Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə445/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   441   442   443   444   445   446   447   448   ...   490

 

511


Lizinq müqaviləsi notarial formada da bağlana bilər. Belə ki, əgər tərəflər qarşılıqlı razılığa gəlsələr, onda li-

zinq müqaviləsi notariat qaydasında təsdiqlənir. 

Lizinq müqaviləsində lizinq obyektinin təsviri, saxlanması, təmiri qaydası, sığorta etdirilməsi və digər məsə-

lələr barədə məlumatlar göstərilməlidir. Həmin məlumatların dairəsi qanunla müəyyənləşdirilir (MM-in 748.2-

ci maddəsi). 

Lizinq müqaviləsi üçün dövlət qeydiyyatı nəzərdə tutulmuşdur. Belə ki, lizinq müqaviləsinin obyekti olan 

ə

mlaka  hüquqlar  AR  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidməti  tərəfindən  dövlət  qeydiyyatına  alınmalıdır 



(MM-in 748.5-ci maddəsi). Bu, lizinq müqaviləsinin dövlət qeydiyyatına alınması deməkdir. O mənada ki, döv-

lət qeydiyyatına alındığı andan lizinq müqaviləsi öz hüquqi məqsədinə çatır, yəni əmlakın lizinq alanın istifadə-

sinə verilməsini təmin edir. 

Müddət lizinq müqaviləsinin elementlərindən biridir. Müddət dedikdə lizinq müqaviləsinin qüvvədə olma 

müddəti başa düşülür. Lizinq müqaviləsinin qüvvədə olma müddəti o deməkdir ki, lizinq verən əmlakı lizinq 

alana  hansı  müddətə  istifadəyə  vermişdir.  Deməli,  lizinq  müqaviləsinin  müddəti  lizinq  əmlakından  istifadə 

müddətini  ifadə  edir.  Buna  görə  də  qanun  müəyyən  edir  ki,  tərəflər  lizinq  müqaviləsində  əmlakdan  istifadə 

müddətini göstərməlidirlər (MM-in 748-ci maddəsi). Ona görə ki, lizinq müqaviləsinə görə, lizinq verən müəy-

yən əşyanı müəyyən müddətə lizinq alanın istifadəsinə verməyi öhdəsinə götürür. Odur ki, lizinq müqaviləsi 



müddətli müqavilədir. Məhz bu səbəbdən lizinq müqaviləsi qeyri-müəyyən müddətə (müddətsiz), yəni müd-

dət göstərilmədən bağlana bilməz. Bunu nəzərə alan bəzi müəlliflər müddəti lizinq müqaviləsinin mühüm şərti 

hesab edirlər. 

Lizinq  müqaviləsinin  müddətini  tərəflər  özləri  müəyyənləşdirirlər.  Lakin  bu  zaman  belə  bir  tələbə  əməl 

olunmalıdır:  lizinq  müqaviləsinin  müddəti  bu  müqavilənin  predmeti  olan  əmlakın  tam  amortizasiyası 

(tam köhnəlməsi) ilə başa çatmamalıdır (MM-in 747.3-cü maddəsi). 

Müddətinə görə lizinq müqaviləsinin üç növü fərqləndirilir: 

 qısamüddətli lizinq müqaviləsi; 



 ortamüddətli lizinq müqaviləsi; 

 uzunmüddətli lizinq müqaviləsi.  



Qısamüddətli lizinq müqaviləsi odur ki, bu müqavilə əmlakın 1 ildən 1 il 6 aya kimi istifadəyə verilməsini 

nəzərdə tutur. Ortamüddətli lizinq müqaviləsi dedikdə, lizinq əmlakının 1 il 6 aydan 3 ilə kimi istifadəyə ve-

rilməsini nəzərdə tutan müqavilə başa düşülür. Uzunmüddətli lizinq müqaviləsinə görə lizinq əmlakı 3 ildən 

çox müddətə lizinq alanın istifadəsinə verilir. Beynəlxalq praktikaya lizinq müqaviləsinin 10 il, 15 il, 20 il və 

daha uzun müddətə bağlanması məlumdur. 

Qiymət də lizinq müqaviləsinin əsas elementlərindən sayılır. Lizinq müqaviləsinin qiyməti dedikdə, lizinq 

ödənişləri başa düşülür. Qanun lizinq müqaviləsinin bu elementinə ayrıca norma həsr etmişdir (MM-in 748-10-

cu maddəsi). 

Lizinq ödənişləri dedikdə, lizinq obyekti olan əmlakdan istifadəyə görə lizinq alanın lizinq verənin xeyrinə 

həyata keçirdiyi ödənişlər başa düşülür. Qeyd etməliyik ki, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzin-

də həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği məhz lizinq ödənişləri hesab edilir.  Lizinq ödənişlərinin 

ümumi məbləğinə daxildir (MM-in 748-11-ci maddəsi): 

 lizinq obyektinin amortizasiya (köhnəlmə) ödənişləri; 



 lizinq obyektinin əldə edilməsi ilə bağlı xərclər;  

 lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz;  



 lizinq verənin gəliri (lizinq haqqı);  

 sığorta üçün ödənilən məbləğ (sığorta haqqı), əgər lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdir-



sə;  

 lizinq verənin göstərdiyi əlavə xidmətlərin haqqı;  



 lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 

Göründüyü kimi, bu, lizinq ödənişlərinin ümumi məbləğinə daxil olan xərclərin dəqiq və qəti yox, təxmini 

siyahısıdır. Belə ki, lizinq müqaviləsində digər xərclər də nəzərdə tutula bilər. Qeyd etməliyik ki, lizinq ödəniş-

lərinin ümumi məbləği, lizinq ödənişlərinin konkret həcmi, lizinq verənin əldə etdiyi gəlir (lizinq haqqı), lizinq 

ödənişlərinin qrafiki (qrafik hesablaşma qaydasını əks etdirir), lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi 

üsulu, forması və dövriliyi tərəflərin razılığı əsasında lizinq müqaviləsi ilə müəyyənləşdirilir (MM-in 748.2-ci 

maddəsi; 748-10.2-ci maddəsi). 

Lizinq  ödənişləri,  bir  qayda  olaraq,  pul  formasında  həyata  keçirilir.  Bununla  yanaşı,  lizinq  ödənişləri  ilə 

bağlı hesablaşmalar natura formasında da aparıla bilər. Natura formasında hesablaşma dedikdə, lizinq müqa-

viləsinin obyekti olan əmlakın vasitəsilə istehsal olunan məhsulla aparılan hesablaşma başa düşülür. Bu zaman 



 

512


məhsulun qiyməti tərəflərin razılığı ilə müəyyənləşdirilir və lizinq müqaviləsində qeyd edilir (MM-in 748-10.3-

cü maddəsi). 

Qeyd etmək lazımdır ki, lizinq ödənişləri iki hissədən ibarətdir. Birinci hissəni əvəzi ödənilən xərclər (amorti-

zasiya, sığorta və digər xərclər) təşkil edir.  kinci hissə isə lizinq verənin gəlirlərindən ibarətdir ki, ona lizinq 

haqqı deyilir. 

Lizinq müqaviləsinin qiyməti bəzi müəlliflər tərəfindən mühüm şərt sayılır. 



§ 4. Lizinq müqaviləsinin məzmunu 

1. Lizinq verənin hüquq və vəzifələri 

Tərəflərin, yəni lizinq verən və lizinq alanın hüquq və vəzifələri lizinq müqaviləsinin məzmununu təşkil 

edir. Qanunun ayrıca maddəsi xüsusi olaraq lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələrinin tənzimlən-

məsinə həsr edilmişdir (MM-in 748-1-ci maddəsi). Tərəflərin hüquq və vəzifələri MM-in digər maddələrində də 

nəzərdə tutula bilər. 

Lizinq verənin daşıdığı vəzifələrdən biri ondan ibarətdir ki, o, lizinqin obyekti olan əmlakı hazırlamalı və 



ya əldə etməlidir (MM-in 747.2-ci maddəsi). Lizinqin obyekti olan əmlakı ixtisaslaşdırılmış sənaye şirkətləri 

hazırlayır; belə şirkətlər, adətən, texniki və sənaye avadanlıqları, sənaye qurğuları və digər əşyalar istehsal edir. 

Onların lizinq verən rolunda çıxış etmələri mümkündür. Deməli, lizinq obyekti olan əmlakı lizinq verən rolunda 

çıxış edən istehsal şirkətləri hazırlamalıdır. 

Lizinq verən ya da lizinqin predmeti olan əmlakı əldə etməlidir. Əldə etmə dedikdə, əmlakın hər hansı mü-

ə

yyən  satıcıdan  satın  alınması  başa  düşülür.  Belə  ki,  lizinqin  təşəbbüskarı  olan  gələjək  istifadəçi,  yəni  lizinq 



alan lizinq verənə (məsələn, ixtisaslaşmış lizinq şirkətinə, banka və s.) onun üçün konkret əmlak əldə etmək və 

həmin əmlakı onun müvəqqəti istifadəsinə vermək xahişi ilə müraciət edir. Lizinq verən bu müraciətə əsasən li-

zinq  alanın  göstərdiyi  satıcı  ilə  alqı-satqı  müqaviləsi  bağlayır:  bu  müqavilədə  lizinq  verən  alıcı  rolunda  çıxış 

edir. Alqı-satqı müqaviləsi bağlamaqla, lizinq verən əmlakın mülkiyyətçisi olur. Lakin öz mülkiyyətçi səlahiy-

yətini o, yalnız əldə etdiyi əmlakı lizinq alanın müvəqqəti istifadəsinə verməklə həyata keçirə bilər. 

Lizinq verənin üzərinə həm də belə bir vəzifə düşür ki, o, lizinq obyekti olan əmlakı lizinq alana lizinq 



müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun vəziyyətdə təqdim etməlidir. Başqa sözlə de-

sək, lizinqə verilən əmlak saz və istifadə üçün yararlı halda olmalıdır.  

Lizinq obyekti olan əmlak lizinq alana bilavasitə lizinq verən tərəfindən təqdim olunur. Qanunun ifadə etdi-

yi göstərişdən belə nəticəyə gələ bilərik ki, satıcı əmlakı lizinq verənə verir (MM-in 748-6.1-ci maddəsi). Bun-

dan sonra o da öz növbəsində əmlakı lizinq alana təqdim edir. Bununla yanaşı, lizinq müqaviləsində nəzərdə tu-

tula bilər ki, əmlakı lizinq alana lizinq verən yox, satıcı təqdim etsin. Belə halda əmlakı lizinq alana satıcı (mal 

göndərən) verir. Məhz bu cəhət adi alqı-satqı müqaviləsini üçüncü şəxsin xeyrinə bağlanan müqaviləyə çevirir; 

lizinq alan isə üçüncü şəxs sayılır. 

Lizinq verən lizinqin obyekti olan əmlakı lizinq alanın müvəqqəti istifadəsinə verir. Belə halda o, həmin əm-

laka mülkiyyət hüququnu itirmir, əksinə saxlayır. Ona görə ki, lizinq alana istifadəyə verilmiş lizinq obyekti li-

zinq verənin mülkiyyətidir (MM-in 748-2.1-ci maddəsi). Beləliklə, lizinq obyekti olan əmlak lizinq alana veril-

dikdən sonra lizinq verənin mülkiyyətində qalır. Mühasibat uçotu baxımından bu fakt lizinq verənin balansında 

olmaq kimi əks olunmalıdır. Amma lizinq müqaviləsində nəzərdə tutula bilər ki, lizinq obyekti olan əmlak li-

zinq alanın balansında uçota alınsın (MM-in 748-3-cü maddəsi). 

Lizinq verən lizinqə verilən əmlakın pulunu ödəmək vəzifəsi də daşıyır. Belə vəzifə alqı-satqı müqavilə-

sindən yaranır. Əvvəldə qeyd etdiyimiz kimi, lizinq verən satıcı ilə alqı-satqı müqaviləsi bağlayır. Odur ki, o, 

alıcı qismində lizinq obyekti olan əmlakın pulunu ödəməlidir. 

Lizinq verənin üstünə, həm də belə bir vəzifə düşür ki, o, lizinq obyekti olan əmlakı əsaslı təmir etdirmə-



lidir (MM-in 748-1.7-ci maddəsi). Bu vəzifə lizinq alana da həvalə oluna bilər. Əsaslı təmir lizinq obyekti olan 

ə

mlakın əsas tərkib hissələrinin (detalların, konstruksiyaların, mexanizmlərin, aqreqatların və s.) dəyişdirilməsi-



ni nəzərdə tutur.  

Ə

gər lizinq müqaviləsində nəzərdə tutularsa, lizinq verən lizinq obyektini itirilmə (məhv olma), çatışmaz-



lıq  və  ya  zədələnmə  risklərindən  sığortalamaq  kimi  vəzifə  də  daşıyır  (MM-in  748.2-ci  maddəsi).  Bunun 

üçün, yəni lizinq obyektini sığortalamaq üçün lizinq verən sığorta təşkilatı ilə sığorta müqaviləsi bağlamalıdır. 

Amma sığorta haqqını, yəni sığorta üçün ödənilən məbləği vermək vəzifəsi lizinq alanın üstünə düşür. Belə ki, 

həmin  məbləğ  lizinq  ödənişlərinin  ümumi  məbləğinə  daxildir  (MM-in  748-11-ci  maddəsi).  Sığorta  müddəti 

satıcı əmlakı lizinq verənə verdiyi andan başlayır, lizinq müqaviləsinin müddəti başa çatanadək davam edir. Bir 

qayda olaraq, ğortanın müddəti lizinq müqaviləsi ilə müəyyənləşdirilir (MM-in 748-6.3-cü maddəsi). 

Ə

gər lizinq obyektini lizinq verən seçərsə, onda o, həmin obyektin lizinq müqaviləsində nəzərdə tutulan isti-



fadə məqsədlərinə uyğun gəlməməsi ilə bağlı riskə görə məsuliyyət daşıyır (MM-in 748-7.3-cü maddəsi). Belə 


Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   441   442   443   444   445   446   447   448   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə