. 

Sakag Vaqaüuma, Toru Ariidzumi. Qracdanskoe pravo Əponii. Kniqa 1. M., 1983. 

 



 

16 


 

MÖVZU 2 

Mülki hüququn mənbələri 

§ 1. Mülki hüququn mənbələri anlayışı və növləri 

1. Mülki hüququn mənbəyi anlayışı  

Qeyd  etmək  lazımdır  ki,  mülki  hüququn  sistemi  mahiyyətcə  mülki  hüquq  normalarının  obyektiv  cəhətdən 

müvcud olan qarşılıqlı əlaqəsidir. Belə ki, bu normalar məcmu halında birləşərək mülki hüquq institutlarını (su-

binstitutlarını), mülki hüququn yarımsahələrini və nəhayət, mülki hüquq sahəsinin özünü yaradır. Onlar mülki 



hüquq sisteminin ilkin (birinci) elementi, onun «atomudur». Mülki hüquq normalarını mülki hüquq adlı ma-

teriyanın «canlı hüceyrələri» hesab etsək, yanılmarıq. Onlar dövlət iradəsini ifadə edir və hakimiyyət xarakterli, 

ümumi məcburi davranış qaydaları müəyyənləşdirir. 

Söylədiklərimizdən  belə  bir  nəticəyə  gələ  bilərik  ki,  mülki  hüququn  sistemi  hüquq  normalarından  ibarət 

olub, ondan qurulmuşdur. Bu normalar bilavasitə öz ifadəsini müxtəlif normativ hüquqi aktların, yəni qanunla-

rın, prezident fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının və s. maddələrində tapır. 

Bax, bu qanunları, fərmanları, bir qayda olaraq, mülki hüququn mənbələri adlandırırlar. Deməli, mülki hüqu-

qun mənbələri hüquq normalarının forma cəhətdən ifadə olunduüu rəsmi dövlət sənədləridir. Bu sənədlərdə mü-

vafiq dövlət orqanları davranış qaydaları müəyyənləşdirir. Həmin qaydalar hüquq normalarında ifadə olunur və 

hüquqi əhəmiyyət kəsb edir.  

Belə  məlum  olur  ki,  mülki  hüququn  mənbələri  mülki  hüququn  özünün  xaricən  ifadə  formalarıdır.  Söhbət 

mülki hüquq normalarının xaricən ifadə formalarından gedir. Bu ifadə formalarının əsas məqsədi və təyinatı hə-

min normalara dövlət-hakimiyyət xarakteri verməkdən ibarətdir. Axı, mülki hüquq normaları dövlət iradəsini 

ifadə etməzsə, onda bu normalar ümumi məcburi qüvvəyə malik ola, hüquqi məna və əhəmiyyət kəsb edə bil-

məz. Bu cür normalardan müvafiq mülki münasibətləri tənzimləmək üçün istifadə etmək olmaz. Ona görə də 

vacib və zəruridir ki, mülki hüquq normaları rəsmi dövlət sənədlərində (qanunlarda, prezidentin fərmanlarında, 

hökumətin  qərarlarında  və  s.)  xaricən  (zahirən)  ifadə  olunsun.  Bu  baxımdan  «mülki  hüququn  mənbələri»  və 

«mülki hüququn formaları» kimi iki anlayış sinonim, eynimənalı anlayışlardır. Belə ki, «mülki hüququn mənbə-

ləri» anlayışı mülki hüquq normalarının xaricən ifadə formalarını bildirmək üçün işlədilən anlayışdır.  «Mülki 

hüququn mənbələri» və ya «mülki hüququn formaları» termininin hansından istifadə edilməsi alimlər arasında 

tez-tez terminoloci mübahisə və diskussiyalara səbəb olur. Alimlərin bir qismi «mülki hüququn mənbələri» ter-

mininə, digərləri isə «mülki hüququn formaları» termininə üstünlük verirlər. Bunların heç bir hüquqi əhəmiyyə-

ti yoxdur. Burada hüququn mənbəyi» anlayışı «hüququn forması» kimi ifadənin sinonimi kimi nəzərdən keçiri-

ləcəkdir. Onlara prinsipial fərq qoyulmayacaqdır. 

«Hüququn mənbələri» terminini müasir sivilistika elmi icad etməmişdir. Onun tarixi kökü çox qədim dövrlə-

rə gedib çıxır. Bu termini hələ Roma hüququ da tanıyırdı. 

Roma  hüququna  dair  çoxsaylı  hüquq  ədəbiyyatında  «hüququn  mənbəyi»  termini  ilə  əsasən  üç  məna  ifadə 

edilməsi  göstərilir.  Birinci  mənada  bu  terminlə  hüquq  normalarının  məzmununun  mənbəyi  ifadə  olunur.  Bu 

normaların məzmununun mənbəyini cəmiyyətin maddi həyat şəraiti, mülkiyyət münasibətləri təşkil edir. 

kinci mənada «hüququn mənbəyi» termini ilə Roma hüququnu öyrədən, onun haqqında məlumat verən mə-

xəzlər anlayışı əhatə olunur. Söhbət Roma hüququ ilə yaxından tanış olmaüa imkan verən hüquqi abidələrdən 

(məsələn, Bizans imperatoru Yustinianın məcəllələşdirməsindən), Roma hüquqşünaslarının əsərlərindən, papi-

ruslardan və s. gedir. Bu cür mənbə növləri Roma hüququnu öyrənməyin qiymətli məxəzləridir. Deməli, ikinci 

mənada «hüququn mənbəyi» termini qaynaq, məxəz mənalarını bildirir. 

Üçüncü mənada «hüququn mənbəyi» termini belə bir suala cavab verilməsini nəzərdə tutur: bu və ya digər 

hüquq norması hansı yollarla əmələ gəlir?; bu normalar hansı formalarda ifadə olunur? Bu baxımdan «hüquq 

mənbəyi» termini hüquq normasının əmələ gəlmə (bu normaları yaratma) formaları və ya hüquq normalarının 

ifadə formaları mənasında işlədilir. Roma hüququna görə adət hüququ, qanun, magistratların ediktləri, hüquqşü-

nasların fəaliyyəti (yurisprudensiya) hüquq yaratmanın formaları – hüququn mənbələri hesab olunurdu. 

Sovet mülki hüquq elmində hüququn mənbəyi əsasən üç mənada işlədilirdi: sosial-iqtisadi mənada; dövlət-

siyasi mənada; xüsusi (hüquqi) mənada. 

Sosial-iqtisadi  mənada  hüququn  mənbəyi  dedikdə,  hüququn  mahiyyətini  müəyyən  edən  sosial-iqtisadi 

faktorların (başlıcası mülkiyyət forması) məcmusu başa düşülür. Dövlət-siyasi mənada hüququn mənbəyi hü-

quq normalarında ifadə olunan dövlət iradəsini bildirir. 

Xüsusi (hüquqi) mənada hüquq mənbəyi dedikdə, dövlət iradəsinin ifadə aktı (forması) başa düşülür. Lakin 

dövlət iradəsini ifadə edən hər bir aktı mülki hüququn mənbəyi hesab etmək olmaz. Bunun üçün üç şərtin olması 

gərəkdir: 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə