Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə18/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   14   15   16   17   18   19   20   21   ...   490

 

21 


 normativ hüquqi aktlar (mülki qanunvericilik); 

 əmlak dövriyyə adətləri; 



 beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri; 

 beynəlxalq dövlətlərarası müqavilələr (konvensiyalar).  



3. Mülki qanunvericiliyin anlayışı və xüsusiyyətləri  

Azərbaycan Respublikasının mülki hüququnun əsas və başlıca mənbə növü normativ hüquqi aktlardır. Bu, 

roman-german hüquq ailəsi ənənələrinə uyüundur. Normativ hüquqi aktlar (enacted law) bu ailə ölkələrində hü-

ququn ilkin və birinci dərəcəli mənbə növü hesab edilir. Qərb hüquq ədəbiyyatında çox vaxt onları yazılı aktlar 

və ya formal aktlar və yaxud sözün geniş mənasında qanunlar (qanunvericilik orqanı tərəfindən qəbul edilən 

qanunlar, reqlament aktları, ordonanslar, hökumət dekretləri, prezident dekretləri və s.), yazılı hüquq (dövlətin 

qanunvericilik aktlarında formulə edilən hüquq qaydaları və normaları) adlandırırlar. 

Normativ hüquqi aktlar ingilis-amerikan hüquq ailəsi ölkələrində də geniş surətdə inkişaf edir. Bu ölkələrdə 

presedentlərdən sonra əsas yeri qanunlar və digər normativ aktlar tutur. Onların məcmusuna «Statute law», yəni 

statut hüququ (latınca statuo - qərara alıram) deyilir. Normativ aktlar Roma hüququnda hüququn mənbəyi hesab 

olunurdu. Yustinianın institusiyalarında o, yazılı hüquq (ius scriptum) adı altında nəzərdə tutulmuşdu. 

Azərbaycan Respublikasının mülki hüququnun mənbə növü rolunda çıxış edən normativ hüquqi aktlar mülki 

qanunvericilik kateqoriyası ilə əhatə olunur. Mülki qanunvericilik dedikdə, səlahiyyətli dövlət orqanı tərə-

findən qəbul edilən, mülki hüquq normaları yaradan, dəyişdirən, yaxud da ki ləğv edən bütün normativ 

hüquqi aktların məcmusu başa düşülür. O, mülki hüququn bütün mənbə növlərini yox, onun yalnız normativ 

hüquqi aktlar adlı növünü – hissəsini özündə birləşdirir. Bu, o deməkdir ki, mülki hüququn adətlər, beynəlxalq 

müqavilələr  kimi  növləri  mülki  qanunvericilik  kateqoriyasına  şamil  edilmir.  Bu,  mülki  qanunvericiliyi  mülki 

hüquqdan fərqləndirməyə imkan verən xüsusiyyətlərdən biridir.  

Ə

gər mülki hüquq sahəsi hüquq normalarının sistemi və birləşməsidirsə,  mülki qanunvericilik normativ 



hüquqi aktların məcmusudur. O normativ aktların ki, mülki hüquq normaları həmin aktlarda öz rəsmi ifadə-

sini tapır. Ədəbiyyatda «mülki hüquq» termininin bəzən «normativ aktların sistemi kimi mülki qanunvericilik» 

mənasını bildirməsi fikri irəli sürülür. Lakin hüquq sahəsi olan mülki hüquq və mülki qanunvericilik kimi iki 

məsələ identik (eynimənalı) və sinonim anlayışlar deyildir. Bunları bir-birindən fərqləndirmək lazımdır. 

Mülki  qanunvericiliyi  mülki  hüquq  sahəsindən  fərqləndirən  əsas  və  başlıca  cəhət  ondan  ibarətdir  ki,  o, 

kompleks və qarışıq xarakterə malikdir. Bu, o deməkdir ki, mülki qanunvericiliyə daxil olan bir çox norma-

tiv aktlar özündə eyni zamanda həm də müxtəlif hüquq sahələrinin (məsələn, konstitusiya hüququnun, inzibati 

hüququn, maliyyə hüququnun, ekologiya hüququnun və s.) normalarını əks etdirir. Məsələn, «Sahibkarlıq fəa-

liyyəti haqqında», «Sığorta haqqında», «Banklar və bank fəaliyyəti haqqında» və digər normativ aktlarda mülki 

hüquq normalarından əlavə, konstitusiya, inzibati, maliyyə və s. hüquq normalarına da rast gəlmək olar. Demə-

li,  hər  hansı  bir  normativ  aktda  öz  hüquqi  təbiətinə  görə  bir-birindən  fərqlənən  mülki,  cinayət,  konstitusiya, 

ekologiya və digər hüquq normaları müvcud ola bilər. Ona görə də eyni bir akt həm mülki qanunvericiliyə, həm 

maliyyə qanunvericiliyinə, həm inzibati qanunvericiliyə və s. daxil ola bilər. Bu isə təsadüfi deyildir. Axı, nor-

mativ hüquqi akt qəbul edərkən, səlahiyyətli dövlət orqanını maraqlandıran əsas cəhət müəyyən etdiyi ümum-

məcburi davranış qaydasının (hüquq normasının) hüquqi təbiəti yox, onun mahiyyətidir. Belə təsəvvür yaranır 

ki, mülki qanunvericiliyə həm mülki-hüquqi yönümlü, həm də qeyri-mülki hüquqi yönümlü normativ aktlar da-

xildir. Bu isə onu göstərir ki, mülki qanunvericilik, yuxarıda qeyd etdiyimiz kimi, kompleks (qarışıq) xarakterə 

malikdir. Həmin sözləri hüquq sahəsi kimi mülki hüquq haqqında demək olmaz. Belə ki, mülki hüquq sahəsi-

nin, ümumiyyətlə, hər hansı bir hüquq sahəsinin kompleks təbiətli olmasından danışmaq qeyri-rasional 

fikir yürütmək deməkdir

Göründüyü kimi, mülki qanunvericiliyə daxil olan eyni bir normativ akt öz məzmununa görə müxtəlif olan 

ictimai münasibətləri (maliyyə, inzibati, əmək və digər münasibətləri) də tənzimləyə bilər. Bu, onunla izah olu-

nur ki, eyni bir normativ aktla bir ictimai münasibəti deyil, bütöv münasibətlər qrupunu tənzimləmək lazım gə-

lir. Ona görə də bu normativ aktların vahid hüquqi nizamasalma predmeti və metodu yoxdur. Mülki hü-

quq sahəsi isə eyni növlü ictimai münasibətləri nizama salır. Onun vahid nizamasalma predmeti və metodu 

vardır.  Mülki  hüquq  sahəsinin  ibarət  olduüu  hüquq  normaları  müxtəlif  ictimai  münasibətləri  yox,  eyni  növ, 

həmcins münasibətləri nizama salır. Mülki hüquq sahəsi ilə mülki qanunvericilik arasındakı nisbət fəlsəfi kate-

qoriyalar olan məzmun və forma kimidir. Əgər mülki hüquq sahəsi məzmundursa, onda mülki qanunvericilik 

onun formasıdır. Mülki qanunvericilik mülki hüququn xaricən müvcud olma, təzahür etmə, ifadə olunma for-

masıdır.  

Mülki qanunvericiliyin mühüm xüsusiyyəti ondan ibarətdir ki, onda nəzərdə tutulan dispozitiv normaların 

xüsusi çəkisi imperativ normalardan çoxdur. Dispozitiv normalar odur ki, bu normalar subyektlərə mümkün 



Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə