509
Lizinq müqaviləsinin tərəfləri hüquqlara malik olub vəzifələr daşıyırlar. Buna görə də lizinq müqaviləsi
iki-
tə
rə
fli (qarş
ılıqlı) müqavilə
dir.
Lizinq müqaviləsi müqavilənin mühüm şərti barədə tərəflər razılığa gəldikləri andan bağlanmış sayılır. Bu
andan tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir. Müqavilənin bağlanmış sayılması üçün əşyanın lizinq verən
tərəfindən lizinq alana istifadəyə verilməsi tələb edilmir. Buna görə də lizinq müqaviləsi konsensual müqavilə-
dir.
stifadəyə verilən əşyadan, bir qayda olaraq, sahibkarlıq məqsədi üçün istifadə olunur. Bu kimi məqsədi
həm lizinq verən, həm də lizinq alan güdür. Digər tərəfdən müqaviləni bağlayan tərəflər, adətən, sahibkarlardır.
Bunlardan başqa, lizinq əvvəldə qeyd etdiyimiz kimi, sahibkarlıq fəaliyyətinin xüsusi növü sayılır. Ona görə də
lizinq müqaviləsi sahibkarlıq müqaviləsidir. Təsadüfi deyildir ki, Almaniya hüquq doktrinasında lizinq müqa-
viləsi ticarət əqdi hesab edilir ki, bu növ əqd sahibkarlıq əqdi sayılır. Hüquq ədəbiyyatı səhifələrində birmənalı
şə
kildə göstərilir ki, lizinq müqaviləsi sahibkarlıq müqaviləsidir.
Lizinq müqaviləsinin bir neçə xarakterik əlaməti vardır. Bu əlamətlər onun fərqləndirici cəhətləridir.
Birincisi, lizinq müqaviləsi xüsusi formada investisiya qoyma və ya kreditləşdirmə məqsədilə bağlanılır.
Belə ki, lizinq verən pul vəsaiti qoyaraq əmlak alır və onu lizinq alanın istifadəsinə verir. Belə halda həmin əm-
lak investisiya və ya əmtəə krediti kimi çıxış edir. Bununla lizinq verən lizinq alanı maliyyələşdirir.
kincisi, lizinq müqaviləsi müddətli müqavilədir; bu müqavilənin qeyri-müəyyən müddətə bağlanmasına
yol verilmir.
Üçüncüsü, lizinq müqaviləsi lizinq alana istifadəyə götürülmüş əmlakı satın almaq və həmin əmlakın mül-
kiyyətçisi olmaq imkanı verir. Bunun üçün lizinq müqaviləsində bu barədə şərt nəzərdə tutulması tələb edilir.
stifadəyə verilmiş əmlak lizinq ödənişlərinin lizinq alan tərəfindən lizinq verənə verilməsi yolu satın alınır.
Dördüncüsü, lizinq müqaviləsi, bir qayda olaraq, uzun müddətə bağlanılır; özü də bu müddət çox vaxt isti-
fadəyə götürülmüş əmlakın effektiv xidmət (qulluq) müddətini əhatə edir və yəni əmlakın tam amortizasiya
müddətinə yaxınlaşır.
3. Lizinq münasibətlərinin (əməliyyatlarının)
hüquqi forması
Lizinq münasibətlərinin (əməliyyatlarının) hüquqi forması dedikdə, həmin münasibətlərin hüquqi rəsmi-
ləşdirmə vasitəsi başa düşülür. Qanun belə iki forma nəzərdə tutur (MM-in 747-5-ci maddəsi).
Lizinq münasibətlərinin birinci hüquqi forması iki müqavilənin bağlanmasını tələb edir. Başqa sözlə desək,
lizinq münasibətləri iki müqavilə ilə rəsmiləşdirilir. Birinci müqavilə lizinq verənlə satıcı arasında bağlanmış
alqı-satqı müqavilə
sidir. Alqı-satqı müqaviləsində göstərilməlidir ki, lizinq verən tərəfindən satın alınan əm-
lak xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir. Bu, lizinq əməliyyatının xarakterik xüsusiyyətlərindən biri-
dir. Digər tərəfdən alqı-satqı müqaviləsində həm də nəzərdə tutulmalıdır ki, lizinq alan bu müqavilədən irəli gə-
lən alıcı hüquqlarına malikdir. Məhz bu səbəbdən lizinqə verilən əmlakın alqı-satqı müqaviləsi üçüncü şəxsin
xeyrinə
bağ
lanan müqavilə hesab edilir ki, bu müqavilənin hüquqi cəhətləri MM-in 403-cü maddəsində göstə-
rilmişdir.
kinci müqavilə isə lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsidir. Bu, ikitərəfli əqd
olub, lizinqə verilən əmlakın alqı-satqı müqaviləsi ilə sıx surətdə bağlıdır. Lakin lizinq münasibətlərinin iştirak-
çılarından (subyektlərindən) biri olan satıcı lizinq müqaviləsinin bağlanmasında iştirak etmir.
Lizinq münasibətlərini (əməliyyatlarını) rəsmiləşdirməyin ikinci hüquqi forması üçtərəfli müqavilədir. Bu
müqavilənin bağlanmasında üç tərəf (satıcı; lizinq alan; lizinq verən) iştirak edir. Beynəlxalq maliyyə lizinqi
haqqında konvensiyaya görə lizinq münasibətləri məhz üçtərəfli müqavilə şəklində rəsmiləşdirilir.
¨ 3. Lizinq müqavilə
sinin elementlə
ri
1. Lizinq müqavilə
sinin predmeti (obyekti)
Lizinq müqavilə
sinin predmeti dedikdə, lizinqin obyekti, yəni lizinq münasibətlərinin (əməliyyatlarının)
obyekti başa düşülür. stifadəyə (lizinqə) hansı əşya verilərsə, o əşya da lizinq müqaviləsinin predmeti hesab
edilir. Deməli, lizinq müqaviləsinin predmeti lizinqə verilən əşyadır; ona lizinq əmlakı deyilir. O, bəzən lizinq
avadanlığı adlanır. Beynəlxalq maliyyə lizinqi barədə konvensiyada məhz bu termin işlədilir.
Lizinq əmlakının iki əsas xarakterik cəhəti vardır. Birinci cəhət ondan ibarətdir ki, lizinq əmlakı gəlir və
mə
nfəə
t vermə
k qabiliyyə
tli ə
mlak olmalıdır; həmin əmlak yalnız ona görə lizinqə verilir ki, ondan gəlir və
mənfəət götürmək mümkün olsun. kincisi, lizinq əmlakından lizinq alan əsasən sahibkarlıq məqsədləri
üçün istifadə
etmə
lidir, lizinq alan ondan şəxsi, ailə, məişət və ya ev məqsədləri üçün istifadə edə bilməz.
Beynəlxalq maliyyə lizinqi haqqında konvensiya da məsələyə bu cür yanaşır. Üçüncüsü, lizinqin predmeti (ob-
yekti) olan əmlak əsas vəsaitlər sırasına aid olmalıdır (MM-in 742-2-ci maddəsi).
Xarici ölkələrdə lizinq müqaviləsinin predmeti rolunda çıxış edir: maşınlar; nəqliyyat vasitələri; sənaye qur-