514
(qəbul protokolu ilə) rəsmiləşdirilir və təsdiq edilir; üçüncüsü, əmlakı qəbul edərkən hər hansı çatışmazlıq və
qüsur aşkar edərsə, lizinq alan bu barədə müvafiq qeyd etməlidir; dördüncüsü, lizinq alan çatışmazlıq və qüsur
barədə lizinq verənə məlumat verməlidir. Məlumat ona görə verilir ki, çatışmazlıqları aradan qaldırmaq məqsə-
dilə əmlakın satıcısı qarşısında tələb irəli sürmək mümkün olsun.
Lizinq alanın digər vəzifəsi ondan ibarətdir ki, o, əmlakdan lizinq müqaviləsinin şərtlərinə və ya həmin
ə
mlakın təyinatına uyğun istifadə etməlidir. Başqa sözlə desək, lizinq alanın lizinq obyektindən istifadə et-
məsi lizinq müqaviləsinin şərtlərinə və lizinq obyektinin təyinatına uyğun gəlməlidir. Bir qayda olaraq, lizinq
alan lizinq əmlakından lizinq müqaviləsinin şərtlərinə uyğun istifadə etməlidir; əgər lizinq müqaviləsində belə
şə
rtlər nəzərdə tutulmazsa, onda o, əmlakdan təyinatına uyğun istifadə etməyə borcludur.
Lizinq alanın bu vəzifəni yerinə yetirməməsi onun üçün arzuolunmaz mənfi nəticələrə səbəb olur. Belə ki,
ə
gər lizinq alanın lizinq obyektindən istifadəsi lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına
uyğun deyilsə, onda lizinq verən lizinq müqaviləsini vaxtından əvvəl ləğv edə bilər (MM-in 748-1.12-ci maddə-
si). Bu kimi halda lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri alır.
Lizinq alanın üstünə həm də lizinq ödənişlərini vaxtında ödəmək vəzifəsi düşür (MM-in 748-10-cu mad-
dəsi). Hüquq ədəbiyyatı səhifələrində bu, lizinq alanın əsas vəzifəsi sayılır. Lizinq ödənişləri dövri, yəni vaxta-
ş
ırı (aylıq – ayda bir dəfə; rüblük – rübdə bir dəfə; yarımillik – altı ayda bir dəfə) verilməlidir. Lizinq ödənişlə-
rinin dövriliyi lizinq müqaviləsində göstərilir (MM-in 748-10.2-ci maddəsi). Lizinq müqaviləsində, hətta lizinq
ödənişlərinin qrafiki verilir.
Qeyd etmək lazımdır ki, öz iqtisadi məzmununa görə lizinq birbaşa investisiya hesab edilir. Buna görə də
lizinq ödənişlərinin ümumi məbləği elə müəyyənləşdirilməlidir ki, lizinq verən həm öz investisiya xərclərinin
ə
vəzini tam ödəyə, həm də lizinq haqqı şəklində gəlir (mənfəət) götürə bilsin. Odur ki, lizinq ödənişlərinin
ümumi məbləği tərkibjə iki hissədən ibarətdir:
●
investisiya xərclərindən;
●
lizinq verənin əldə etdiyi gəlirdən (mənfəətdən).
nvestisiya xə
rclə
ri dedikdə, lizinq verənin lizinq əmlakının əldə olunması və lizinq alanın həmin əmlakdan
istifadə etməsi ilə bağlı çəkilən xərclər başa düşülür. Məsələn, amortizasiya, gömrük, vergi və digər məsələlərlə
bağlı olan xərclər və s.
Lizinq verənin əldə etdiyi gəlir (mənfəət) dedikdə, lizinq haqqı başa düşülür. Lizinq haqqı isə lizinq alanın
lizinq əmlakından istifadə etməsinə görə lizinq verənə əvəz kimi ödədiyi pul məbləğidir. Lizinq haqqı lizinq
ə
mlakı vasitəsilə istehsal olunan məhsulla (natura formasında) da ödənilə bilər (MM-in 748-10.3-cü maddəsi).
Lizinq ödənişlərinin ümumi məbləği lizinq əmlakının dəyərindən və həmin əmlakın satın alınma qiymətin-
dən çox olmalıdır. Məhz lizinq əmlakının qiymətindən çox olan hissə (fərq) lizinq verənin gəlirini (mənfəətini),
yəni lizinq haqqını təşkil edir.
Lizinq alanın lizinq ödənişlərini vermək öhdəliyi onun lizinq obyektindən istifadəyə başladığı vaxtdan yara-
nır. Lakin bu qayda dispozitiv xarakter daşıyır. Belə ki, lizinq müqaviləsində ayrı ayda da nəzərdə tutula bilər
(MM-in 748-10.4-cü maddəsi). Məsələn, lizinq müqaviləsində nəzərdə tutula bilər ki, lizinq ödənişləri lizinq
ə
mlakından istifadə olunma məhsuldarlığın müəyyən səviyyəsinə çatdığı halda verilsin və s.
Bununla bərabər, lizinq müqaviləsində müəyyənləşdirilə bilər ki, lizinq ödənişlərinə
6 ay (180 gün) möhlə
t
verilsin. 6 aylıq müddət lizinq obyektindən istifadəyə başlandığı vaxtdan hesablanır. Həmin müddət keçənədək
lizinq ödənişləri verilmir. Yalnız 6 aylıq müddət keçdikdə (ötdükdə) lizinq ödənişləri verilə bilər (MM-in 748-
10.5-ci maddəsi).
Lizinq alanın lizinq ödənişlərini vaxtında vermək vəzifəsini yerinə yetirməməsi onun üçün mənfi nəticələrə
gətirib çıxara bilər. Belə ki, əgər o, lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş
müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməzsə (məsələn, iki ay; iki rüb və s.), lizinq verən lizinq mü-
qavilə
sini vaxtından ə
vvə
l ləğ
v edə bilər (MM-in 748-1.12-ci maddəsi). Bu zaman lizinq verən lizinq obyektini
mübahisəsiz olaraq geri alır.
Lizinq alan həm də lizinq obyekti olan əmlakın salamatlığını təmin etməlidir. Bu, onun daşıdığı vəzifələr-
dən biridir. O, lizinq əmlakını yararlı və işlək halda saxlamalı, onun texniki vəziyyətini, istismar xüsusiyyətləri-
ni və istehlak keyfiyyətlərini pisləşdirməməlidir. Əmlakın salamatlığını təmin etmək üçün lizinq alan öz hesabı-
na lizinq obyektinə texniki xidmət göstərməli, onun orta və cari təmirini həyata keçirməlidir (MM-in 748-1.7-ci
maddəsi). Lizinq müqaviləsində başqa qayda da nəzərdə tutula bilər. Lizinq əmlakının istismarı ilə bağlı bütün
risklər onun üzərinə düşür. Əgər lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak key-
fiyyətlərini pisləşdirirsə, onda lizinq verən həmin obyekti mübahisəsiz geri ala və bununla da lizinq müqaviləsi-
ni vaxtından əvvəl ləğv edə bilər (MM-in 748-1.12-ci maddəsi).
Lizinq əmlakının cari və əsaslı təmiri, ona texniki xidmət göstərilməsi barədə məsələ, ümumiyyətlə, tərəflə-