Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə12/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   8   9   10   11   12   13   14   15   ...   490

 

14 


diyyatının və təsərrüfatının normal və əsl inkişafından söhbət gedə bilməz. Deməli, xüsusi hüquq iqtisadiyyatın 

təşkilinin forması olan bazar iqtisadiyyatı üçün xarakterikdir. Odur ki, xüsusi hüquq bazar hüququdur. 

Xüsusi hüquq sahibkarlıüın əsası və bünövrəsidir. Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) bazar iqtisadiyyatının 

ə

sas və fərqləndirici əlamətlərindən biridir. Bu fəaliyyətin həyata kezirilməsinin əsas məqsədi gəlir (qazanc) və 



mənfəət əldə etməkdən ibarətdir. Sahibkarlıq fəaliyyəti əsasən iqtisadi cəhətdən azad olan insanların əməyinə 

ə

saslanır. Üçünün hər bir üzvü üçün iqtisadi azadlıüı təmin edən cəmiyyətdə bu fəaliyyət özünün ən yüksək tə-



rəqqi səviyyəsinə zatır. Ümumi mənada iqtisadi azadlıq dedikdə, insanın malik olduüu iqtisadi resurslar (kapi-

tal, iş qüvvəsi), habelə hazır məhsullar üzərində sərbəst surətdə sərəncam vermək hüququ başa düşülür. Xüsusi 

hüquq insanları iqtisadi azadlıq hüququ ilə təmin edir. Bu hüquq öz hüquqi təbiətinə görə normal sahibkarlıq 

dövriyyəsi və fəaliyyəti üçün nəzərdə tutulmuşdur. ßsl və həqiqi sahibkarlıq fəaliyyəti xüsusi hüquq olmadan 

həyata kezirilə bilməz. Buna gürə də xüsusi hüquq sahibkarlıq hüququdur

Xüsusi hüquq ayrı-ayrı şəxslər arasında, onların şəxsi-fərdi maraqları ilə  baülı olan əmlak münasibətlərini 

tənzimləyir. Bu hüquq fərdlərin öz aralarındakı münasibətləri müəyyənləşdirir. Xüsusi hüquq ayrı-ayrı şəxslərin 

— əmtəə istehsalzılarının, sahibkarların, mülkiyyətzilərin, biznesmenlərin, kommersantların və s. fəaliyyət sfe-

rasına aid olan hüquqdur. Bu elə bir sahədir ki, dövlətin tənzimləyici fəaliyyətinin həmin sahəyə bilavasitə mü-

daxiləsi  məhdudlaşır.  Xüsusi  hüquq  ayrı-ayrı  şəxslərə  öz  istək  və  mülahizələrinə  uyğun  istənilən  istiqamətdə 

hərəkət etmək ixtiyarı verir. Bu hüquq azadlıq və xüsusi təşəbbüskarlıq hüququdur. Onun əsas məqsədini, qayə-

sini və leytmotivini ayrı-ayrı şəxslərin maraq və mənafeyini təmin etmək təşkil edir. Buna görə də xüsusi hü-



quq şəxsi-azadlıq və fərdi-müstəqillik hüququdur

Xüsusi hüquq, bir qayda olaraq, əsasən üz xüsusiyyətlə xarakterizə olunur. Həmin bu üz xüsusiyyət onu hü-

ququn digər sferasından — ümumi hüquqdan fərqləndirməyə imkan verir. Qeyd etdik ki, xüsusi hüquq ayrı-ayrı 

şə

xslər (fərdlər) arasında yaranan əmlak münasibətlərini tənzimləyir. Bu münasibətlərdə iştirak edən subyektlə-



rin hüquqi statusu (vəziyyəti) xüsusi hüququn üz cür xüsusiyyətə malik olmasına dəlalət edir.  

Xüsusi hüququn birinci xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqla tənzimlənən əmlak münasibətlərində işti-

rak edən subyektlər hüquq bərabərliyinə malikdirlər. Ümumi hüquq subordinasiya (tabezilik) sistemidir, ha-

kimiyyət  və  tabezilik  sahəsidir.  Xüsusi  hüquqla  tənzimlənən  münasibətlərdə  çıxış  edən  tərəflər  isə  hüquqi 

cəhətdən bərabərdirlər. Onlar arasında hakimiyyət və tabezilik əlaqələri yoxdur. Bu cür əlaqələr ümumi hüquq 

üçün xarakterikdir. Fransız hüquqşünası Vuaren yazır ki, ümumi hüquq fərdlə dövlət arasında münasibəti tənzim 

edir. ßgər münasibətə girən tərəflər arasında hakimiyyət və tabezilik əlaqəsi olarsa, onda həmin münasibətin xüsu-

si hüquqla tənzimlənməsindən və onun xüsusi hüquq münasibəti olmasından söhbət gedə bilməz. 

Xüsusi hüququn ikinci xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqla nizama salınan münasibətlərdə çıxış edən 

tərəflər  iradə  müstəqilliyinə  və  sərbəstliyinə  malikdirlər.  Xüsusi  hüquq  ayrı-ayrı  şəxslərin  —  bazarda  öz 

məhsulunu satan əmtəə istehsalzılarının, mülkiyyətzilərin sərbəstliyi üçün geniş imkanlar verir. Xüsusi hüquq 

münasibətində iştirak edən tərəflər müqavilə baülayıb-baülamamasını, müqavilə baülanan zaman hansı müqabil 

tərəfi  sezib-sezməməyi,  müqaviləni  hansı  şərtlərlə  baülayıb-baülamamasını,  öz  mülkiyyət  hüququnu  müdafiə 

edib-etməməsini, məhkəməyə iddia verib-verməməsini, əmlak dövriyyəsində iştirak edib-etməməsini və s. öz ar-

zu, istək və iradələri əsasında müəyyənləşdirir və həll edirlər. Hez kəsin ixtiyarı zatmır ki, əmlak dövriyyəsində 

çıxış  edərkən,  müqavilə  baülayarkən,  müqavilə  üzrə  tərəf  müqabili  (kontragent)  sezərkən,  öz  əmlakı  üzrə 

sərəncam verərkən, vəsiyyətnamə tərtib edərkən və s. xüsusi hüquq subyektinə onun iradəsinin ziddinə olaraq tə-

sir göstərsin. 

Xüsusi hüququn üçüncü xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqla nizama salınan münasibətlərdə iştirak 

edən subyektləəmlak müstəqilliyinə malikdirlər. ßmlak müstəqilliyi normal sahibkarlıq və ya təsərrüfat fə-

aliyyəti üçün əsas və vacib şərtdir. Bunsuz xüsusi hüquq münasibəti iştirakzısı əmlak dövriyyəsində çıxış edə 

bilməz. Belə ki, o, əmlak hesabına mənfəət və gəlir (qazanc) götürür. Bununla belə, bu tərəf özünün tərəf müqa-

bili (kontragenti) qarşısında üzərinə götürdüyü öhdəliyə gürə öz əmlakı ilə məsuliyyət daşıyır. 

Xüsusi  hüququn  mahiyyəti  onun  prinsiplərində  ifadə  olunur.  Bu  hüququn  əsas  prinsipləri  yeni  Mülki 

Məcəllədə qanunvericilik qaydasında təsbit olunmuşdur. Xüsusi hüququn əsas və başlıca prinsipləri bunlardır: 

 xüsusi hüquq subyektlərinin hüquq bərabərliyi prinsipi; 



 mülkiyyət toxunulmazlıüı prinsipi; 

 müqavilə azadlıüı prinsipi; 



 xüsusi işlərə kimsənin özbaşına qarışmasının yolverilməzliyi prinsipi və s. 

Xüsusi hüququn prinsipləri bütün sivil dünyanın qəbul etdiyi vətəndaş cəmiyyəti ilə sıx surətdə bağlıdır. Bu 

cəmiyyət  ayrılmaz  atributlarla  xarakterizə  olunur:  iqtisadi  azadlıq;  xüsusi  mülkiyyət;  sahibkarlıq;  bazar  sub-

yektlərinin hüquq bərabərliyi və müdafiəsi. Xüsusi hüququn prinsipləri bu atributlara əsaslanaraq onlarla vəh-

dətdə və qarşılıqlı əlaqədədir. 




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə