81
yalnız həmin zonada göstərdiyi sahibkarlıq fəaliyyətinə tətbiq edilir.
Xüsusi iqtisadi zonanın rezidentinin "Xüsusi iqtisadi zonalar haqqında" qanunun
14.5-ci maddəsində göstərilmis səbəbdən qeydiyyatı ləğv edildikdə, onun əvvəlki
dövrlər üzrə vergi öhdəlikləri vergi qanunvericiliyində müəyyən edilmis qaydada
yenidən hesablanır və ödənilir.
Xüsusi iqtisadi zonanın ərazisində vergi ödəyicilərinin və dövlət vergi
orqanlarının, habelə vergi münasibətlərinin digər istirakçılarının vergitutma
məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarəti, vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyət, digər məsələlər vergi qanunvericiliyi ilə müəyyən
edilir.
"Xüsusi iqtisadi zonalar haqqında" qanunun tətbiqi ilə bağlı AR-nın
prezidentinin Fərmanı və AR NK-nin müvafiq Sərəncamlarında verilmiş tapşırıqların
icrası istiqamətində 2010-cu ildə də işlər davam etdirilmişdir. Belə ki, "Xüsusi
iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik məlumatların
alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi Qaydası", "Operator
tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun
administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim
olunma Qaydası", "Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki
şə
xslərlə operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması", "Xüsusi
iqtisadi zonanın rezidenti ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması",
"Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi
iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin
nümunəvi forması hazırlanmış və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına
alınmışdır.
"Xüsusi iqtisadi zonanın rezidentlərinin fəaliyyəti haqqında hesabat-statistik
məlumatların alınması, onların fəaliyyətinə monitorinqin həyata keçirilməsi
Qaydası"na əsasən, X Z-in rezidentləri və operatoru maliyyə ili başa çatdıqdan sonra
növbəti ayın 20-dək fəaliyyətləri haqqında hesabat-statistik məlumatları X Z-in
administrasiyasına təqdim etməlidirlər.
82
"Operator tərəfindən xüsusi iqtisadi zonanın inkişafı və fəaliyyəti barədə onun
administrasiyasına hesabatların, o cümlədən kənar audit hesabatlarının təqdim
olunma Qaydası"na görə, operator X Z-in operatorunun illik balansını, maliyyə
nəticələri və onların istifadəsinə dair hesabatları qanunvericilikdə nəzərdə tutulmuş
müddətlərdə X Z-in administrasiyasına təqdim etməlidir.
"Xüsusi iqtisadi zonada fəaliyyət göstərmək üçün hüquqi və fiziki şəxslərlə
operator arasında bağlanan niyyət sazişinin nümunəvi forması" niyyət sazişinin
ə
məkdaşlıq istiqamətləri və əməkdaşlıq formaları, "Xüsusi iqtisadi zonanın rezidenti
ilə operatoru arasında bağlanan sazişin nümunəvi forması" isə sazişin qüvvəyə
minməsi və müddətini, mübahisələrin həlli kimi məsələləri özündə əks etdirir.
"Xüsusi iqtisadi zonanın administrasiyası ilə operator arasında bağlanan xüsusi
iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə müqaviləsinin
nümunəvi forması" və "Xüsusi iqtisadi zonanın administrasiyası ilə rezident arasında
bağlanan xüsusi iqtisadi zonada dövlət mülkiyyətində olan torpaq sahəsinin icarə
müqaviləsinin nümunəvi forması" icarə haqqı, icarəyə verən və icarəçinin hüquq və
vəzifələri, tərəflərin məsuliyyəti kimi məsələləri tənzimləyir.
Bundan başqa, Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli Qərarı ilə "Xüsusi
iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər
vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın
tərtib edilmə Qaydası və forması" təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 20 aprel tarixli Fərmanı ilə isə
"Xüsusi iqtisadi zonanın operatorunun seçilməsi üzrə müsabiqənin keçirilməsi
qaydaları" təsdiqlənmişdir.
Artıq Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı zəruri
normativ-hüquqi baza formalaşdırılmışdır. Azərbaycanda xüsusi iqtisadi zonaların
təşkilini və fəaliyyətini tənzimləyən qanunvericilik bazası ölkəmizdə sahibkarlığa
dövlət dəstəyinin yeni mexanizminin tətbiqinə hüquqi zəmin yaradır.
Mütəxəssislərin müşahidələrinə görə, bir çox hallarda azad iqtisadi zonaların
ə
ksəriyyəti öz inkişaf yollarında anbar və tranzit zonaları formasında yaranmaqla ilk
öncə ixrac-istehsal, daha sonra isə kompleks zonalar formasına keçmişlər. Dünya
83
təcrübəsi göstərir ki, ixrac zonaları olmadan ölkədən mal və xidmətlərin ixracının
orta illik artımı 7% olursa, bu zonaların mövcudluğu zamanı isə artım 20%-dək təşkil
edir. nkişaf prosesində müvafiq qanunvericiliyə dəyişikliklər etməklə xüsusi iqtisadi
zonaların statusunu dəyişərək ofşor zonaya çevirmək mümkündür və bir sıra
ölkələrdə bu praktika tətbiq olunur.
84
NƏT CƏ VƏ TƏKL FLƏR
XX əsrin 50-ci illərindən sonra beynəlxalq iqtisadi münasibətlərdə vergitutmada
ofşor zonalardan istifadə böyük əhəmiyyət kəsb etməyə başlamışdır. nkişaf etmiş
ölkələrdə vergi dərəcələrinin nisbətən yüksək olması və vergi yükünün ağırlığı
sahibkarları daima vergilərin minimumlaşdırılması problemləri üzərində düşünməyə
məcbur edir. Ödənilən vergiləri minimumlaşdırmaq və digər sosial ödəmələri
azaltmaq üçün beynəlxalq vergitutmada ofşor zonalardan istifadə XX əsrin ikinci
yarısından sonra geniş yayılmış metodlardan birinə çevrilmişdir.
Ofşor mərkəzlərindən istifadənin başlıca məqsədi müəssisənin həm fəaliyyət
göstərdiyi, həm də yerləşdiyi ölkədə vergi öhdəliklərinin minimumlaşdırılmasıdır. Bu
məqsədə yüksək vergiqoyma səviyyəsi olan ölkələrdən qanuni yolla gəlirlərinin
dövriyyələrinin əmlakının ya bütün hamısını və ya bir hissəsini başqa ölkəyə
çıxartmaq vasitəsi ilə nail olunur.
Ofşor şirkətdən əmlak sahibi kimi istifadə olunduğu zaman ona hər hansı əmlak
ya verilir, ya satılır, ya da ilkin olaraq alınır. Ofşor şirkətdən əmlak sahibi kimi adətən
aşağıdakı məqsədlər üçün istifadə olunur:
-
borclunun öhdəlikləri üzrə əmlak cərimədən qorunur;
-
vergi öhdəlikləri minimumlaşdırılır.
Aparılmış tədqiqatdan aydın olmuşdur ki, ofşor ərazilərdə bankların təsisi
təcrübəsi kinci dünya müharibəsindən sonra geniş şəkildə yayılmışdır. Ofşor bank
mərkəzlərinə marağın artmasının başlıca səbəbləri kimi inkişaf etmiş və inkişaf
etməkdə olan ölkələrdə valyuta məhdudiyyətlərinin həyata keçirilməsi və valyuta
nəzarətinin tətbiqini, bank fəaliyyəti qaydalarının sərtləşməsi və onların gəlirlərinə
olan vergilərin yüksək dərəcələrini hesab etmək olar.
Ofşor zonalarda təsis edilən bankların əsas üstünlükləri aşağıdakılar aid edilir:
-
milli qanunvericilik tərəfindən müəyyənləşdirilmiş məhdudiyyətlərdən yan
keçərək vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi üzrə beynəlxalq bazarlara daxil
olmaq;
Dostları ilə paylaş: |