520
Firmanın öz işini və biznesini daha da geniş yaymağın
ikinci yolu françayzinqdir. Françayzinq formasında
işləmək firma üçün iqtisadi cəhətdən sərfəli və məqsədəuyğundur. Belə ki, firma filialların açılmasına, birgə və
ya törəmə müəssisələrin yaradılmasına və s. heç bir əlavə xərc çəkmədən öz təsir sferasını genişləndirir. Bun-
dan əlavə, firma-françayzer qarşı tərəfdən müəyyən haqq (ödəniş) almaqla gəlir əldə edir. Qarşı tərəf xidmət
və malların bölgüsü, yaxud satış üzrə özünün müəssisəsini yaratmaq istəyən tərəfdir. Bunun üçün o, bazarda də-
fələrlə sınaqdan çıxan və məşhurlaşan firma (françayzer) ilə əlaqəyə girir. Həmin firmanın müvafiq sahibkarlıq
fəaliyyətinin təşkilində kifayət qədər təjrübəsi vardır. Onun istehsal etdiyi mal və ya göstərdiyi xidmət bazarda
dəfələrlə müsbət mənada sınaqdan çıxmışdır. Bu firma mal istehsal etməkdə və ya xidmət göstərməkdə yaxşı
işlənmiş plana malikdir. Onun buraxdığı məhsulların əmtəə nişanları və ya göstərdiyi xidmətlərin xidmət nişan-
ları dünyanın bir çox yerlərində tanınır. Buna görə də yaxşı işlənmiş plan əsasında özünün xidmət və malların
bölgüsü, yaxud satış üzrə müəssisəsini yaratmaq istəyən qarşı tərəf həmin firmanın malik olduğu fərdiləşdirmə
vasitələrindən (kommersiya işarələrindən, əmtəə nişanlarından və xidmət nişanlarından) istifadə etməklə onun
nişanı altında, markası altında işləmək istəyir. Belə halda firma ilə qarşı tərəf arasında münasibətlər françayzinq
forması vasitəsilə qaydaya salınır. Beləliklə, bazarda dəfələrlə sınaqdan çıxan və məşhur olan firma yaxşı işlən-
miş plan əsasında özünün müəssisələrini (kompaniyalarını, firmalarını və s.) yaratmaq istəyən şəxslərin (istifa-
dəçilərin) hamısına onun nişanı altında, markası altında işləmək hüququ verir ki, bu, françayzinq adlanır.
2. Françayzinqin tarixi
«Françayzinq» sözü əvvəldə qeyd etdiyimiz kimi, fransız mənşəli sözdür. Lakin buna baxmayaraq, françayzinq
münasibətləri özünün əmələ gəlməsinə, inkişafına və tanınmasına görə ABŞ hüququna «borclu və minnətdar» ol-
malıdır.
Xüsusi xarakterə malik olan françayzinq hələ XIX əsrdə ABŞ-da meydana gəlmişdir. Lakin bu münasibətlər
Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində yalnız 1950-ci ildən sonra geniş yayıldı. Qeyd etmək lazım-
dır ki, müasir mənada hüquq institutu kimi françayzinqin yaranması ABŞ-da XIX əsrin II yarısında Jənub və
Ş
imal arasında vətəndaş müharibəsi qurtardıqdan dərhal sonrakı dövrə təsadüf edir. Hesab edilir ki, birinci «tə-
miz françayzinq» praktikada 1863-cü ildə məşhur tikiş maşınlarının ixtiraçısı Y. Zingerin firması tərəfindən tət-
biq olunmuşdur. Dəmir yolu və bank işi sahəsində biznesə verilən hüquqları da françayzinqin ilkin nümunələri
hesab etmək olar 1898-ci ildə müasir françayzinqin inkişafında yeni dövr başlayır. Belə ki, «Jeneral Motors»
korporasiyası öz avtomobillərini ayrı-ayrı ərazilərdə satmaq üçün müstəqil firmalar cəlb etdi. XIX əsrin axırla-
rında alkoqolsuz (spirtsiz) içkilər sahəsində satış françayzinqi inkişaf etməyə başladı. Bu sahədə françayzinq-
dən ilk dəfə «Coca-cola» korporasiyası, daha sonra isə «Pepsi-cola» və «Şveps» firmaları istifadə etmişlər.
XX əsrin əvvəllərindən başlayaraq françayzinq ABŞ-da öz tətbiq sferasını daha da genişləndirərək kütləvi
tələbat mallarının pərakəndə ticarəti, əhaliyə məişət xidməti göstərilməsi, dondurma satışı, xalça məmulatları-
nın kimyəvi təmizlənməsi kimi sahələrdə yayıldı. 30-cu illərdə əvvəlcə H. Consonun, sonra isə Vulvorsonun
mağazalar sisteminin təşəbbüsü ilə françayzinq beynəlxalq kommersiya praktikasında tətbiq olundu. Müharibə-
dən sonra 1950-ci ildən başlayaraq ABŞ-da françayzinq daha da inkişaf etdi. Məhz 50-ci illərdə «Makdonalds»,
«Kentakki Frayd Çikens», «Seven-ap», «Vilti», bir az sonra «Pitsa Hat» və dünyada tanınan digər françayzerlər
yarandı. Mehmanxana biznesi sahəsində «Hilton», «Şeraton» və «Holidey nn» kimi françayzinq nəhəngləri da-
ha məşhurdur. «Burger Kinq», «Pepsiko», «Kompüterlend» və digərləri françayzinq müqaviləsi əsasında işlə-
yirlər.
Hal-hazırda dünya miqyasında françayzinqin tətbiq sferası günü-gündən genişlənir. Françayzinq biznesi
dünyanın 80 ölkəsini əhatə edir. ABŞ-da pərakəndə ticarətin ümumi həcminin üçdə bir hissəsi məhz françay-
zinq şəbəkələrinin vasitəsi ilə həyata keçirilir.
Dünyanın bəzi dövlətlərində françayzinq münasibətlərinin tənzimlənməsinə xüsusi fikir verilir. Françayzinq
haqqında ilk qanunvericilik aktı 1971-ci ildə Kanadanın Alberta əyalətində qəbul edilmişdir. Belə akt 1989-cu il-
dən Fransada da mövcuddur. RF-in mülki qanunvericiliyində «kommersiya konsessiya müqaviləsi» anlayışı nə-
zərdə tutulur ki, bu hüquqi konstruksiyadan françayzinq müqaviləsinə oxşar olan münasibətləri müəyyən etmək
üçün istifadə edilir. RF MM-in 54-cü fəsli (1027-1040-cı maddələr) həmin münasibətləri qaydaya salır.
ABŞ-ın federal qanunvericiliyi də françayzinq münasibətlərinə toxunur. Belə ki, həmin qanunvericiliyə da-
xil olan bəzi aktlar françayzinqin qaydaya salınmasına həsr edilmişdir. Məsələn, françayzinq üzrə Qaydalar bu
cür aktlara misal ola bilər ki, həmin sənədi ticarət üzrə federal komissiya hazırlamışdır. ABŞ-ın bəzi ştatlarının
qanunvericiliyi françayzinq müqaviləsinin qeydiyyata alınmasının məjburiliyi haqqında qayda müəyyən edir.
ABŞ-da françayzinq haqqında qanunvericilik həm federal, həm də ştatlar səviyyəsində 1979-cu ildə qəbul olun-
muşdur.
Bununla bərabər, bəzi dövlətlərin (Almaniya, ngiltərə və s.) milli hüquq sistemləri françayzinq münasibətlə-
rini xüsusi qanunvericilik səviyyəsində tənzimləmir. Lakin bu, həmin dövlətlərdə françayzinqin geniş surətdə