Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə450/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   446   447   448   449   450   451   452   453   ...   490

 

517


bitməsə də, lizinq müəssisəsi ilə lizinq alan müqaviləni pozmaq üçün qarşılıqlı razılığa gəlirlər. 

Məhkəmənin qərarı lizinq müqaviləsinə xitam verilməsi əsaslarından biri sayılır. Məsələn, müqavilənin ba-

ğ

lanmasında iştirak edən müəssisələrin yaradılması zamanı yol verilmiş qanunvericilik pozuntuları ilə əlaqədar 



onun qeydiyyatının etibarsız sayılması barədə məhkəmə qərarı lizinq müqaviləsinin pozulmasına səbəb ola bi-

lər. 


Lizinq müqaviləsi müqavilənin predmeti olan əmlak qarşısıalınmaz qüvvə nəticəsində məhv olduqda, mü-

qavilə  ləğv  edilir.  Qarşısıalınmaz  qüvvə  dedikdə  müxtəlif  cür  təbii  fəlakət  hadisələri  (ildırım,  tufan,  qasırğa, 

daşqın, zəlzələ və s.) başa düşülür. 

Qanunda və müqavilədə lizinq müqaviləsinin ləğv edilməsinin digər halları da nəzərdə tutula bilər. Bu cür 

halların müəyyənləşdirilməsi istisna edilmir. 

2. Müqaviləyə xitam verilməsinin nəticələri 

Lizinq müqaviləsinin ləğv edilməsi əyyən hüquqi nəticələrə səbəb olur. Bu cür nəticələrə aiddir: 

 lizinq əmlakının lizinq verənə qaytarılması



 əmlakın qaytarılması ilə bərabər lizinq verənə dəyən zərərin əvəzinin ödənilməsi

 əmlakın geri götürülməsi ilə bərabər lizinq alana dəyən zərərin əvəzinin ödənilməsi



Lizinq müqaviləsinin müddəti qurtardıqdan sonra lizinq əmlakını icarəçi (lizinq alan) satın alma hüququndan 

istifadə etməklə mülkiyyət hüququ əsasında əldə etmir. Belə halda əmlak lizinq verənə qaytarılır. Bu, lizinq 

müqaviləsinin xitam edilməsinin hüquqi nəticəsidir. 

Bununla bərabər, müqavilə lizinq alanın təqsiri üzündən pozula bilər. Belə halda əmlak lizinq verənin özünə 

qaytarılır və lizinq alan qarşı tərəfə dəyən zərərin əvəzini ödəyir. Əgər müqavilənin ləğv edilməsində lizinq ve-

rən təqsirkar olarsa, əmlak geri qaytarılır və lizinq alana dəyən zərərin əvəzi ödənilir. 



§ 6. Lizinqin növləri (tipləri) 

Dünya praktikasında lizinq müqaviləsinin çoxsaylı tipləri işlənib hazırlanmışdır. Ədəbiyyatda bu məsələyə 

müəyyən dərəjədə toxunulmuşdur. Lakin lizinq müqaviləsinin dəqiq və elmi cəhətdən əsaslandırılmış geniş təs-

nifatına biz rast gəlmirik. Azərbaycanlı hüquqşünas müəlliflərdən S.Ə.Vəliyev lizinq müqavilələrinin ayrı-ayrı 

növlərini sistemli şəkildə nəzərdən keçirməyə təşəbbüs göstərmişdir. 

Lizinq müqaviləsini müxtəlif meyarlara görə təsnifləşdirmək olar. Hər şeydən əvvəl, beynəlxalq ticarət prak-

tikasında müddət meyarına görə lizinqin üç növünə rast gəlirik: 

 rentinq; 



 xayrinq; 

 uzunmüddətli lizinq. 



Rentinq dedikdə qısamüddətli lizinq başa düşülür. Bu müddət bir ilə kimi olan müddəti əhatə edir. Xayrinq 

orta müddətli lizinqdir. Bu lizinq növü bir ildən üç ilə kimi olan müddəti nəzərdə tutur. Uzunmüddətli lizinq 

odur ki, onun müddəti üç ildən çoxdur. Beynəlxalq praktikada müddəti iyirmi və ya daha çox il olan lizinqə də 

rast gəlmək mümkündür. 



Lizinq avadanlığının istifadə müddəti və əqddə iştirak edən tərəflərin sayı kimi meyara görə lizinqin iki 

növü fərqləndirilir: maliyyə lizinqi; operativ lizinq. 



Maliyyə lizinqi odur ki, bu cür lizinqdə icarəyə verilmiş lizinq avadanlığından istifadə müddəti adətən hə-

min avadanlığın xidmət müddətinə (təsərrüfat məqsədləri üçün istifadə müddətinə və ya tam amortizasiya müd-

dətinə) yaxınlaşır. Bu növ lizinq müqaviləsi, bir qayda olaraq, üç ildən on ilə kimi, bəzi hallarda isə on ildə

çox müddətə bağlanır. Bununla bərabər, maliyyə lizinqi mürəkkəb əqddir. Belə ki, həmin əqddə üç tərəf iştirak 

edir. Lizinq müddəti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq lizinq alan avadanlıq üzərində mül-

kiyyət hüququ əldə edə və ya müqaviləni daha güzəştli şərtlərlə təzələyə, ya da avadanlığı lizinq verənə (icarə-

yə verənə) qaytara bilər, yəni müqavilə münasibətlərini ləğv edə bilər. Maliyyə lizinqinə investisiya lizinqi də 

deyilir. 

Geriqaytarma lizinqi maliyyə lizinqinin  yarımnövüdür. Maliyyə lizinqindən fərqi olaraq geriqaytarma li-

zinqi üçtərəfli yox, ikitərəfli əqddir. Bu əqddə lizinq verən və lizinq alan iştirak edir. Satıcının (istehsalçının) 

bu münasibətlərdə çıxış etməsinə təsadüf olunmur. Geriqaytarma lizinqi onunla xarakterizə olunur ki, bu lizinq 

növü avadanlığı mülkiyyətçisinin onu lizinq müəssisəsinə satmasına, sonradan ilkin mülkiyyətçinin həmin ava-

danlığın lizinqə (icarəyə) götürməsini nəzərdə tutur.  lkin mülkiyyətçi həm avadanlığın qiymətini alır, həm də 

avadanlıqdan istifadə nəticəsində gəlir götürür. Deməli, lizinq avadanlığının ilkin mülkiyyətçisi həm də eyni za-

manda lizinq alan rolunda çıxış edir. Lizinq müəssisəsi həm lizinq avadanlığının sonrakı mülkiyyətçisi, həm də 

lizinq verəndir. 



Operativ lizinq odur ki, bu növ lizinq avadanlığın onun tam amortizasiyası müddətində dəfələrlə lizinqə ve-

rilməsini nəzərdə tutur. Başqa sözlə desək, operativ lizinqdə müqavilənin qüvvədə olma müddəti ərzində lizinq 




 

518


avadanlığının istifadə müddəti avadanlığın xidmət (qulluq) müddətindən azdır. Lizinq alan avadanlığı qısa 

və ya orta müddətə icarəyə götürür. Bu isə lizinq verənə imkan verir ki, o, lizinq müddəti qurtardıqdan və başa 

çatdıqdan sonra həmin avadanlığı başqasının istifadəsinə versin. Belə ki, lizinq müddəti qurtardıqdan sonra ava-

danlıq lizinq verənə qaytarılır. Bu cür halda lizinq alanın ixtiyarı çatmır ki, lizinq avadanlığı üzərində mülkiy-



yət hüququnun ona keçməsini tələb etsin

Lizinq avadanlığına texniki xidmət göstərilməsi üzrə vəzifənin kimə həvalə edilməsi əlamətinə görə li-

zinqin iki növü fərqləndirilir: təmiz lizinq; xidmətli lizinq. Təmiz lizinq odur ki, bu növ lizinq avadanlığa xid-

mət  göstərilməsini  lizinq  alana  həvalə  edilməsini  nəzərdə  tutur.  Bu  lizinq  növü  kommersiya  bankları,  lizinq 

ə

məliyyatları ilə məşğul olan sığorta təşkilatları üçün xarakterikdir. Bu, məlum məsələdir. Belə ki, lizinq verən 



rolunda çıxış edən banklar və sığorta təşkilatları, təbii ki, lizinq əmlakına xidmət göstərə bilməz.  

Xidmətli lizinq odur ki, bu lizinq avadanlığa xidmət göstərmək vəzifəsinin lizinq verənə həvalə edilməsini 

nəzərdə tutur. Bu lizinq növündən o halda istifadə edilir ki, müqavilənin predmetini xüsusi xarakterli avadanlıq-

lar (məsələn, kompyüterlər, hesablama maşınları və s.) təşkil etsin. Göstərilən müqavilə əlavə şərt nəzərdə tu-

tan  müqavilə  də  adlandırılır.  Əlavə  şərtlər  mürəkkəb  xarakterli  avadanlığa  xidmət  göstərməyin  vacibliyi  ilə 

ə

laqədardır. Əgər təmiz lizinq quru lizinq adlanırsa, xidmətli lizinqə islaq (yaş) lizinq də deyilir. 



ş

tirakçıların tərkibinə görə və lizinq əməliyyatlarının həyata keçirilməsi texnikasından asılı olaraq li-

zinqin üç növü fərqləndirilir: birbaşa lizinq; dolayı lizinq; qrup lizinqi. 



Birbaşa lizinq odur ki, həmin lizinqdə iştirak edən əmlak mülkiyyətçisi (mal göndərən) həm də eyni zaman-

da lizinq verəndir. O, avadanlığı müstəqil olaraq lizinqə verir. 



Dolayı lizinq elə bir əqddir ki, bu əqdə görə lizinq verən lizinq alana lizinqə vermək üçün satıcıdan xüsusi 

olaraq avadanlıq alır. Özü də tez-tez biz lizinq verənin bankların və digər kredit təşkilatlarının maliyyə vəsaitini 

cəlb etməklərinin şahidi oluruq. Deməli, dolayı lizinqdə vasitəçi çıxış edir. 

Qrup lizinqi elə bir əqddir ki, bu əqdin bağlanmasında lizinq verən tərəfindən bir neçə şəxs çıxış edir. 

Müqavilənin  beynəlxalq  xarakterə  malik  olub-olmamasına  görə  lizinqin  iki  növü  vardır:  daxili  lizinq; 

beynəlxalq lizinq. Daxili lizinq odur ki, lizinq müqaviləsinin tərəfləri (subyektləri) rolunda Azərbaycan Res-

publikasının vətəndaşları çıxış edirlər. Bu lizinq dünyanın bir çox ölkələrində daha inkişaf etmişdir. Daxili milli 

lizinq bazarında istehsal avadanlıqlarının, avtomobillərin və digər əmlak növlərinin lizinqə verilməsi üstünlük 

təşkil edir. 

Beynəlxalq lizinq odur ki, bu lizinqdə iştirak edən lizinq alan və lizinq verən müxtəlif dövlətlərin subyektlə-

ridir;  onlar  ayrı-ayrı  dövlətlərdə  olurlar.  Beynəlxalq  lizinqdə  əsas  yeri  gəmilərin,  təyyarələrin,  dəmiryolu  va-

qonlarının və s. lizinqə verilməsi təşkil edir. Daxili və beynəlxalq lizinq MM-in 747-3-cü maddəsində nəzərdə 

tutulmuşdur. 



Lizinq obyektinin «hərəkət edib-etməməsi» əlamətinə görə lizinqin iki növü fərqləndirilir: mobil lizinqi; 

immobil lizinqi. Mobil lizinqi daşınar əmlak növlərinin lizinqə verilməsidir.  mmobil lizinq isə bunun əksinə 

olaraq daşınmaz əmlakın lizinqə verilməsini nəzərdə tutur. 

Lizinqin kompensasiya lizinqi adlı xüsusi xarakterli növü də fərqləndirilir. Bu lizinqin əsas xüsusiyyəti li-

zinq haqqının forması ilə şərtlənir. Belə ki, lizinq alan lizinq haqqını icarəyə (lizinqə) götürdüyü avadanlığın 

tətbiqi nəticəsində əldə etdiyi məhsul formasında ödəyir. Ödəniş lizinq alan tərəfindən xammal və yarımfabri-

katlar verməklə də həyata keçirilə bilər ki, onların lizinq avadanlığının istifadəsi ilə heç bir əlaqəsi yoxdur. 

Sublizinq müqaviləsi elə bir əqddir ki, o, lizinq alan tərəfindən lizinq predmetinin yenidən üçüncü şəxsə li-

zinqə verilməsi ilə bağlı əmələ gələn münasibətləri rəsmiləşdirir. Sublizinq ikinci əldən lizinqə verməkdir. La-

kin bunun üçün lizinq verənin razılıq və icazə verməsi tələb olunur. Xüsusi xarakterli münasibətləri tənzimlə-

yən  sublizinq  Ottava  konvensiyasının  2-ci  maddəsində  nəzərdə  tutulmuşdur.  Sublizinq  AR  MM-in  747-4-cü 

maddəsi ilə tənzimlənir. 

Mülki qanunvericilikdə lizinqin digər növləri də göstərilir. Mülki Məcəllənin 747-5-ci maddəsi lizinq xidmə-

tinin müxtəlif cür formalarını nəzərdə tutur. Məsələn, lizinq müqaviləsi subyektlərinin iştirakına görə lizinqin 

ikitərəfli və ya üçtərəfli kimi iki növü fərqləndirilir. 



TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Veliev  S.A.  Lizinq  kak  odna  iz  form  vneşnegkonomiçeskoy  sdelki  //Mecdunarodnoe  pravo.  Baku.  1998. 

1, s.80-86. 



Kabatova E.V. Lizinq: pravovoe requlirovanie. M., 1996. 

Çekmareva E.N. Lizinqovıy biznes. M., 1993. 

Dcuxa V.M. Lizinq. Rostov-na-Donu. 1999. 

Lehenko M. . Osnovı lizinqa. Uçebnoe posobie. M., 2000. 

Qext P. . Razvitie lizinqovıx operaüiy. M., 1991. 


Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   446   447   448   449   450   451   452   453   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə