501
Ş
übhəsiz ki, kirayəyə verilmiş əşyanın saxlanması və ya bərpası zəruri xərclərin çəkilməsini tələb edir.
Bunsuz əşyanı istifadə üçün yararlı və saz vəziyyətdə saxlamaq mümkün deyil. Ona görə də kirayəçi əşyanın
saxlanması və ya bərpası (təmiri) üçün lazımi xərclər çəkir. Kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ödə-
mə
k kirayə verənin vəzifəsini təşkil edir. Bununla belə, o, bütün xərcləri yox,
yalnız qanunda nə
zə
rdə
tutulan
xə
rclə
ri ödə
mə
yə
borcludur (MM-in 680.1-ci maddəsi). Bu cür əvəzi ödənilən xərclərə aiddir: istismar, qulluq
və təmizləmə xərcləri (müqavilənin predmeti binalar, qurğular və nəqliyyat vasitələri olduqda); qulluq və bəslə-
mə xərcləri (müqavilənin predmeti heyvan olduqda).
Kirayəçi kirayəyə götürülmüş əşyanın yaxşılaşdırılması üçün kirayə verənin razılığı olmadan xərclər, ha-
belə digər məqsədlər üçün də xərclər çəkə bilər. Belə halda onun etdiyi hərəkətlər özgə işlərini tapşırıqsız
aparma (MM-in 57-ci fəsli) hesab edilir. Əgər əşya üçün çəkilən xərclər kirayə verənin mənafeyinə və ehtimal
olunan istəyinə uyğun gələrsə, onda kirayə verən kirayəçinin tələbi ilə həmin xərclərin əvəzini ödəməyə borclu-
dur (MM-in 1090.1-ci maddəsi). Əşya üçün çəkilən xərclər kirayə verənin mənafeyinə və ehtimal olunan istəyi-
nə uyğun gəlməyə də bilər. Belə halda da kirayəçi kirayə verəndən xərclərin əvəzinin ödənilməsini tələb edə bi-
lər. Bu o vaxt mümkün ola bilər ki, yaxşılaşdırılmasına xərc çəkilən əşyanın istifadə edilməsindən kirayə verən
fayda götürsün, əmlakını artırsın (MM-in 1090.2-ci maddəsi).
Kirayə verən digər vəzifələr də daşıya bilər. Məsələn o, müqavilə ləğv edildikdən sonra hər hansı müddət
üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır (MM-in 697.3-cü maddəsi). O, kirayə müqaviləsində
müddət nəzərdə tutulmadığı halda müqavilənin ləğvinə dair bildiriş verə bilər. Kirayə verən həm də hüquqlara
malikdir. Belə ki, torpaq sahəsini və ya yaşayış evini kirayəyə verərsə, onun kirayəçinin həmin torpaq sahəsində
və ya həmin otaqlarda olan əşyalarına girov hüququ vardır (MM-in 698.1-ci maddəsi). Qanunun göstərişi əsa-
sında yarandığına görə ona qanuni girov deyilir və buna görə də girov müqaviləsi bağlanması tələb edilmir. Gi-
rov hüququ kirayəyə verən qarşısında kirayəçinin öz öhdəliklərini (məsələn, kirayə haqqını ödəmək öhdəliyini
və s.) icra etməsini təmin edir.
2. Kirayə
çinin hüquq və
və
zifə
lə
ri
Kirayəçinin əsas vəzifəsi özünü vicdanlı kirayəçi kimi aparmaqdan ibarətdir, yəni o, əşyadan vicdanla
istifadə etməlidir. Vicdanlı kirayəçi anlayışı kirayəçi tərəfindən bir sıra tələblərə (şərtlərə) əməl edilməsini ifadə
edir:
●
əşyadan müqavilə şərtlərinə və onun təyinatına uyğun olaraq istifadə etmək;
●
əşyadan istifadə etmək prosesində kirayə verənin hüquqlarını mühüm dərəjədə pozmamaq;
●
əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlamamaq; onu üçüncü şəxslərə verməmək;
●
əşyanı təhlükəyə məruz qoymamaq.
Kirayəçinin əsas vəzifələrindən biri onun kirayəyə götürdüyü əşyanı
üçüncü şə
xsin istifadə
sinə
vermə
-
mə
sində
n, o cümlə
də
n ikinci ə
ldə
n kirayə
yə
vermə
mə
sində
n ibarətdir. Bununla bərabər, onun ixtiyarı çatır
ki, əşyanı üçüncü şəxslərə versin. Bunun üçün kirayəyə verənin razılığı tələb olunur. Lakin kirayəçi kirayə ve-
rənin razılığı olmadan əşyanı kirayə verənin ailəsinin tərkibinə daxil olan üçüncü şəxsin istifadəsinə verə bilər.
Beləliklə, kirayə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayə verənin ailəsinin tərki-
binə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ
yoxdur (MM-in 683.1-ci maddəsi). Əgər kirayəyə verilən əşya kirayə verənin razılığı ilə istifadə üçün hər hansı
üçüncü şəxsə və ya ikinci əldən kirayəyə verilərsə, onda kirayə verən qarşısında üçüncü şəxs yox, kirayəçi mə-
suliyyət daşıyır.
Kirayəçinin özünün vicdanlı kirayəçi vəzifələrini pozması (məsələn, kirayəçi kirayəyə götürdüyü yaşayış
evində ticarət və ya istehsal işləri ilə məşğul olur və s.) müəyyən hüquqi nəticəyə səbəb olur. Bu, kirayə verənə
ixtiyar verir ki, o, kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən birtərəfli qaydada ləğv etsin.
Kirayəçi belə halda müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddia ilə məhkəməyə də
müraciət edə bilər (MM-in 685.1-ci maddəsi).
Kirayəçinin əsas vəzifələrindən biri kirayə haqqını vaxtında ödəməkdən ibarətdir. Onun bu vəzifəni
icra etməməsi müəyyən hüquqi nəticənin əmələ gəlməsini şərtləndirir. Belə ki, kirayə verən xəbərdarlıq müd-
dətini gözləmədən kirayə müqaviləsini birtərəfli qaydada ləğv edə bilər:
●
kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdik-
də;
●
ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi
haqqının ödə
nilmə
sini gecikdirdikdə.
Müqavilə ləğv edilən vaxta kimi kirayəçi gecikdirilən kirayə haqqını ödəyə bilər. Belə halda müqavilə
ləğv edilmir.
Kirayə hüquq münasibəti ləğv edildikdə kirayəyə götürdüyü əşyanı kirayə verənə qaytarmaq kirayəçi-