492
rinə yetirməlidir. Bu öhdəliyi müqavilə öhdəliyi yox, şərti olaraq müqaviləqabağı öhdəlik adlandırmaq olar.
Satıcının informasiya verməkdən ibarət olan müqaviləqabağı vəzifə daşıması pərakəndə alqı-satqı müqaviləsi-
nin ümumi müqavilə növünə aid edilməsi ilə izah olunur.
Müqaviləqabağı münasibətlərdə həm də alıcı iştirak edir. Belə ki, alıcı pərakəndə alqı-satqı müqaviləsi bağ-
lanana kimi satış üçün təklif olunan malı gözdən keçirmək hüququna malikdir. Onun ixtiyarı vardır ki, öz ya-
nında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını satıcıdan tələb etsin. Alıcı-
nın göstərilən hərəkətləri pərakəndə ticarət qaydalarına zidd olmamalıdır.
Mal barədə informasiyanın məzmununa aid tələblər qanunla və pərakəndə ticarətdə adətən irəli sürülən qay-
dalarla müəyyən edilir. nformasiya zəruri və düzgün olmalıdır (MM-in 617.1-ci maddəsi).
Zəruri informasiya dedikdə, onun kifayət qədər dolğun və tam ifadə etdiyi məlumat başa düşülür. nforma-
siya alıcıya elə həcmdə və məzmunda verilməlidir ki, o, malın xüsusiyyətləri, ondan istifadə qaydaları və s. ba-
rədə alıcıda dəqiq təsəvvür yarada bilsin. Bunun nəticəsində alıcı öz istəyinə uyğun olaraq düzgün mal seçir.
Düzgün informasiya dedikdə, mal haqqında həqiqətə uyğun gələn, yanlış olmayan məlumatlar başa düşülür.
Mal barəsində verilən düzgün informasiya alıcı tərəfindən malın seçilməsində yanlışlığa və səhvə yol verilməsinə
səbəb olmur.
Qeyd etdik ki, informasiyanın məzmununa aid tələblər əsasən qanunla müəyyən edilir. « stehlakçıların hü-
quqlarının müdafiəsi haqqında» qanunun 13-cü maddəsində bu cür tələblərin dairəsinə aid edilir:
●
malın qiyməti;
●
istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün
zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı);
●
əldə edilməsi şərtləri;
●
təminat öhdəlikləri və iddiaların irəli sürülməsi;
●
malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadə üsulları və qaydaları.
Satıcı istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və
düzgün məlumat verməlidir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 13-cü maddəsinin 1-
ci bəndi). stehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı olmalıdır. stehsal mar-
kasında müəyyən məlumatlar göstərilir: mal istehsalçısının adı; onun mənsubiyyəti və yeri; standartların (nor-
mativ sənədlərin) şifrəsi.
Malda bəzi hallarda etiket (yarlıq) olmalıdır. Qanun sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı
malda etiketin (yarlığın) olmasını nəzərdə tutur. Etiketdə müəyyən məlumatlar verilir: sahibkarlıq fəaliyyəti ilə
məşğul olmaq hüququ verən sənədin nömrəsi; həmin sənədi təsdiq edən orqanın adı; onun sertifikatlaşdırılması;
xüsusi tələblərə javab verən mallar üçün dövlət standartlarının nömrəsi.
« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanun satılan mal barəsində satıcı tərəfindən yanlış məlu-
matın və kifayət qədər dolğun olmayan məlumatın verilməsinin hüquqi nəticələrini müəyyən edir. Əgər satıcı-
nın göstərilən hərəkətləri alıcının lazımi xassələrə malik olmayan malı almasına səbəb olmuşdursa, onda alıcı
müqavilə
nin ləğ
v edilmə
sini və
itkilə
rin ödə
nilmə
sini tə
lə
b edə
bilə
r.
Alıcıya zəruri və düzgün informasiya verilməməsinin hüquqi nəticələri MM-də (617-ci maddəsinin 3-cü
bəndi) nəzərdə tutulmuşdur. Bu nəticələr pərakəndə alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmamasından asılı
olaraq müxtəlif olur. Əgər satıcı müqavilə bağlanana kimi alıcıya məlumat verməzsə, o, pərakəndə alqı-satqı
müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində alıcıya dəyən zərəri ödəməlidir.
Müqavilə bağlandıqdan sonra alıcının ixtiyarı vardır:
●
ağlabatan müddətdə müqavilənin icrasından imtina etmək və mal üçün ödədiyi məbləğin geri qayta-
rılmasını və
digə
r zə
rə
rin ə
və
zinin ödə
nilmə
sini tə
lə
b etmə
k;
●
zəruri və düzgün informasiya verilməməsi nəticəsində malda aşkar edilən qüsurlara görə MM-in 624-cü
maddə
sinə
uyğ
un olaraq tə
lə
b irə
li sürmə
k;
●
mal haqqında zəruri və düzgün informasiya verilməməsi nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına
və
ya ə
mlakına, yaxud hüquqi şə
xsin ə
mlakına də
yə
n zə
rə
rin ə
və
zinin ödə
nilmə
sini tə
lə
b etmə
k, bu
şə
rtlə ki, mal sahibkarlıq məqsədi ilə istifadə edilmək üçün deyil, yalnız istehlak məqsədi ilə əldə edilsin
(MM-in 1128-ci maddəsi). Belə halda delikt öhdəliyi əmələ gəlir.
Sonuncu halda satıcı dəyən zərəri onun təqsiri olub-olmamasından asılı olmayaraq ödəyirsə, malın alıcıya
verilməsindən sonra əmələ gəlmiş qüsurlara görə isə o, yalnız təqsiri olduqda və təqsiri sübuta yetirildikdə mə-
suliyyət daşıyır. Belə halda sübutetmə yükünü alıcı çəkir (MM-in 617.4-cü maddəsi).
3. Alıcının və
zifə
lə
ri və
hüquqları
Pərakəndə alqı-satqı müqaviləsində alıcının əsas vəzifəsi satıcıdan kassa və ya əmtəə çeki və ya malın
ödə
nildiyini tə
sdiq edə
n digə
r sə
nə
d almaqdan ibarətdir. Daha doğrusu, alıcının əsas vəzifəsini müqavilə