Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə451/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   447   448   449   450   451   452   453   454   ...   490

 

519


Tınelğ A., Funk Ə., Xvaley V. Kurs Mecdunarodnoqo torqovoqo prava. Uçebnik. Minsk. 2000. 

Qazman V.D. Lizinq. M., 1997. 

Qoremıkin V.A. Lizinq. M., 1997. 

K.Şmittqoff.

 Gksport: pravo i praktika mecdunarodnoy torqovli. M., 1993. 

 

 



XVI FƏS L  

FRANÇAYZ NQ MÜQAV LƏS  

§ 1. Françayzinq müqaviləsinin anlayışı, 

xüsusiyyətləri, elementləri, əhəmiyyəti və 

mülki-hüquqi tənzimlənməsi 

1. Françayzinqin anlayışı 

Françayzinq  müqaviləsinin  rəsmiləşdirdiyi  münasibətləri  başa  düşmək  üçün,  onun  hansı  sahələrdə  tətbiq 

olunmasını bilmək məqsədilə belə bir misal çəkək. Yeni yaradılmış hər hansı kommersiya müəssisəsi sahibkar-

lıq fəaliyyətinə başlamaq istəyir. Lakin onun qabaqcıl texnologiyası yoxdur. Həmin müəssisə marketinq və biz-

nes işinin müasir yollarını da bilmir. Təbii ki, o, işgüzar nüfuza malik deyil və daxili bazarda, o cümlədən, bey-

nəlxalq  bazarda  tanınmır.  Şübhəsiz,  sahibkarlıq  fəaliyyətində,  kommersiya  əməliyyatlarında  və  biznes  işində 

göstərilən müəssisənin uğur qazanması müəyyən çətinliklərlə bağlı olajaqdır. Bəs vəziyyətdən nejə çıxmalı? 

Vəziyyətdən çıxmaq üçün kommersiya müəssisəsi həm daxili bazarda, həm də beynəlxalq bazarda yaxşı ta-

nınan, işgüzar nüfuza malik olan məşhur iri firma ilə (məsələn, «Coca-cola» korporasiyası; «Pepsi-cola» korpo-

rasiyası; «Makdonalds» korporasiyası; «General Motors» korporasiyası və s. ilə) razılığa gəlir ki, o, öz məhsul-

larını həmin firmanın əmtəə nişanı altında istehsal etsin və ya öz kommersiya əməliyyatlarını həmin firmanın 

firma adı (və ya ticarət markası) altında aparsın və yaxud da onun xidmət nişanı altında fəaliyyət göstərsin. Bu 

kimi hallarda kommersiya müəssisəsi və tanınmış məşhur firma arasındakı əlaqələr françayzinq münasibətləri, 

həmin münasibətləri rəsmiləşdirən hüquqi forma isə françayzinq müqaviləsi adlanır. 

Hələ  SSSR-in  mövcud  olduğu  dövrdə  (1972-ci  ildən)  bəzi  sovet  müəssisələri  «Pepsiko»  korporasiyası  ilə 

müqavilə bağlayaraq həmin korporasiyanın sirop (şirə) və konsentratlarından onun ticarət markası altında sərin-

ləşdirici içki («Pepsi-cola» və «Fanta») istehsal edirdilər. Həmin müqavilə françayzinq müqaviləsi adlanırdı.   

Hər şeydən əvvəl, beynəlxalq praktikada geniş surətdə tətbiq edilən françayzinq termininin mənasını açaq. 

Françayzinq (franşiza) ideyası hələ antik dövrlərdə mövcud olsa da, həmin termin ilk dəfə orta əsrlərdə birinci 

kommersiya dəniz və bank münasibətlərinin yarandığı dövrdə meydana gəlmişdir. Həmin termin ilk dəfə Fran-

sada işlədilmişdir. Françayzinq fransızja «franchise (franşiza)» sözündən olub, güzəşt, imtiyaz, sərbəstlik 

mənasını ifadə edir. Bu termindən hələ orta əsrlərdə Fransada istifadə edilirdi. O vaxtı françayzinq termini ilə 

müəyyən  bir  fəaliyyətin  həyata  keçirilməsi  üçün kraldan  pulla  hər  hansı  imtiyaz  (hüquq)  əldə  edilməsi  əhatə 

olunurdu. XIX əsrdə bu anlayış ABŞ-da inkişaf etməyə başladı. Müasir mənada françayzinq anlayışı müəyyən 

bir  sahibkarın  (müəssisənin,  firmanın)  digər  sahibkardan  (firma,  müəssisədən)  ona  məxsus  olan  kompleks 



müstəsna əqli mülkiyyət hüquqları və digər hüquqlardan kommersiya məqsədləri üçün istifadəyə icazə 

almasını ifadə edir. Françayzinq dedikdə iki və bir neçə sahibkar partnyorun elə bir könüllü əməkdaşlığı başa 

düşülür  ki,  bununla  həmin  sahibkarlar  onlardan  birinə  məxsus  olan  fərdləşdirmə  vasitələrinə  olan  hüquqdan 

(firma adlarından, kommersiya işarələrindən, əmtəə nişanlarından və ya xidmət nişanlarından) birlikdə istifadə 

edirlər. Fərdiləşdirmə vasitələrindən istifadəyə hüquq verən tərəf, eyni zamanda, digər tərəfə (istifadəçiyə) həm 

də  mühafizə  edilən  (qorunan)  kommersiya  informasiyası  (nou-hau)  verir,  həmçinin  biznesin  təşkili  üçün  ona 

daim məsləhətlər verir. 

Françayzinq qoşa biznes, marketinqin və ya mal bölgüsünün bir formasıdır. Bununla bazarda artıq tanınan 

və məşhurlaşan hər hansı firma, kompaniya, korporasiya, ümumiyyətlə, müəssisə (buna françayzer deyilir) di-

gər firmaya müəyyən bir yerdə, müəyyənləşdirilmiş vaxt müddəti ərzində göstərilən formada öz biznesini həya-

ta keçirməyə imtiyaz (hüquq) verir. Firma (françayzer) işini möhkəm tutan, bazarda dəfələrlə sınaqdan çıxan və 

böyük işgüzar nüfuzu olan sahibkar, təsərrüfat subyektidir. Bununla bərabər, bu firma (françayzer), şübhəsiz ki, 

biznesini geniş yaymaqla özünün daha da inkişaf etməsində maraqlıdır. Öz biznesinin əhatə dairəsini və miqya-

sını daha da artırmaq, həyata keçirdiyi sahibkarlıq və digər fəaliyyəti nisbətən genişləndirmək və bu fəaliyyəti 

(biznesi) dünyanın bir çox ölkələrinə yaymaq üçün onun qarşısında iki yol vardır. Birinci yol ondan ibarətdir 

ki, firma öz işini yaymaq üçün geniş şəbəkə təşkil etməli, bu məqsədlə müxtəlif yerlərdə birgə və törəmə mü-

ə

ssisələr, filiallar açmalıdır. Bu yol həm iqtisadi cəhətdən, həm də digər səbəblərə görə məqsədəuyğun və sər-

fəli deyildir. Belə ki, göstərilən yolla firmanın işinin və biznesinin geniş yayılması böyük ilkin pul məbləği (ka-

pital) tələb edir və nejə deyərlər, yersiz və lazımsız narahatlığa, «başağrısına», əzab-əziyyətə səbəb olur. 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   447   448   449   450   451   452   453   454   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə