Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə454/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   450   451   452   453   454   455   456   457   ...   490

 

522


ticarət markası altında satır. Məsələn, avtomobil yanajağı və ya ətriyyat-kosmetika vasitələrinin satışı satış fran-

çayzinqi növü ilə həyata keçirilir. Ticarət françayzinqi odur ki, bunun əsasında firma-françayzerin ticarət mar-

kasından istifadə edən ticarət müəssisəsi açılır və fəaliyyət göstərir. Xidmət françayzinqi firma-françayzerin 

xidmət nişanından istifadə edən və xidmət sahəsində fəaliyyət göstərən şəbəkələrin yaradılmasını nəzərdə tutur. 



stehsal françayzinqi odur ki, bunun əsasında istifadəçi müəssisə firma-françayzerin əmtəə nişanından istifadə 

etməklə mal istehsal etmək işi ilə məşğul olur.  Əslinə baxsan, satış françayzinqi ilə ticarət françayzinqi eyni 

mənalı anlayışlardır. Hüquq ədəbiyyatında həm də sənaye françayzinqi kimi anlayış işlədilir. Qeyd etmək la-

zımdır ki, sənaye françayzinqi istehsal françayzinqi ilə eynimənalı anlayışdır. Belə ki, sənaye françayzinqinə 

görə, müəssisəyə françayzerin əmtəə nişanından və (və  ya) sənaye sirrindən («nou-hau»dan) istifadə etməklə 

mal  istehsalına  icazə  verilir;  bu  zaman  françayzer  müəssisəyə  texniki  yardım  da  göstərir.  Fransa  müəllifi  F. 

Bessi də onları eynimənalı anlayışlar kimi işlədir.  

Qeyd etmək lazımdır ki, hüquq ədəbiyyatında françayzinq digər əsaslara görə də təsnif edilir. Məsələn, ingilis 

müəllifi L. Moytland françayzinin imkanı və niyyətinə görə françayzinqi üç növə bölür: fərdi (şəxsi) françayzinq 

(bu növ françayzinqə görə, hər hansı şəxs tək halında öz evində və ya nəqliyyat vasitəsindən istifadə etməklə mal-

ların satışı və ya xidmət göstərilməsi üzrə franşiza işini həyata keçirir); işgüzar françayzinq (bu növ françayzinqə 

görə, hər hansı ailə və ya qohumlardan ibarət olan qrup ticarət mağazasından istifadə etməklə mal satır və ya xid-

mət göstərir); investisiya françayzinqi (bu növ françayzinqə görə kommersiya təşkilatı qoyulmuş kapitala görə 

uzunmüddətli faiz alır).  

Fransa müəllifi F. Bessi françayzinqi üç növə bölür: servis françayzinqi (bu növ françayzinqə görə, fran-

çayzi françayzerin xidmət nişanı altında xidmət göstərir); bölüşdürücü françayzinq (bu növ françayzinqə satış 

və ticarət françayzinqləri aiddir); istehsal (və ya sənayefrançayzinqi

Müəlliflərdən V. Dovqan françayzinqin üç növünü fərqləndirir: əmtəə françayzinqi (bu növ françayzinqə 

görə, françayziyə françayzerin ticarət markası altında mal satmağa icazə verir); istehsal françayzinqi (bu növ 

françayzinq  spirtsiz  içki  sahəsində  daha  geniş  yayılmışdır);  işgüzar  françayzinq  (bu  növ  françayzinqə  görə, 

françayzer françayziyə mağaza, pavilyon və köşk açmağa, habelə onun firma adı altında alıcılara mal satmağa 

və ya xidmət göstərməyə icazə verir). 



Subfrançayzinq (subfranşiza) françayzinqin xüsusi xarakterli növüdür. Belə ki, françayzi françayzerdən əl-

də etdiyi hüquqları başqa françayziyə verə bilər. Buna subfrançayzinq deyilir. 

Françayzinqin əhəmiyyəti və rolu böyükdür. O, sahibkarlığın dinamik surətdə inkişaf edən növlərindən biri 

sayılır. Təsadüfi deyildir ki, françayzinq sahibkarlığın ən perspektivli metodlarından biri kimi tanınır. ABŞ-da 

məjmu milli məhsulun 13 ℅-ni françayzinq təmin edir. Françayzinq həm də iş yerləri deməkdir. Belə ki, fran-

çayzinq nəticəsində 7 milyondan çox iş yeri açılmışdır. ABŞ-ın transmilli korporasiyaları françayzinqi dünya-

nın  hər  yerində  yayırlar.  «Coca-cola»,  «Kompüterlend»,  «Makdonalds»,  «Pitsa-Hat»,  «Hilton»,  «Şeraton»  və 

ABŞ-ın digər korporasiyaları françayzer qismində xarijdə yerli sahibkar-françayzilərlə françayzinq münasibət-

lərinə girərək onlara qabaqcıl texnologiya verir, biznes və marketinqin müasir yollarını öyrədir və bununla yerli 

milli sahibkarlığın formalaşmasına kömək edirlər. 

Françayzinq axırıncı 30 il ərzində biznesin təşkilinin sadə, qeyri-mürəkkəb və praktiki üsulu kimi tanınmış-

dır. Beynəlxalq ədəbiyyatda françayzinqin sürətlə inkişaf etməsi göstərilir. Qeyd etməliyik ki, axırıncı onillik-

lərdə təkjə ABŞ yox, həm də Avropa, Yaponiya, Kanada və Avstraliya françayzerləri intensiv surətdə öz franşi-

za şəbəkələrini xarici ölkələrdə inkişaf etdirmişlər. Həmin ölkələrdə və digərlərində françayzinqin inkişafı da-

vam edir. Beynəlxalq françayzinq biznesi xüsusilə genişlənir ki, bunun nəticəsində ölkələrin iqtisadi inkişafı tə-

min olunur. Özü də françayzinq mülkiyyətin istənilən forması (xüsusi, bələdiyyə və ya dövlət mülkiyyəti) əsa-

sında inkişaf edir. 

4. Françayzinq müqaviləsinin anlayışı 

Françayzinq müqaviləsinin anlayışı MM-in 723-cü maddəsində verilmişdir. Həmin maddəyə görə françay-



zinq müqaviləsi elə bir uzun müddətli öhdəlik münasibətidir ki, ona əsasən müstəqil müəssisələr zərurə

olduqja spesifik öhdəliklərin icrası yolu ilə malın istehsalına, satışına və xidmətlərin göstərilməsinə kö-

mək etməyi qarşılıqlı surətdə öhdələrinə götürürlər. Lakin françayzinqə verilən bu leqal anlayışı uğurlu tərif 

hesab etmək olmaz. Vacibdir ki, françayzinq müqaviləsinə dolğun, əhatəli və münasib elmi anlayış verilsin. Di-

gər tərəfdən bu anlayışda françayzinqin əsas və mərkəzi anlayışı olan franşiza öz əksini tapmalıdır. Franşiza 

dedikdə, əqli mülkiyyət hüquqlarının (əmtəə nişanı hüququ; firma adı hüququ; «nou-hau»ya olan hüquq; ixtira 

hüququ; faydalı model hüququ; müəlliflik hüququ və s.) məjmusu başa düşülür. Məhz bu hüquqların əvəzli şə-

kildə,  haqq  müqabilində  françayzer  tərəfindən  istifadə  üçün  françayziyə  (istifadəçiyə)  verilməsi  françayzinq 

müqaviləsinin hüquqi məqsədini təşkil edir. 

Françayzinq müqaviləsinə görə bir tərəf (françayzer) franşizadan, yəni əqli mülkiyyət hüquqlarından 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   450   451   452   453   454   455   456   457   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə