Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə448/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   444   445   446   447   448   449   450   451   ...   490

 

515


rin razılığından asılı olaraq müəyyən edilir. Bu vəzifə çox vaxt əsasən lizinq alana həvalə olunur. Bu, aydın mə-

sələdir. Belə ki, bir qayda olaraq, lizinq verən rolunda maliyyə şirkəti (təşkilatı) çıxış edir. Təbii ki, maliyyə şir-

kətinin lizinq əmlakını təmir etmək və ona texniki xidmət göstərmək imkanı yoxdur.  

Ə

gər lizinq müqaviləsində nəzərdə tutularsa, lizinq alan lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq 



və ya zədələnmə risklərindən sığortalamaq vəzifəsi daşıyır. Bundan ötrü o, sığorta təşkilatı (sığortaçı) ilə əm-

lak sığorta müqaviləsi bağlamalı, habelə sığorta haqqı ödəməlidir. 

Lizinq alan həm də zərər vurmaq nəticəsində yaranan öhdəliklərin (delikt öhdəliklərinin) yerinə yetirilməsi-

nə görə öz mülki-hüquqi məsuliyyətini sığorta etdirməlidir (MM-in 748-6.4-cü maddəsi). Belə ki, lizinq ob-

yektinin istifadəsi prosesində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər (ziyan) vurula bilər. 

Belə halda zərər vurmaq nəticəsində öhdəlik (delikt öhdəliyi) yaranır. Bu öhdəlikdə lizinq alan borclu, üçüncü 

şə

xs isə kreditordur. Odur ki, lizinq alan üçüncü şəxsə vurulmuş zərərin əvəzini ödəməlidir, yəni delikt öhdəli-



yini yerinə yetirməlidir. O, buna görə mülki-hüquqi məsuliyyət daşıyır. Lizinq alan bu məsuliyyəti sığortalama-

lıdır. Bunun üçün o, sığorta təşkilatı ilə mülki məsuliyyətin sığorta müqaviləsi bağlamalıdır. 

Lizinq alanın həm də vəzifəsidir ki, lizinq əmlakını lizinq verənin razılığı olmadan sublizinqə verməsin

Bu vəzifənin yerinə yetirilməməsi lizinq verənə əsas verir ki, o, lizinq əmlakını mübahisəsiz geri alsın və lizinq 

müqaviləsini vaxtından əvvəl ləğv etsin (MM-in 748-1.12-ci maddəsi). 

Amma lizinq alan lizinq verənin razılığı ilə əmlakı sublizinqə verə bilər. Razılıq hökmən yazılı formada 

verilməlidir (MM-in 747-4.4-cü maddəsi). Sublizinq əmlakı ikinci əldən lizinqə verməkdir. 

Lizinq müqaviləsində nəzərdə tutula bilər ki, müqavilə müddəti qurtardıqdan sonra lizinq alan lizinq obyek-



tini əldə etsin. Başqa sözlə desək, lizinq müqaviləsi lizinq alana lizinq əmlakının mülkiyyətçisi olmaq vəzifəsi 

həvalə edə bilər (MM-in 747.3-cü maddəsi). Belə halda lizinq əmlakını əldə etmək lizinq alanın hüququ yox, 

vəzifəsi hesab olunur və bəzi ölkələrdə (Fransada, Belçikada) olduğu kimi lizinq müqaviləsinin məjburi şərti 

sayılır.  



Lizinq əmlakını qaytarmaq lizinq alanın daşıdığı vəzifələrə aiddir. Belə ki, lizinq müqaviləsinə xitam ve-

rildikdən sonra lizinq alanın üzərinə lizinq obyektini lizinq verənə qaytarmaq vəzifəsi düşür. O, əmlakı normal 

amortizasiya (köhnəlmə) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla qaytarmalıdır (MM-in 

748-1.8-ci maddəsi).   



3. Satıcının hüquq və vəzifələri 

Satıcı lizinq münasibətlərinin iştirakçısıdır. Əgər lizinq münasibətləri üçtərəfli müqavilə şəklində rəsmiləş-

dirilərsə, onda satıcı müqavilənin tərəflərindən biri kimi çıxış edir. Buna görə də o, hüquqlara malik olub vəzi-

fələr daşıyır. 

Satıcının əsas vəzifəsi lizinq obyektini lazımi keyfiyyətdə və əyyənləşdirilmiş müddətdə lizinq verə-

nə təqdim etməkdən ibarətdir. Ona görə ki, lizinq verən satıcı ilə bağladığı alqı-satqı müqaviləsində alıcı qis-

mində  iştirak  edir.  Hətta  qanunda  bu  barədə,  yəni  satıcının  lizinq  obyekti  olan  əmlakı  lizinq  verənə  verməsi 

haqqında birbaşa göstəriş də vardır (MM-in 748-6.1-ci maddəsi).  

Amma çox vaxt belə olmur. Belə ki, satıcı, bir qayda olaraq, lizinq obyektini lizinq verənin göstərdiyi ünva-

na göndərir. Adətən, satıcı əmlakı lizinq alanın olduğu yerə göndərməli olur. Ona görə ki, lizinq alan alqı-satqı 

müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir; digər tərəfdən alqı-satqı müqaviləsində göstərilir ki, əm-

lak lizinq verən tərəfindən xüsusi olaraq lizinq alana lizinqə verilmək üçün əldə edilir (MM-in 747-5.2-ci mad-

dəsi). Beləliklə, lizinq verən çox vaxt satın aldığı əmlakın özünü görmür; o, yalnız əmlakın pulunu verərək ödə-

nişi həyata keçirir.  

Satıcının digər vəzifəsi ondan ibarətdir ki, əgər alqı-satqı müqaviləsində nəzərdə tutulubsa o, lizinq obyekti-



nə təminatlı xidmət göstərməlidir (MM-in 748-1.6-cı maddəsi). Buna görə də o, təminat müddəti ərzində əm-

lakla bağlı olan hər hansı qüsur və çatışmazlığı öz hesabına aradan qaldırmalıdır. Təminat müddəti ötüb keçdik-

dən sonra satıcı təminatlı xidmət göstərmək vəzifəsi daşımır. 

Lizinq obyektini sığortalamaq satıcının daşıdığı vəzifələrdən biridir. Belə ki, əgər lizinq müqaviləsində ayrı 

qayda nəzərdə tutulmayıbsa, satıcı lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərin-

dən sığortalamalıdır (MM-in 748-6.1-ci maddəsi). Sığorta müddəti satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq 

müqaviləsinin müddəti başa çatdığı anı əhatə etməlidir. 

Satıcı  ilə  lizinq  verən  arasında  lizinq  obyektinin  əldə  edilməsi  barədə  müqavilə  alqı-satqı  müqaviləsidir. 

Odur ki, satıcının üstünə alqı-satqı müqaviləsi üzrə satıcının daşımalı olduğu analoji vəzifələr düşür.     



4. Lizinq iştirakçılarının (subyektlərinin) məsuliyyəti 

Lizinq subyektlərinin məsuliyyəti mülki-hüquqi məsuliyyətin ümumi müddəalarına tabedir. Bununla ya-

naşı, lizinq münasibəti iştirakçılarının məsuliyyəti özünəxas cəhət və xüsusiyyətlərə malikdir. Belə ki, öz öhdə-

liklərini pozmağa görə tərəflərin məsuliyyət məsələsi lizinq üçün spesifik olan üsullarla həll edilir. 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   444   445   446   447   448   449   450   451   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə