Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə434/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   430   431   432   433   434   435   436   437   ...   490

 

498


Ə

mlak kirayəsi MM-in 33-cü fəslinə daxil olan normalarla (675-699-cu maddələrlə) tənzimlənir. Əmlak 

kirayəsi üzrə münasibətlər xüsusi normativ aktlarla da tənzimlənə bilər. 

§ 2. Müqavilənin elementləri 

1. Müqavilədə iştirak edən tərəflə

Ə

mlak kirayəsi müqaviləsində iki tərəf iştirak edir: kirayə  verən; kirayəçi. Roma hüququ kirayə verəni 



«locator» adlandırırdı. Kirayə verən rolunda istənilən hər hansı fiziki və ya hüquqi şəxs çıxış edə bilər. Əynəbi 

şə

xslərin kirayə verən qismində müqavilə bağlanılmasında iştirakı istisna edilmir. 



Kirayə verən qismində müqavilənin bağlanılmasında yalnız əmlakın mülkiyyətçisi çıxış edə bilər. Lakin 

dövlət müəssisələri – məhdud əşya hüququ, yəni operativ idarə etmə və ya tam təsərrüfatçılıq səlahiyyətləri hü-

ququnun subyektləri (mülkiyyətçi olmayan şəxslər) mülkiyyətçi tərəfindən onlara təhkim edilmiş əmlakı kira-

yəyə verə bilərlər. Bunun üçün mülkiyyətçinin (dövlətin) razılıq verməsi tələb olunur. Axı, kirayə əmlak üzə-

rində sərənjam vermənin üsullarından biridir. 

Ə

mlak kirayəsi müqaviləsi üzrə kirayəçi rolunda, ümumi qaydaya görə, əynəbi şəxslər də daxil olmaqla 



istənilən fiziki və hüquqi şəxs çıxış edə bilər. Məsələn, yaşayış otaqlarının kirayəsi müqaviləsinin bağlanılma-

sında kirayəçi kimi vətəndaş iştirak edir. Rəsmi reyestrdə qeydə alınmış gəmilərin kirayə müqaviləsini (fraxtet-

mə müqaviləsini) kirayəçi kimi adətən hüquqi şəxslər bağlayır. Roma hüququ kirayəçini «conductor» adlandı-

rırdı. 


Ə

mlak kirayəsi münasibətlərinin möhkəm olması üçün qanun tərəflər dəyişərkəəmlak kirayəsi müqa-



viləsinin öz qüvvəsini saxlaması haqqında qayda müəyyən edir (MM-in 699.1-ci maddəsi). Bu qaydanın ma-

hiyyəti ondan ibarətdir ki, kirayəyə verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə 

verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçə bilər. Belə halda mülkiyyət hüququnu əldə etdiyi andan hə-

min üçüncü şəxs kirayə verəni əvəz edərək kirayə hüquq münasibətindən irəli gələn bütün hüquq və vəzifələrə 

malik olur. Yeni mülkiyyətçinin müqavilənin qüvvədə olma müddəti qurtarana kimi müqavilənin şərtlərini də-

yişdirməyə və ya kirayəyə verilən əşyanı geri qaytarmağa ixtiyarı yoxdur. 

Müqavilə kirayəçi dəyişdiyi halda da öz qüvvəsini saxlaya bilər. Bu hal yalnız universal hüquq varis-

liyi nəticəsində mümkündür (MM-in 695.1-ci maddəsi). Belə ki, kirayəçi olan fiziki şəxs öldükdə və ya kira-

yəçi olan hüquqi şəxs yenidən təşkil edildikdə həm vətəndaşın, həm də hüquqi şəxsin hüquq və vəzifələri vətən-

daşın vərəsələrinə və  ya hüquqi şəxsin hüquqi varisinə keçir. Kirayəçi barəsində qanun ümumi qaydaya görə 

hər hansı bir tələb irəli sürmür. O, əşyanı istifadə məqsədi ilə almağa marağı olan şəxsdir. 



2. Müqavilənin predmeti 

Müqavilənin predmeti kimi yalnız əşya çıxış edə bilər (MM-in 675-ci maddəsi): elə bir əşya ki, o, istifa-



də  prosesində  natural  xüsusiyyətlərini  itirmir.  Bu  onunla  şərtlənir  ki,  kirayəçi  kirayəyə  götürdüyü  əşyanı 

müqavilənin müddəti qurtardıqdan sonra kirayə verənin özünə qaytarmağa borcludur. Buna görə də əmlak kira-

yəsi müqaviləsinin predmeti bir sıra xüsusiyyətlərə malikdir. Hər şeydən əvvəl, yalnız fərdi əlamətləri ilə mü-

ə

yyən ediləəşyalar bu müqavilənin predmeti kimi çıxış edə bilər.  kincisi, bu müqavilənin predmeti ola bilən 

əş

ya istifadə prosesində öz natural xüsusiyyətlərini saxlamaqla istehlak olunmur. Üçüncüsü, bu əşyalar hüqu-



qi cəhətdəəvəzolunmazdır

Ə

mlak  kirayəsi  müqaviləsinin  predmeti  kimi  həm  daşınmaz  əşyalar  (yaşayış  otaqları,  binalar,  torpaq), 



həm də daşınar əşyalar (minik maşını, geyim şeyləri, musiqi aləti, tikinti avadanlıqları, idman vasitələri, ev şey-

ləri və s.) çıxış edə bilər. Özü də bu əşyalar dövriyyə qabiliyyətli əşyalar olmalıdır. Dövriyyədə olması qada-

ğ

an edilmiş əşyaların bu müqavilənin predmeti ola bilməsi istisna edilir. Bu cür əşyaların kirayəyə verilməsini 



qanun qadağan edir. Heyvanlar da müqavilənin predmeti ola bilər. Biz kənd yerlərində xüsusən qoşqu və yük 

heyvanlarının kirayəyə verilməsinin şahidi oluruq. Təsadüfi deyildir ki, Fransa mülki hüququ mal-qaranın kira-

yəsini əmlakın kirayə müqaviləsinin növlərindən biri kimi nəzərdə tutur. 

Bəzi əşya növlərinin isə kirayəyə verilməsini qanun məhdudlaşdırır. Məhdud dövriyyə qabiliyyətli əşya-

lar  bu  cür  əşyalardan  hesab  olunur.  Məsələn,  mülki  silah  kirayəyə  verilərkən  kirayəçinin  həmin  silahın  əldə 

edilməsinə icazə alması tələb edilir. 

Rəsmi reyestrdə qeydə alınmış əşyalar müqavilənin predmeti ola bilər. Məsələn, mülki hava gəmilərinin 

müxtəlif təşkilatlara kirayəyə verilməsi hallarına rast gəlmək olur. 

MM-in 675-ci maddəsi əmlak kirayəsi müqaviləsinin predmeti barədə əşya anlayışını işlədir. Belə çıxır 

ki, ə


mlak hüquqları, əqli mülkiyyət hüququnun obyektləri (müstəsna hüquqlar) bu müqavilənin predme-

ti ola bilməz. Bununla belə, müəllif əsərin nüsxələrini kirayəyə vermək kimi müstəsna hüquqa malikdir. Lakin 

bu cür müəlliflik hüququnun verilməsi kirayə müqaviləsi ilə yox, müəllif müqaviləsi ilə rəsmiləşdirilir («Müəl-

liflik hüququ və əlaqəli hüquqlar haqqında» AR Qanununun 15-ci və 28-ci maddələri). Bundan əlavə, fonoqram 

nüsxələrini  kirayə  vermək  fonoqram  istehsalçısının  müstəsna  hüququdur.  Fonoqram  istehsalçısı  bu  hüquqları 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   430   431   432   433   434   435   436   437   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə