Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə436/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   432   433   434   435   436   437   438   439   ...   490

 

500


nəzərdə tutulan istifadəsinə mane olmamalıdır və ya əşyadan istifadəni istisna (qeyri-mümkün) etməmə-

lidir

Kirayəyə verilən əşyanın istifadə üçün yararlı vəziyyətdə olmaması, habelə onun müqavilə ilə qarantiya 

verilmiş xassələrdən məhrum olması əşyanın fiziki qüsurunu müəyyən edir. Əşyadan istifadəyə üçüncü şəxs-

lərin hər hansı hüquqlarının və ya iddialarının maneçilik törətməsi və ya istifadəni istisna etməsi isə əşyanın hü-



quqi cəhətdən qüsurlu olmasını şərtləndirir. Fiziki qüsurlar iki cür olur: adi (əhəmiyyətsiz) qüsurlar; mühüm 

(əhəmiyyəti olan) qüsurlar. Adi qüsurlar odur ki, o, əmlakdan müqaviləyə müvafiq surətdə və onun təyinatına 

uyğun olaraq istifadə edilməsinə maneçilik törətmir. Mühüm qüsurlar isə əksinə, əmlakdan təyinatına uyğun 

olaraq və müqaviləyə müvafiq surətdə istifadə edilməsini istisna edir. Adi qüsurlar əhəmiyyəti olmayan qüsur-

lardır. Bu cür qüsurlar anjaq əşyanın yararlılıq xassəsinin azalmasına təsir göstərir və ona görə də hesaba alın-

mır. 


Kirayə verənin bu vəzifəni, yəni kirayəçiyə müqavilə şərtlərinə uyğun gələn və qanunda nəzərdə tutulan 

tələblərə zidd olmayan əşya vermək vəzifəsini icra etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Belə halda 

qanun kirayəçinin mənafeyini müdafiə etmək üçün hüquqi müdafiə vasitələri müəyyən edir  (MM-in 677-ci 

maddəsi). Əşya müqavilə şərtlərinə uyğun gəlmədikdə kirayəçi aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq et-

mək ixtiyarına malikdir (mühüm qüsurlar olduqda): 

 əgər müqavilə şərtlərinə uyğunsuzluq nəticəsində əşya məhv olarsa, kirayəçi kirayə haqqını ödəmir



 əşyanın yararlılıq xassəsindən məhrum olduğu müddət üçün kirayə haqqını ödəməmək, onun ya-

rarlılığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəmək; 

 kirayə verən əşyanın müqavilə şərtlərinə uyğun gəlməməsinin aradan qaldırılmasını gecikdirdiyi halda, 



öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb etmək

 kirayə verən əşyada aşkar edilmiş qüsurun aradan qaldırılmasını gecikdirərsə və kirayəçi həmin qüsuru 



özü aradan qaldırarsa, çəkdiyi zəruri xərclərin əvəzinin ödənilməsini tələb etmək

Beləliklə, əşyanın müqavilə şərtlərinə uyğun gəlməməsi halı kirayəçiyə ixtiyar verir ki, o, kirayə haqqını 

və ya onun bir hissəsini ödəməsin. Bundan əlavə, o, həm də öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərə-

rin əvəzini ödəməyi tələb edə bilər. Bu onu göstərir ki, kirayə verən müqavilə şərtlərinə uyğun gəlməyən əşya 

verilməsinə görə məsuliyyət daşıyır: bu cür uyğunsuzluq müqavilə bağlandığı məqamda məlum olarsa; bu cür 

uyğunsuzluq kirayə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə; kirayə verən hə-

min uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə. Məsələn, kirayəçi  deşiyi olan çaxır çəlləyini kirayəyə 

götürür. Bu qüsur barədə kirayə verənin məlumatı vardır. Çaxır deşiyi olan həmin çəlləkdən axıb tökülür. Başqa 

bir misalda çoban mal-qaranı otarmaq üçün otlağı kənd sakininə kirayəyə verir. Çoban həmin otlaqda zəhərli 

(zərərli) ot bitdiyini bilir. Bu otu yeyib mal-qara tələf olur. Göstərilən misallarda kirayəçi kirayə haqqını ödəmir 

və ona dəyən zərərin əvəzini ödəməyi tələb edir. Kirayə verən yalnız cavabdeh olduğu hallara görə (təqsirə görə 

məsuliyyət prinsipi) məsuliyyət daşıyır. 

Kirayəçi iki halda hüquqi müdafiə vasitələrini tətbiq edə bilməz. Birincisi, kirayəyə verilən əşyada aşkar 

olunmuş qüsurlar adi qüsurlar olduqda, kirayəçi kirayə haqqını ödəməkdən azad edilmir.  kincisi, kirayəyə gö-

türülən əşyanın müqavilə şərtlərinə uyğun gəlmədiyi kirayəçiyə müqavilə bağlandığı zaman məlum olduğu hal-

larda, o, göstərilən mülki-hüquqi vasitələrdən istifadə edə bilməz. Belə ki, müqavilə bağlanarkən kirayəçi qeyd 

etdiyi qüsurlara görə hər hansı bir tələb irəli sürə bilməz. 

Kirayə verən əşyanı müqavilədə nəzərdə tutulan müddətdə istifadəyə verməlidir. Bu vəzifəni o, vax-

tında  icra  etməyərək  gecikdirməyə  yol  verərsə,  kirayəçiyə  xəbərdarlıq  müddətini  gözləmədən  müqaviləni 



birtərəfli qaydada ləğv edir

Kirayə  verənin  əsas  vəzifələrindən  biri  əşya  ilə  bağlı  yükləri  çəkməkdən,  dövlət  vergilərini  və  yerli 



vergiləri ödəməkdən ibarətdir (MM-in 679-cu maddəsi). Bu qayda dispozitiv xarakterə malikdir. Belə ki, tə-

rəflərin razılığı ilə ayrı qayda da nəzərdə tutula bilər. Belə ki, bu vəzifənin icrası kirayəçiyə də həvalə oluna bi-

lər. 

Hər bir şəxs əmlak vergisi ödəməlidir. Bu növ vergi ilə bağlı münasibətlər Vergi Məcəlləsi ilə tənzimlənir 



(13-cü fəsil). Həmin məcəlləyə görə müəssisələr onların balansında olan əsas vəsaitlərə və avtonəqliyyat vasitə-

lərinə görə əmlak vergisi ödəyir. Fiziki şəxslərin vergitutma obyektləri isə yalnız bina, habelə su və hava nəq-

liyyat vasitələridir (gəmi, kater, mühərrikli yaxta və qayıq, vertolyot və təyyarə). Əmlak vergisinin hesablanma-

sı və ödənilməsi qaydası Vergi Nazirliyinin müvafiq təlimatı ilə müəyyən edilir. 

Torpaqdan istifadəyə görə hər il torpaq vergisi tutulur. Torpaq vergisinin ödənilməsi və müəyyən edilmə-

si «Torpaq vergisi haqqında» 24 dekabr 1996-cı il tarixli qanunla tənzimlənirdi.  ndi torpaq vergisi ilə bağlı mə-

sələlər Vergi Məcəlləsi ilə (14-cü fəsil) həll olunur. Kirayəyə verilən əşya üçün vergi ödəmək vəzifəsi Roma 

hüququnda da nəzərdə tutulmuşdu. 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   432   433   434   435   436   437   438   439   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə