515
rin razılığından asılı olaraq müəyyən edilir. Bu vəzifə çox vaxt əsasən lizinq alana həvalə olunur. Bu, aydın mə-
sələdir. Belə ki, bir qayda olaraq, lizinq verən rolunda maliyyə şirkəti (təşkilatı) çıxış edir. Təbii ki, maliyyə şir-
kətinin lizinq əmlakını təmir etmək və ona texniki xidmət göstərmək imkanı yoxdur.
Ə
gər lizinq müqaviləsində nəzərdə tutularsa, lizinq alan lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq
və ya zədələnmə
risklə
rində
n sığ
ortalamaq və
zifə
si daşıyır. Bundan ötrü o, sığorta təşkilatı (sığortaçı) ilə ə
m-
lak sığ
orta müqavilə
si bağlamalı, habelə sığorta haqqı ödəməlidir.
Lizinq alan həm də zərər vurmaq nəticəsində yaranan öhdəliklərin (delikt öhdəliklərinin) yerinə yetirilməsi-
nə görə öz mülki-hüquqi məsuliyyətini sığorta etdirməlidir (MM-in 748-6.4-cü maddəsi). Belə ki, lizinq ob-
yektinin istifadəsi prosesində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər (ziyan) vurula bilər.
Belə halda zərər vurmaq nəticəsində öhdəlik (delikt öhdəliyi) yaranır. Bu öhdəlikdə lizinq alan borclu, üçüncü
şə
xs isə kreditordur. Odur ki, lizinq alan üçüncü şəxsə vurulmuş zərərin əvəzini ödəməlidir, yəni delikt öhdəli-
yini yerinə yetirməlidir. O, buna görə mülki-hüquqi məsuliyyət daşıyır. Lizinq alan bu məsuliyyəti sığortalama-
lıdır. Bunun üçün o, sığorta təşkilatı ilə mülki məsuliyyətin sığorta müqaviləsi bağlamalıdır.
Lizinq alanın həm də vəzifəsidir ki, lizinq əmlakını lizinq verənin razılığı olmadan sublizinqə verməsin.
Bu vəzifənin yerinə yetirilməməsi lizinq verənə əsas verir ki, o, lizinq əmlakını mübahisəsiz geri alsın və lizinq
müqaviləsini vaxtından əvvəl ləğv etsin (MM-in 748-1.12-ci maddəsi).
Amma lizinq alan lizinq verənin razılığı ilə əmlakı sublizinqə verə bilər. Razılıq hökmən yazılı formada
verilməlidir (MM-in 747-4.4-cü maddəsi). Sublizinq əmlakı ikinci əldən lizinqə verməkdir.
Lizinq müqaviləsində nəzərdə tutula bilər ki, müqavilə müddəti qurtardıqdan sonra lizinq alan lizinq obyek-
tini ə
ldə
etsin. Başqa sözlə desək, lizinq müqaviləsi lizinq alana lizinq əmlakının mülkiyyətçisi olmaq vəzifəsi
həvalə edə bilər (MM-in 747.3-cü maddəsi). Belə halda lizinq əmlakını əldə etmək lizinq alanın hüququ yox,
vəzifəsi hesab olunur və bəzi ölkələrdə (Fransada, Belçikada) olduğu kimi lizinq müqaviləsinin məjburi şərti
sayılır.
Lizinq ə
mlakını qaytarmaq lizinq alanın daşıdığı vəzifələrə aiddir. Belə ki, lizinq müqaviləsinə xitam ve-
rildikdən sonra lizinq alanın üzərinə lizinq obyektini lizinq verənə qaytarmaq vəzifəsi düşür. O, əmlakı normal
amortizasiya (köhnəlmə) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə almaqla qaytarmalıdır (MM-in
748-1.8-ci maddəsi).
3. Satıcının hüquq və
və
zifə
lə
ri
Satıcı lizinq münasibətlərinin iştirakçısıdır. Əgər lizinq münasibətləri üçtərəfli müqavilə şəklində rəsmiləş-
dirilərsə, onda satıcı müqavilənin tərəflərindən biri kimi çıxış edir. Buna görə də o, hüquqlara malik olub vəzi-
fələr daşıyır.
Satıcının əsas vəzifəsi lizinq obyektini lazımi keyfiyyətdə və müəyyənləşdirilmiş müddətdə lizinq verə-
nə təqdim etməkdən ibarətdir. Ona görə ki, lizinq verən satıcı ilə bağladığı alqı-satqı müqaviləsində alıcı qis-
mində iştirak edir. Hətta qanunda bu barədə, yəni satıcının lizinq obyekti olan əmlakı lizinq verənə verməsi
haqqında birbaşa göstəriş də vardır (MM-in 748-6.1-ci maddəsi).
Amma çox vaxt belə olmur. Belə ki, satıcı, bir qayda olaraq, lizinq obyektini lizinq verənin göstərdiyi ünva-
na göndərir. Adətən, satıcı əmlakı lizinq alanın olduğu yerə göndərməli olur. Ona görə ki, lizinq alan alqı-satqı
müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir; digər tərəfdən alqı-satqı müqaviləsində göstərilir ki, əm-
lak lizinq verən tərəfindən xüsusi olaraq lizinq alana lizinqə verilmək üçün əldə edilir (MM-in 747-5.2-ci mad-
dəsi). Beləliklə, lizinq verən çox vaxt satın aldığı əmlakın özünü görmür; o, yalnız əmlakın pulunu verərək ödə-
nişi həyata keçirir.
Satıcının digər vəzifəsi ondan ibarətdir ki, əgər alqı-satqı müqaviləsində nəzərdə tutulubsa o, lizinq obyekti-
nə
tə
minatlı xidmə
t göstə
rmə
lidir (MM-in 748-1.6-cı maddəsi). Buna görə də o, təminat müddəti ərzində əm-
lakla bağlı olan hər hansı qüsur və çatışmazlığı öz hesabına aradan qaldırmalıdır. Təminat müddəti ötüb keçdik-
dən sonra satıcı təminatlı xidmət göstərmək vəzifəsi daşımır.
Lizinq obyektini sığortalamaq satıcının daşıdığı vəzifələrdən biridir. Belə ki, əgər lizinq müqaviləsində ayrı
qayda nəzərdə tutulmayıbsa, satıcı lizinq obyektini itirilmə (məhv olma), çatışmazlıq və ya zədələnmə risklərin-
dən sığortalamalıdır (MM-in 748-6.1-ci maddəsi). Sığorta müddəti satıcı əmlakı lizinq verənə verdiyi andan lizinq
müqaviləsinin müddəti başa çatdığı anı əhatə etməlidir.
Satıcı ilə lizinq verən arasında lizinq obyektinin əldə edilməsi barədə müqavilə alqı-satqı müqaviləsidir.
Odur ki, satıcının üstünə alqı-satqı müqaviləsi üzrə satıcının daşımalı olduğu analoji vəzifələr düşür.
4. Lizinq iş
tirakçılarının (subyektlə
rinin) mə
suliyyə
ti
Lizinq subyektlərinin məsuliyyəti mülki-hüquqi məsuliyyətin ümumi müddəalarına tabedir. Bununla ya-
naşı, lizinq münasibəti iştirakçılarının məsuliyyəti özünəxas cəhət və xüsusiyyətlərə malikdir. Belə ki, öz öhdə-
liklərini pozmağa görə tərəflərin məsuliyyət məsələsi lizinq üçün spesifik olan üsullarla həll edilir.