519
Tınelğ
A., Funk Ə
., Xvaley V. Kurs Mecdunarodnoqo torqovoqo prava. Uçebnik. Minsk. 2000.
Qazman V.D. Lizinq. M., 1997.
Qoremıkin V.A. Lizinq. M., 1997.
K.Ş
mittqoff.
Gksport: pravo i praktika mecdunarodnoy torqovli. M., 1993.
XVI FƏ
S L
FRANÇAYZ NQ MÜQAV LƏ
S
§ 1. Françayzinq müqavilə
sinin anlayış
ı,
xüsusiyyə
tlə
ri, elementlə
ri, ə
hə
miyyə
ti və
mülki-hüquqi tə
nzimlə
nmə
si
1. Françayzinqin anlayış
ı
Françayzinq müqaviləsinin rəsmiləşdirdiyi münasibətləri başa düşmək üçün, onun hansı sahələrdə tətbiq
olunmasını bilmək məqsədilə belə bir misal çəkək. Yeni yaradılmış hər hansı kommersiya müəssisəsi sahibkar-
lıq fəaliyyətinə başlamaq istəyir. Lakin onun qabaqcıl texnologiyası yoxdur. Həmin müəssisə marketinq və biz-
nes işinin müasir yollarını da bilmir. Təbii ki, o, işgüzar nüfuza malik deyil və daxili bazarda, o cümlədən, bey-
nəlxalq bazarda tanınmır. Şübhəsiz, sahibkarlıq fəaliyyətində, kommersiya əməliyyatlarında və biznes işində
göstərilən müəssisənin uğur qazanması müəyyən çətinliklərlə bağlı olajaqdır. Bəs vəziyyətdən nejə çıxmalı?
Vəziyyətdən çıxmaq üçün kommersiya müəssisəsi həm daxili bazarda, həm də beynəlxalq bazarda yaxşı ta-
nınan, işgüzar nüfuza malik olan məşhur iri firma ilə (məsələn, «Coca-cola» korporasiyası; «Pepsi-cola» korpo-
rasiyası; «Makdonalds» korporasiyası; «General Motors» korporasiyası və s. ilə) razılığa gəlir ki, o, öz məhsul-
larını həmin firmanın əmtəə nişanı altında istehsal etsin və ya öz kommersiya əməliyyatlarını həmin firmanın
firma adı (və ya ticarət markası) altında aparsın və yaxud da onun xidmət nişanı altında fəaliyyət göstərsin. Bu
kimi hallarda kommersiya müəssisəsi və tanınmış məşhur firma arasındakı əlaqələr françayzinq münasibətləri,
həmin münasibətləri rəsmiləşdirən hüquqi forma isə françayzinq müqaviləsi adlanır.
Hələ SSSR-in mövcud olduğu dövrdə (1972-ci ildən) bəzi sovet müəssisələri «Pepsiko» korporasiyası ilə
müqavilə bağlayaraq həmin korporasiyanın sirop (şirə) və konsentratlarından onun ticarət markası altında sərin-
ləşdirici içki («Pepsi-cola» və «Fanta») istehsal edirdilər. Həmin müqavilə françayzinq müqaviləsi adlanırdı.
Hər şeydən əvvəl, beynəlxalq praktikada geniş surətdə tətbiq edilən françayzinq termininin mənasını açaq.
Françayzinq (franşiza) ideyası hələ antik dövrlərdə mövcud olsa da, həmin termin ilk dəfə orta əsrlərdə birinci
kommersiya dəniz və bank münasibətlərinin yarandığı dövrdə meydana gəlmişdir. Həmin termin ilk dəfə Fran-
sada işlədilmişdir. Françayzinq fransızja «franchise (franşiza)» sözündən olub, güzəşt, imtiyaz, sərbəstlik
mənasını ifadə edir. Bu termindən hələ orta əsrlərdə Fransada istifadə edilirdi. O vaxtı françayzinq termini ilə
müəyyən bir fəaliyyətin həyata keçirilməsi üçün kraldan pulla hər hansı imtiyaz (hüquq) əldə edilməsi əhatə
olunurdu. XIX əsrdə bu anlayış ABŞ-da inkişaf etməyə başladı. Müasir mənada françayzinq anlayışı müəyyən
bir sahibkarın (müəssisənin, firmanın) digər sahibkardan (firma, müəssisədən) ona məxsus olan kompleks
müstə
sna ə
qli mülkiyyə
t hüquqları və
digə
r hüquqlardan kommersiya mə
qsə
dlə
ri üçün istifadə
yə
icazə
almasını ifadə
edir. Françayzinq dedikdə iki və bir neçə sahibkar partnyorun elə bir könüllü əməkdaşlığı başa
düşülür ki, bununla həmin sahibkarlar onlardan birinə məxsus olan fərdləşdirmə vasitələrinə olan hüquqdan
(firma adlarından, kommersiya işarələrindən, əmtəə nişanlarından və ya xidmət nişanlarından) birlikdə istifadə
edirlər. Fərdiləşdirmə vasitələrindən istifadəyə hüquq verən tərəf, eyni zamanda, digər tərəfə (istifadəçiyə) həm
də mühafizə edilən (qorunan) kommersiya informasiyası (nou-hau) verir, həmçinin biznesin təşkili üçün ona
daim məsləhətlər verir.
Françayzinq qoşa biznes, marketinqin və ya mal bölgüsünün bir formasıdır. Bununla bazarda artıq tanınan
və məşhurlaşan hər hansı firma, kompaniya, korporasiya, ümumiyyətlə, müəssisə (buna françayzer deyilir) di-
gər firmaya müəyyən bir yerdə, müəyyənləşdirilmiş vaxt müddəti ərzində göstərilən formada öz biznesini həya-
ta keçirməyə imtiyaz (hüquq) verir. Firma (françayzer) işini möhkəm tutan, bazarda dəfələrlə sınaqdan çıxan və
böyük işgüzar nüfuzu olan sahibkar, təsərrüfat subyektidir. Bununla bərabər, bu firma (françayzer), şübhəsiz ki,
biznesini geniş yaymaqla özünün daha da inkişaf etməsində maraqlıdır. Öz biznesinin əhatə dairəsini və miqya-
sını daha da artırmaq, həyata keçirdiyi sahibkarlıq və digər fəaliyyəti nisbətən genişləndirmək və bu fəaliyyəti
(biznesi) dünyanın bir çox ölkələrinə yaymaq üçün onun qarşısında iki yol vardır. Birinci yol ondan ibarətdir
ki, firma öz işini yaymaq üçün geniş şəbəkə təşkil etməli, bu məqsədlə müxtəlif yerlərdə birgə və törəmə mü-
ə
ssisələr, filiallar açmalıdır. Bu yol həm iqtisadi cəhətdən, həm də digər səbəblərə görə məqsədəuyğun və sər-
fəli deyildir. Belə ki, göstərilən yolla firmanın işinin və biznesinin geniş yayılması böyük ilkin pul məbləği (ka-
pital) tələb edir və nejə deyərlər, yersiz və lazımsız narahatlığa, «başağrısına», əzab-əziyyətə səbəb olur.