Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə453/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   449   450   451   452   453   454   455   456   ...   490

 

521


tətbiq edilməsinə mane olmur. Qeyd etməliyik ki, françayzinq bir az əvvəldə göstərdiyimiz kimi, 80-dən çox öl-

kədə mövcud olsa da, onun hüquqi tənzimlənməsi yalnız dörd ölkədə (ABŞ, Kanada, Fransa və RF-də) həyata 

keçirilir. Qanunvericiliklə tənzimetmədən başqa, qeyri-məjburi xarakterli beynəlxalq sənədlər də vacib əhəmiy-

yətə malikdir. Bu sənədlərə aiddir: informasiyaların açılması barədə Model qanunu (2002); UN DRUA-nın ha-

zırladığı  françayzinqin  beynəlxalq  şəbəkələrinin  təşkili  haqqında  rəhbərlik  (1998);  françayzinq  üzrə  Avropa 

Davranış Məcəlləsi (1972); Beynəlxalq Ticarət Palatasının beynəlxalq françayzinq haqqında birtipli kontraktı 

və s.   

3. Françayzinqin məqsədi, əhəmiyyəti və növləri 

Françayzinq əsasında istifadəçi şəxsin istehsal etdiyi mal (və ya göstərdiyi xidmət) bazarda firma-françayze-

rin istehsal etdiyi analoji mal (və ya analoji xidmət) kimi çıxış edir, tanınır və qəbul edilir. Belə təsəvvür yaranır 

ki, françayzinqin vasitəsilə istifadəçi müəssisə öz fəaliyyətinin nəticələrini firma-françayzerin artıq çoxdan 



bəri bazarda dəfələrlə sınaqdan çıxmış atributları ilə rəsmiləşdirir. Hətta həmin istifadəçi müəssisələr müş-

tərilərin təsəvvüründə belə bir fikir yaratmağa jəhd göstərirlər ki, guya müştərilərin aldıqları mallar (və ya müş-

tərilərə göstərilən xidmətlər) onların istehsal etdikləri mallar (və ya göstərdikləri xidmətlər) yox, firma-françay-

zerin istehsal etdiyi mallardır (və ya göstərdikləri xidmətlərdir). Beləliklə, onlar mülki (əmlak) dövriyyədə fir-



ma-françayzerin maskası (pərdəsi) altında çıxış edirlər. Bu cür müəssisələr nə birgə müəssisə, nə asılı müəs-

sisə, nə də firma-françayzerin filialı hesab edilir. Həqiqətdə isə istifadəçi müəssisələr dövriyyənin müstəqil işti-

rakçıları kimi qalaraq heç kəsdən asılı olmadan öz nizamnamə fəaliyyətlərini həyata keçirirlər. Bununla belə, 

firma-françayzer istifadəçi müəssisənin istehsal-kommersiya fəaliyyəti üzərində müəyyən dərəjədə nəzarət et-

mək imkanına malikdir. Əslində isə bu cür müəssisələr tanınmış və məşhur olan firma-françayzerin (və ya şir-

kətin)  fərdiləşdirmə  vasitələri  və  atributları  ilə  şirmalanmış  (pərdələnmiş)  müstəqil  təsərrüfat  subyektləridir. 

Nəyin barəsində söhbət getdiyini başa düşmək üçün «Makdonalds» adlı tanınmış Kanada-Amerika korporasiya-

sını misal çəkək. Bu korporasiyanın dünyada 20 mindən çox qəlyanaltı-restoranı vardır. Bakı şəhərində də onun 

iki qəlyanaltı-restoranı fəaliyyət göstərir. Qəlyanaltı-restoranlar «Makdonalds» korporasiyasının nə törəmə mü-

ə

ssisəsi, nə filialı, nə də bölməsidir. Onlar korporasiyadan asılı olmayan kommersiya qurumlarıdır. Lakin qəl-



yanaltı-restoranların  lövhəsinə  «Makdonalds»  yazılmışdır;  bu  qəlyanaltı-restoranların  özlərini  «Makdonalds» 

adlandırmaq hüququ vardır. Bunların hamısında istehsal eyni metodla həyata keçirilir, məhsullar eyni reseptlə 

hazırlanır. Başqa sözlə desək, həmin qəlyanaltı-restoranlar əsl (oricinal) «Makdonalds»ın kopiyalarıdır; amma 

onlar əsl «Makdonalds»dan heç nə ilə fərqlənmirlər. «Makdonalds»ın dünyada tanınması və göstərdiyi xidmə-

tin yüksək səviyyədə olması təbii ki, müştəriləri cəlb edir; həmin müştərilər, şübhə etmirlər ki, onlara xidmət 

edən qəlyanaltı-restoranlar «Makdonalds»ın özüdür. Bax bu françayzinqdir. 



Françayzinqin məqsədi dünya bazarında tanınmış şirkətlərin, firmaların öz işlərini və biznesini əlavə xərc-

lərə yol vermədən genişləndirilməsini təmin etməkdən, istifadəçi müəssisələrə həmin firma və şirkətlərin fərdi-

ləşdirmə vasitələri altında işləmələri üçün hüquq verməkdən ibarətdir. Bu cür münasibət hər iki tərəf üçün sər-

fəli və faydalıdır. Belə ki, istifadəçi müəssisələr firma-françayzerin fərdiləşdirmə vasitələrinə olan hüququndan 

istifadə etməklə istehsal etdiyi malın və ya göstərdiyi xidmətin reklamına xərc çəkmir. Ona görə ki, o, artıq 

dünya  bazarında  çoxdan  bəri  məşhur  olan  firma-françayzerin  buraxdığı  malın  (xidmətin)  malik  olduğu  nişan 

(marka) altında məhsul istehsal edir (xidmət göstərir). Eyni zamanda, yuxarıda göstərdiyimiz kimi, firma-fran-

çayzer özünün firmalarını açmadan, asılı müəssisələr və ya birgə müəssisələr yaratmadan öz biznesini genişlən-

dirir və bununla bağlı xərc çəkmir. 

Françayzinq hər yerdə, dünyanın bir çox dövlətlərində adi biznesə nisbətən daha əhəmiyyətli və etibarlıdır. 

Ona görə ki, hər bir yeni və təzə yaradılmış müəssisənin arxasında vaxt və bazar baxımından yoxlanılmış, sı-

naqdan çıxmış və dünya bazarında tanınmış firma-françayzer («böyük qardaş») durur. Məsələn, «Makdonalds» 

(restoran), «Hilton» (mehmanxana xidməti), «Soni» (müasir elektron aparatları), «Ribok» (idman ayaqqabısı), 

«Lemonti» (hazır paltar) və s. firma-françayzerə misal ola bilər. 

Françayzinq sahibkarlıq fəaliyyətinin əsasən iki sahəsini əhatə edir: 

 malların istehsalını və satışını (Product Distribution Franchising); 



 xidmət göstərilməsini (Business Format Franchising)  

Praktikada françayzinqin dörd növü fərqləndirilir: 

  satış françayzinqi; 



  ticarət françayzinqi; 

  xidmət françayzinqi; 



  istehsal françayzinqi. 



Satış françayzinqi firma-françayzerin ümumi nəzarəti altında vahid satış şəbəkəsinin yaradılmasını nəzərdə 

tutur.  Françayz  alan  (istifadəçi)  müəyyən  bir  ərazidə  françayz  verənin  (firma  françayzerin)  mallarını  onun 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   449   450   451   452   453   454   455   456   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə