510
ğ
uları; maşınqayırma avadanlığı; tikinti avadanlığı; sənaye avadanlığı; dəzgahlar və s. əmlak. Bunlardan başqa,
dəniz gəmiləri, təyyarələr, konteynerlər, neft buruqları, neft-qaz kəşfiyyatı və hasilatı üçün zəruri olan avadan-
lıqlar lizinqə verilir.
Lizinq müqaviləsinin predmeti həm daşınar əşya, həm də daşınmaz əşya (məsələn, torpaq sahəsi, istehsal tə-
yinatlı binalar və s.) ola bilər.
2. Lizinq müqavilə
sinin tə
rə
flə
ri
Qeyd etmək lazımdır ki, «lizinq münasibətinin subyektləri» və «lizinq müqaviləsinin tərəfləri» anlayışlarını
bir-birindən fərqləndirmək lazımdır. Lizinq münasibətinin subyektləri dedikdə, lizinq əməliyyatında iştirak
edən şəxslər – lizinq əməliyyatının iştirakçıları başa düşülür. Onlara aiddir: lizinqə verilən əmlakın satıcısı; li-
zinq verən; lizinq alan. Lizinq münasibətinin subyektləri (iştirakçıları) olan satıcı, lizinq verən və lizinq alan öz
aralarında bir-biri ilə bir yox, iki ayrıca müqavilə ilə bağlıdır: alqı-satqı müqaviləsi ilə; lizinq müqaviləsi ilə.
Ə
vvəldə qeyd etdiyimiz kimi, alqı-satqı müqaviləsi satıcı və lizinq verən arasında, lizinq müqaviləsi lizinq ve-
rənlə lizinq alan arasında bağlanır.
Satıcı lizinq müqavilə
sinin bağ
lanmasında iş
tirak etmir. Satıcı dedikdə,
lizinq obyektini lizinq verənə satan şəxs başa düşülür. O, lizinq verənlə alqı-satqı müqaviləsi bağlayır. Həm fi-
ziki şəxs, həm də hüquqi şəxs satıcı ola bilər. Satıcı sahibkarlıq münasibətinin iştirakçısı olmalıdır.
Lizinq müqaviləsinin tərəfləri dedikdə, bu müqavilənin bağlanmasında iştirak edən şəxslər başa düşülür.
Söhbət iki tərəfdən gedir: lizinq verən; lizinq alan. Buna görə də satıcı lizinq müqaviləsinin tərəfi hesab olun-
mur.
Ə
gər lizinq münasibəti üçtərəfli müqavilə şəklində rəsmiləşdirilərsə, onda «lizinq münasibətinin subyektlə-
ri» və «müqavilənin tərəfləri» anlayışları üst-üstə düşür. Belə ki, bu kimi halda üç şəxs həm müqavilənin tərəf-
ləri, həm də lizinq münasibətinin subyektləri hesab olunurlar.
Lizinq müqaviləsinin tərəfləri lizinq müqaviləsinin subyektləridir. Buna görə də lizinq müqaviləsinin bağ-
lanmasında tərəf kimi iştirak etməyən satıcı müqavilənin subyekti sayılmır. Odur ki, qanunverici qeyri-dəqiqli-
yə yol verərək satıcını lizinq müqaviləsinin subyektləri sırasına aid edir (MM-in 747-ci maddəsi). Satıcı lizinq
müqaviləsinin subyekti yox, lizinqin subyektidir və ya lizinqin iştirakçısıdır.
Lizinq verə
n dedikdə, satıcıdan əldə etdiyi əmlakı lizinq alana müvəqqəti, müddətli və əvəzli istifadəyə ve-
rən şəxs başa düşür. Bir qayda olaraq, lizinq verən rolunda sahibkar statusu olan fiziki şəxslər (fərdi sahibkar-
lar), həm də hüquqi şəxslər (kommersiya təşkilatları) çıxış edə bilər. Əgər sahibkarlıq fəaliyyəti ilə məşğul ol-
mağa icazə verilərsə, qeyri-kommersiya təşkilatlarının lizinq verən ola bilmələri mümkündür.
Lizinq verən rolunda, adətən, ixtisaslaşdırılmış lizinq şirkətləri, habelə banklar çıxış edirlər. Lizinq şirkəti
dedikdə, elə bir maliyyə şirkəti başa düşülür ki, o, lizinqə verilən əmlakın satın alınmasını rəsmiləşdirir və ma-
liyyələşdirir. Son zamanlar bəzi xarici ölkələrdə lizinq verən rolunda sığorta şirkətləri və pensiya fondları da çı-
xış edirlər. Lizinq verənin səlahiyyətli dövlət orqanından xüsusi razılıq (lisenziya) alması tələb edilmir. Belə ki,
lizinq lisenziyalaşdırılmış fəaliyyət növü sayılmır və prezidentin 2 sentyabr 2002-ci il tarixli fərmanı ilə təsdiq
olunmuş xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısından çıxarılmışdır.
Lizinq alan dedikdə, elə bir şəxs başa düşülür ki, lizinq əmlakı müvəqqəti, haqqı ilə məhz onun istifadəsinə
verilir. Həm fiziki şəxslər (sahibkar statusu olan fiziki şəxslər), həm də hüquqi şəxslər (kommersiya təşkilatları)
lizinq alan rolunda çıxış edə bilərlər. Lizinq alan sahibkarlıq münasibətinin iştirakçısı olmalıdır. Bu, məlum mə-
sələdir. Belə ki, lizinq əmlakından, adətən, sahibkarlıq məqsədləri üçün istifadə edilir. Digər tərəfdən lizinq mü-
qaviləsinin sosial-iqtisadi məqsədi sahibkarlıq fəaliyyətini həyata keçirməkdən ibarətdir. Əgər sahibkarlıq
fəaliyyəti ilə məşğul olmağa icazə verilərsə, qeyri-kommersiya təşkilatları da lizinq alan rolunda çıxış edə bilər-
lər.
Xarici ölkələrdə lizinq alan qismində avadanlıqlarının yeniləşdirilməsinə ehtiyacı olan istehsal şirkətləri (sə-
naye, tikinti, nəqliyyat və s. müəssisələri) iştirak edir. Lizinq müqaviləsi icarə müqaviləsinə oxşadığına görə bə-
zi ölkələrdə lizinq alan icarəçi, lizinq verən isə icarəyə verən adlanır.
3. Lizinq müqavilə
sinin digə
r elementlə
ri
Forma və
bağ
lanma qaydası lizinq müqaviləsinin elementlərindən biridir. MM-in 748-ci maddəsi lizinq
müqaviləsinin formasının tənzimlənməsinə həsr olunmuşdur.
Qanun müəyyən edir ki, lizinq müqaviləsi yazılı formada bağlanılır (MM-in 748.1-ci maddəsi). Bu zaman
iki yoldan istifadə oluna bilər. Birinci yol müəyyən bir adi sənəd tərtib etməkdən ibarətdir ki, həmin sənədi tə-
rəflər imzalayırlar. kinci yol sənədlərin mübadiləsi yoludur (MM-in 406.3-cü maddəsi). Sənədlər rabitə vasi-
tələri (poçt, teleqraf, telefon, faks və digər vasitələr) ilə mübadilə edilir. Bu vasitələr sənədin müqavilə bağlayan
tərəfdən gəldiyini dürüst müəyyən etməlidir.
Lizinq müqaviləsinin forması barədə qanunun göstərişi imperativdir. Buna görə həmin göstərişə əməl olun-
mazsa, lizinq müqaviləsi etibarsız sayılır. Odur ki, lizinq müqaviləsi şifahi formada bağlana bilməz.