Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə437/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   433   434   435   436   437   438   439   440   ...   490

 

501


Ş

übhəsiz ki, kirayəyə verilmiş əşyanın saxlanması və  ya bərpası zəruri xərclərin çəkilməsini tələb edir. 

Bunsuz əşyanı istifadə üçün yararlı və saz vəziyyətdə saxlamaq mümkün deyil. Ona görə də kirayəçi əşyanın 

saxlanması və ya bərpası (təmiri) üçün lazımi xərclər çəkir. Kirayəçinin çəkdiyi zəruri xərclərin əvəzini ödə-



mək kirayə verənin vəzifəsini təşkil edir. Bununla belə, o, bütün xərcləri yox, yalnız qanunda nəzərdə tutulan 

xərcləri ödəməyə borcludur (MM-in 680.1-ci maddəsi). Bu cür əvəzi ödənilən xərclərə aiddir: istismar, qulluq 

və təmizləmə xərcləri (müqavilənin predmeti binalar, qurğular və nəqliyyat vasitələri olduqda); qulluq və bəslə-

mə xərcləri (müqavilənin predmeti heyvan olduqda). 

Kirayəçi kirayəyə götürülmüş əşyanın yaxşılaşdırılması üçün kirayə verənin razılığı olmadan xərclər, ha-

belə  digər  məqsədlər  üçün  də  xərclər  çəkə  bilər.  Belə  halda  onun  etdiyi  hərəkətlər  özgə  işlərini  tapşırıqsız 

aparma (MM-in 57-ci fəsli) hesab edilir. Əgər əşya üçün çəkilən xərclər kirayə verənin mənafeyinə və ehtimal 

olunan istəyinə uyğun gələrsə, onda kirayə verən kirayəçinin tələbi ilə həmin xərclərin əvəzini ödəməyə borclu-

dur (MM-in 1090.1-ci maddəsi). Əşya üçün çəkilən xərclər kirayə verənin mənafeyinə və ehtimal olunan istəyi-

nə uyğun gəlməyə də bilər. Belə halda da kirayəçi kirayə verəndən xərclərin əvəzinin ödənilməsini tələb edə bi-

lər. Bu o vaxt mümkün ola bilər ki, yaxşılaşdırılmasına xərc çəkilən əşyanın istifadə edilməsindən kirayə verən 

fayda götürsün, əmlakını artırsın (MM-in 1090.2-ci maddəsi). 

Kirayə verən digər vəzifələr də daşıya bilər. Məsələn o, müqavilə ləğv edildikdən sonra hər hansı müddət 

üçün  qabaqcadan  verilmiş  kirayə  haqqını  qaytarmalıdır  (MM-in  697.3-cü  maddəsi).  O,  kirayə  müqaviləsində 

müddət nəzərdə tutulmadığı halda müqavilənin ləğvinə dair bildiriş verə bilər. Kirayə verən həm də hüquqlara 

malikdir. Belə ki, torpaq sahəsini və ya yaşayış evini kirayəyə verərsə, onun kirayəçinin həmin torpaq sahəsində 

və ya həmin otaqlarda olan əşyalarına girov hüququ vardır (MM-in 698.1-ci maddəsi). Qanunun göstərişi əsa-

sında yarandığına görə ona qanuni girov deyilir və buna görə də girov müqaviləsi bağlanması tələb edilmir. Gi-

rov hüququ kirayəyə verən qarşısında kirayəçinin öz öhdəliklərini (məsələn, kirayə haqqını ödəmək öhdəliyini 

və s.) icra etməsini təmin edir.  



2. Kirayəçinin hüquq və vəzifələri 

Kirayəçinin əsas vəzifəsi özünü vicdanlı kirayəçi kimi aparmaqdan ibarətdir, yəni o, əşyadan vicdanla 

istifadə etməlidir. Vicdanlı kirayəçi anlayışı kirayəçi tərəfindən bir sıra tələblərə (şərtlərə) əməl edilməsini ifadə 

edir: 


 əşyadan müqavilə şərtlərinə və onun təyinatına uyğun olaraq istifadə etmək

 əşyadan istifadə etmək prosesində kirayə verənin hüquqlarını mühüm dərəjədə pozmamaq; 



 əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlamamaq; onu üçüncü şəxslərə verməmək; 

 əşyanı təhlükəyə məruz qoymamaq. 



Kirayəçinin əsas vəzifələrindən biri onun kirayəyə götürdüyü əşyanı üçüncü şəxsin istifadəsinə vermə-

məsindən, o cümlədən ikinci əldən kirayəyə verməməsindən ibarətdir. Bununla bərabər, onun ixtiyarı çatır 

ki, əşyanı üçüncü şəxslərə versin. Bunun üçün kirayəyə verənin razılığı tələb olunur. Lakin kirayəçi kirayə ve-

rənin razılığı olmadan əşyanı kirayə verənin ailəsinin tərkibinə daxil olan üçüncü şəxsin istifadəsinə verə bilər. 

Beləliklə, kirayə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayə verənin ailəsinin tərki-

binə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ 

yoxdur (MM-in 683.1-ci maddəsi). Əgər kirayəyə verilən əşya kirayə verənin razılığı ilə istifadə üçün hər hansı 

üçüncü şəxsə və ya ikinci əldən kirayəyə verilərsə, onda kirayə verən qarşısında üçüncü şəxs yox, kirayəçi mə-

suliyyət daşıyır. 

Kirayəçinin özünün vicdanlı kirayəçi vəzifələrini pozması (məsələn, kirayəçi kirayəyə götürdüyü yaşayış 

evində ticarət və ya istehsal işləri ilə məşğul olur və s.) müəyyən hüquqi nəticəyə səbəb olur. Bu, kirayə verənə 

ixtiyar verir ki, o, kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən birtərəfli qaydada ləğv etsin

Kirayəçi  belə  halda  müqavilənin  ləğvinə  dair  bildiriş  vermək  əvəzinə  neqator  iddia  ilə  məhkəməyə  də 

müraciət edə bilər (MM-in 685.1-ci maddəsi). 

Kirayəçinin  əsas  vəzifələrindən  biri  kirayə  haqqını  vaxtında  ödəməkdən  ibarətdir.  Onun  bu  vəzifəni 

icra etməməsi müəyyən hüquqi nəticənin əmələ gəlməsini şərtləndirir. Belə ki, kirayə verən xəbərdarlıq müd-

dətini gözləmədən kirayə müqaviləsini birtərəfli qaydada ləğv edə bilər

 kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdik-



də; 

 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi 



haqqının ödənilməsini gecikdirdikdə. 

Müqavilə  ləğv  edilən  vaxta  kimi  kirayəçi  gecikdirilən  kirayə  haqqını  ödəyə  bilər.  Belə  halda  müqavilə 

ləğv edilmir. 

Kirayə hüquq münasibəti ləğv edildikdə kirayəyə götürdüyü əşyanı kirayə verənə qaytarmaq kirayəçi-




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə