Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə457/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   453   454   455   456   457   458   459   460   ...   490

 

525


başa düşülür. 

Françayzinq müqaviləsinin predmeti kimi istehsal sirrinə (nou-hau), ticarət sirrinə və digər kommersiya 



informasiyasına olan hüquq da çıxış edə bilər. Françayz verənin təsərrüfat fəaliyyətinin həyata keçirilməsi və 

təşkilinin müxtəlif aspektlərinə aid olan texniki, iqtisadi, metodik məlumatlar tərəflərin razılığı ilə kommersiya 

informasiyası kimi qəbul edilə bilər. Məsələn, hər hansı bir məhsulun istehsalının texnologiyası, müəyyən ərzaq 

məhsullarının hazırlanmasının resepti, mühasibat uçotunun metodu, bazar haqqında məlumat və s. bu cür infor-

masiya kimi tanına bilər. Yalnız qorunan kommersiya informasiyasına olan hüquq françayzinq müqaviləsinin 

predmetinə daxil ola bilər. Qorunan kommersiya informasiyası dedikdə, həqiqi və ya potensial kommersiya 

qiyməti olan istənilən məlumat başa düşülür ki, bu məlumatın sahibi onun məxfiliyinin qorunması üçün tədbir-

lər görür. Praktikada qorunan kommersiya informasiyasını ifadə etmək üçün «məxfi informasiya», «ticarət sir-

ri», «istehsal sirri», «nou-hau», «kommersiya sirri», «firma sirri» və digər terminlərdən istifadə olunur. Anjaq 

qorunan kommersiya informasiyasını kommersiya sirrindən fərqləndirmək lazımdır. Belə ki, kommersiya sirrini 

təşkil edən informasiya (elmi-texniki, texnoloci, istehsal, maliyyə-iqtisadi və digər informasiya, o cümlədən is-

tehsal sirrini – «nou-hau»nu təşkil edən informasiya) üçüncü şəxslərə məlum olmur və onu qanuni əsaslarla sər-

bəst  şəkildə  əldə  etmək  mümkün  deyil.  Sahibi  belə  informasiya  barəsində  kommersiya  sirri  recimi  müəyyən 

edir. Qorunan kommersiya informasiyasını isə sərbəst şəkildə qanuni əsaslarla əldə etmək mümkündür. Əgər 

qorunan kommersiya informasiyası kommersiya sirrinin əlamətlərinə cavab verərsə, onlar eynimənalı anlayışlar 

olur. Təsadüfi deyildir ki, alimlərin əksəriyyəti onları eynimənalı anlayışlar hesab edirlər.    

Françayzinq  müqaviləsinin  predmetini  malın  istehsalına,  satışına  və  xidmətlərin  göstərilməsinə  edilə

köməklik də təşkil edə bilər (MM-in 723-cü maddəsi). Söhbət françayz verənin etdiyi texniki və məsləhət xa-

rakterli yardımdan gedir. Müqavilənin predmetini təşkil edən köməklik əhatə edir: 

 kommersiya təjrübəsinin verilməsini; 



 sahibkarlıq fəaliyyətinin təşkili üzrə təjrübəni; 

 müntəzəm olaraq məsləhət xidməti göstərmək



 məhsulun istehsalı, əldə edilməsi, satışı və fəaliyyətin təşkili konsepsiyasını vermək

 satışa kömək üçün zəruri olan bütün informasiyanı vermək



 françayz alanı işgüzar vərdişlərlə tanış etmək, informasiya vermək və ixtisasını artırmaq

Beləliklə, françayzinq müqaviləsinin predmeti kimi həm də biznesin təşkilinə edilən köməklik çıxış edə bi-

lər. Françayzinq qoşa biznesdir; o, biznes işinin başlıja metodudur. 



Müqavilənin  predmeti  kimi  çıxış  edən  kommersiya  işarəsi  haqqında  xüsusi  olaraq  danışmaq  lazımdır. 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən konvensiyanın (14 iyul 1967-ci il, Stokholm) 2-ci maddəsi-

nin 8-ci bəndinə görə kommersiya işarələrinə olan hüquqlar əqli mülkiyyətə daxil edilir. Əqli mülkiyyət hüqu-

qunun obyektlərindən biri olan kommersiya işarəsinə bizim mülki qanunvericilik anlayış vermir. Lakin «Səna-

ye mülkiyyətinin qorunması haqqında» Paris konvensiyasının 6-cı maddəsinə uyğun olaraq bu anlayışın məna 

və məzmununa aydınlıq gətirmək olar. Kommersiya işarəsi sahibkarın və ya onun fəaliyyətinin nəticəsinin 



hamılıqla qəbul edilmiş, lakin qeydə alınmamış adıdır. Əqli mülkiyyət hüququnun obyektlərindən bir olan 

kommersiya işarəsi xüsusi olaraq qeydiyyata alınmadan mühafizə edilir və qorunur. Bu onunla izah edilir ki, 

kommersiya işarəsi dünya bazarında dəfələrlə sınaqdan çıxan, hamılıqla tanınan və məşhur olan biznes adıdır. 

Məsələn, «Coca-cola», «Mersedes» və s. Ola bilsin ki, biznesi həyata keçirən hüquqi şəxsin firma adı ilə onun 

kommersiya işarəsi bir-birinə uyğun gəlməsin və üst-üstə düşməsin. Qeyd etmək lazımdır ki, kommersiya işarə-

si sahibkarın öz fəaliyyətində istifadə etdiyi addır; bu ad məşhur olub, hamıya məlumdur. Lakin kommersiya 

işarəsi qeydiyyata alınmır. Bu baxımdan o, geniş tanınmış əmtəə nişanına oxşayır. Bu növ əmtəə nişanları ma-

lik olduqları nüfuza görə qorunur. Bununla yanaşı, bəzi müəlliflər kommersiya işarəsinə belə anlayış verirlər: 

kommersiya işarəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün təsərrüfat subyektinin öz biznesini fərdiləş-

dirmə  vasitəsi  olub,  haqsız  rəqabətdən  müdafiə  haqqında  normalarla,  habelə  mülki  qanunvericiliyin  ümumi 

ə

sasları və mənası əsasında qorunur. Ümumiyyətlə, həm hüquq nəzəriyyəsində, həm də praktikada kommersiya 



işarəsi müxtəlif cür başa düşülür. Bu məsələ barəsində hələlik mülki hüquq elmində vahid fikir formalaşmamış-

dır.  Bütün  mövqeləri  birləşdirən  ümumi  cəhət  bundan  ibarətdir  ki,  kommersiya  işarəsi  sahibkarlıq 



fəaliyyətində istifadə edilir. Hüquq ədəbiyyatında həm də belə bir məsələ mübahisə doğurur ki, kommersiya 

işarəsi sahibkarın özünü, yoxsa onun istehsal etdiyi malları fərdiləşdirir. Bizim fikrimizjə, kommersiya işarəsi 

həm sahibkarı, həm də malları fərdiləşdirmə vasitəsidir. 

Azərbaycan Respublikasında kommersiya işarəsinə olan hüquq qorunur. Ona görə ki, bizim respublika-

mız Paris konvensiyasının üzvüdür. Həmin konvensiyanın 8-ci maddəsinə görə kommersiya işarəsinə olan hü-

quq bütün iştirakçı dövlətlərin ərazilərində heç bir məjburi qeydiyyat olmadan qorunur və mühafizə edilir. 

Françayzinq müqaviləsinin predmetini həm də kommersiya təjrübəsinin verilməsi təşkil edir ki, bunun 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   453   454   455   456   457   458   459   460   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə