Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə449/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   445   446   447   448   449   450   451   452   ...   490

 

516


Lizinq iştirakçılarının məsuliyyətinin əsas xüsusiyyəti ondan irəli gəlir ki, bu münasibətlərdə lizinq şirkəti-

nin rolu lizinq əməliyyatını maliyyələşdirməkdən ibarətdir. Maliyyə təşkilatı olan lizinq verənin lizinq ob-

yektinə bilavasitə münasibəti yoxdur. Əvvəldə qeyd etdiyimiz kimi, o, çox vaxt lizinq obyektinin özünü belə 

görmür. Buna görə də təbii ki, lizinq verən lizinq obyekti ilə bağlı vəzifələri ya satıcının, ya da lizinq alanın 

üzərinə qoyur. Bunun nəticəsində lizinq münasibətləri üzrə məsuliyyəti əsasən lizinq alan və ya satıcı daşıyır; 

lizinq verənin üzərindən isə məsuliyyət götürülür. Lizinq əmlakı ilə bağlı məsuliyyəti lizinq verənin üzərindən 

götürmək üçün elə etmək lazımdır ki, əmlakla bağlı məsələni lizinq alan və satıcı bilavasitə, lizinq verənin işti-

rakı olmadan özləri həll etsinlər. Bundan ötrü qanun lizinq alanı xüsusi statusla – «alqı-satqı müqaviləsi üzrə 



alıcı» hüququ ilə təmin edir. Belə ki, qanun müəyyən edir ki, bir az öndə göstərdiyimiz kimi, lizinq alan lizinq 

obyektinin  satıcısı  ilə  lizinq  verən  arasında  bağlanılan  alqı-satqı  müqaviləsindən  irəli  gələn  alıcı  hüquqlarına 

malikdir (MM-in 747-5.2-ci maddəsi). Məhz alıcı hüquqları lizinq alana imkan verir ki, o, lizinq əmlakı ilə bağ-

lı bilavasitə satıcıya tələb irəli sürsün. Belə ki, lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu ob-

yektin keyfiyyət və komplektliyi, göndərmə müddəti barədə, habelə alqı-satqı müqaviləsi ilə nəzərdə tutulan di-

gər tələbləri irəli sürə bilər (MM-in 748-1.3-cü maddəsi). Bu halda satıcı həmin tələblərə baxaraq müvafiq po-

zuntunu lazımınca aradan qaldırmalıdır. 

Lizinq  alanı  alqı-satqı  müqaviləsi  üzrə  alıcı  hüququ  ilə  təmin  etmək  barədə  qayda  xarici  ölkələrin  mülki  və 

ticarət hüququna da məlumdur. Bu qaydanı həm də beynəlxalq maliyyə lizinqi barədə Ottava konvensiyası müəy-

yənləşdirir.  

Qeyd etdiyimiz kimi, alqı-satqı müqaviləsində göstərilməlidir ki, lizinq obyekti lizinq verən tərəfindən xü-

susi olaraq lizinqə verilmək üçün satın alınır, yəni əldə edilir (MM-in 747-5.2-ci maddəsi). Bu göstəriş satıcı ilə 

lizinq alan arasında münasibətlərdə vacib rol oynayır. Həmin göstəriş satıcını əvvəlcədən xəbərdar edir ki, li-

zinq əmlakı ilə bağlı mümkün tələblər alqı-satqı müqaviləsinin tərəfi olan lizinq verənə yox, lizinq alana 



irəli sürüləjəkdir. Buna görə də lizinq verən lizinq əmlakında aşkar olunan çatışmazlığa və qüsura görə məsu-

liyyət daşımır (MM-in 748-1.4-cü maddəsi).  

Lizinq alan öz öhdəliklərini pozduğu hallarda (məsələn, o, lizinq obyektindən təyinatına uyğun istifadə et-

mədiyi, icazəsiz lizinq əmlakını sublizinqə verdiyi və digər hallarda), lizinq verən aşağıdakı mülki-hüquqi mü-

dafiə  vasitələrindən  istifadə  edə  bilər:  mübahisəsiz  pul  məbləğlərini  almaq;  lizinq  obyektini  mübahisəsiz 

geri almaq; lizinq müqaviləsini mübahisəsiz geri almaq. 

Lizinq alan həm də lizinq obyektini qaytarmamağa və ya vaxtında qaytarmamağa görə məsuliyyət da-

ş

ıyır. Belə halda o, lizinq verənin tələbi ilə kompensasiya ödəməlidir (MM-in 748-1.9-cu maddəsi). 

Lizinq alan aşağıdakılara görə məsuliyyət daşıyır (MM-in 748-7.1-ci maddəsi): lizinq əmlakının zərərin bü-

tün növlərindən qorunmasına görə; lizinq əmlakının məhv olması, itirilməsi, korlanması, oğurlanması və vax-

tından əvvəl sıradan çıxmasına görə; lizinq əmlakının quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərə 

görə; lizinq əmlakının istismarı zamanı yol verilən risklərə görə. Lizinq müqaviləsində ayrı qayda da nəzərdə 

tutula bilər. 

Lizinq alanın hüququ var ki, o, lizinq müqaviləsinin pozulmasına görə öz məsuliyyət riskini lizinq verənin 

xeyrinə sığortalasın (MM-in 748-6.5-ci maddəsi). Bundan ötrü o, sığorta təşkilatı ilə sığorta müqaviləsi bağla-

malıdır. Bu müqavilə üçüncü şəxsin xeyrinə bağlanan sığorta müqaviləsi, lizinq verən isə üçüncü şəxs sayı-

lır.


     

§ 5. Lizinq müqaviləsinin xitamı 

1. Müqaviləyə xitam verilməsinin əsasları 

Lizinq müqaviləsi müxtəlif əsaslara görə xitam edilir. Bu əsaslar mülki qanunvericilikdə nəzərdə tutulmuş-

dur. Digər tərəfdən qeyd etməliyik ki, qüvvədən düşmüş «Lizinq xidməti haqqında» AR Qanununun V fəslinə 

daxil olan normalar (13-cü maddə) müqavilənin ləğv edilməsi əsaslarına həsr edilmişdi; qüvvədən düşməsinə 

baxmayaraq həmin qanunda göstərilən əsaslar öz əhəmiyyətini itirməyərək aktuallığını saxlayır. 

Lizinq müqaviləsinin müddətinin başa çatması müqavilənin xitam edilməsi əsaslarından biridir. Müqavi-

lənin müddəti qurtardıqdan və sona çatdıqdan sonra lizinq alan lizinq əmlakını lizinq verənə qaytarır. Bununla 

müqavilə ləğv edilir. 

Lizinq  alan  müəssisə  ləğv  edildiyi  halda  da  lizinq  müqaviləsi  xitam  edilir.  Lizinq  alan  müəssisənin  ləğv 

edilməsi  dedikdə  bu  müəssisənin  mövcudluğuna  və  fəaliyyətinə  onun  hüquq  və  vəzifələrinin  hüquqi  varislik 

qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi başa düşülür. Müəssisə müxtəlif əsaslara görə ləğv edilə 

bilər. Məsələn, bu cür müəssisənin təsisçilərinin (iştirakçılarının) qərarı, o cümlədən müəssisənin mövcudluğu 

üçün nəzərdə tutulan müddətin bitməsi və ya qarşıya qoyulmuş məqsədə nail olunması lizinq alan müəssisənin 

fəaliyyətinə xitam verilməsi üçün əsas ola bilər. 



Tərəflərin sazişi lizinq müqaviləsinin ləğv edilməsi əsaslarından biridir. Belə halda, müqavilənin müddəti 


Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   445   446   447   448   449   450   451   452   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə