Microsoft Word muxtar naz m docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix01.04.2018
ölçüsü0,71 Mb.
#35671
1   ...   20   21   22   23   24   25   26   27   28

85 

 

-



 

mənfəətə  vergiqoymanın  güzəştli  rejimi  resursların  bir  yerə  toplanmasına 

(akkumulyasiyasına)  və  təsisçinin  məqsəd  və  vəzifələrinə  uyğun  olaraq 

böluşdürülməsinə imkan yaradır; 

-

 

ofşor banklara verilən kreditlərdən, mənfəətə verginin yüksək dərəcələri mövcud 



olan ölkələrdə vergiqoymanın minimumlaşdırılması üçün fəal istifadə olunur; 

-

 



ofşor  zonalarda  qeydiyyatdan  keçmiş  banklarda  depozitlər  üzrə  hesablanan  və 

ödənilən faizlər ödəmə mənbəyindən vergiqoymadan azaddırlar; 

-

 

bir  qayda  olaraq  bu  banklara  maliyyə  məhdudiyyətləri,  onların  fəaliyyəti 



qeydiyyata  alınmış  ölkələrin  sərhədlərindən  kənarda  həyata  keçirilən  zaman  aid 

edilmir; 

 

-

 



bu  cür  bankın  təsis  edilməsi  və  cari  fəaliyyətinin  dəstəklənməsi  zamanı 

vəsaitlərə xeyli qənaət imkanı əldə edilir.

 

Tədqiqat  zamanı  müəyyən  olunmuşdur  ki,  ofşor  mərkəzlərdə  sığorta 



ş

irkətlərinin  təsis  edilməsinin  başlıca  səbəblərindən  birini  inkişaf  etmiş  ölkələrdə 

fəaliyyətin sərt tənzimlənməsindən uzaqlaşmaq üzrə imkanları hesab etmək lazımdır. 

Sığorta  ofşor  mərkəzləri  potensial  təsisçilərə  adətən  aşağıda  göstərilənləri  təklif 

edirlər: 

-

 



ş

irkətlərin  qeydiyyatdan  keçirilməsinin  və  lisenziyalaş-  dırılmasının 

sürətləndirilmiş prosedurları; 

-

 



minimal nizamnamə kapitalına endirilmiş tələblər; 

-

 



minimal nizamnamə kapitalının tam olmayan ödənişləri üzrə imkanlar; 

-

 



nizamnamə kapitalının bir hissəsinə nağd pulun keçirilməsinin əvəzinə qarantiya 

verilməsi imkanı; 

-

 

təsisçi və səhmdarlar haqqında məcburi məlumatların minimimu; 



-

 

məcburi normativlərin sayının məhdudlaşdırılması; 



-

 

məcburi hesabata tələblərin sadələşdirilməsi; 



-

 

bir  qayda  olaraq,  ofşor  sığorta  mərkəzlərində  hesabatların  auditor  tərəfindən 



təsdiqlənməsi vacid hesab edilir, lakin bu maddə üzrə sığortaçıların xərcləri adətən 

endirilmiş  dərəcələr  və  məcburi  hesabatın  həcminin  azaldılması  hesabına  aşağı 

olur; 



86 

 

-



 

yeni məhsulların işlənməsi və tətbiqi üzrə böyük sərbəstlik dərəcəsi; 

-

 

filialların  açılmasının  və  «qız»  müəssisələrin  təsis  edilməsinin  sadələşdirilmiş 



proseduru; 

 

-



 

valyuta nəzarətindən və valyuta məhdudiyyətlərindən azad edilməsi.

 

Beynəlxalq  gəmiçilik  sahəsində  ofşor  biznesin  inkişafı  yük  daşıyanların 



gəlirlərinə  yüksək  vergiqoyma  ilə,  həmçinin  əmlaka  vergilərin  qüvvədə  olan 

dərəcələrinin  tətbiqi  ilə  şərtləndirilir  (əlaqədardır).  Əsas  fondların  -  gəmilərin  və 

avadanlığın  dəyərinin  bu  sahədə  yüksək  olduğu  üçün  əmlaka  vergi  ödənişi  əmlaka 

yüksək vergiqoyma səviyyəsi olan ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərin rəqabət 

qabiliyyətini aşağı salan amilə çevrilir. 

Ofşor zonalarda gəmi şirkətlərinin və ayrı-ayrı gəmilərin qeydiyyatının daha bir, 

heç  də  az  əhəmiyyəti  olmayan  amillərindən  biri  kimi  valyuta  tənzimlənməsi  çıxış 

edir.  Valyutanın  dönərliliyinə,  köçürülməsinə  olan  müxtəlif  növ  məhdudiyyətlər, 

məcburi  prosedurların  yerinə  yetirilməsi  zərurəti  bir  çox  hallarda  müəssisənin 

beynəlxalq  yük  daşınmalar  sahəsində  təmir  işləri  xərclərinin  vaxtında  ödənilməsini, 

müxtəlif  növ  yığımları,  yanacaqla  doldurmanı  çatdırmayaraq  sərfəli  sifarişlərin 

itirilməsinə səbəb olur. 

Tədqiqat  zamanı  müəyyən  olunmuşdur  ki,  ofşor  biznesin  ölkələrin 

iqtisadiyyatına təsirləri ziddiyyətli xarakter daşıyır. Belə ki, ofşor zonaların yerləşdiyi 

ölkələr üçün bu əhəmiyyətli və bir çox hallarda əsas gəlir mənbəyi olsa da vəsaitləri 

bu  zonalara  çıxarılan  ölkələr  üçün  müsbət  cəhətləri  ilə  yanaşı  mənfi  nəticələrə  də 

səbəb olur. 

Dünya  təcrübəsi  göstərir ki, ofşor  zonaların ölkə  iqtisadiyyatı üçün  əhəmiyyəti 

həm  ənənəvi,  həm  də  yeni,  indiyə  qədər  rast  gəlinməmiş  sosial-iqtisadi  vəzifələrin 

yerinə yetirilməsi ilə əlaqədardır. 

Ofşor  zonaların  yaradılmasının  ölkəyə  müsbət  təsirlərinə  aşağıdakıları 

göstərmək mümkündür: 

-

 

Ölkə  iqtisadiyyatının  dünya  iqtisadiyyatına  inteqrasiya  olunması  dərəcəsinin 



yüksəlməsi; 

 



87 

 

-



 

Ölkə  iqtisadiyyatına  xarici  investisiyaların  cəlb  edilməsi  effektivliyinin 

artması;

 

-



  Qəbul edən ölkənin ixrac potensialının artırılması; 

-

  Yerli  şirkətləri  tədricən  nəzarət  olunan  rəqabət  mühitinə  cəlb  etməklə  onları 



texniki və texnoloji səviyyələrini yüksəltməyə sövq etmək; 

-

  Məşğulluğun səviyyəsinin yüksəldilməsi; 



-

  Əvvəlcə  ayrılıqda  götürülmüş  regionda,  sonra  isə  bütün  ölkə  miqyasında 

ə

halinin həyat səviyyəsinin yüksəldilməsi; 



-

  Ofşor  zonaların  müxtəlif  bazar  yeniliklərinin  sınaqdan  keçirilməsi  üçün 

poliqon, tədqiqat laboratoriyası  funksiyasını yerinə yetirmək imkanı; 

-

  Ofşor zonanın ölkədə struktur yenidənqurmalarının mənbəyi olmaq imkanı. Bu 



zonalar  nümayiş  və  tədris  effekti  vasitəsi  ilə  qəbul  edən  ölkənin  iqtisadiyyatına 

modernləşdirici təsir göstərir; 

-

 

Qapalı iqtisadiyyatdan daha açıq iqtisadiyyata keçid; 



 

-

 



Ölkənin innovasiya potensialının yüksəldilməsi.

 

Yuxarıda  göstərilən  müsbət  effektlərlə  bərabər  ofşor  biznesin  həm  ayrı-ayrı 



ölkələrə, həm də ümumiyyətlə dünya iqtisadiyyatına mənfi təsirləri də mövcuddur. 

Bir çox xarici şirkətlər xarici iqtisadi sövdələşmələr bağlayarkən ofşor firmalarla 

iş  görməkdəm  qaçırlar,  belə  ki  bu  firmalar  haqda  informasiyə  əld  etmək  olduqca 

çətindir.Bu  fakt  istehsalın  faktiki  həyata  keçirildiyi  ölkənin    beynəlxalq  arenada 

nüfuzunun aşağı düşməsinə səbəb olur. 

Azad  iqtisadi  zonaların  bir  növü  olan  ofşor  zonaların  yaradılması  Azərbaycan 

üçün  də  əhəmiyyətli  olardı.  Ümumiyyətlə  Azərbaycanda  azad  iqtisadi  zonaların  

yaradılması üzrə iş 1994-cü ildə BMT-nin inkişaf proqramı ilə başlanmış, lakin 1999-

cu ildə bir sıra səbəblər üzündən dayandırılmışdır. Həmin illərdə Sumqayıt şəhərində 

Azad 


iqtisadi 

zonaların 

yaradılması 

layihəsinə 

BMT-nin 

Azərbaycan 

Respublikasındakı nümayəndəsi Pablo Lembo başçılıq etmişdir. Sumqayıt şəhərində 

yaradılması nəzərdə tutulan iqtisadi zona mühüm spesifik xüsusiyyət daşıdığından və 

respublikamızda Azad  qtisadi Zona quruculuğunun mərkəzi obyektinə çevrildikdən 

onun səciyyəvi cəhətlərinin araşdırılması məqsədəuyğun olardı. 




88 

 

Azərbaycan  Respublikasında  da  müvafiq  zonaların  yaradılması  zəruriliyini 



ə

saslandırmaq olar. Bu əsaslandırma aşağıdakıları əhatə edir: 

-  Azad  iqtisadi  zonanın  təşkili  inzibati  nöqteyi-nəzərdə  zəhmətli  iş  olduğundan 

onların  istismarı  ilə  ya  xüsusi  olaraq  hökumət  tərəfindən  yaradılmış  inzibati 

strukturlar, yaxud dövlət şirkətləri məşğul olmalıdırlar. 

-  inkişaf  etməkdə  olan  ölkələrin  ixrac  istehsal  zonalarının  yaradılması  təcrübəsi, 

həmin  ölkələrin  inkişafında  mühüm  rol  oynayır  və  bu  meyl  respublikamız  üçün  də 

məqbul sayılır. 

-  Azad  iqtisadi  zonanın  müvəffəqiyyəti  dövlətin  dəstəyindən  və  ən  yüksək 

səviyyəli idarəetmədən asılıdır və işdə dövlət resursları kifayətedicidir. 

- daha yaxşı idarəetmə məqsədilə ölkənin müəyyən zonaların inkişafı üzrə səhmdar 

cəmiyyətlərin yaradılmasında Azad iqtisadi zonalar əhəmiyyətli olacaqdır. 

-  ölkənin  daxili  bazarını  yüksək  keyfiyyətli  mallar,  ilk  növbədə  idxalı  əvəz  edən 

mallarla  zənginləşdirməkdə  azad  iqtisadi  zonaların  yaradılması  müvəffəq  nəticələr 

verəcəkdir. 

 

- Ofşor mərkəzlər Marşal planından sonra meydana gəlmişdir.



 

Tədqiqatlar  göstərir  ki,  ölkəmizdə  mövcud  imkanların  gerçəkləşməsi  bir  sıra 

zəruri tədbirlərin həyata keçirilməsini tələb edir: 

 

- ilk növbədə azad iqtisadi zonaların yaradılması və fəaliyyəti üçün zəruri olan 



hüquqi normativ aktlar hazırlanıb qəbul olunmalı və bununla əlaqədar mövcud olan 

digər hüquqi-normativ aktlarda müvafiq dəyişikliklər aparılmalıdır; 

 

-  lazımi təşkilati-idarəetmə məsələləri həll olunmalıdır; 



 

-  yaradılacaq  zonaların  sosial-iqtisadi  və  texniki-iqtisadi  əsaslandırılması 

aparılmalıdır; 

 

-  azad iqtisadi zona yaradılması nəzərdə tutulan bölgələrdə və bütövlükdə ilkin 



hazırlıq işləri görülməlidir (istehsal və sosil infrastruktur  inkişaf etdirilməli, müasir 

idarəetmə təcrübəsi toplanmalı, xarici kapitalın cəlb olunmasını sürətləndirmək üçün 

müvafiq tədbirlər görülməli və s.). 

Mütəxəssislərin  müşahidələrinə  görə,  bir  çox  hallarda  azad  iqtisadi  zonaların  

ə

ksəriyyəti öz inkişaf yollarında anbar və tranzit zonaları formasında yaranmaqla ilk 




89 

 

öncə  ixrac-istehsal,  daha  sonra  isə  kompleks  zonalar  formasına  keçmişlər.  Dünya 



təcrübəsi  göstərir  ki,  ixrac  zonaları  olmadan  ölkədən  mal  və  xidmətlərin  ixracının 

orta illik artımı 7% olursa, bu zonaların mövcudluğu zamanı isə artım 20%-dək təşkil 

edir.  nkişaf prosesində müvafiq qanunvericiliyə dəyişikliklər etməklə xüsusi iqtisadi 

zonaların  statusunu  dəyişərək  ofşor  zonaya  çevirmək  mümkündür  və  bir  sıra 

ölkələrdə bu praktika tətbiq olunur.

 

 



 

 



90 

 

ЯДЯБИЙЙАТ СИЙАЩЫСЫ 



 

1.

 



Киреев

 А. Международная экономика М,МО, 2000 

2.

 

Кудров



 В.М. Мировая экономика, М,Бек, 1999 

3.

 



Ломакин

 В.К. Мировая экономика, М,Финансы, 1999 

4.

 

Гаджиев



 Ш.Г. Азербайджан на пути к мировому сообществу: стратегия 

внешнеэкономического

 развития, Киев, Експрес-об’ява, 2000 

5.

 



Байрамов  Я.И.  Реэионал  игтисади  интеграсийа:  нязяриййя  вя  практика, 

Бакы, Азярняшр,1997 

6.

 

mran Rzayev. Beynəlxalq vergitutmada ofşor mexanizmlərin tətbiqi. Bakı, 



2006. 

7.

 



Владимир

  Дергачев  Оффшорная  геополитика.  Цикл  статей.  —  Интернет-

портал

  «Институт  геополитики».  — 



http://dergachev.ru/geop_events/211211-

01.html


.  

8.

 



Офшоры

  в  глобальной  экономике:  мировой  опыт  и  российские  реалии. 

Документ

  Центра  ситуационного  анализа  РАН  (научный  руководитель 

академик

 Евгений Примаков), 2012.

 

9.

 



Александр

  Кокшаров  (собственный  корреспондент  журнала  "Эксперт"  в 

Лондоне

) «Плохие» и «хорошие» офшоры. — Эксперт, 2013, № 4



 

10.


 

James  R.  Hines  Jr.,  “Beynəlxalq  maliyyə  mərkəzləri  və  dünya  iqtisadiyyatı”, 

2009.  

11.


 

Qlobal Maliyyə Mərkəzləri indeksi, 2013. 

12.

 

Veritas Bürosu, “Dəniz gəmiçiliyi və ofşor biznes”, 2012-2013. 



13.

 

Фомичев



 В.И. Международная торговля, М-Инфра-м, 1998 

14.


 

Наговицын

 А.Г. Внешняя торговля, М, Юристь, 1999 

15.


 

Черенков


 В.И. Международный маркетинг, СПб,  О-во Знание 1998 

16.


 

Балабанов

  И.Т.,  Балабанова  А.И.  Внешнеэкономические  связи,  М, 

Финансы


 и статистика 1998  


91 

 

17.



 

Международные

  валютно-кредитные  и  финансовые  отношения,под 

ред


. Л.Н.Красавиной, М, Финансы и статистика, 2000 

18.


 

Дж

.  Д.  Дэниелс,  Ли  Х.  Радеба  Международный  бизнес,  Москва,  Дело 



лтд

, 1994 


19.

 

Долгов



 С.И. Глобализация экономики,  Новое слово или новое явление, 

М

., Экономика 1998 



20.

 

Кочэтов



 Э.Г. Гэоэкономика, М.,МО, 1999 

21.


 

Политика


  глобализации:  игры  и  правило  новой  эпохи,  под.  ред. 

Делягина


 М.Г. М, Инфра-М, 2000 

22.


 

Портер


 М. Международная конкуренция, СПб-Москва-Киев, 2000 

23.


 

Сорос


 Дж. Кризис мирового капитализма , М, Инфра-М , 1999   

24.


 

Аббасов


 

Ч

.М. 



Основные

 

направления



 

формирования

 

внешнеэкономической



 политики Азербайджана, Баку, “Сабах”, 1994 

 

 



 

 


92 

 

РЕЗЮМЕ



 

 

Основной


 

целью


 

использования

 

оффшорных



 

центров


 

является


 

минимизация

  налоговых  обязательств  предприятия  как  в  стране  базирования, 

так


 и в стране функционирования. 

Как


 показали проведенные исследования, основными причинами усиления 

интереса


 к оффшорным центрам являются: 

-применение  валютных  ограничений  и  валютного  контроля  в  развитых  и 

развивающихся

 странах, 

-применение строгих  правил деятельности банков, 

- применение высоких ставок налогов на прибыл во многих странах. 

Одним

 из основных побудительных причин создания страховых компаний 



в

  оффшорных  зонах  является  желание  избежать  строгое  регулирование  их 

деятельности

 в развитых странах. 

Развитие

  оффшорного  бизнеса  в  сфере  морских  перевозок  обусловлено 

высокими

 налогами на имущество и  на прибыль во многих странах. 

Влияние

 оффшорного бизнеса на экономику стран носит противоречивый 



характер

Хотя



 оффшорный бизнес во многих случаях является одним из основных 

источников

  дохода  принимающих  стран,  имеет  также  отрицательное  влияние 

на

 экономику стран откуда вывозится капиталь. 



Для

  создания  оффшорной  зоны  в  нашей  стране  требуется  осуществление 

некоторых

  законодательных,  институциональных  и  организационных  мер  , 

необходимых

 для создания таких зон. 

В

  первой  главе  представленной  диссертации  рассматривается  теоретико  - 



концептуальные

 основы оффшорного бизнеса. 

Во

 второй главе исследуется место и роль оффшорных центров в мировой 



экономике

Третья



  глава  посвящена  проблемам  создания  и  развития  оффшорного 

бизнеса


 в Азербайджане. 


93 

 

SUMMARY 

 

The main purpose of using offshore centers is to minimize the tax liabilities of 



the enterprise in the country and the country of operation. 

As  studies  have  shown,  the  main  reasons  for  increasing  interest  in  offshore 

centers are: 

-application  currency  restrictions  and  currency  control  in  developed  and 

developing countries; 

-application strict rules of activities of banks, 

- the use of high tax rates came in many countries. 

One  of  the  main  motivations  behind  the  creation  of  insurance  companies  in 

offshore  zones  is  to  avoid  the  strict  regulation  of  their  activities  in  developed 

countries. 

Development of offshore business in the field of maritime transport due to high 

taxes on property and income in many countries. 

The impact of offshore business in the economy of the countries is controversial. 

Although  the  offshore  business  in  many  cases  is  one  of  the  main  sources  of 

income  of  the  host  countries,  also  has  a  negative  impact  on  the  economy  from  the 

export of capital. 

To create an offshore zone in our country requires the implementation of certain 

legislative, institutional and organizational measures necessary to create such zones. 

In the first chapter of the dissertation theoretical - conceptual foundations of the 

offshore business was studied. 

In  the  second  chapter  examines  the  place  and  role  of  offshore  centers  in  the 

world economy. 

The  third  chapter  is  devoted  to  the  problems  of  creation  and  development  of 

offshore business in Azerbaijan. 



 

 

 


94 

 

REFERAT 



 

Ofşor  mərkəzlərindən  istifadənin  başlıca  məqsədi  müəssisənin  həm  fəaliyyət 

göstərdiyi, həm də yerləşdiyi ölkədə vergi öhdəliklərinin minimumlaşdırılmasıdır. Bu 

məqsədə  yüksək  vergiqoyma  səviyyəsi  olan  ölkələrdən  qanuni  yolla  gəlirlərinin 

dövriyyələrinin  əmlakının  ya  bütün  hamısını  və  ya  bir  hissəsini  başqa  ölkəyə 

çıxartmaq vasitəsi ilə nail olunur. 

Ofşor şirkətlərin  başlıca  vəzifələri  çoxsaylıdır.  Güzəştli  vergi  rejimi  olan  ofşor 

mərkəzində və ya zonasında qeydiyyatdan keçmiş müəssisələr praktiki olaraq bir (və 

ya  bir  neçə)  şəkildə  çıxış  edə  bilər:  idxal  üzrə  tədarükçü;  ixrac  üzrə  alıcı;  barter 

ə

məliyyatları  iştirakçısı;  vasitəçi  -  müstəqil  agent;  podratçı;  əmlak  sahibi;  əmtəə 



nişanı,  müəllif  hüquqları  sahibi  və  alıcısı;  əmtəə  nişanı,  müəllif  hüquqları 

lisenziyaları;  daşınmaz  əmlakın  və  avadanlığın  lizinq  təqdim  edəni;  investor;  səhm 

(holdinq) saxlayıcısı; bank hesabı saxlayıcısı; borc saxlayan; öhdəliklər üzrə qarant; 

işəgötürən;  kreditor;  borc  alan  (ssuda  götürən);  gəmi  sahibi;  beynəlxalq  ticarət 

sferasında daşıyıcı; sığortaçı; etibarlı rəhbər. 

Ə

gər  ofşor  şirkət  malların  idxalında  istifadə  olunursa,  onda,  bir  qayda  olaraq, 



qaldırılmış qiymətlər tətbiq olunur ki, bu da ölkə daxilində malını satan müəssisənin 

vergi  qoyulan  gəlirini  aşağı  salmağa  imkan  verir.  Bu  modelin  öz  nöqsanları  vardır. 

dxal  olunan  malın  qiyməti  qaldırılan  zaman  vergiqoyma  obyekti,  malın  gömrük 

dəyəri  olduğu  zaman  vergi  və  yığımlar  üzrə  də  ödənişlər  artır.  Bu  vergilərə  aiddir: 

gömrük rüsumları və yığımları, satış üçün ölkə ərazisinə idxal olunan zaman çıxılan 

ə

lavə dəyər vergisi. 



Aparılmış  tədqiqatdan  aydın  olmuşdur  ki,  ofşor  ərazilərdə  bankların  təsisi 

təcrübəsi  kinci  dünya  müharibəsindən  sonra  geniş  şəkildə  yayılmışdır.  Ofşor  bank 

mərkəzlərinə  marağın  artmasının  başlıca  səbəbləri  kimi  inkişaf  etmiş  və  inkişaf 

etməkdə  olan  ölkələrdə  valyuta  məhdudiyyətlərinin  həyata  keçirilməsi  və  valyuta 

nəzarətinin  tətbiqini,  bank  fəaliyyəti  qaydalarının  sərtləşməsi  və  onların  gəlirlərinə 

olan vergilərin yüksək dərəcələrini hesab etmək olar. 

Tədqiqat  zamanı  müəyyən  olunmuşdur  ki,  ofşor  mərkəzlərdə  sığorta 

ş

irkətlərinin  təsis  edilməsinin  başlıca  səbəblərindən  birini  inkişaf  etmiş  ölkələrdə 




95 

 

fəaliyyətin sərt tənzimlənməsindən uzaqlaşmaq üzrə imkanları hesab etmək lazımdır. 



Beynəlxalq  gəmiçilik  sahəsində  ofşor  biznesin  inkişafı  yük  daşıyanların 

gəlirlərinə  yüksək  vergiqoyma  ilə,  həmçinin  əmlaka  vergilərin  qüvvədə  olan 

dərəcələrinin  tətbiqi  ilə  şərtləndirilir  (əlaqədardır).  Əsas  fondların  -  gəmilərin  və 

avadanlığın  dəyərinin  bu  sahədə  yüksək  olduğu  üçün  əmlaka  vergi  ödənişi  əmlaka 

yüksək vergiqoyma səviyyəsi olan ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərin rəqabət 

qabiliyyətini aşağı salan amilə çevrilir. 

Tədqiqat  zamanı  müəyyən  olunmuşdur  ki,  ofşor  biznesin  ölkələrin 

iqtisadiyyatına təsirləri ziddiyyətli xarakter daşıyır. Belə ki, ofşor zonaların yerləşdiyi 

ölkələr üçün bu əhəmiyyətli və bir çox hallarda əsas gəlir mənbəyi olsa da vəsaitləri 

bu  zonalara  çıxarılan  ölkələr  üçün  müsbət  cəhətləri  ilə  yanaşı  mənfi  nəticələrə  də 

səbəb olur. 

Tədqiqatlar  göstərir  ki,  ölkəmizdə  mövcud  imkanların  gerçəkləşməsi  bir  sıra 

zəruri tədbirlərin  həyata keçirilməsini  tələb  edir ki, bunun nəticəsində belə biznesin 

formalaşması baş verə bilər.  

Təqdim  edilən  magistr  dissertasiya  işi  giriş,  üç  fəsil,  nəticə  və  təkliflər  və 

ə

dəbiyyat siyahısından ibarətdir.  



Dissertasiya işinin birinci fəslində ofşor biznes fəaliyyətinin əsas xüsusiyyətləri 

və  ofşor  mərkəzlərində  şirkətlərin  fəaliyyət  mexanizmləri  geniş  şəkildə 

araşdırılmışdır. 

Magistr dissertasiya işinin ikinci fəslində isə bir sıra ofşor biznes mərkəzlərində 

bankların  fəaliyyət  xüsusiyyətləri  və  dünya  iqtisadiyyatına  təsiri,  dünya 

iqtisadiyyatında sığorta fəaliyyəti üzrə ixtisaslaşmış ofşor mərkəzlərin əsas özəllikləri 

və  ofşor  biznes  zonalarında  gəmi  sahibkarlığı  və  beynəlxalq  dəniz  yük  daşımaları 

tədqiq edilmişdir. 

Magistr  dissertasiya  işinin  sonuncu  üçüncü  fəslində  isə  Azərbaycanda  ofşor 

biznesin  formalaşması  və  inkişaf  problemləri  öyrənilməklə,  ölkənin  iqtisadi 

inkişafında ofşor biznesin yeri və Azərbaycanda ofşor biznesin yaradılması və inkişaf 

perspektivləri təhlil edilmişdir.  



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə