Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə441/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   437   438   439   440   441   442   443   444   ...   490

 

506


istifadə  müddətinin  uzadılması  barədə  tərəflər  razılığa  gələ  bilərlər,  yaxud  lizinq  avadanlığı  mülkiyyətçinin 

özünə qaytarılır. Bax, lizinq adlı əməliyyatın və xidmət növünün mahiyyəti və məzmunu da bundan ibarətdir. 



2. Lizinqin əhəmiyyəti 

Lizinq böyük əhəmiyyətə malik olan fəaliyyət növüdür. Bu fəaliyyət növünün iqtisadi mahiyyəti ondan iba-

rətdir ki, o, özündə istehsalın əmək və

 

kapital kimi iki vacib amilini birləşdirir. Bununla lizinq fəaliyyəti işti-

rakçılarının büdjənin formalaşdırılmasında iştirakı təmin olunur və beləliklə, cəmiyyətin sosial-iqtisadi proble-

minin həllinə yardım edilir. Digər tərəfdən lizinqin vasitəsilə istehsal genişlənir və bazar zəruri mallarla təmin 

olunur.  

Lizinq investisiyanın xüsusi formasıdır; onun köməyi ilə investisiya prosesi güjlənir.  nvestisiyanın ənənə-

vi formalarından lizinq bununla fərqlənir ki, o, sənaye müəssisələrinin təzə texniki avadanlıqlarla təmin edilmə-

sində, həmin müəssisələrin bütün istehsal gücü ilə işləməsində, struktur baxımından iqtisadiyyatın bütövlükdə 

yenidən qurulmasında impuls rolunu oynayır. Lizinq müəssisələrini həyata keçirdikləri istehsal fəaliyyətini tex-

niki yeniləşdirmə vasitəsidir. O, imkan verir ki, iqtisadi yüksəliş təmin olunsun, istehsalın həcmi artsın, sağlam 

rəqabət artsın. Buna görə də lizinq fəaliyyəti Ümumdünya Bankı, Avropa Yenidənqurma və  nkişaf Bankı, Av-

ropa  ttifaqı Komissiyası, Avropa  qtisadi Komissiyası və digər beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Li-

zinq vacib üstünlüyü olan fəaliyyət növüdür. Belə ki, yeni avadanlıq satın alarkən lizinq şirkətləri üçün xüsusi 

vergi  güzəştləri  müəyyənləşdirilir.  Digər  tərəfdən  lizinqin  özü  üstünlüyü  olan  mexanizm  deməkdir.  Məsələn, 

vaxtaşırı ödənilən lizinq haqqı məhsulun maya dəyərinə daxil edilə bilər ki, istehsal investisiyasının digər for-

maları bundan məhrumdur. Lizinq fəaliyyətinin effektiv iqtisadiyyatın yaradılmasında vacib rolu vardır. Məhz 

belə iqtisadiyyat bazarı yüksək texnologiyalı, rəqabət qabiliyyətli mallarla təmin edir.  



3. Lizinqin tarixi və inkişafı 

Qeyd etmək lazımdır ki, müasir mənada «lizinq» termini XIX əsrdə yaranmışdır. Lakin lizinq ideyası mahiy-

yətjə yeni deyildir və minillik tarixə malikdir. Belə ki, lizinqə oxşar əməliyyatın aparılması çox-çox əvvəllərə, 

qədim zamanlara təsadüf edir.  

Lizinq münasibətlərinin ilk dəfə olaraq nə vaxt və harada yaranması iqtisadi və hüquq ədəbiyyatı səhifələrin-

də mübahisə doğurur. Birinci dəfə bu əməliyyatdan nə vaxt və hansı coğrafi məkanda istifadə edilməsi barədə 

müəlliflər yekdil fikir söyləmirlər. 

Ə

dəbiyyatda belə bir fikir söylənilir ki, lizinq əqdi ilk dəfə Aristotel dövründə (bizim eradan əvvəl IV əsrdə) 



bağlanmışdır; «var və sərvət əmlaka mülkiyyət hüququndan yox, ondan istifadə nəticəsində əldə olunur» kimi 

söz məhz ona məxsusdur.  

Belə bir fikir də mövcuddur ki, lizinqə oxşar əqd hələ qədim Şumer dövlətində bağlanmışdır. Bəzi tədqiqatçı 

alimlər göstərirlər ki, bizim eradan əvvəl 5-ci minillikdə Misirdə və Mesopotamiyada lizinqə oxşar əməliyyata 

təsadüf olunur.  qtisadçı alimlər lizinqin izlərini Hammurapi qanunlarında (b.e.ə 1792-1750) tapırlar. Lizinqdən 

ilk dəfə Qədim Romada istifadə olunması fikrini söyləyən müəlliflərə də rast gəlirik. Qeyd olunur ki, IX əsrdə 

Venetsiyada lizinqə oxşar əməliyyatın həyata keçirilməsi geniş xarakter almışdır.  

Bəzi müəlliflər göstərirlər ki, lizinqdən ilk dəfə orta əsrlərdə  ngiltərədə istifadə olunmuşdur. Bu ölkədə li-

zinqin taleyində xüsusən də dəmir yol nəqliyyatının və kömür sənayesinin inkişafı vacib rol oynamışdır.  

Qeyd etməliyik ki, ədəbiyyat səhifələrində lizinqdən ilk dəfə ABŞ-da istifadə olunması fikrinə də rast gəli-

rik. Hüquq tarixçiləri göstərirlər ki, «lizinq» termini birinci dəfə məhz bu ölkədə işlədilmişdir. Belə ki, XIX əs-

rin II yarısında «lizinq» sözünün özü ABŞ-da dövriyyəyə daxil edilmişdir. 1877-ci ildə telefon şirkəti «BELL»-

in öz telefon aparatlarının satışını qadağan edən və onların yalnız icarəyə verilməsini nəzərdə tutan qərar qəbul 

etməsi ilə «lizinq» terminindən istifadə olunmasının başlanğıcı qoyuldu;  bu termin həmin vaxt məhz bununla 

bağlı olaraq yaranmışdır. Odur ki, bir sıra müəlliflər göstərirlər ki, XIX əsrin II yarısında müasir mənada lizinq 

terminindən istifadə olunmasının başlanğıcı qoyulmuşdur.  

Lizinqin müasir tarixi isə XX əsrin ortalarından başlayır. Belə ki, 1952-ci ildə ABŞ-ın San-Fransisko şəhə-

rində ilk lizinq şirkəti («United States Leasing Jorporation») yaradıldı ki, bu şirkətin əsası Henri  Şonfeld tərə-

findən qoyulmuşdur. O, haqlı olaraq Amerika lizinqinin atası adlanır. Əsas fəaliyyət predmeti lizinq olan həmin 

ş

irkət lizinq əməliyyatının inkişafına güjlü təkan verdi. Bunun nəticəsində lizinq geniş şəkildə ABŞ-da inkişaf 



etdi.  

lk lizinq şirkətinin yaradılması ilə XX əsrin 50-ci illərində lizinq münasibətlərində əsl janlanma baş verdi. 

Müxtəlif istehsal vasitələri (texnoloci avadanlıqlar, maşınlar, dəzgahlar və s.), habelə nəqliyyat vasitələri (gəmi-

lər, təyyarələr və s.) lizinqə verilməyə başladı. Bunu nəzərə alan ABŞ hökuməti lizinq fəaliyyətinin inkişafına 

yönələn dövlət proqramı qəbul etdi. Müəyyənləşdirilmiş haqq müqabilində lizinq xidməti göstərən şirkətlər və 

firmalar yarandı. Lizinq fəaliyyəti kifayət dərəjədə sürətlə inkişaf etməyə başladı. Bunların nəticəsində ABŞ-da 

lizinq biznesinin başlanğıcı qoyuldu.  



 

507


XX əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq lizinqdən inkişaf etmiş Qərbi Avropa ölkələrində də geniş 

istifadə olunur. Həmin vaxt ilk lizinq şirkətləri (cəmiyyətləri) yaradıldı. Hal-hazırda Avropa Lizinq Cəmiyyət-



ləri Birliyi fəaliyyət göstərir ki, onun iqamətgahı Brüssel şəhərində yerləşir.  

ABŞ-da və Qərbi Avropa ölkələrində lizinqdən geniş səviyyədə istifadə edilməsi bununla izah olunur ki, bu 

ölkələrdə daha əlverişli iqtisadi şərait mövcuddur. Belə ki, XX əsrin ortalarından başlayaraq həmin ölkələrdə 

sahibkarlıq biznesi mühüm dərəjədə dəstəklənir və əsasən həm də lizinq mexanizmi vasitəsilə investisiya qo-

yulması hesabına inkişaf edir. Digər tərəfdən lizinqin üstünlükləri həm ABŞ, həm də Avropa şirkətlərinin lizin-

qi praktikada geniş səviyyədə tətbiq etmələrinə təsir göstərir. Bunlara görə lizinq ABŞ-da və Avropada, habelə 

Kanadada intensiv surətdə inkişaf etmişdir. Tezliklə lizinqin istifadə olunduğu coğrafi məkan daha da genişlən-

di: lizinq bazarı Avstraliya və Yaponiyada da meydana gəldi. Hal-hazırda lizinq xidmətləri bazarında dünyanın 

100-ə yaxın ölkəsi iştirak edir. Lizinq bazarı üçün ABŞ, Almaniya, Böyük Britaniya, Norveç və digər ölkələrdə 

daha əlverişli şərait yaradılmışdır. Həmin ölkələrin hökuməti lizinq şirkətlərinə güzəştli kredit vermək, vergini 

azaltmaq, amotizasiya ayırmalarının normativlərini artırmaq və digər yollarla lizinqin inkişafına kömək edirlər. 

Özü də dünyada lizinq müxtəlif sahəvi struktur ilə xarakterizə olunur. Məsələn, Avropada həm şəxsi istifadə, 

həm də istehsal məqsədləri üçün istifadə olunan avtomobillərin lizinqi geniş yayılmışdır. 

Hal-hazırda lizinqdən praktiki olaraq bütün ölkələrdə istifadə olunur. 



4. Lizinqin beynəlxalq-hüquqi tənzimlənməsi 

Beynəlxalq ticarət dövriyyəsində lizinqdən geniş istifadə olunması onun beynəlxalq-hüquqi tənzimlənməsini 

zərurətə çevirdi. Bununla yanaşı, lizinq fəaliyyətinin bir sıra ölkələrdə həyata keçirilməsi, beynəlxalq əməkdaş-

lıq sahəsində tətbiq edilməsi və ayrı-ayrı dövlətlərdə hüquqi tənzimetmədə fərqlərin olması beynəlxalq lizinq 

haqqında qaydaların unifikasiya olunmasını tələb edirdi. Odur ki, UN DRUA (Xüsusi Hüququn Unifikasiyası 

üzrə Beynəlxalq  nstitut) tərəfindən beynəlxalq maliyyə lizinqi haqqında konvensiyanın layihəsi hazırlandı. 

Layihənin hazırlanmasında Avropa Lizinq Təşkilatı da iştirak etmişdi. 1988-ci il 28 may tarixində Ottava şəhə-

rində (Kanada) 55 dövlətin iştirak etdikləri diplomatik konfransda (lizinq üzrə beynəlxalq konfransda) konven-

siya qəbul olundu. Konvensiya 13 dövlət tərəfindən imzalansa da yalnız 9 dövlət (Fransa,  taliya, Nigeriya, Be-

larus, RF, Latviya, Majarıstan, Özbəkistan və Panama) tərəfindən ratifikasiya olunmuşdur. Konvensiya 1 may 

1995-ci  il  tarixindən  qüvvəyə  minmişdir.  Azərbaycan  Respublikası  konvensiyanın  iştirakçısı  deyildir.  Lakin 

konvensiyanın üzvü olmaq bizim ölkə üçün vacib məsələdir.  

Konvensiya 3 fəsil,  25 maddədən ibarətdir. I fəsil (1-6-cı maddələr)  konvensiyanın tətbiq sferasına və ümu-

mi müddəalara həsr olunmuşdur. II fəsil (7-14-cü maddələr) tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirir. 

«Yekun müddəalar» adlı III fəsil özündə 15-25-ci maddələri birləşdirir. Beynəlxalq lizinqi məhdudlaşdıran hü-

quqi maneələri aradan qaldırmaq konvensiyanın əsas məqsədi sayılır.  

Konvensiya beynəlxalq kommersiya münasibətinin ən mürəkkəb növlərindən biri olan beynəlxalq lizinq sa-

həsində maddi-hüquqi normaları unifikasiya edir, bu sahədə eyni və vahid hüquqi recim müəyyənləşdirir. Kon-

vensiya  beynəlxalq  maliyyə  lizinqinin  xarakterik  əlamətlərini  də  göstərir.  Burada  beynəlxalq  maliyyə  lizinq 

müqaviləsinə anlayış verən, bu müqavilənin elementlərini tənzimləyən müvafiq normalar nəzərdə tutulmuşdur. 

Konvensiyaya görə, lizinqin beynəlxalq maliyyə lizinqinə aid edilməsi üçün lizinq alan və lizinq verənin müx-

təlif ölkələrdə olması tələb edilir. Konvensiya eyni bir ölkədə olan tərəflər arasındakı lizinq münasibətlərini tən-

zim etmir. Konvensiya həm də əsasən şəxsi, ailə və ya ev məqsədləri üçün istifadə olunan əmlakın istifadəyə 

verilməsi ilə bağlı yaranan münasibətlərə tətbiq edilmir. Onun nizamasalma predmetinə yalnız o lizinq əqdləri da-

xil ola bilər ki, həmin əqdlər sahibkarlar arasında bağlansın və kommersiya dövriyyəsi çərçivəsində realizə olun-

sun. Deməli, konvensiya adi icarəyə, habelə istehlak məqsədləri üçün icarəyə tətbiq edilmir.  

Beynəlxalq səviyyədən başqa, lizinq həm də ayrı-ayrı ölkələrin daxili qanunvericiliyi çərçivəsində tənzimlə-

nir. Qeyd edək ki, xarici dövlətlərin çoxunda lizinqin tənzimlənməsinə həsr olunan xüsusi qanunvericilik aktı 

qəbul edilməmişdir. Bu, xarici ölkələrdə lizinqi hüquqi tənzimetmənin xarakterik cəhətidir. Məsələn, lizinqin ən 

çox inkişaf etdiyi ABŞ-da lizinq barədə xüsusi qanunvericilik aktı yoxdur. Ona görə də bu ölkədə lizinq müna-

sibətləri əsasən vergini və xüsusi hüququn ayrı-ayrı məsələlərini tənzimləyən aktlardakı normalarla qaydaya sa-

lınır.  Amma  bəzi  ölkələrdə  lizinqin  tənzimlənməsinə  həsr  olunan  xüsusi  aktlar  qəbul  olunmuşdur.  Məsələn, 

Fransada lizinq münasibətləri xüsusi qanunla tənzimlənir ki, həmin qanun 1966-cı ildə qəbul olunmuşdur. Bel-

çikada da lizinqə həsr olunan xüsusi akt qüvvədədir ki, həmin akt 1967-ci ildə qüvvəyə minmişdir; bu akt lizinq 

fəaliyyəti ilə məşğul olan müəssisələrin hüquqi vəziyyətini müəyyənləşdirir.  

RF-də 1998-ci ildə lizinq barədə xüsusi qanun qəbul edilmişdir. Bu qanunda lizinqi hüquqi və təşkilati-iqti-

sadi  əsasları  müəyyən  olunmuşdur.  Həmin  qanun  bu  ölkədə  lizinq  münasibətlərini  tənzimləyən  əsas  nomativ 

aktdır. Digər ölkələrdə lizinqi tənzimləmək üçün ayrı-ayrı mülki-hüquqi müqavilələr (alqı-satqı, icarə, kirayə, 

kredit və borc müqavilələri) barədə normalar, habelə ticarət adətləri və məhkəmə praktikası tətbiq olunur. O ki 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   437   438   439   440   441   442   443   444   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə