Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə10/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   6   7   8   9   10   11   12   13   ...   490

 

12 


ki, sovet dövlətinin təsərrüfat fəaliyyəti ilə baülı olan normalarının çoxu əsasən bu iki sovet hüquq sahəsində 

cəmləşmişdi. Bu cür normaların müvcudluüu isə sosialist tipli sovet dövlətinin xüsusi funksiyası — təsərrüfat-

təşkilati funksiyaya malik olması ilə izah edilirdi. Beləliklə, sovet hüququnun hər iki sahəsi sosialist təşkilatları-

nın təsərrüfat fəaliyyətini (inzibati hüquq idarəzilik sahəsində, mülki hüquq isə dəyər xarakterli əmlak münasi-

bətləri sahəsində) nizama salırdı. Bax, təsərrüfat fəaliyyəti haqqında inzibati hüquqla mülki hüquq arasında bö-

lüşdürülmüş normalar birləşdirilərək, onlardan sovet hüququnun təsərrüfat hüququ adlı müstəqil sahəsi yaradıl-

dı. 

Təsərrüfat hüququ ideyası və konsepsiyası hələ sovet dövründə hüquq ədəbiyyatında kəskin tənqid edilmiş-



dir.  1959-cu  ilin  may  ayında  SSRI  Elmlər  Akademiyasının  Hüquq  Institutu  bütövlükdə  təsərrüfat  hüququna 

həsr  edilmiş  elmi  sessiya  kezirdi.  Sessiyanın  bəzi  iştirakzıları  təsərrüfat  hüququ  ideyası  əleyhinə  zıxdılar. 

Məcəllələşdirmə məsələləri üzrə respublikalararası müşavirə (1959) iştirakzılarının çoxu bu nəzəriyyəyə mənfi 

münasibət bəslədilər. Diskussiya ümumi mətbuat səhifələrinə də kezdi. 8 mart 1959-cu ildə «Izvestiə» qəzetin-

də bir qrup sivilist alim (B.S. Antimonov, S.N. Bratus və başqaları) çıxış edərək təsərrüfat hüququ nəzəriyyəsini 

tənqid etdilər. 

Təsərrüfat hüququ konsepsiyasını kəskin tənqid edən tanınmış alim O.S. Ioffe göstərirdi ki, nə sovet hüququ 

sisteminin qurulması prinsipi, nə sovet hüquq elmi sisteminin təşkili forması, nə qanunvericilik, atbitrac və tə-

sərrüfat praktikası nəinki təkcə təsərrüfat hüququ konsepsiyasına əsas vermir, habelə, əksinə, onun nəzəri cəhət-

dən  səhv  və  elmi  baxımdan  nəticəsi  olmayan  nəzəriyyə  olmasını  azıq-aşkar  müəyyən  edir.  Müəllif  təsərrüfat 

hüququ nəzəriyyəsi tərəfdarlarına haqlı olaraq məsləhət görürdü ki, onlar qondarma, uydurma və süni məsələ-

lərlə məşüul olmayıb, öz yaradıcılıq güc və səylərini həqiqətən vacib və həyati əhəmiyyəti olan problemlərin 

tədqiqinə yönəltsinlər. 

Təsərrüfat hüququ ideyasını və konsepsiyasını kezmiş sovet iqtisadi quruluşu doüurmuşdu. Bazar iqtisadiy-

yatına kezid komanda iqtisadiyyatının, əmrə əsaslanan sovet təsərrüfat sisteminin müvcudluüuna son qoymuş-

dur. Buna görə də təsərrüfat hüququ nəzəriyyəsini doüuran sosial-iqtisadi əsaslar da yox olub getmişdir. Belə 

vəziyyətdə bu nəzəriyyənin nəzəri cəhətdən əsaslandırılması elə bir ciddi məsələyə zevrilmir. 

Bununla bərabər, qeyd etmək lazımdır ki, təsərrüfat hüququ ideyası tamamilə «ölüb getməmişdir». Elə bil ki, 

bu ideya «mürgüləməkdəymiş». Belə ki, bazar iqtisadiyyatı şəraitində təsərrüfat hüququ konsepsiyası başqa for-

mada  özünü  göstərməyə  başlayır.  Söhbət  bəzi  müəlliflərin  (V.S.Martemyanov,  V.V.Laptev,  N.Y.Kruqlova, 

V.K.Mamutov və b.) təsərrüfat hüququnun varisi kimi xüsusi olaraq müstəqil sahibkarlıq (təsərrüfat) hüququ 

yaratmaüa cəhd göstərmələrindən gedir. Sahibkarlıq (təsərrüfat) hüququ konsepsiyasının tərəfdarları belə hesab 

edirlər ki, xüsusi-hüquqi yanaşma iqtisadiyyata hər hansı bir dövlət müdaxiləsini aradan qaldırır, bu cür müda-

xiləyə yol vermir və həmin səbəbdən də sahibkarlıq (təsərrüfat) dövriyyəsini qaydaya salmaq üçün göstərilən 

yanaşma qəbuledilməzdir. Onların fikrincə, sahibkarlıq (təsərrüfat) hüququ zərzivəsində xüsusi və ümumi hü-

quq elementlərinin  «yeni birliyi»ni  yaratmaq lazımdır. Həmin müəlliflər  sahibkarlıq (təsərrüfat) hüququ kon-

sepsiyasını kapitalist bazar təsərrüfatının dövlət tənzimlənməsinin xüsusiyyəti ilə əsaslandırırlar. 

Bizim fikrimizúə, sahibkarlıq (təsərrüfat) hüququ kimi müstəqil hüquq sahəsinin ayrılması qondarıl-



ş, uydurulmuş, qeyri-təbii və süni məsələdir. Bunun hez bir elmi və praktiki əsası yoxdur. Bir nezə arqu-

mentə görə sahibkarlıq (təsərrüfat) hüququ konsepsiyası qəbuledilməzdir. Birincisi, dünya təcrübəsi göstərir ki, 

ümumi hüquq normalarından (elementlərindən) və xüsusi hüquq normalarından (elementlərindən) ibarət müstə-

qil hüquq sahəsi yaratmaq olmaz. Hələ XX əsrin 40-cı illərində fransız hüquqşünası N.Savatye təsərrüfat hüqu-

qu nəzəriyyəsini tənqid edərək ümumi hüquq normalarının «əzəli və qədim» xüsusi hüquq sferasına «girməsi-

nə» qarşı özünün kəskin etiraz səsini ucaltmışdı. Xüsusi hüquq xüsusi işlərə özbaşına dövlət müdaxiləsini istis-

na edir, buna yol vermir. Ümumi hüquq qaydaları və normaları isə öz hüquqi təbiətinə görə xüsusi hüquqi əsas-

ları məhdudlaşdırır və özünə tabe etdirir, onları üstələyir. Buna görə də ümumi və xüsusi hüquq elementlərinin 

müstəqil ayrıca bir hüquq sahəsində birləşdirilməsi qeyri-mümkündür. 

Ikincisi, hüquq sistemi obyektiv xarakter daşıyır. Bu, o deməkdir ki, hüquq sistemi müəyyən sahələrə bölün-

məsində ifadə olunan obyektiv quruluşa malikdir. O, subyektiv xarakter daşımır. Bu, onu ifadə edir ki, hüquq 

sisteminə daxil olan hər hansı bir sahəni bu və ya digər nəzəri konstruksiyanın köməyi ilə uydurmaq, qondar-

maq və yaratmaq olmaz. Elm yalnız müəyyən hüquq sahəsinin müvcud olma faktını müəyyənləşdirə və aşkar 

edə bilər. Müstəqil sahibkarlıq (təsərrüfat) hüququnun müvcudluüunu sahibkarlıq fəaliyyəti üzrə qanunvericilik 

kimi subyektiv fakt əsasında sübut etmək olmaz. Belə ki, qanunvericilik sahibkarlıq (təsərrüfat) fəaliyyətindən 

başqa, həm də müxtəlif məsələlər üzrə müvcuddur. Məsələn, hərbi qanunvericilik, vergi qanunvericiliyi, qiy-

mətli kaüızlar haqqında qanunvericilik, nəqliyyat qanunvericiliyi, elmi qanunvericilik, pensiya qanunvericiliyi 

və s. Buradan belə bir nəticə zıxarmaq olmaz ki, qanunvericiliyin hər qolu özündə hüququn müvafiq sahəsini 

ifadə edir. Müəyyən məsələlər üzrə qanunvericilik və hüquq sahəsi — bir-biri ilə üst-üstə düşməyən anlayışlar-



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə