Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə444/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   440   441   442   443   444   445   446   447   ...   490

 

510


ğ

uları; maşınqayırma avadanlığı; tikinti avadanlığı; sənaye avadanlığı; dəzgahlar və s. əmlak. Bunlardan başqa, 

dəniz gəmiləri, təyyarələr, konteynerlər, neft buruqları, neft-qaz kəşfiyyatı və hasilatı üçün zəruri olan avadan-

lıqlar lizinqə verilir.  

Lizinq müqaviləsinin predmeti həm daşınar əşya, həm də daşınmaz əşya (məsələn, torpaq sahəsi, istehsal tə-

yinatlı binalar və s.) ola bilər. 



2. Lizinq müqaviləsinin tərəfləri 

Qeyd etmək lazımdır ki, «lizinq münasibətinin subyektləri» və «lizinq müqaviləsinin tərəfləri» anlayışlarını 

bir-birindən  fərqləndirmək  lazımdır.  Lizinq  münasibətinin  subyektləri  dedikdə,  lizinq  əməliyyatında  iştirak 

edən şəxslər – lizinq əməliyyatının iştirakçıları başa düşülür. Onlara aiddir: lizinqə verilən əmlakın satıcısı; li-

zinq verən; lizinq alan. Lizinq münasibətinin subyektləri (iştirakçıları) olan satıcı, lizinq verən və lizinq alan öz 

aralarında bir-biri ilə bir yox, iki ayrıca müqavilə ilə bağlıdır: alqı-satqı müqaviləsi ilə; lizinq müqaviləsi ilə. 

Ə

vvəldə qeyd etdiyimiz kimi, alqı-satqı müqaviləsi satıcı və lizinq verən arasında, lizinq müqaviləsi lizinq ve-



rənlə lizinq alan arasında bağlanır. Satıcı lizinq müqaviləsinin bağlanmasında iştirak etmir. Satıcı dedikdə, 

lizinq obyektini lizinq verənə satan şəxs başa düşülür. O, lizinq verənlə alqı-satqı müqaviləsi bağlayır. Həm fi-

ziki şəxs, həm də hüquqi şəxs satıcı ola bilər. Satıcı sahibkarlıq münasibətinin iştirakçısı olmalıdır. 

Lizinq müqaviləsinin tərəfləri dedikdə, bu müqavilənin bağlanmasında iştirak edən şəxslər başa düşülür. 

Söhbət iki tərəfdən gedir: lizinq verən; lizinq alan. Buna görə də satıcı lizinq müqaviləsinin tərəfi hesab olun-

mur. 

Ə

gər lizinq münasibəti üçtərəfli müqavilə şəklində rəsmiləşdirilərsə, onda «lizinq münasibətinin subyektlə-



ri» və «müqavilənin tərəfləri» anlayışları üst-üstə düşür. Belə ki, bu kimi halda üç şəxs həm müqavilənin tərəf-

ləri, həm də lizinq münasibətinin subyektləri hesab olunurlar. 

Lizinq müqaviləsinin tərəfləri lizinq müqaviləsinin subyektləridir. Buna görə də lizinq müqaviləsinin bağ-

lanmasında tərəf kimi iştirak etməyən satıcı müqavilənin subyekti sayılmır. Odur ki, qanunverici qeyri-dəqiqli-

yə yol verərək satıcını lizinq müqaviləsinin subyektləri sırasına aid edir (MM-in 747-ci maddəsi). Satıcı lizinq 

müqaviləsinin subyekti yox, lizinqin subyektidir və ya lizinqin iştirakçısıdır. 



Lizinq verən dedikdə, satıcıdan əldə etdiyi əmlakı lizinq alana müvəqqəti, müddətli və əvəzli istifadəyə ve-

rən şəxs başa düşür. Bir qayda olaraq, lizinq verən rolunda sahibkar statusu olan fiziki şəxslər (fərdi sahibkar-

lar), həm də hüquqi şəxslər (kommersiya təşkilatları) çıxış edə bilər. Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul ol-

mağa icazə verilərsə, qeyri-kommersiya təşkilatlarının lizinq verən ola bilmələri mümkündür.  

Lizinq verən rolunda, adətən, ixtisaslaşdırılmış lizinq şirkətləri, habelə banklar çıxış edirlər. Lizinq şirkəti 

dedikdə, elə bir maliyyə şirkəti başa düşülür ki, o, lizinqə verilən əmlakın satın alınmasını rəsmiləşdirir və ma-

liyyələşdirir. Son zamanlar bəzi xarici ölkələrdə lizinq verən rolunda sığorta şirkətləri və pensiya fondları da çı-

xış edirlər. Lizinq verənin səlahiyyətli dövlət orqanından xüsusi razılıq (lisenziya) alması tələb edilmir. Belə ki, 

lizinq lisenziyalaşdırılmış fəaliyyət növü sayılmır və prezidentin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq 

olunmuş xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısından çıxarılmışdır. 



Lizinq alan dedikdə, elə bir şəxs başa düşülür ki, lizinq əmlakı müvəqqəti, haqqı ilə məhz onun istifadəsinə 

verilir. Həm fiziki şəxslər (sahibkar statusu olan fiziki şəxslər), həm də hüquqi şəxslər (kommersiya təşkilatları) 

lizinq alan rolunda çıxış edə bilərlər. Lizinq alan sahibkarlıq münasibətinin iştirakçısı olmalıdır. Bu, məlum mə-

sələdir. Belə ki, lizinq əmlakından, adətən, sahibkarlıq məqsədləri üçün istifadə edilir. Digər tərəfdən lizinq mü-

qaviləsinin  sosial-iqtisadi  məqsədi  sahibkarlıq  fəaliyyətini  həyata  keçirməkdən  ibarətdir.  Əgər  sahibkarlıq 

fəaliyyəti ilə məşğul olmağa icazə verilərsə, qeyri-kommersiya təşkilatları da lizinq alan rolunda çıxış edə bilər-

lər. 

Xarici ölkələrdə lizinq alan qismində avadanlıqlarının yeniləşdirilməsinə ehtiyacı olan istehsal şirkətləri (sə-



naye, tikinti, nəqliyyat və s. müəssisələri) iştirak edir. Lizinq müqaviləsi icarə müqaviləsinə oxşadığına görə bə-

zi ölkələrdə lizinq alan icarəçi, lizinq verən isə icarəyə verən adlanır. 



3. Lizinq müqaviləsinin digər elementləri 

Forma  və  bağlanma  qaydası  lizinq  müqaviləsinin  elementlərindən  biridir.  MM-in  748-ci  maddəsi  lizinq 

müqaviləsinin formasının tənzimlənməsinə həsr olunmuşdur. 

Qanun müəyyən edir ki, lizinq müqaviləsi yazılı formada bağlanılır (MM-in 748.1-ci maddəsi). Bu zaman 

iki yoldan istifadə oluna bilər. Birinci yol müəyyən bir adi sənəd tərtib etməkdən ibarətdir ki, həmin sənədi tə-

rəflər imzalayırlar.  kinci yol sənədlərin mübadiləsi yoludur (MM-in 406.3-cü maddəsi). Sənədlər rabitə vasi-

tələri (poçt, teleqraf, telefon, faks və digər vasitələr) ilə mübadilə edilir. Bu vasitələr sənədin müqavilə bağlayan 

tərəfdən gəldiyini dürüst müəyyən etməlidir. 

Lizinq müqaviləsinin forması barədə qanunun göstərişi imperativdir. Buna görə həmin göstərişə əməl olun-

mazsa, lizinq müqaviləsi etibarsız sayılır. Odur ki, lizinq müqaviləsi şifahi formada bağlana bilməz. 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   440   441   442   443   444   445   446   447   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə