Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə433/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   429   430   431   432   433   434   435   436   ...   490

 

496


malı və məhsulları qidalanma üçün yararsız sayılarsa, onlar ya məhv edilir, ya da ki, təkrar emal edilir. Göstəri-

lən bu tələblərin pozulması ilə satılmış maldan əldə edilən gəlir dövlət büdjəsinə köçürülür. Bu barədə qərarı 

malların keyfiyyətinə dövlət nəzarətini həyata keçirən orqan qəbul edir. 

TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Vitrənskiy V.V. Doqovorı kupli-prodaci, menı, arendı, bezvozmezdnoqo polğzovaniə, perevozki, transportnoy 

gkspediüii. Rasçetı. M., 1996. 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 / Pod red. A.P.Serqeeva, Ö.K. Tolstoqo. M., 1997 (ql.30, §3). 

Qracdanskoe pravo Rossii. Kurs leküiy. Çastğ 2. Obəzatelğstvennoe pravo / Pod red. O.N. Sadikova. M., 

1997. (ql.2). 

Qracdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 1 / Pod red. E.A. Suxanova. M., 1999 (ql.31, §3). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 / Pod red. A.Q.Kalpina. M., 1999 (ql.1, §2). 

Kommentariy k Zakonu Rossiyskoy Federaüii «O zahite prav potrebiteley». M., 1993. 

Kommentariy k QK RF çasti vtoroy / Otv red. O.N. Sadikov. M., 1999 (ql. 30, §2). 

Kunik Ə.A. Doqovorı v sovetskoy qosudarstvennoy torqovle. M., 1983. 

Levhina  T.L. Rozniçnaə  kuplə-prodaca  //  Qracdanskiy  kodeks  Rossiyskoy  Federaüii,  çastğ  vtoraə.  Tekst, 

kommentariy. M., 1996. 



Levhina T.L. Osnovı zakonodatelğstva o zahite prav potrebiteley. M., 1994. 

offe S.S. Obəzatelğstvennoe pravo. M., 1975. 

 

 



XII FƏS L  

Ə

MLAK K RAYƏS  MÜQAV LƏS  



§1. Əmlak kirayəsi müqaviləsinin anlayışı, 

xüsusiyyətləri və elementləri 

1. Əmlak kirayəsi müqaviləsinin anlayışı 

və hüquqi məqsədi 

Ə

mlak kirayə müqaviləsi xarici ölkələrin qanunvericiliyə məlum olan müqavilə növlərindən biridir. Belə 



ki, bir çox dövlətlərin mülki qanunvericiliyi bu müqaviləni əsas hüquqi konstruksiyalardan biri kimi nəzərdə tu-

tur. Məsələn, Fransa MM-də (3-cü kitabın 9-cu bölməsində), Almaniya MQ-də (2-ci kitabın 7-ci bölməsində), 

Hollandiya MM-də (7-ci kitabın 5-ci bölməsində) bu müqavilə növünə rast gəlmək olur. Xarici ölkələrdə əmlak 

kirayəsi müqaviləsi torpaq sahələrindən istifadə ilə bağlı yaranan münasibətlərdə, habelə sənaye avadanlıqları-

nın, bina və qurğuların, nəqliyyat və yükdaşıma vasitələrinin (konteynerlərin) istismarı daxil olmaqla sahibkar-

lıq  münasibətlərində  tətbiq  edilir;  bu  müqavilədən  istehlakçıların  iştirak  etdikləri  münasibətlərdə,  xüsusən  də 

mənzil münasibətlərində geniş istifadə olunur.     

Mülki hüquqda əmlakın özgəninkiləşdirilməsi üzrə öhdəliklərlə (alqı-satqı, bağışlama, dəyişmə və s.) bə-

rabər, həm də əmlakın müvəqqəti istifadəyə verilməsi üzrə öhdəliklər mövcuddur. Əmlakın müvəqqəti isti-

fadəyə verilməsi üzrə öhdəliklərin yaranmasını şərtləndirən əsaslardan – mülki-hüquqi müqavilələrdən biri əm-

lak kirayəsi müqaviləsidir. 

Ə

mlak kirayəsi müqaviləsi əmlakın əvəzli olaraq istifadəyə verilməsi üzrə müqavilə növünə aid edilə

ə

qddir.  Bu  müqavilənin  hüquqi  məqsədi  əmlakı  müvəqqəti  istifadəyə  verməkdən  ibarətdir. Mülki-hüquqi 

vasitə kimi əmlak kirayəsi müqaviləsi vətəndaş və hüquqi şəxslərə onların müəyyən şərtlər əsasında özgə əmla-

kından müvəqqəti istifadə etmələrinə imkan verir. Elə olur ki, əmlak onun mülkiyyətçisinə və ya digər qanuni 

sahibinə lazım olmur və yaxud mülkiyyətçinin (və ya onun digər qanuni sahibinin) əmlakdan həmişə istifadə et-

məyə maddi vəsaiti çatmır. Belə halda onların əmlakın istifadəsi ilə bağlı qazanj götürməkdən və gəlir əldə et-

məkdən ibarət olan iqtisadi mənafeyi tələb edir ki, həmin əmlak istifadə üçün hər hansı digər şəxsə müvəqqəti 

istifadəyə verilsin. Həmin şəxsin isə göstərilən əmlaka ehtiyacı vardır. Lakin onun bu cür əmlakı əldə etməyə 

(satın almağa) maddi imkanı çatmır. Beləliklə, mülkiyyətçinin (əmlakın digər qanuni sahibinin) əmlakdan mü-

ə

yyən  gəlir  əldə  etmək  məqsədi,  bu  cür  əmlakı  əldə  etməyə  maddi  vəsaiti  olmayan  (çatmayan)  şəxsin  isə 

müxtəlif ehtiyac və tələbatını ödəmək və təmin etmək niyyəti onların hər ikisini müqavilə münasibətlərinə 

girməyə  məjbur  edir.  Bu  münasibətlər  isə  hüquqi  rəsmiləşdirmə  vasitəsi  kimi  əmlak  kirayəsi  müqaviləsi  ilə 

qaydaya salınır və tənzimlənir. Bu müqavilənin sosial-iqtisadi məqsədi ailə-ev, şəxsi-məişət, mədəni və s. sa-

hələrdə müxtəlif ehtiyac və tələbatın ödənilməsi ilə şərtlənir. Kirayə əmlak üzərində sərənjam verilməsinin 

bir üsulu olmaqla ondan rasional istifadə edilməsinin formalarından biridir. Kirayə əmlakdan təsərrüfat təyinatı-

na uyğun istifadə ilə bağlı olmaya da bilər. Məsələn, kənd təsərrüfatı kooperativi öz təsərrüfat nailiyyətlərini 

nümayiş və təbliğ etmək məqsədi ilə cins (damazlıq) heyvanları göstərmək üçün Sərgi Mərkəzi ilə kirayə mü-




 

497


qaviləsi bağlayır.  dman təşkilatı at sürmək arzusunda olanları öyrətmək məqsədi ilə kəndli (fermer) təsərrüfa-

tından bir neçə atı kirayəyə götürür. Lakin bunlar tipik hallar deyildir. 

Ə

mlak kirayəsi müqaviləsinin yaranma və tətbiq edilmə tarixi çox qədim dövrlərə gedib çıxır. Bu müqa-



vilə növü hələ neçə-neçə əsr bundan əvvəl Roma hüququna məlum idi. Roma hüququ əmlak kirayəsi müqavilə-

si anlayışını əşya kirayə müqaviləsi (locatio-conductio rerum) anlayışı ilə əhatə edirdi. Bu müqavilənin inki-

ş

afına görə, nejə deyərlər, Roma hüququna «minnətdar» olunmalıdır. Əmlak kirayəsi müqaviləsinin tətbiqi Qə-



dim Romada yaranmış vəziyyət və şəraitlə bağlı idi. Belə ki, o dövrdə Romada iri torpaq sahibləri olan varlı 

quldarlarla bərabər, həm də torpaqsız və ya az torpaqlı kəndlilər də yaşayırdılar. Həmin kəndlilər varlı quldar-

lardan kiçik torpaq sahəsi kirayəyə götürməyə məjbur olurdular. Bundan əlavə, şəhərlərdə özlərinin yaşayış sa-

həsi olmayan və buna görə də varlı mənzil sahiblərindən ev kirələməyə məjbur olan vətəndaşlar yaşayırdılar. 

Hammurapi Qanunnaməsi də kirayəni tənzimləyirdi; burada həmin məsələyə aid bir sıra normalar nəzərdə tu-

tulmuşdu. 

Ə

mlak kirayəsi müqaviləsinin leqal anlayışı MM-in 675-ci maddəsində formulə edilmişdir. Əmlak kira-



yəsi müqaviləsinə görə  kirayəyə verəəşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün 

kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Müqaviləyə verilən anlayış əmlak kirayəsi müqavi-

ləsini əmlakın verilməsi üzrə onunla əlaqəli olan mülki-hüquqi müqavilələrdən fərqləndirməyə imkan verir. Bi-

rincisi,  əmlak  kirayəsi  müqaviləsi  mülkiyyət  hüququ  mülkiyyətçidə  saxlanmaqla  (başqasına  keçmədən) 

ə

mlakın müvəqqəti istifadə üçün verilməsini nəzərdə tutur. Belə halda əmlakın mülkiyyətçisi kimi yenə də 

kirayəyə verən qalır. Əmlakın verilməsini nəzərdə tutan alqı-satqı, dəyişmə, bağışlama və borc müqavilələri üz-

rə isə əmlak digər tərəfin (əldə edənin) mülkiyyətinə keçir.  kincisi, kirayə müvəqqəti xarakter daşıyır. Onun 

müddəti qurtardıqdan sonra əmlak kirayə verənin özünə qaytarılır. Odur ki, əmlak kirayəsi müqaviləsi üzrə əm-

lak digər tərəfin mülkiyyətinə yox, yalnız müvəqqəti istifadəsinə keçir. Üçüncüsü, əmlak kirayəsi müqaviləsi 

predmetinə görə həmin müqavilələrdən fərqlənir. Belə ki, alqı-satqı, dəyişmə və bağışlama kimi mülki-hüquqi 

müqavilələrin predmeti qismində həm fərdi, həm də cinsi (növ) əlamətləri ilə müəyyən edilən, həmçinin həm 

istehlak olunan, həm də istehlak olunmayan əşyalar çıxış etdiyi halda, əmlak kirayəsi müqaviləsinin predmeti 

haqqında bu sözləri demək olmaz. Əmlak kirayəsi müqaviləsinin predmetini təşkil edən əmlakı hüquqi cəhət-

dən əvəz etmək və dəyişdirmək qeyri-mümkündür. Bu müqavilənin predmetindən fərqli olaraq borc müqavilə-

sinin predmeti kimi yalnız cinsi (növ) əlamətləri ilə müəyyən edilən və istehlak olunan əşyalar çıxış edir. 

Ə

mlak kirayəsi müqaviləsi üzrə hüquq və vəzifələr hər iki tərəf üçün yarandığına görə bu müqavilə ikitə-



rəfli (qarşılıqlı) xarakterə malikdir. Odur ki, o, sinallaqmatik müqavilədir. Tərəflər razılıq əldə etdikləri (sa-

zişə nail olduqları) andan (müqavilənin tərtib olunub rəsmiləşdirilməsi anından) onlar arasında öhdəlik münasi-

bətləri (tərəflər üçün hüquq və vəzifələr) yaranır. Bu, müqavilənin konsensual müqavilə olmasını şərtləndirir. 

Bununla bərabər, əmlak kirayəsi müqaviləsi həmişə əvəzli xarakter daşıyır. Bununla o, əmlakdan əvəzsiz isti-

fadə müqaviləsindən fərqlənir. Deməli, öz hüquqi təbiətinə görə əmlak kirayəsi müqaviləsi ikitərəfli, konsensu-

al və əvəzli müqavilədir.  



2. 

Ə

mlak 



kirayəsi 

müqaviləsinin 

tətbiq 

sferası, 

ə

həmiyyəti və hüquqi tənzimlənməsi 

Ə

mlak kirayəsi müqaviləsi əsasən məişət sferasında geniş tətbiq edilir. Bu müqavilə məişət sahəsində 



ə

mlakdan  istifadə  ilə  əlaqədar  münasibətləri  qaydaya  salır.  Yaşayış  otaqlarının,  müxtəlif  ev  avadanlıqlarının 

(mebelin, stolun, stulun və digər əşyaların), məişət predmetlərinin (televizorun, soyuducunun, kondisionerin və 

s.),  ov  və  idman  alətlərinin,  habelə,  heyvanların  kirayəyə  verilməsi  ilə  əlaqədar  münasibətlər  əmlak  kirayəsi 

müqaviləsi ilə rəsmiləşdirilir. Başqa sözlə desək, məişətdə işlənən ev şeylərinin, musiqi alətlərinin, tikiş maşın-

larının, idman avadanlıqlarının və digər əmlak növlərinin vətəndaşlara müvəqqəti istifadəyə verilməsi bu müqa-

vilənin müəyyən etdiyi şərtlər əsasında və qaydada həyata keçirilir. Belə təsəvvür  yaranır ki, əmlak kirayəsi 

müqaviləsi sahibkarlıq fəaliyyətində tətbiq edilmir. Doğrudan da bu müqavilədən hüquqi vasitə kimi kom-

mersiya dövriyyəsində istifadə edilməsi məhdud xarakterə malikdir. Buna görə də əmlak kirayəsi müqaviləsini 



sahibkarlıq yox, məişət xarakterli müqavilə hesab etmək olar

Ə

mlak kirayəsi müqaviləsinin əhəmiyyəti və rolu böyükdür. Bu müqavilə mal mübadiləsi sahəsində yara-



nan iqtisadi münasibətlərin xüsusi, müstəqil qrupunu hüquqi cəhətdən rəsmiləşdirir. Maddi nemətlərin müvəq-

qəti istifadə məqsədləri üçün bir şəxsdən digərinə keçməsini nəzərdə tutan bu müqavilənin vasitəsilə mülki döv-

riyyə iştirakçılarının tələbatı təmin edilir. Belə halda sahibləri (mülkiyyətçiləri) müvəqqəti istifadə üçün verilən 

ə

mlak üzərinə mülkiyyət hüququnu saxlayırlar. Mülkiyyətçiyə məxsus olan əmlakdan istifadə hüququnu başqa 



şə

xsə  vermək  aktı  əmlak  kirayəsi  müqaviləsinin  hüquqi  mahiyyətini  təşkil  edir.  Mülki  dövriyyədə  onun  əsas 

funksiyası konkret əmlakın digər şəxsin müvəqqəti və əvəzli istifadəsinə verilməsini hüquqi cəhətdən rəsmiləş-

dirmək sayılır. 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   429   430   431   432   433   434   435   436   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə