Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə440/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   436   437   438   439   440   441   442   443   ...   490

 

504


nişləndirici mənada təfsir etmək lazımdır. Bu onu ifadə edir ki, yaşayış otağından kirayə müqaviləsi əsasında 

ə

mələ gələn istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 



Qanun belə bir göstəriş ifadə edir ki, yaşayış otağından istifadə hüququ kirayənin müstəqil predmeti ola 

bilməz (MM-in 228.3-cü maddəsi). 

Bununla əmlak kirayəsi müqaviləsi barəsində söhbətimizi başa çatdırırıq. Hələ qədim Misirdə bu müqavi-

lə xüsusi əhəmiyyətə malik idi. Babilistanda ən çox istifadə edilən müqavilələrdən biri kirayə müqaviləsi idi. 

Hammurapi Qanunnaməsində torpağın, mənzilin, bağçanın və s. kirayə verilməsi qaydaları göstərilirdi. Bu mü-

qavilə indi də geniş miqyasda tətbiq edilir. Biz tez-tez çadırın, qab-qajağın, stol-stulun və s. kirayəyə verilməsi 

barədə elanlara rast gəlirik. Özü də bizim kirayə barədə qanunvericiliyimizin müəyyən etdiyi qaydalar Avropa 

ölkələrinin qanunvericilik ənənələrinə uyğundur ki, bu, Roma hüququna əsaslanır. 



TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Meyer D. . Russkoe qracdanskoe pravo. Çastğ 2 (po izdaniö 1902 q.) M., 1997. 

Litovkin V.N. Cilihnoe zakonodatelğstvo. M., 1988. 

Martkoviç  .B. Cilihnoe pravo. M., 1990. 

Cilihnoe zakonodatelğstvo / Pod red. V.F.Əkovleva, P. . Seduqina. M., 1991. 



Tolstoy Ö.K. Cilihnoe pravo M., 1996. 

Ş

erşeneviç Q.F. Uçebnik ruskoqo qracdanskoqo pravo (po izdaniö 1907 q.) M. 1995. 

Rimskoe çastnoe pravo. Uçebnik / Pod red. 

.B.Noviükoqo,  .S. Pereterskoqo. M., 1999. 

Mextiev Ö.A. Öridiçeskie qarantii cilihnıx prav sovetskix qracdan: Avtoref. dis. kand. örid.nauk / MQU 

im. M.V.Lomonosova. M., 1969. 

 

XV FƏS L 

L Z NQ MÜQAV LƏS  

§ 1. Lizinq müqaviləsinin anlayışı, hüquqi 

tənzimlənməsi, əhəmiyyəti, xüsusiyyətləri və elementləri 

1. Lizinqin anlayışı 

Lizinqin mahiyyətini başa düşmək üçün belə bir misal çəkək. Bir neçə şəxs sahibkarlıq fəaliyyətini həyata 

keçirmək və mənfəət əldə etmək üçün müəssisə təsis edirlər. Məlum məsələdir ki, bundan ötrü müəssisənin əm-

lakı (maşınları, sənaye və tikinti avadanlıqları, nəqliyyat vasitələri və digər əmlak növləri) olmalıdır. Lakin ba-

halı əmlakı əldə etməyə müəssisənin maliyyə vəziyyəti imkan vermir. Belə ki, onu satın almağa müəssisənin 

maddi vəsaiti çatmır. Bəs nə etməli? 

Vəziyyətdən  çıxmaq  məqsədilə  müəssisə  ona  lazım  olan  əmlakın  müəyyən  satıcıdan  satın  alınması  üçün 

banka  (və  ya  ixtisaslaşdırılmış  şirkətə)  müraciət  edir.  Bank  (və  ya  ixtisaslaşdırılmış  şirkət)  müəssisənin 

müraciəti əsasında onun göstərdiyi satıcıdan həmin əmlakı pulunu tam ödəməklə satın alır və satıcı ilə alqı-satqı 

müqaviləsi bağlayır. Alqı-satqı müqaviləsi bağlayan zaman bank (və ya ixtisaslaşdırılmış şirkət) satıcıya həmin 

müqavilənin məqsədini, yəni əmlakın sonradan müəssisənin müvəqqəti istifadəsinə verilməsi üçün əldə olun-

masını bildirir. 

Satıcı əmlakı banka (alıcıya) satsa da (bu zaman bank əmlakın pulunu ödəyir və onun mülkiyyətçisi olur) 

onu bilavasitə müəssisəyə verir. Nəticədə həmin əmlak müəssisənin müvəqqəti istifadəsinə keçir. Müəssisə əm-

lakdan istifadə edərək sahibkarlıq fəaliyyətini həyata keçirir və mənfəət əldə edir.  stifadə müddəti başa çatdıq-

da o, ya əmlakı mülkiyyətçiyə (banka və ya ixtisaslaşdırılmış şirkətə) qaytarır, ya istifadə müddətini uzadır, ya 

da əmlaka mülkiyyət hüququ əldə edir. 

Belə halda kompleks xarakterli əmlak münasibəti əmələ gəlir ki, ona lizinq münasibəti deyilir. Müəssisə, 

bank və satıcı lizinq münasibətinin iştirakçıları adlanır: müəssisəyə lizinq alan, banka lizinq verən, satıcıya isə 

mal göndərən (verən) deyilir. Satın alınaraq müəssisənin müvəqqəti istifadəsinə verilən əmlak isə lizinq əmla-

 və ya lizinq avadanlığı adlanır. 

Bankla (lizinq verənlə) satıcı arasında münasibətlər alqı-satqı müqaviləsi, müəssisə ilə (lizinq alanla) bank 

(lizinq verən) arasındakı münasibətlər isə lizinq müqaviləsi ilə rəsmiləşdirilir. 

Lizinq dedikdə, kompleks xarakterli elə bir əmlak münasibəti başa düşülür ki, bu münasibətə görə bir 

tərəfin (lizinq alanın, istifadəçinin) müraciətinə əsasən digər tərəf (lizinq verən, ixtisaslaşdırılmış şirkət) 

dəqiq olaraq müəyyənləşdirilmiş satıcıdan xüsusi olaraq lizinq alan üçün əldə etdiyi əmlakı onun müvəq-

qəti istifadəsinə verir, lizinq alan isə bunun əvəzində haqq ödəyir. 

Göründüyü kimi, lizinq müəyyən əmlakın haqq müqabilində kirayəyə verilməsidir. Belə ki, lizinq verənin 

pulunu tam ödəyib satıcıdan aldığı əmlak lizinq alanın müvəqqəti istifadəsinə verilir. Təsadüfi deyildir ki, lizinq 

ingilisjə «lease» sözündən olub, əmlakı alıb müvəqqəti istifadəyə vermək mənasını bildirir. Odur ki, lizinq əm-




 

505


lak kirayəsi deməkdir

Qeyd etməliyik ki, lizinq alan ona verilmiş əmlakdan yalnız istifadə etmir; o, həm də əmlakdan istifadə et-

məklə sahibkarlıq fəaliyyətini həyata keçirir və bunun nəticəsində mənfəət (gəlir) əldə edir. Buna görə də lizinq 

icarə  deməkdir.  Təsadüfi  deyildir  ki,  hüquq  ədəbiyyatı  səhifələrində  lizinqin  ingilisjə  «leasinq»  («to  lease») 

ifadəsindən olub «əmlakı almaq və icarəyə vermək» mənasını ifadə etməsi göstərilir.  

Beynəlxalq təjrübədə icarənin üç növü fərqləndirilir: 

 rentinq; 



 xayrinq; 

 lizinq.  



Rentinq  (rentina)  qısamüddətli  icarədir;  bu  növ  icarənin  müddəti  bir  neçə  gündən  bir  neçə  aya  kimidir. 

Rentinqin predmetini, bir qayda olaraq, nəqliyyat vasitələri, turist malları təşkil edir. 



Xayrinq  (hiring)  ortamüddətli  icarəyə  deyilir;  bu  icarə  növünün  müddəti  bir  neçə  aydan  bir  ilə  kimidir. 

Xayrinqin predmeti, adətən, nəqliyyat vasitələri, yol-tikinti maşınları, quraşdırma avadanlıqları və kənd təsərrü-

fatı maşınlarından ibarətdir. 

Lizinq (leasing) dedikdə isə uzunmüddətli icarə başa düşülür; icarənin bu növünün qüvvədə olma müddəti 1 

ildən çoxdur. Lizinqin predmeti, bir qayda olaraq, dəzgahlar, maşınlar, nəqliyyat vasitələri, tikinti və quraşdır-

ma avadanlıqları ola bilər. 

Ə

gər lizinq hüquqi baxımdan icarənin (kirayənin) bir formasıdırsa, iqtisadi planda o, çox vaxt maliyyələş-



dirmə üsulu, kapital qoyuluşunu həyata keçirmə vasitəsi kimi çıxış edir. Belə ki, lizinq predmeti olan əmla-

kı müəyyən satıcıdan satın alaraq müəssisəyə (lizinq alana) verməklə lizinq verən mahiyyətjə öz kapitalını is-

tehsal sferasına investisiya kimi qoyur. Ədəbiyyatda göstərilir ki, «lizinq» sözü pul – investisiya qoymaq de-

məkdir. Satın alınmış həmin əmlakın müəssisəyə (lizinq alana) icarəyə verilməsi əməliyyatı maliyyə xarakteri 

daşıyır və maliyyə əməliyyatı kimi çıxış edir. Bununla lizinq verən lizinq alana bir növ maliyyə krediti verir 

ki, həmin kredit xüsusi şərtlər əsasında qaytarılır. Odur ki, mahiyyətjə lizinq kredit əməliyyatı sayılır. Təsadüfi 

deyildir ki, beynəlxalq hüquqda o, kredit-kirayə adlanır. Amma lizinq kreditdən (kreditləşmədən) üstün olan, 

daha yüksək səviyyəli maliyyə əməliyyatıdır. Belə ki, bankdan kredit almaq kifayət qədər xərc çəkilməsinə sə-

bəb ola bilər; digər tərəfdən kredit verərkən bank gələjək borclunun (yəni kredit alanın) maliyyə vəziyyətini, 

«kredit tarixçəsini» (dosyesini) diqqətlə təhlil edir ki, bundan asılı olaraq o, kredit verilib-verilməməsi məsələ-

sini həll edir. Bəzən kredit verilməsi barədə müsbət qərar qəbul olunmur.

 

Göstərilənlərdən başqa lizinq bir sıra kompleks məsələləri  həll etməyə imkan verir. Bu məsələlərə aiddir: 



sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün əmlak əldə etmək və ondan istifadə etmək; əmlakdan istifadə et-

mək müddətini uzatmaq; həmin əmlaka mülkiyyət hüququ əldə etmək. Kredit əməliyyatı, ümumiyyətlə, heç bir 

ə

məliyyat (məsələn, nisyə alqı-satqı) bu kimi kompleks məsələləri həll edə bilmir. 



Lizinq  sahibkarlıq  fəaliyyətinin  xüsusi  xarakterli  bir  sahəsidir.  Maliyyə  əməliyyatı  kimi  o,  sahibkarlıq 

fəaliyyətinin həyata keçirilməsində vacib rol oynayır. Belə ki, lizinq sahibkarlıq fəaliyyətinə investisiya qoyul-

masının xüsusi formasıdır. Buna görə də lizinq münasibətlərinin əsas iştirakçıları sahibkarlardır. Digər tərəf-

dən  lizinq  əməliyyatının  əsas  sosial-iqtisadi  məqsədi  sahibkarlıq  fəaliyyətini  həyata  keçirməkdən  ibarətdir. 

Təsadüfi  deyildir  ki,  Almaniya  hüquq  doktrinasında  lizinq  sahibkarlıq  (ticarət)  əqdi  kimi  xarakterizə  olunur. 

Lakin lizinq xüsusi razılıq (lisenziya) tələb olunan, yəni lisenziyalaşdırılmış növünə aid olunmur. Buna görə 

də lizinq əməliyyatını həyata keçirmək üçün hər hansı dövlət orqanından xüsusi razılıq (lisenziya) alınması tə-

ləb edilmir.           

Qeyd etməliyik ki, müəyyən hallarda müəssisənin kommersiya fəaliyyətini həyata keçirmək üçün ilkin kapi-

talı olmur. Lizinq xidmət növündən istifadə etməklə müəssisə ilkin kapitalı – lizinq avadanlığını əldə edir. Li-

zinq avadanlığını maddi imkana malik olan bank, lizinq şirkətləri və s. alıb, həmin müəssisəyə uzun müddətə 

icarəyə verir. Belə halda bank, lizinq kompaniyası icarəyə verən, müəssisə isə icarəçi rolunda çıxış edir. Bu cür 

avadanlığı  on  və  daha  çox  ildən  sonra  icarəyə  verəndən  satın  almaq  mümkün  olur.  Həmin  avadanlığın  satın 

alınması üçün lazım olan pul vəsaiti lizinq avadanlığından istifadə etmək yolu ilə əldə edilir və qazanılır. Belə-

liklə, lizinq xidmət növündən istifadə etmək müəssisə üçün iqtisadi cəhətdən səmərəli və faydalı olur. 

Söylədiklərimizdən belə məlum olur ki, güjlü maddi və maliyyə imkanlarına malik olan banklar, lizinq şir-

kətləri və s. mülkiyyət hüququ əsasında maşınlar, avadanlıqlar, nəqliyyat vasitələri, istehsal qurğuları alıb, onla-

rı kommersiya fəaliyyəti ilə məşğul olmaq istəyən, lakin kapitaldan (maddi vəsaitdən) məhrum olan müəssisələ-

rə (firmalara) 5-8 və daha çox müddətə icarəyə verir.  carəçi müəssisə icarəyə götürdüyü əmlakdan istifadəyə 

görə vaxtaşırı olaraq icarəyə verən banklara, lizinq şirkətlərinə və s. ödəniş verir. Bu vəsaiti o, əmlakdan istifa-

də nəticəsində qazanır. Razılaşdırılmış müddət qurtardıqdan sonra icarəçi lizinq avadanlığını satın ala bilər. Bu-

nun üçün qalıq məbləğini ödəyir və avadanlıq üzərində mülkiyyət hüququ qazanır. əgər bu mümkün olmazsa, 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   436   437   438   439   440   441   442   443   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə