Microsoft Word mulki huquq doc



Yüklə 8,78 Mb.
Pdf görüntüsü
səhifə16/490
tarix25.08.2018
ölçüsü8,78 Mb.
#64129
1   ...   12   13   14   15   16   17   18   19   ...   490

 

19 


oluna və ya izah edilə bilər.  

Hüquqi presedent qədim Roma hüququna da məlum idi. Belə ki, qədim Romada oxşar işlərə baxıldıqda pre-

torların və digər magistrlərin qərarları məcburi sayılırdı. Roma hüququnun bir çox institutları presedent əsasın-

da yaranmışdır. 

Hüquqi presedentin iki növü fərqləndirilir: məhkəmə presedenti; inzibati presedent. Məhkəmə presedenti 

odur ki, o, konkret iş özrə məhkəmə orqanının əvvəllər çıxardığı qərarın sonrakı oxşar (analoci) işlərin həlli za-

manı  tətbiq  edilməsini  nəzərdə  tutur.  Inzibati  presedentin  mahiyyəti  isə  ondan  ibarətdir  ki,  konkret  iş  özrə 

dövlət  inzibati  orqanının  əvvəllər  çıxardığı  qərar  sonradan  oxşar  işlərin  həlli  zamanı  məcburi  hüquq  norması 

qüvvəsinə malik olur.  

Hüquqi presedent ingilis-amerikan hüquq ailəsində hüququn əsas və başlıca mənbəyi hesab edilir. Hüququn 

mənbəyi kimi o, Büyük Britaniya, ABŞ, Kanada və Avstraliya hüququnda nisbətən daha geniş yayılmışdır. Bu 

ölkələrin hüquq sistemində hüquqi presedent qanunvericilik aktı qüvvəsinə malikdir. Presedent hüququnun və-

təni Büyük Britaniyadır. 

Hazırkı dövrdə Büyük Britaniya məhkəmələri hüquq normaları yaradır. Məhkəmə qərarlarında müəyyən edi-

lən qaydalar, məcburi xarakterli normalar kimi sonralar da tətbiq edilir. Beləliklə, hüquqi presedent ingilis-ame-

rikan hüquq ailəsində qanunlara nisbətən əsas, başlıca və həlledici hüquq mənbəyi kimi dəstəklənir, qəbul edilir 

və tanınır.  

Sovet hüquq elmi hüquq presedentini hüququn mənbəyi kimi qəbul etməmişdi. Rəsmi sovet doktrinası belə 

hesab etmişdir ki, presedent hüququn mükəmməl mənbəyi ola bilməz və onun əsas rolu təfsir prosesində hüquq 

normalarını konkretləşdirməkdən, qanunun mənasını izah etməkdən ibarətdir. 

Roman-german (kontinental) hüquq ailəsində hüququn mənbəyi kimi presedentin statusu qeyri-müəyyən və 

daxilən ziddiyyətlidir. Belə ki, bu ailəyə daxil olan bir qrup ölkələrdə presedent hüququn mənbəyi kimi tanınır 

və ondan geniş surətdə istifadə edilir, digər qrup ölkələrdə isə presedent hüququn mənbəyi sayılmır və olduqca 

məhdud dairədə tətbiq olunur. Məsələn, Ispaniyada məhkəmə presedentinin hüquq norması yaratmaq rolu rəsmi 

surətdə tanınır. Isveçrədə presedent hüququn mənbəyi kimi rəsmən tanınır və qanunvericilik qaydasında təsdiq-

lənir. Almaniya, Danimarka, Italiya, Norveç, Finlandiya, Isveç, Hollandiya, Yunanıstan və digər roman-german 

hüququ ölkələrində presedent hüququn mənbəyi kimi qanunvericilik qaydasında təsdiqlənmir və təmin edilmir, 

yəni formal olaraq tanınmır, lakin faktiki cəhətdən müvcud olub tətbiq edilir. 



Azərbaycan Respublikasının mülki hüququ presedenti hüququn mənbəyi hesab etmir və tanımır. Bi-

zim  ölkə  hüququnda  presedent  hüququ  müvcud  deyil.  O,  mənbə  kimi  nə  qanunvericilik  qaydasında  rəsmən 

möhkəmləndirilir, nə təmin olunur, nə formal olaraq tanınır, nə də ki faktiki olaraq tətbiq edilir. Məhkəmə pre-

sedentindən – konkret iş özrə qəbul edilən qərardan buna oxşar işlərin həlli zamanı məcburi xarakterli hüquq 

norması kimi istifadə olunmur. Azərbaycan Respublikasının qanunvericiliyinə görə bu cür qərar yalnız həmin 

işdə  iştirak  edən  şəxslər  üçün  məcburidir.  Bu  cür  qərar  həmin  işə  oxşar  (analoci)  olan  işlərə  baxan  hakimlər 

üçün məcburi qüvvəyə malik deyil.  

Məhkəmə presedentini məhkəmə təcrübəsindən fərqləndirmək lazımdır. Bu iki anlayış identik (eyni mənalı) və 

sinonim deyil. Lakin bir çox tədqiqat işlərində onlar identik və bir-birini qarşılıqlı surətdə əvəz edən anlayışlar ki-

mi işlədilir. 

Məhkəmə praktikası məhkəmələr tərəfindən müəyyən dərəcədə hamılıqla qəbul edilən və məcburi olan qay-

da, prinsip, göstəriş formasında ümumi hüquqi müddəalar formulə edilməsidir

Məhkəmə presedenti isə məhkəmə fəaliyyətinin nəticəsidir, yəni məhkəmə fəaliyyətinin işləyib hazırladığı 

ümumi prinsiplərin özüdürMəhkəmə təcrübəsi dedikdə, məhkəmənin eyni kateqoriya işlər özrə dəfələrlə 

bir (eyni) cür qaydada qərar  çıxarması başa düşülür. Məhkəmə presedenti isə,  yuxarıda qeyd  etdiyimiz kimi, 

məhkəmənin konkret iş özrə çıxardığı qərardır. Azərbaycan Respublikasının mülki hüququ məhkəmə pre-

sedenti kimi məhkəmə təcrübəsini (praktikasını) də hüququn mənbəyi hesab etmir

Yaranmış məhkəmə təcrübəsi eyni kateqoriya işlərə baxan məhkəmələr üçün məcburi qüvvəyə malik deyil. 

Hakim məhkəmə təcrübəsindən fərqli qərar da qəbul edə bilər. Məsələn, onun ixtiyarı çatır ki, yaranmış məhkə-

mə təcrübəsi qanuna zidd olduüu hallarda, başqa qərar çıxartsın. Yaranmış məhkəmə təcrübəsinin mülki hüqu-

qun mənbəyi olmamasına baxmayaraq, o, böyük əhəmiyyətə və rola malikdir. Məhkəmə təcrübəsi cəmiyyətdə 

hüquq qaydasının və qanunçuluüun təmin edilməsinə xidmət edir. Məhz onun köməkliyi və vasitəsi ilə mülki 

hüquq normaları bir (eyni) cür qaydada başa düşülür və tətbiq edilir.  

Mülki hüquq elmini Azərbaycan Respublikasının mülki hüququ mənbə növü kimi qəbul etmir. Xaric-

də mülki hüquq elmini mülki hüquq doktrinası və ya sivilistika doktrinası adlandırmaq dəb və adət halını al-

mışdır. Sivilistika doktrinası hüquq elmlərinin bir sahəsi olub, mülki hüquq hadisələri (hüquq normaları, mülki 

hüquq münasibətləri, hüquqi faktlar, mülki hüquqla tənzimlənən ictimai münasibətlər və s.) haqqında anlayışla-




Yüklə 8,78 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə