513
ki, bu kimi riskə görə lizinq obyektini seçən tərəf cavabdehdir. Lizinq müqaviləsində ayrı qayda da nəzərdə tu-
tula bilər.
Lizinq verənin daşıdığı vəzifələrdən biri həm də ondan ibarətdir ki, o, lizinq obyektinə edilən yaxşılaşdır-
maların dəyərini lizinq alana ödəməlidir (MM-in 748-1.10-cu maddəsi). Belə ki, lizinq alan lizinq verənin
yazılı razılığı ilə lizinq obyektini öz vəsaiti hesabına yaxşılaşdıra bilər; əgər həmin yaxşılaşdırmalar lizinq ob-
yektindən zərər vurmadan ayrıla bilmirsə, lizinq verən onların dəyərini lizinq alana ödəməlidir. Lizinq obyekti
lizinq verənin yazılı razılığı olmadan yaxşılaşdırıldığı halda isə o, belə vəzifə daşımır. Əgər lizinq alanın etdiyi
yaxşılaşdırmalar lizinq obyektindən ayrıla bilərsə, onun mülkiyyəti hesab olunur (MM-in 748-2.3-cü maddəsi).
Lizinq müqaviləsində ayrı qayda da nəzərdə tutula bilər.
Ə
gər lizinq müqaviləsində lizinq alanın lizinq obyekti olan əmlakı satın almaq hüququ verilərsə, onda lizinq
verənin üstünə
hə
min ə
mlakı lizinq alana satmaq və
zifə
si düş
ür. Lizinq alanın lizinq obyektini satın almaq
hüququna opsion hüququ deyilir və ya bu hüquq satın alma opsionu adlanır. Lizinq müqaviləsinə satın alma
opsionu (opsion hüququ) daxil edildikdə, lizinq alan müqavilənin müddəti başa çatdıqdan sonra bu hüquqdan
istifadə edə bilər. Belə halda lizinq verən lizinq əmlakını satmağa borcludur, yəni onun üçün lizinq obyekti olan
ə
mlakı satmaq vəzifəsi yaranır. Məhz lizinqin maliyyə lizinqi kimi növündə lizinq verən belə vəzifə daşıyır.
Qeyd etmək lazımdır ki, maliyyə lizinqi zamanı lizinq obyektini lizinq verən satır və bunun nəticəsində həmin
obyektə mülkiyyət hüququ lizinq müqaviləsinin müddəti başa çatmazdan əvvəl lizinq alana keçir (MM-in 748-
2.5-ci maddəsi). Lakin lizinq alan lizinq müqaviləsində nəzərdə tutulan bütün məbləğləri (ödənişləri) lizinq ve-
rənə ödəməlidir. Lizinq müqaviləsində başqa hal da nəzərdə tutula bilər. Məsələn, lizinq müqaviləsində müəy-
yən edilə bilər ki, lizinq obyektinə mülkiyyət hüququ lizinq alana lizinq müqaviləsinin müddəti başa çatdıqdan
sonra keçsin və s.
O ki qaldı lizinqin operativ lizinq adlı növünə, qeyd etməliyik ki, bu növ lizinqə görə lizinq obyekti lizinq
verənə qaytarılır və lizinq alan həmin obyektin satın alınmasını tələb edə bilməz. Təbii ki, lizinq verən operativ
lizinq zamanı lizinq obyektini lizinq alana satmaq vəzifəsi daşımır.
Lizinq alan lizinq obyektinə mülkiyyət hüququ əldə etmək üçün bütün lizinq ödənişlərini vermək yolu ilə
onu satın almalıdır. Belə halda lizinq ödənişləri lizinq obyektini satın alma pulu sayılır. Lizinq obyektinin qəti
dəyəri hesablanarkən amortizasiya faktı nəzərə alınmalıdır (MM-in 747.3-cü maddəsi). Özü də lizinq ödənişlə-
rinin məbləği (həcmi) lizinq obyektinin satın alınma qiymətindən çox olmalıdır; onlar arasındakı fərq isə lizinq
verənin gəliri (mənfəəti) sayılır.
Xarici ölkələrin mülki hüququna görə lizinq əmlakı lizinq müqaviləsi ilə müəyyənləşdirilən və ya təyin olu-
na bilən qiymətlə satılır; qiymət əmlak satılan anda onun bazar dəyərinə (qalıq dəyərinə) uyğun gəlməlidir.
Lizinq verən həm də belə vəzifə daşıyır ki, o, əgər lizinq müqaviləsində nəzərdə tutularsa, əlavə xidmətlər
göstərməlidir. Əlavə xidmətlərin siyahısı və bu xidmətlərə görə lizinq verənə ödənilən haqq lizinq müqavilə-
sində göstərilməlidir (MM-in 748.2-ci maddəsi).
Ə
lavə xidmət dedikdə, lizinq verən tərəfindən göstərilən istənilən növ xidmət başa düşülür. Belə xidmət li-
zinq obyektindən həm istifadəyə kimi, həm də istifadə prosesində göstərilə bilər. Əlavə xidmətlərə aid edilir: li-
zinq alanın işçilərini öyrətmək; üçüncü şəxslərdən əqli mülkiyyət hüququ (məsələn, əmtəə nişanından, istehsal
sirrindən, ixtiradan və digər obyektlərdən istifadə hüququ) əldə etmək; lizinq əmlakının quraşdırılması və işə
salınması ilə bağlı göstərilən xidmət; lizinq əmlakına göstərilən xidmət; lizinq əmlakının təmiri; istehsal sahələ-
rini və kommunikasiyaları hazırlamaq və s.
Lizinq verən həm də hüquqlara malikdir. Bu hüquqlara aiddir (MM-in 748-12-ci maddəsi; 748-13-cü mad-
dəsi): lizinq obyektinə aid şərtlərə lizinq alan tərəfindən əməl edilməsinə nəzarət etmək və onu yoxlamaq hü-
ququ; lizinqlə bağlı maliyyə sənədləri, habelə lizinqin obyekti ilə maneəsiz tanış olmaq hüququ; lizinq alanın
lizinq obyektinə aid öz öhdəliklərini yerinə yetirməsinə maliyyə nəzarəti etmək hüququ; maliyyə nəzarətini
həyata keçirmək üçün lazım olan məlumatı almaq məqsədilə lizinq alana yazılı sorğu göndərmək hüququ; li-
zinq alan lizinq ödənişləri üzrə öhdəliklərini yerinə yetirmədikdə, həmin öhdəliklərin təmin edilməsinə yönəl-
dilmiş
hə
rə
kə
tlə
ri hə
yata keçirmə
k hüququ və s.
Müəyyən hallarda lizinq verənin hüququ vardır ki, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etsin. Həmin
hallar qanunda göstərilmişdir (MM-in 748-1.11-ci maddəsi). Növbəti yarımbaşlıqda bu hallar barədə danışıla-
jaqdır.
2. Lizinq alanın hüquq və
və
zifə
lə
ri
Lizinq alanın üzərinə düşən vəzifələrdən biri ondan ibarətdir ki, o, lizinqə verilən əmlakı, yəni lizinq ob-
yektini qə
bul etmə
lidir (MM-in 748-1.2-ci maddəsi). Bu vəzifənin yerinə yetirilməsi müəyyən hərəkətlərin
edilməsini tələb edir: birincisi, lizinq alan lizinqə verilən əmlakın keyfiyyətini yoxlamalıdır; ikincisi, yoxlama
prosesində əgər hər hansı çatışmazlıq və qüsur aşkar edilməzsə, əmlak qəbul olunur; əmlakın qəbulu protokolla