Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə435/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   431   432   433   434   435   436   437   438   ...   490

 

499


müqavilə əsasında başqa şəxslərə verə bilər. Belə halda müstəsna hüquqların kirayəyə verilməsindən söhbət ge-

də bilməz. 

Biz tez-tez fonoqramların istifadə olunduğu müxtəlif cür kassetlərin video salonlardan kirayəyə verilməsi-

nin şahidi oluruq. Belə halda müstəsna hüquqlar yox, fonoqramların ifadə olunduğu əşya formasında maddi ob-

yektlər (maddi daşıyıcı) kirayəyə verilir və həmin münasibətlər əmlak kirayəsi müqaviləsi ilə rəsmiləşdirilir.  

Ə

mlak kirayəsi müqaviləsinin predmeti olan əşyaların dairəsi çox genişdir. Bu onunla izah olunur ki, hə-



min müqavilənin yerinə yetirdiyi sosial funksiya son dərəjə genişdir. 

3. Müqavilənin digər elementləri 

Qanun müqavilənin formasını xüsusi olaraq tənzimləmir. Başqa sözlə desək, qanunla əmlak kirayə mü-

qaviləsinin forması üçün xüsusi tələb irəli sürülmür. Ona görə də əqdin forması haqqında qaydalar bu mü-

qavilənin formasının tənzimlənməsində tətbiq edilə bilər. Ona görə də əmlak kirayəsi müqaviləsi həm şifahi, 

həm də yazılı formada bağlanılır. Bu, tərəflərin qarşılıqlı razılığından asılıdır. 

Tərəflərin qarşılıqlı razılığı ilə əmlak kirayəsi müqaviləsi, qanunla bu müqavilə üçün notarial forma nə-

zərdə tutulmuş olmasa da, notariat qaydasında təsdiqlənə bilər



Müqavilənin qiyməti onun elementlərindən biridir. Kirayəçinin əşyadan istifadə üçün kirayə verənə ödə-

diyi kirayə haqqı müqavilənin qiymətini ifadə edir. Kirayə haqqı, bir qayda olaraq, tərəflərin razılığı ilə müəy-

yən edilir. 

Kirayə haqqının ödəniş müddəti kirayə müddətindən asılı olaraq təyin edilir. Kirayə müddəti bir aydan qı-

sa olan hallarda kirayə haqqı həmin müddətin sonunda ödənilir. Kirayə müddəti bir aydan çox olan hallarda isə 

ə

mlak  kirayəsi  haqqının  zərurət  olduqda  hər  ayın  sonunda  hissə-hissə  ödənilməsi  nəzərdə  tutulur  (MM-in 



684.1-ci maddəsi). Bəzi hallarda kirayə haqqının ayrı-ayrı zaman hissələrinin sonunda ödənilməsi qaydası mü-

ə

yyən edilə bilər. Bu qayda kirayə haqqının zaman hissələri üzrə hesablandığı hallarda tətbiq edilir. 



Elə hallar yaranır ki, kirayəçi ondan asılı olan müxtəlif səbəblərə görə kirayəyə götürdüyü əşyadan istifa-

də hüququnu həyata keçirə bilmir. Bu səbəblər şəxsi xarakter daşıyır. Məsələn, kirayəçinin uzun müddətə eza-

miyyətə və ya məzuniyyətə getməsi və ya onun xəstələnməsi və s. bu cür hallara misal ola bilər. Göstərilən hal-

da kirayəçi kirayə haqqını ödəməkdən azad edilmir (MM-in 684.2-ci maddəsi). O, belə halda da kirayə haqqını 

ödəyir. 

Ə

mlak kirayəsi müqaviləsinin müddətinə gəldikdə isə onu göstərmək lazımdır ki, qiymət kimi müddə



də müqavilənin mühüm şərti sayılmır. Müddət tərəflərin razılığı ilə müəyyən edilir. 

Ə

mlak  kirayəsi  müqaviləsi  həm  müddət  göstərilməklə,  həm  də  göstərilməməklə  bağlana  bilər.  Birinci 



halda müqaviləyə müddətli, ikinci halda isə qeyri-müəyyən müddətə bağlanan müqavilə deyilir. Əgər müqa-

vilədə kirayə müddəti göstərilməyibsə, bu, qeyri-müəyyən müddətə bağlanan əmlak kirayəsi müqaviləsi hesab 

edilir. Müqavilə üzrə müddət qanunda nəzərdə tutulan üsullarla təyin edilir (MM-in 367-ci maddəsi). 

Müqavilənin bağlandığı müddət bitdikdə kirayə müqaviləsi üzrə mülki hüquq münasibətinə xitam verilir. 

Qeyri-müəyyən müddətə bağlanan əmlak kirayəsi müqaviləsi üzrə hüquq münasibəti isə tərəflərin bildiriş ver-

məsi yolu ilə ləğv edilir. Qanun əmlak kirayəsi müqaviləsinin ləğvi barədə bildirişin şifahi formada yox, yazılı 

formada verilməsini nəzərdə tutur (MM-in 690.1-ci maddəsi). Bildirişdə tərəflər müqavilənin ləğvini şərtləndi-

rən əsasları hərtərəfli və tam göstərməyə borcludurlar. Özü də kirayə hüquq münasibətinin istənilən iştirakçısı 

ə

mlak kirayə müqaviləsinin ləğvinə dair bildiriş vermək ixtiyarına malikdir. 



Müqavilənin elementləri barədə söhbətimizi yekunlaşdıraraq göstərmək lazımdır ki, müqavilənin predme-

ti kimi yalnız istehlak olunmayan əşyalar çıxış edə bilər. Ona görə ki, müqavilənin müddəti başa çatdıqda kira-

yəçinin əşyaya sahiblik hüququna xitam verilir və bu səbəbdən o, əşyanı sahibinə qaytarmağa borcludur. Roma 

hüququnda da belə idi. 



§ 3. Müqavilənin məzmunu 

1. Kirayə verənin vəzifələri 

Müqavilənin bağlanılmasında iştirak edən tərəflərin, yəni kirayə verənlə kirayəçinin hüquq və vəzifələri 

ə

mlak kirayəsi müqaviləsinin məzmununu təşkil edir. 

Kirayə verən bağlanmış müqaviləni icra etmək üçün bir neçə vəzifə daşıyır. Onun ən əsas vəzifəsi kira-



yəçiyə müqavilə şərtlərinə uyğun gələəşya verməkdən ibarətdir. O, əmlakı kirayəçiyə əmlakın təyinatına 

müvafiq vəziyyətdə verməlidir. 

Ə

mlak  kirayəsi  müqaviləsinin  predmeti  olan  əşya  qanunun  müəyyən  etdiyi  tələblərə  uyğun  gəlməlidir 



(MM-in 676-cı maddəsi). Bu cür tələblər əhatə edir: 

 kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 



 kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır; 

 kirayəyə elə əşya verilməlidir ki, üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları onun müqavilədə 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   431   432   433   434   435   436   437   438   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə