Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə452/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   448   449   450   451   452   453   454   455   ...   490

 

520


Firmanın öz işini və biznesini daha da geniş yaymağın ikinci yolu françayzinqdir. Françayzinq formasında 

işləmək firma üçün iqtisadi cəhətdən sərfəli və məqsədəuyğundur. Belə ki, firma filialların açılmasına, birgə və 

ya törəmə müəssisələrin yaradılmasına və s. heç bir əlavə xərc çəkmədən öz təsir sferasını genişləndirir. Bun-

dan əlavə, firma-françayzer qarşı tərəfdən müəyyən haqq (ödəniş) almaqla gəlir əldə edir. Qarşı tərəf xidmət 

və malların bölgüsü, yaxud satış üzrə özünün müəssisəsini yaratmaq istəyən tərəfdir. Bunun üçün o, bazarda də-

fələrlə sınaqdan çıxan və məşhurlaşan firma (françayzer) ilə əlaqəyə girir. Həmin firmanın müvafiq sahibkarlıq 

fəaliyyətinin təşkilində kifayət qədər təjrübəsi vardır. Onun istehsal etdiyi mal və ya göstərdiyi xidmət bazarda 

dəfələrlə müsbət mənada sınaqdan çıxmışdır. Bu firma mal istehsal etməkdə və ya xidmət göstərməkdə yaxşı 

işlənmiş plana malikdir. Onun buraxdığı məhsulların əmtəə nişanları və ya göstərdiyi xidmətlərin xidmət nişan-

ları dünyanın bir çox yerlərində tanınır. Buna görə də yaxşı işlənmiş plan əsasında özünün xidmət və malların 

bölgüsü, yaxud satış üzrə müəssisəsini yaratmaq istəyən qarşı tərəf həmin firmanın malik olduğu fərdiləşdirmə 

vasitələrindən (kommersiya işarələrindən, əmtəə nişanlarından və xidmət nişanlarından) istifadə etməklə onun 

nişanı altında, markası altında işləmək istəyir. Belə halda firma ilə qarşı tərəf arasında münasibətlər françayzinq 

forması vasitəsilə qaydaya salınır. Beləliklə, bazarda dəfələrlə sınaqdan çıxan və məşhur olan firma yaxşı işlən-

miş plan əsasında özünün müəssisələrini (kompaniyalarını, firmalarını və s.) yaratmaq istəyən şəxslərin (istifa-

dəçilərin) hamısına onun nişanı altında, markası altında işləmək hüququ verir ki, bu, françayzinq adlanır. 



2. Françayzinqin tarixi 

«Françayzinq» sözü əvvəldə qeyd etdiyimiz kimi, fransız mənşəli sözdür. Lakin buna baxmayaraq, françayzinq 

münasibətləri özünün əmələ gəlməsinə, inkişafına və tanınmasına görə ABŞ hüququna «borclu və minnətdar» ol-

malıdır. 

Xüsusi xarakterə malik olan françayzinq hələ XIX əsrdə ABŞ-da meydana gəlmişdir. Lakin bu münasibətlər 

Avropanın və Amerikanın inkişaf etmiş ölkələrində yalnız 1950-ci ildən sonra geniş yayıldı. Qeyd etmək lazım-

dır ki, müasir mənada hüquq institutu kimi françayzinqin yaranması ABŞ-da XIX əsrin II yarısında Jənub və 

Ş

imal arasında vətəndaş müharibəsi qurtardıqdan dərhal sonrakı dövrə təsadüf edir. Hesab edilir ki, birinci «tə-



miz françayzinq» praktikada 1863-cü ildə məşhur tikiş maşınlarının ixtiraçısı Y. Zingerin firması tərəfindən tət-

biq olunmuşdur. Dəmir yolu və bank işi sahəsində biznesə verilən hüquqları da françayzinqin ilkin nümunələri 

hesab etmək olar 1898-ci ildə müasir françayzinqin inkişafında yeni dövr başlayır. Belə ki, «Jeneral Motors» 

korporasiyası öz avtomobillərini ayrı-ayrı ərazilərdə satmaq üçün müstəqil firmalar cəlb etdi. XIX əsrin axırla-

rında alkoqolsuz (spirtsiz) içkilər sahəsində satış françayzinqi inkişaf etməyə başladı. Bu sahədə françayzinq-

dən ilk dəfə «Coca-cola» korporasiyası, daha sonra isə «Pepsi-cola» və «Şveps» firmaları istifadə etmişlər. 

XX əsrin əvvəllərindən başlayaraq françayzinq ABŞ-da öz tətbiq sferasını daha da genişləndirərək kütləvi 

tələbat mallarının pərakəndə ticarəti, əhaliyə məişət xidməti göstərilməsi, dondurma satışı, xalça məmulatları-

nın kimyəvi təmizlənməsi kimi sahələrdə  yayıldı. 30-cu illərdə əvvəlcə  H. Consonun, sonra isə  Vulvorsonun 

mağazalar sisteminin təşəbbüsü ilə françayzinq beynəlxalq kommersiya praktikasında tətbiq olundu. Müharibə-

dən sonra 1950-ci ildən başlayaraq ABŞ-da françayzinq daha da inkişaf etdi. Məhz 50-ci illərdə «Makdonalds», 

«Kentakki Frayd Çikens», «Seven-ap», «Vilti», bir az sonra «Pitsa Hat» və dünyada tanınan digər françayzerlər 

yarandı. Mehmanxana biznesi sahəsində «Hilton», «Şeraton» və «Holidey  nn» kimi françayzinq nəhəngləri da-

ha məşhurdur. «Burger Kinq», «Pepsiko», «Kompüterlend» və digərləri françayzinq müqaviləsi əsasında işlə-

yirlər.   

Hal-hazırda  dünya  miqyasında  françayzinqin  tətbiq  sferası  günü-gündən  genişlənir.  Françayzinq  biznesi 

dünyanın 80 ölkəsini əhatə edir. ABŞ-da pərakəndə ticarətin ümumi həcminin üçdə bir hissəsi məhz françay-

zinq şəbəkələrinin vasitəsi ilə həyata keçirilir. 

Dünyanın  bəzi  dövlətlərində  françayzinq  münasibətlərinin  tənzimlənməsinə  xüsusi  fikir  verilir.  Françayzinq 

haqqında ilk qanunvericilik aktı 1971-ci ildə Kanadanın Alberta əyalətində qəbul edilmişdir. Belə akt 1989-cu il-

dən Fransada da mövcuddur. RF-in mülki qanunvericiliyində «kommersiya konsessiya müqaviləsi» anlayışı nə-

zərdə tutulur ki, bu hüquqi konstruksiyadan françayzinq müqaviləsinə oxşar olan münasibətləri müəyyən etmək 

üçün istifadə edilir. RF MM-in 54-cü fəsli (1027-1040-cı maddələr) həmin münasibətləri qaydaya salır. 

ABŞ-ın federal qanunvericiliyi də françayzinq münasibətlərinə toxunur. Belə ki, həmin qanunvericiliyə da-

xil olan bəzi aktlar françayzinqin qaydaya salınmasına həsr edilmişdir. Məsələn, françayzinq üzrə Qaydalar bu 

cür aktlara misal ola bilər ki, həmin sənədi ticarət üzrə federal komissiya hazırlamışdır. ABŞ-ın bəzi ştatlarının 

qanunvericiliyi  françayzinq  müqaviləsinin  qeydiyyata  alınmasının  məjburiliyi  haqqında  qayda  müəyyən  edir. 

ABŞ-da françayzinq haqqında qanunvericilik həm federal, həm də ştatlar səviyyəsində 1979-cu ildə qəbul olun-

muşdur. 

Bununla bərabər, bəzi dövlətlərin (Almaniya,  ngiltərə və s.) milli hüquq sistemləri françayzinq münasibətlə-

rini xüsusi qanunvericilik səviyyəsində tənzimləmir. Lakin bu, həmin dövlətlərdə françayzinqin geniş surətdə 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   448   449   450   451   452   453   454   455   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə