62
registrinin bir hissəsi olması ilə əlaqədar olaraq bəzi əlavə imkanlar verir. Men
adasında qeydiyyatdan keçmiş gəmilər eyni zamanda Böуüк Bгitaniya və Şimali
rlandiya asılı olmayan hüquqda (səlahiyyətində olmadan) qalaraq, Britaniyanın
bayrağı altında üzürlər. Müvafiq olaraq Britaniya gəmiləri və ya başqa bayraq altında
üzən gəmilər üçün adanın gəmi registrinə daxil edilməsi prosedurları müxtəlifdir.
Britaniya gəmiləri üçün sadələşdirilmiş prosedurlar həyata keçirilir. Men adasında
gəmilərin qeydiyyatdan keçirilməsinin mühüm üstünlüyü ondan ibarətdir ki,
qeydiyyat zamanı onlardan illik yığım tutulmur. Gəminin birinci qeydiyyatı və ya
xarici registrdən köçürülməsi zamanı tonnajdan asılı dərəcələr üzrə birdəfəlik yığım
tutulur.
Men adasında qeydiyyatdan keçmiş gəmi sahibləri və istifadəçilərinin şirkətləri
gəlirlərə görə vergilərdən avtomatik olaraq azad edilmir. Şirkət vergilərdən azad
olmaq istədiyi halda azad edilmək statusu almaq üçün müraciət etməlidir. Azad
edilmiş şirkətlərdən 250 funt sterlinq məbləğində illik yığım tutulur. Qeyd etmək
lazımdır ki, Men adasında ayrıca korporativ vergi mövcud deyil. Korporasiyaların
gəlirlərinə vergiqoyma 1970-ci ildə qəbul edilmiş gəlirdən vergi haqqında qanun
çərçivəsində və qüvvədə olan bir sıra dəyişiklik və əlavələrin nəzərə alınması ilə
həyata keçirilir. Gəlirdən vergi haqqında qüvvədə olan qanunvericiliyə daha mühüm
dəyişikliklər 1984-cü ildə edilmişdir. Belə ki, azad edilmiş şirkətlər üçün gəlirdən
vergi də həmin qanuna daxil edilmişdir.
63
FƏ S L III. AZƏ RBAYCANDA OFŞ OR B ZNES N FORMALAŞ MASI VƏ
NK Ş AF PROBLEMLƏ R
3.1. Ölkə nin iqtisadi ikiş afında ofş or biznesin yeri
Ötən əsrin 90-cı illərindən başlayaraq dünya iqtisadiyyatında ofşor biznesin rolu
kəskin artmağa başladı və bu gün ofşor biznesin dünya iqtisadiyyatındakı rolunu bu
biznesin dünya sərvətlərindəki payına görə qiymətləndirmək olar. 2010-cu ildə ofşor
zonalarda yerləşən maliyyə qurumlarının idarəçiliyi altında olan aktivlərin ümumi
həcmi 7,8 trln dollar, başqa sözlə 121,8 trln dollar həcmində qiymətləndirilən dünya
sərvətlərinin 6,4%-ni təşkil etmişdir.
Ofşor biznesin ölkələrin iqtisadiyyatına təsirləri ziddiyyətli xarakter daşıyır.
Belə ki, ofşor zonaların yerləşdiyi ölkələr üçün bu əhəmiyyətli və bir çox hallarda
ə
sas gəlir mənbəyi olsa da vəsaitləri bu zonalara çıxarılan ölkələr üçün müsbət
cəhətləri ilə yanaşı mənfi nəticələrə də səbəb olur.
Dünya təcrübəsi göstərir ki, ofşor zonaların ölkə iqtisadiyyatı üçün əhəmiyyəti
həm ənənəvi, həm də yeni, indiyə qədər rast gəlinməmiş sosial-iqtisadi vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədardır.
Ofşor zonaların yaradılmasının ölkəyə müsbət təsirlərinə aşağıdakıları
göstərmək mümkündür:
-
Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya olunması dərəcəsinin
yüksəlməsi,
-
Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi effektivliyinin
artması.
Statistikaya görə 2013-cü ildə ofşor şirkətlərin fəaliyyəti nəticəsində qəbul
edən ölkələrin iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi cədvəldə
göstərilən kimi olmuşdur:
64
Cədvəl 7. Bir sıra ofşor biznes mərkəzlərində qoyulmuş xarici investisiyalar
Ölkə
2013-cü
ildə
qoyulmuş
xarici
investisiyalar, min ABŞ doll.
Baham adaları
25647
Beliz
1245
Britaniya adaları
75467
Böyük Britaniya
56897
Cəbəlüttariq
3258
Dominikan
4587
Kipr
325496
Mavrikiya
6987
Men adası
15678
Panama
45698
Seyşel adaları
6789
Sent Kits və Nevil
21346
ABŞ (Delaver)
12493
-
Qəbul edən ölkənin ixrac potensialının artırılması,
-
Yerli şirkətləri tədricən nəzarət olunan rəqabət mühitinə cəlb etməklə onları
texniki və texnoloji səviyyələrini yüksəltməyə sövq etmək,
-
Məşğulluğun səviyyəsinin yüksəldilməsi,
-
Əvvəlcə ayrılıqda götürülmüş regionda, sonra isə bütün ölkə miqyasında
ə
halinin həyat səviyyəsinin yüksəldilməsi,
-
Ofşor zonaların müxtəlif bazar yeniliklərinin sınaqdan keçirilməsi üçün
poliqon, tədqiqat laboratoriyası funksiyasını yerinə yetirmək imkanı,
-
Ofşor zonanın ölkədə struktur yenidənqurmalarının mənbəyi olmaq imkanı.
Bu zonalar nümayiş və tədris effekti vasitəsi ilə qəbul edən ölkənin
iqtisadiyyatına modernləşdirici təsir göstərir,
-
Qapalı iqtisadiyyatdan daha açıq iqtisadiyyata keçid,
-
Ölkənin innovasiya potensialının yüksəldilməsi.
65
Ölkənin innovasiya potensialının yüksəldilməsi burada “artım mərkəzləri”,
“inkişaf mərkəzləri”nin yaradılması hesabına reallaşdırılır.
Ofşor zonaların dünya iqtisadiyyatı üçün müsbət təsirlərindən biri də bütün
dünya üzrə kapitalın sərbəst hərəkəti üçün imkan yaratmasındadır, belə ki, bəzi
ölkələrin qanunvericiliyi buna imkan vermir.
Ofşor zonalar kapitalın beynəlxalq hərəkəti zamanı itkilərin minimallaşmasını
təmin edir.Eyni zamanda maliyyə axınlarının sürətlənməsi təmin olunur.Maliyyə
ə
məliyyatları haqda məlumat verilməsi tələbinin olmaması böyük miqdarda kapitalın
müxtəlif ölkələrə köçürülməsini sürətləndirir.
Ofşor zonaların əksəriyyəti normal inkişaf üçün yararsız müxtəlif amillərin
mövcud olduğu kiçik ölkələdə yerləşir.Bu amillərə uzaqlıq,təbii resursların olmaması,
ə
halinin sayının az olması,yararsız təbii şərait, öz sənayesinin olmaması və ya çox
zəif inkişafı kimi amilləri göstərmək olar.
Xarici şirkətlər üçün güzəştli şərtlərin tətbiqi ölkəyə investisiyaları cəlb etməyə
imkan verir ki, bu da öz növbəsində sənayeni inkişaf etdirməklə yanaşı bir sıra
hallarda əhalinin sayını artırmağa, ixtisaslı kadrları ölkəyə cəlb etməyə imkan
yaradır.
Bəzi ölkələrdə ofşor biznes ölkənin gəlirlərinin yarıdan çoxunu təmin etməklə
bərabər ölkə əhalisinin əsas hissəsini işlə təmin edir.
Ofşor zonalar bu ərazilərdən istifadə edən təsərrüfat subyektlərinə aşağıdakı
üstünlükləri verir: vergi güzəştləri, azad fəaliyyət, praktiki olaraq valyuta nəzarətinin
olmaması, rezidentlərlə istənilən xarici valyuta ilə əməliyyatların aparılması imkanı,
xərclərin elə yerindəcə silinməsi, maliyyə əməliyyatlarının anonimliyi və məxfiliyi
(narkobizneslə əlaqəli və ya digər şübhəli əməliyyatlar zamanı dövlət orqanlarına
izahat verilməsi tələb olunur). Bu zaman zonanın daxili borc kapitalı bazarı
rezidentlərin hesablarından təcrid edilir. ş orasındadır ki, ofşorların klassik forması,
bu zonada yalnız qeyri-rezidentlərin təsərrüfat və maliyyə fəaliyyəti ilə məşğul
olmasını özündə əks etdirir.
Öz növbəsində vergi güzəştləri müxtəlif variantlarda tətbiq edilir. rlandiya və
Liberiyanın ofşor zonalarında vergilər tutulmur. sveçrədə isə vergilər tutulsa da, bu
Dostları ilə paylaş: |