493
bağlandığı zaman satıcının elan etdiyi qiyməti ödəmək təşkil edir. Alıcının malın qiymətinin ödənildiyini təsdiq
edən sənədi əldə etdiyi (malın qiymətini ödədiyi) andan müqavilə lazımi formada bağlanmış sayılır (MM-in
615-ci maddəsi).
Pərakəndə alqı-satqı müqaviləsində malın qiymətinin qabaqjadan ödənilməsi nəzərdə tutula bilər. Bu onu
ifadə edir ki, alıcı öz vəzifəsini mal ona verilməmişdən qabaq yerinə yetirir. Malların pərakəndə nisyə alqı-satqı
müqaviləsində, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilədə alıcı
malın qiymətini ödəmək vəzifəsini isə mal ona verildikdən sonra həyata keçirir. Bu cür müqavilələrdə alıcının
öz vəzifəsini icra etmək vaxtı ilə müqavilə bağlamaq vaxtı üst-üstə düşmür.
Alıcı malın qiymətini ödədikdən sonra onu qəbul etməyə borcludur. Bu, onun vəzifəsidir. Alıcının göstə-
rilən həmin vəzifəsi icra vaxtı ilə bağlanma vaxtı üst-üstə düşən (müqavilə bağlanarkən icra edilən) pərakəndə
alqı-satqı müqavilələri üçün xarakterikdir.
Alıcının daşıdığı vəzifələrdən biri qiymətlər arasındakı fərqi ödəməkdən ibarətdir. Belə ki, o qeyri-ərzaq
malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə
başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə
fərq olduqda, alıcı həmin borcu ödəməyə borcludur (MM-in 623.1-ci maddəsi).
Alıcı vəzifələr daşımaqla bərabər, həm də hüquqlara malikdir. Məsələn, qüsuru olan mal satılarkən alıcı
müəyyən tələb irəli sürmək hüququna malikdir. Alıcının ixtiyarı var ki, qeyri-ərzaq malını başqa ölçülü, forma-
lı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirsin, mal haqqında (qiyməti, istehlak xassələri, tə-
minat öhdəlikləri və s.) informasiya alsın, ona dəyən mənəvi ziyanın ödənilməsini tələb etsin və s.
4. Pərakəndə alqı-satqı müqaviləsinin formaları
MM-də pərakəndə alqı-satqı müqaviləsinin bir sıra formaları nəzərdə tutulmuşdur. Pərakəndə alqı-satqı mü-
qaviləsinin hər bir formasının mülki-hüquqi tənzimlənməsi müəyyən xüsusiyyətlərə malikdir. MM ilə nizama
salınan və əhatə edilən müqavilələr ümumi mülki pərakəndə alqı-satqı müqaviləsi adlanır. Bu cür müqavilə-
yə aiddir:
●
malın alıcı tərəfindən müəyyən müddətdə qəbul edilməsi şərtilə satılması (MM-in 618-ci maddəsi);
●
malların nümunələr üzrə satılması (MM-in 619-cu maddəsi);
●
malların avtomatlardan istifadə etməklə satılması;
●
malın alıcıya çatdırılma şərti ilə satılması.
Pərakəndə alqı-satqı müqaviləsi alıcının malı müqavilədə müəyyənləşdirilmiş müddətdə qəbul etmək şərti ilə
bağlanarsa, bu cür müqavilə malın alıcı tərəfindən müəyyən müddətdə qəbul edilməsi şərti ilə bağlanan pə-
rakə
ndə
alqı-satqı müqavilə
si adlanır. Bu müqavilənin mühüm xüsusiyyəti ondan ibarətdir ki, göstərilən müd-
dət ərzində mal başqa şəxsə satıla bilməz. Həmin müddətdə satıcı malı ticarət dövriyyəsindən çıxarmaq kimi
ə
lavə vəzifə daşıyır. Əvvəlki mövzuların birində göstərilən müqavilə növünə toxunduğumuza görə bu barədə
geniş söhbət açmağı lazım bilmirik.
Pərakəndə alqı-satqı müqaviləsi satıcı tərəfindən təklif edilmiş mal nümunəsi (onun təsviri, malların katalo-
qu və s.) ilə tanış olma əsasında bağlanarsa, bu cür müqaviləyə malların nümunələr üzrə satışı müqaviləsi
deyilir. Bu müqavilənin mühüm cəhəti ondan ibarətdir ki, malı alarkən alıcı onun keyfiyyəti və başqa istehlak
xüsusiyyətləri barədə satıcı tərəfindən təklif edilmiş mal nümunəsi əsasında məlumat alır. Alıcı malın keyfiyyə-
ti və digər xüsusiyyətlərinə yalnız mal nümunəsinə baxmaqla qiymət verir. Müqavilənin ikinci xüsusiyyəti
onunla şərtlənir ki, mal müqavilədə göstərilmiş yerə, müqavilədə malın verilməsi yeri nəzərdə tutulmadıqda isə
fiziki şəxsin yaşayış yeri üzrə və ya hüquqi şəxsin olduğu yer üzrə alıcıya çatdırılır. Mal nümunəsi dedikdə vit-
rində, piştaxtada və digər yerlərdə alıcıların tanış olması üçün qoyulan malın bir nüsxəsi başa düşülür. Malın
təsvirinin verilməsi, onun təsvirinin kataloqda əks olunması analoji məqsəd güdür. Bir qayda olaraq, fiziki şəxs-
lərin yaşayış yerinə çatdırılmaqla nümunələr əsasında iriqabaritli mallar (mebel, soyuducu, paltaryuyan maşın,
tikiş maşını, motosikl, velosiped, pianino və s.) satılır.
Alıcı birtərəfli qaydada malın nümunəsi üzrə pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər.
Bunun üçün iki şərtin olması tələb olunur. Birincisi, mal verilənədək müqavilənin icrasından imtina edilməsinə
yol verilir. kincisi, alıcı satıcıya müqavilənin yerinə yetirilməsi üzrə hərəkətlərin icrası ilə əlaqədar çəkdiyi zə-
ruri xərclərin əvəzini ödəyir.
Malların avtomatlardan istifadə
etmə
klə
satılması müqavilə
si konklyudent hərəkətlə bağlanılır. Bu cür
müqavilə bağlanan halda satıcı əlavə vəzifə daşıyır. Bu vəzifə satıcının adı (firma adı), olduğu yer, habelə malı
almaq üçün alıcının yerinə yetirməli olduğu hərəkətlər haqqında məlumatlar verilməsindən ibarətdir. Bu cür
məlumat avtomat sahibi tərəfindən avtomatda yerləşdirilir və bu üsulla alıcıya çatdırılır. nformasiya alıcıya
başqa üsulla da çatdırıla bilər. Avtomat onun sahibinin xüsusi təsərrüfatında olur. Avtomat sahibi və satıcı eyni
şə
xs olmaya da bilər. Məsələn, avtomat sahibi satıcıya avtomat qoymaq üçün yer ijarəyə verərsə, onda avtomat