517
bitməsə də, lizinq müəssisəsi ilə lizinq alan müqaviləni pozmaq üçün qarşılıqlı razılığa gəlirlər.
Mə
hkə
mə
nin qə
rarı lizinq müqaviləsinə xitam verilməsi əsaslarından biri sayılır. Məsələn, müqavilənin ba-
ğ
lanmasında iştirak edən müəssisələrin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar
onun qeydiyyatının etibarsız sayılması barədə məhkəmə qərarı lizinq müqaviləsinin pozulmasına səbəb ola bi-
lər.
Lizinq müqaviləsi müqavilənin predmeti olan əmlak
qarş
ısıalınmaz qüvvə
nə
ticə
sində
mə
hv olduqda, mü-
qavilə ləğv edilir. Qarşısıalınmaz qüvvə dedikdə müxtəlif cür təbii fəlakət hadisələri (ildırım, tufan, qasırğa,
daşqın, zəlzələ və s.) başa düşülür.
Qanunda və müqavilədə lizinq müqaviləsinin ləğv edilməsinin digər halları da nəzərdə tutula bilər. Bu cür
halların müəyyənləşdirilməsi istisna edilmir.
2. Müqaviləyə xitam verilməsinin nəticələri
Lizinq müqaviləsinin ləğv edilməsi müəyyən hüquqi nəticələrə səbəb olur. Bu cür nəticələrə aiddir:
●
lizinq əmlakının lizinq verənə qaytarılması;
●
əmlakın qaytarılması ilə bərabər lizinq verənə dəyən zərərin əvəzinin ödənilməsi;
●
əmlakın geri götürülməsi ilə bərabər lizinq alana dəyən zərərin əvəzinin ödənilməsi.
Lizinq müqaviləsinin müddəti qurtardıqdan sonra lizinq əmlakını icarəçi (lizinq alan) satın alma hüququndan
istifadə etməklə mülkiyyət hüququ əsasında əldə etmir. Belə halda əmlak lizinq verənə qaytarılır. Bu, lizinq
müqaviləsinin xitam edilməsinin hüquqi nəticəsidir.
Bununla bərabər, müqavilə lizinq alanın təqsiri üzündən pozula bilər. Belə halda əmlak lizinq verənin özünə
qaytarılır və lizinq alan qarşı tərəfə dəyən zərərin əvəzini ödəyir. Əgər müqavilənin ləğv edilməsində lizinq ve-
rən təqsirkar olarsa, əmlak geri qaytarılır və lizinq alana dəyən zərərin əvəzi ödənilir.
§ 6. Lizinqin növlə
ri (tiplə
ri)
Dünya praktikasında lizinq müqaviləsinin çoxsaylı tipləri işlənib hazırlanmışdır. Ədəbiyyatda bu məsələyə
müəyyən dərəjədə toxunulmuşdur. Lakin lizinq müqaviləsinin dəqiq və elmi cəhətdən əsaslandırılmış geniş təs-
nifatına biz rast gəlmirik. Azərbaycanlı hüquqşünas müəlliflərdən S.Ə.Vəliyev lizinq müqavilələrinin ayrı-ayrı
növlərini sistemli şəkildə nəzərdən keçirməyə təşəbbüs göstərmişdir.
Lizinq müqaviləsini müxtəlif meyarlara görə təsnifləşdirmək olar. Hər şeydən əvvəl, beynəlxalq ticarət prak-
tikasında müddət meyarına görə lizinqin üç növünə rast gəlirik:
●
rentinq;
●
xayrinq;
●
uzunmüddətli lizinq.
Rentinq dedikdə qısamüddətli lizinq başa düşülür. Bu müddət bir ilə kimi olan müddəti əhatə edir.
Xayrinq
orta müddətli lizinqdir. Bu lizinq növü bir ildən üç ilə kimi olan müddəti nəzərdə tutur. Uzunmüddətli lizinq
odur ki, onun müddəti üç ildən çoxdur. Beynəlxalq praktikada müddəti iyirmi və ya daha çox il olan lizinqə də
rast gəlmək mümkündür.
Lizinq avadanlığ
ının istifadə
müddə
ti və
ə
qddə
iş
tirak edə
n tə
rə
flə
rin sayı kimi meyara görə lizinqin iki
növü fərqləndirilir: maliyyə lizinqi; operativ lizinq.
Maliyyə
lizinqi odur ki, bu cür lizinqdə icarəyə verilmiş lizinq avadanlığından istifadə müddəti adətən hə-
min avadanlığın xidmət müddətinə (təsərrüfat məqsədləri üçün istifadə müddətinə və ya tam amortizasiya müd-
dətinə) yaxınlaşır. Bu növ lizinq müqaviləsi, bir qayda olaraq, üç ildən on ilə kimi, bəzi hallarda isə on ildən
çox müddətə bağlanır. Bununla bərabər, maliyyə lizinqi mürəkkəb əqddir. Belə ki, həmin əqddə üç tərəf iştirak
edir. Lizinq müddəti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq lizinq alan avadanlıq üzərində mül-
kiyyət hüququ əldə edə və ya müqaviləni daha güzəştli şərtlərlə təzələyə, ya da avadanlığı lizinq verənə (icarə-
yə verənə) qaytara bilər, yəni müqavilə münasibətlərini ləğv edə bilər. Maliyyə lizinqinə investisiya lizinqi də
deyilir.
Geriqaytarma lizinqi maliyyə lizinqinin yarımnövüdür. Maliyyə lizinqindən fərqi olaraq geriqaytarma li-
zinqi üçtərəfli yox, ikitərəfli əqddir. Bu əqddə lizinq verən və lizinq alan iştirak edir. Satıcının (istehsalçının)
bu münasibətlərdə çıxış etməsinə təsadüf olunmur. Geriqaytarma lizinqi onunla xarakterizə olunur ki, bu lizinq
növü avadanlığı mülkiyyətçisinin onu lizinq müəssisəsinə satmasına, sonradan ilkin mülkiyyətçinin həmin ava-
danlığın lizinqə (icarəyə) götürməsini nəzərdə tutur. lkin mülkiyyətçi həm avadanlığın qiymətini alır, həm də
avadanlıqdan istifadə nəticəsində gəlir götürür. Deməli, lizinq avadanlığının ilkin mülkiyyətçisi həm də eyni za-
manda lizinq alan rolunda çıxış edir. Lizinq müəssisəsi həm lizinq avadanlığının sonrakı mülkiyyətçisi, həm də
lizinq verəndir.
Operativ lizinq odur ki, bu növ lizinq avadanlığın onun tam amortizasiyası müddətində dəfələrlə lizinqə ve-
rilməsini nəzərdə tutur. Başqa sözlə desək, operativ lizinqdə müqavilənin qüvvədə olma müddəti ərzində lizinq
518
avadanlığ
ının istifadə
müddə
ti avadanlığ
ın xidmə
t (qulluq) müddə
tində
n azdır. Lizinq alan avadanlığı qısa
və ya orta müddətə icarəyə götürür. Bu isə lizinq verənə imkan verir ki, o, lizinq müddəti qurtardıqdan və başa
çatdıqdan sonra həmin avadanlığı başqasının istifadəsinə versin. Belə ki, lizinq müddəti qurtardıqdan sonra ava-
danlıq lizinq verənə qaytarılır. Bu cür halda lizinq alanın ixtiyarı çatmır ki, lizinq avadanlığı üzərində mülkiy-
yə
t hüququnun ona keçmə
sini tə
lə
b etsin.
Lizinq avadanlığ
ına texniki xidmə
t göstə
rilmə
si üzrə
və
zifə
nin kimə
hə
valə
edilmə
si ə
lamə
tinə görə li-
zinqin iki növü fərqləndirilir: təmiz lizinq; xidmətli lizinq. Təmiz lizinq odur ki, bu növ lizinq avadanlığa xid-
mət göstərilməsini lizinq alana həvalə edilməsini nəzərdə tutur. Bu lizinq növü kommersiya bankları, lizinq
ə
məliyyatları ilə məşğul olan sığorta təşkilatları üçün xarakterikdir. Bu, məlum məsələdir. Belə ki, lizinq verən
rolunda çıxış edən banklar və sığorta təşkilatları, təbii ki, lizinq əmlakına xidmət göstərə bilməz.
Xidmə
tli lizinq odur ki, bu lizinq avadanlığa xidmət göstərmək vəzifəsinin lizinq verənə həvalə edilməsini
nəzərdə tutur. Bu lizinq növündən o halda istifadə edilir ki, müqavilənin predmetini xüsusi xarakterli avadanlıq-
lar (məsələn, kompyüterlər, hesablama maşınları və s.) təşkil etsin. Göstərilən müqavilə əlavə şərt nəzərdə tu-
tan müqavilə də adlandırılır. Əlavə şərtlər mürəkkəb xarakterli avadanlığa xidmət göstərməyin vacibliyi ilə
ə
laqədardır. Əgər təmiz lizinq quru lizinq adlanırsa, xidmətli lizinqə islaq (yaş) lizinq də deyilir.
ş
tirakçıların tə
rkibinə
görə
və
lizinq ə
mə
liyyatlarının hə
yata keçirilmə
si texnikasından asılı olaraq li-
zinqin üç növü fərqləndirilir: birbaşa lizinq; dolayı lizinq; qrup lizinqi.
Birbaş
a lizinq odur ki, həmin lizinqdə iştirak edən əmlak mülkiyyətçisi (mal göndərən) həm də eyni zaman-
da lizinq verəndir. O, avadanlığı müstəqil olaraq lizinqə verir.
Dolayı lizinq elə bir əqddir ki, bu əqdə görə lizinq verən lizinq alana lizinqə vermək üçün satıcıdan xüsusi
olaraq avadanlıq alır. Özü də tez-tez biz lizinq verənin bankların və digər kredit təşkilatlarının maliyyə vəsaitini
cəlb etməklərinin şahidi oluruq. Deməli, dolayı lizinqdə vasitəçi çıxış edir.
Qrup lizinqi elə bir əqddir ki, bu əqdin bağlanmasında lizinq verən tərəfindən bir neçə şəxs çıxış edir.
Müqavilənin beynəlxalq xarakterə malik olub-olmamasına görə lizinqin iki növü vardır: daxili lizinq;
beynəlxalq lizinq. Daxili lizinq odur ki, lizinq müqaviləsinin tərəfləri (subyektləri) rolunda Azərbaycan Res-
publikasının vətəndaşları çıxış edirlər. Bu lizinq dünyanın bir çox ölkələrində daha inkişaf etmişdir. Daxili milli
lizinq bazarında istehsal avadanlıqlarının, avtomobillərin və digər əmlak növlərinin lizinqə verilməsi üstünlük
təşkil edir.
Beynəlxalq lizinq odur ki, bu lizinqdə iştirak edən lizinq alan və lizinq verən müxtəlif dövlətlərin subyektlə-
ridir; onlar ayrı-ayrı dövlətlərdə olurlar. Beynəlxalq lizinqdə əsas yeri gəmilərin, təyyarələrin, dəmiryolu va-
qonlarının və s. lizinqə verilməsi təşkil edir. Daxili və beynəlxalq lizinq MM-in 747-3-cü maddəsində nəzərdə
tutulmuşdur.
Lizinq obyektinin «hə
rə
kə
t edib-etmə
mə
si» əlamətinə görə lizinqin iki növü fərqləndirilir: mobil lizinqi;
immobil lizinqi. Mobil lizinqi daşınar əmlak növlərinin lizinqə verilməsidir. mmobil lizinq isə bunun əksinə
olaraq daşınmaz əmlakın lizinqə verilməsini nəzərdə tutur.
Lizinqin kompensasiya lizinqi adlı xüsusi xarakterli növü də fərqləndirilir. Bu lizinqin əsas xüsusiyyəti li-
zinq haqqının forması ilə şərtlənir. Belə ki, lizinq alan lizinq haqqını icarəyə (lizinqə) götürdüyü avadanlığın
tətbiqi nəticəsində əldə etdiyi məhsul formasında ödəyir. Ödəniş lizinq alan tərəfindən xammal və yarımfabri-
katlar verməklə də həyata keçirilə bilər ki, onların lizinq avadanlığının istifadəsi ilə heç bir əlaqəsi yoxdur.
Sublizinq müqaviləsi elə bir əqddir ki, o, lizinq alan tərəfindən lizinq predmetinin yenidən üçüncü şəxsə li-
zinqə verilməsi ilə bağlı əmələ gələn münasibətləri rəsmiləşdirir. Sublizinq ikinci əldən lizinqə verməkdir. La-
kin bunun üçün lizinq verənin razılıq və icazə verməsi tələb olunur. Xüsusi xarakterli münasibətləri tənzimlə-
yən sublizinq Ottava konvensiyasının 2-ci maddəsində nəzərdə tutulmuşdur. Sublizinq AR MM-in 747-4-cü
maddəsi ilə tənzimlənir.
Mülki qanunvericilikdə lizinqin digər növləri də göstərilir. Mülki Məcəllənin 747-5-ci maddəsi lizinq xidmə-
tinin müxtəlif cür formalarını nəzərdə tutur. Məsələn, lizinq müqaviləsi subyektlərinin iştirakına görə lizinqin
ikitərəfli və ya üçtərəfli kimi iki növü fərqləndirilir.
TÖVS YƏ
OLUNAN Ə
LAVƏ
Ə
DƏ
B YYAT
Veliev S.A. Lizinq kak odna iz form vneşnegkonomiçeskoy sdelki //Mecdunarodnoe pravo. Baku. 1998.
№
1, s.80-86.
Kabatova E.V. Lizinq: pravovoe requlirovanie. M., 1996.
Çekmareva E.N. Lizinqovıy biznes. M., 1993.
Dcuxa V.M. Lizinq. Rostov-na-Donu. 1999.
Lehenko M. . Osnovı lizinqa. Uçebnoe posobie. M., 2000.
Qext P. . Razvitie lizinqovıx operaüiy. M., 1991.