508
qaldı Azərbaycan Respublikasına, qeyd etməliyik ki, bizim ölkəmizdə də 1994-cü ildə «Lizinq haqqında» qa-
nun qəbul olunmuşdu; indi həmin qanun qüvvədən düşmüşdür. Buna görə də lizinq münasibətləri əsasən Mülki
Mə
cə
llə
ilə
tə
nzimlə
nir; məcəllənin 38-ci fəslinə daxil olan maddələr (747-751-ci maddələr) lizinqi tənzimlə-
yir.
§ 2. Lizinq müqavilə
sinin anlayış
ı
və
xarakterik ə
lamə
tlə
ri
1. Lizinq müqavilə
sinin hüquqi tə
biə
ti
barə
də
diskussiya
Lizinq müqaviləsinin hüquqi təbiəti hüquq ədəbiyyatı səhifələrində ən çox müzakirə olunan və mübahisə
predmetinə çevrilən məsələlərdən biridir. Mülki hüquq doktrinasında hal-hazırda bu, ən diskussiya doğuran mə-
sələlərdən biri kimi qalır. Lizinq müqaviləsinin mülki-hüquqi müqavilələr sistemində tutduğu yer barədə dis-
kussiya bu gün də davam edir və indiyə kimi öz qəti həllini tapmamışdır. Bu, onunla izah edilir ki, lizinq mü-
qaviləsi özündə müxtəlif mülki-hüquqi müqavilələrin elementlərini birləşdirir və buna görə onun hüquqi
təbiətini müəyyənləşdirmək çətin məsələyə çevrilir.
Mülki hüquq ədəbiyyatında alimlər lizinq müqaviləsinin hüquqi təbiəti barədə bir-birindən fərqli, müxtəlif
fikirlər söyləyirlər. Məsələn, Almaniya sivilistika doktrinasında lizinq müqaviləsi xüsusi növ nisyə alqı-satqı
müqavilə
si kimi təsnif edilir. Fransa və Almaniya doktrinasında lizinq müqaviləsinin özündə
tapş
ırıq müqavi-
lə
sinin elementlə
rini birləşdirməsi barədə konsensiya əsaslandırılır: bu konsepsiyaya görə lizinq müqaviləsi
ə
sasında lizinq alan lizinq verənə onun üçün əmlak əldə edilməsi barədə tapşırıq verir. Bəzi müəlliflərin
fikrincə, lizinq müqaviləsi ə
mlak kirayə
müqavilə
sinin xüsusi növüdür. Müəlliflərdən M. . Leşenko göstərir
ki, lizinq müqaviləsi əmtəə kredit müqaviləsidir; lizinq müqaviləsinə görə, lizinq verən lizinq alana istifadə
üçün əmlak (avadanlıq, maşın, gəmi və s.), yəni əmtəə krediti verir. Lizinq müqaviləsini mülki-hüquqi müqavi-
lənin müstəqil növü (tipi) hesab edən müəlliflərə də təsadüf olunur; onlar lizinq müqaviləsini müstəqil mülki-
hüquqi müqavilə kimi tanıyırlar. Bəzi alimlərə görə lizinq müqaviləsi
xüsusi növ müqavilə
(sui generis) olub,
özündə bir neçə müqavilənin elementini birləşdirir. Fransa hüquq doktrinasında lizinq müqaviləsini üçüncü
şə
xsin xeyrinə bağlanan müqavilə hesab edən əsaslandırılmış konsepsiya mövcuddur. Bəzi müəlliflər isə he-
sab edirlər ki, lizinq müqaviləsi icarə müqaviləsinin ayrıca növüdür.
Bizim fikrimizjə, lizinq müqaviləsini icarə müqaviləsinin ayrıca növü kimi tanıyan müəlliflərin mövqeyi
həqiqətə daha yaxındır. Belə ki, lizinq müqaviləsinə görə əmlak lizinq verən tərəfindən lizinq alanın müvəqqəti,
müddətli və əvəzli istifadəsinə verilir. Qeyd etməliyik ki, icarə müqaviləsinin də hüquqi məqsədi məhz bundan
ibarətdir. O ki qaldı lizinq müqaviləsinin xarakterik əlamətlərinə (lizinq alanın istifadəsinə xüsusi olaraq onun
müraciəti əsasında lizinq verən tərəfindən alınmış əmlakın verilməsi, istifadəyə verilmiş əmlakın lizinq alan tə-
rəfindən satın alınması və onun mülkiyyətinə keçməsi və s.), qeyd etmək lazımdır ki, onlar heç də məsələnin
mahiyyətinə təsir göstərmir. Belə ki, lizinq müqaviləsi müstəqil müqavilə kimi yox, yalnız icarə müqaviləsi-
nin ayrıca növü kimi tanına bilər. Həmin xarakterik əlamətlər isə lizinq müqaviləsini icarə müqaviləsinin di-
gər növlərindən fərqləndirməyə imkan verir (bu əlamətlər barədə növbəti yarımbaşlıqda).
Beləliklə, lizinq müqaviləsi icarə müqaviləsinin ayrıca növüdür. Bəzi xarici ölkələrin, məsələn, RF-in
qanunvericiliyi məsələyə məhz bu cür yanaşır. Belə ki, lizinq müqaviləsi dedikdə, maliyyə icarə müqaviləsi ba-
ş
a düşülür (RF MM-in 665-ci maddəsi). Bu ölkənin qanunvericiliyində maliyyə icarəsi və lizinq eynimənalı an-
layışlar kimi işlədilir. Belçika qanunvericiliyi də lizinqi (leasing) icarə ilə eyniləşdirir.
Bəzən lizinq müqaviləsi «kredit-icarə müqaviləsi» kimi müəyyənləşdirilir. Fransa qanunvericiliyinə görə
«kredit-icarə müqaviləsi» özündə həm əmlak kirayəsi müqaviləsinin, həm də kredit müqaviləsinin elementlərini
birləşdirir və lizinq müqaviləsinin spesifik növü sayılır.
Kvebekin Mülki Məcəlləsi lizinq müqaviləsini mülki-hüquqi müqavilənin ayrıca və müstəqil növü kimi nə-
zərdə tutur; məcəllənin üçüncü fəsli bu müqavilənin tənzimlənməsinə həsr olunmuşdur.
2. Lizinq müqavilə
sinin anlayış
ı və
xarakterik ə
lamə
tlə
ri
Lizinq müqaviləsinin leqal anlayışı MM-in 747.1-ci maddəsində verilmişdir. Bu anlayışda lizinq müqavilə-
sinin hüquqi xarakterini müəyyənləşdirməyə imkan verən cəhətlər nəzərdə tutulmuşdur.
Lizinq müqaviləsinə görə, bir tərəf (lizinq verən) müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən
haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əşyanı satın almaq hüququnun verilməsi barədə
şə
rt də daxil olmaqla) digər tərəfin (lizinq alanın) istifadəsinə verməyi, lizinq alan isə vaxtaşırı haqq ödə-
mə
yi öhdə
sinə
götürür.
Anlayışdan görürük ki, əşyanı lizinq alanın istifadəsinə lizinq verən müəyyənləşdirilmiş haqq müqabilində
verir. Başqa sözlə desək, əşyadan istifadə etməyə görə lizinq alan lizinq verənə haqq ödəməyi öhdəsinə götürür.
Odur ki, lizinq müqaviləsi əvəzli müqavilədir.